VƏTƏN
HARAYI
ƏDƏBİ
HƏYAT
Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Əsəd, Aşıq Musa... Bu ustad aşıqların adını andıqca hər bir azərbaycanlı türkünün yaddaşında Göyçə obrazı canlanır. Azərbaycanın ən qədim məskənlərindən biri - torpağı bərəkətli, əkinçilik, bağçılıq, maldarlıq, xalçaçılıq gur olan yer. Çox təəssüf ki, Göyçə indi bizim deyil. Orda Ələsgərin ruhu əzab çəkir. Amma mənəvi Göyçə, saz-söz dünyası ilə tanınan Göyçə həmişə bizim olub. İndi də bizimdir.
Göyçə adı çəkiləndə böyük şairimiz Hüseyn Arifin o məşhur şeirini xatırlayırsan: "Göyçəlilər, dağılmayın Göyçədən". Bu şeiri Hüseyn Arif səksəninici illərin əvvəllərində yazmışdı. O zaman hələ məkrli qonşularımızın silahları əllərində yox, içlərində idi. Amma istədiklərini edirdilər. Qədim Azərbaycan adları kütləvi şəkildə dəyişdirilir, azərbaycanlılar tutduqları vəzifədən azad edilirdilər. Mənəvi repressiyanı az sonra zor, işgəncə, kütləvi talanlar əvəz etdi, soydaşlarımız yurd-yuvalarından didərgin düşdülər. H.Arif hələ qırğın, talan başlanmamış fəlakəti qabaqcadan hiss edirdi.
Və Göyçə deyəndə bir də bu yaxınlarda 65 yaşı tamam olmuş gözəl şairimiz Məcnun Göyçəlini xatırlayıram. Onunla ilk tanışlığım 90-cı illərin əvvəllərində oldu. Məcnun "Ozan" qəzetinin redaktoru idi. Onu həmişə gülərüz görürdüm. Üzü gülən adamlarda xainlik, paxıllıq, həsəd olmur. Amma üzügülər Məcnunu hərdən gözünü uzaqlara dikən görürdüm. Və sonra anladım ki:
Allahım, zəlil eylə,
Vətəndə öldür məni!
Məcnun irili-xırdalı neçə kitabın müəllifidir. Və bütün kitablarında Göyçə onun şeir və poemalarının baş qəhrəmanıdır. O kitablardakı şeirlərdə Məcnunun Vətən harayını eşidirəm. Doğrudur, o, burada, bizim aramızdadır, ancaq anasının təndir yapdığı, özünün kövşənlərdə gəzdiyi, gülünü-çiçəyini iylədiyi torpağı heç unutmur, daha çox sevir və əlbəttə, haqlıdır. Böyük Vətəni - Azərbaycanı sevmək üçün bala Vətəni - kiçik Məzrəni - Göyçəni sevmək lazımdır.
Göyçə həsrətində bitmişəm, Allah!
Zaman nişanlayıb gözümdən məni.
İnləyən kamanam, hönkürən neyəm,
O dağlar tanıyar gözümdən məni!
Qaldı çəhlimlərdə ömrümün barı,
Qocalıq tor atır könlümə sarı.
Ayaqla gəzdiyin ümid yolları,
İndi soraqlayır izimdən məni!
Məcnun Göyçəli üçün anasını itirmək də doğulduğu, boya-başa çatdığı Göyçəni itirmək qədər üzüntülüdü. Görün, nə yazır:
Dünya kimi anasızam!
Küləklər laylamı çalır.
Bir vaxt özü qocalanın
İndi məzarı qocalır.
Qaranquş yuvasız qalıb,
Təndir sönüb, ocaq yanmır.
Fələk dərdimi oyadıb,
Anam oyanmır, oyanmır!
Yurd həsrətli quş olmuşam,
Öz yuvama dönəmmirəm!
Beşiyimə dediyini,
Məzarıma deyəmmirəm!
Məcnun Göyçəli saz-söz mühitindən çıxıb Bakıya gəlib. Necə deyərlər, bura xalq ədəbiyyatının içindən gəlib. Onun qoşmaları, gəraylıları özününküdür - yəni Məcnun Göyçəli kimsəni təqlid eləmir, qoşmanın və gəraylının özünü yaradır, şəklini kopyalamır. O, bəzi şeirlərində ustadlara müraciət edir. Məsələn, bir şeirində Aşıq Alının qoşmasından bir epiqraf verir:
Aşıq Alı, dərdi
canda saxlaram,
Sinəm
üstün çalın-çarpaz
dağlaram,
Gecə-gündüz nalə çəkib ağlaram,
Hayıf
gözlərimə, zay
oldu getdi!
Bu şeir klassik
aşıq poeziyasının
ən zərif, nadir incilərindən biridir. Belə şeirlərin
əvəzi yoxdu və onlara nəzirə yazmaq da günahdır. Necə ki, Füzuliyə nəzirələr yazılır,
amma Füzuli zirvəsinə ucala bilmirlər. Məcnun nəzirə
yazmayıb, sadəcə,
Aşıq Alının
şeirindəki fikirdən
öz fikirlərinə
istinad axtarır.
Burada göz obrazı həsrət, qəriblik anlayışlarının daha
dolğun ifadəsinə
xidmət edir.
Hardasan,
qürbətdə sıxılan
Vətən
Gözümün nuru da qürbətə
döndü.
Qürbət, ayrılıq, həsrət...
Bu sözlər Məcnun Göyçəlinin
şeir leksikonunda tez-tez işlənən sözlərdir. Onun "Gedəcəm"
şeiri həsrət
poeziyasının ən
dolğun nümunələrindəndir.
Qürbət eldə qəhərimlə
açılan,
Könül-könül çiçək
qoyub gedəcəm!
Məcnun Göyçəli Vətən
dərdini, yurd itkisini eynən poemalarında da dilləndirir. "Zülmətdə
döyülən pəncərə"
poeması sanki birnəfəsə yazılıb.
Poema XX əsrin Azərbaycan faciələrindən söz
açır.
Azərbaycan
Sərvət dəryasında üzən
gəmidir!
Biçildikcə kiçilməyən zəmidir.
Poemada tənqidi
notlar o faciələri
törədənlərə yönəlir. Bizik: içimizdəki biganəlikdi,
unutqanlığımızdı. Onlardır: yurdumuza göz dikən xain qonşularımızdı,
onlara dəstək verən məlum qüvvələrdir.
Ayrılıqdan Araz boyda
Dərdi
axan millət kimi
Neyləmişik?
Zaman-zaman
böləni yox
Bölünəni kiritmişik.
Oğullar var, bazar-bazar
Tərəzidə Vətən çəkir.
Qarabağ uğrunda əsgər
gedirik
"Mercedes" uğrunda hücum başlanır.
"Ocaqyalı" poemasınə
Məcnun Göyçəli
son illərdə qələmə
almışdır və
da onun Göyçəyə
sonsuz məhəbbətinin
poetik ifadəsidir. Burada tarixlə
təbiət, insanla zaman vəhdətdədir.
Bunların birini digərindən
ayırmaq, təcrid eləmək mümkün
deyil. Poemanın əvvəlində biz Təbiət oğrazının
məxsusi cizgiləri
ilə qarşılaşırıq.
Ogaqyalı, ocağında köz
olsun,
Sazın
dinsin, məclisində
söz olsun,
Uca Tanrı özü sənə göz olsun,
Halal eylə çörəyini,
duzunu,
At oynadaq oylaqların
uzunu.
Ağbulud, "Qırxbulağ", çobanların ney səsi, çəmən boyu arıların nəğməsi,
"Alaqız" inəyin
bin-bərəkətigbu adlar
və təsvirlər
"Ocaqyalı"nın sehri,
insanı valeh edən poetik tabloları kimi diqqəti cəlb edir. Şair sanki əlimizdən
tutub bizi real aləmin nağıllaşan
dünyasına aparır.
Ocaqyalı, gündüzlərin gecəsi,
Dil açardı nənəmizin
cəhrəsi,
Allandıqca qız-gəlinin çöhrəsi,
Aşıq Hüseyn "Baş
sarıtel" çalardı,
Lətif səsi könlümüzü
alardı.
Poemada xalq adət-ənənələrindən süzülüb gələn
sərin bir meh əsməkdədir. Keçmiş, ötən günlər burada nostalji hisslər doğursa da, biz təsvirlərin reallığında sanki yenidən o günləri yaşayırıq. Məsələn, poemanın əvvəlində
Məcnun toy səhnəsini
təsvir edir. Təsvirlər o qədər təbiidir
ki, sanki özün də o toyun bir iştirakçısına
çevrilirsən.
Ustad Şəhriyarın
poemasında olduğu
kimi Məcnunun əsərində də elin, yurdun koloritli
insanlarının cizgiləri
öz əksini tapır. Bu adamların hər birinin tam portreti yaradılmasa da, onlara xas
olan bir mühüm xüsusiyyət
bir misrada, ya bir bənddə
qabardılır və
bu kiçik ştrixlə ayrı-ayrı
insanların peşəsi,
məşğuliyyəti və
insani keyfiyyətləri
barədə məlumat
əldə edirik.
Kimdir bunlar? Aşıq Hüseyn, yetim Əli, toy qazanı asan Sadıqoğlu, zurnaçı kor Əhməd, dastançı
Aşıq Qara, Molla Rüstəm, Məşəd Qasım, qonşu Qulam, Dəcəl Həsən,
"Porsuq" Əli,
Şahvələd, Əsgərxan,
Müqil əmi, Zübeydə, Höcət
Əli, züyçü
Qara, Salman baba, Nəsiboğlu Bəxtiyar, Məmmədrza
baba, Sarı Vəli, Haşım kişi, Sitarə, Xanbəyi, Xanoğlangbu adlar poemanın ancaq birinci hissəsində
xatırlanır. Təbii ki,
bu insanlar şairin yaxından tanıdığı, ünsiyyətdə
olduğu adamlardır.
Kənd,
elat koloritinin canlı şəkildə
təqdimində bu adlar silsiləsi mühüm rol oynayır. Məncə, bu poemanın
əsas məziyyəti
onun xalq ruhunu, xalq mənəviyyatını
təsirli, kövrək
boyalarla əks etdirməsindədir.
Poemanın sonu nikbin misralarla
bitir. Bu o deməkdir ki, xalqın başı üzərindən
dumanlar çəkiləcək,
"Ocaqyalı"nın
göylərindən qartallar
qıy vuracaq, ağ buludlar oynayacaq, həsrətə,
nisgilə son qoyulacaqg
Ocaqyalı, dumanların sürünə,
Ağrıdağdan ucalığın
görünə,
Dağın-daşın toy libası bürünə,
Xoş günlərin yenə verə əl-ələ,
Ocağına iman gələn, gün gələ!
Məcnun Göyçəlinin "Nurlan" nəşriyyatı tərəfindən sap olunan "Göyçənamə" kitabını mən onun yaradıcılığında bir ZİRVƏ hesab edirəm. Həmin kitabda Məcnunun "Göyçə dərdi", "Göyçə gözəli" poemaları ilə qarşılaşdım.
Son illərdə Məcnun Göyçəli "Türk dünyanı qoruyur, tanrı türkü qorusun" silsiləsindən şeirlər yazır və bu şeirlərdə, birbaşa desək, türkçülüyü təbliğ edir. Türkçülüyü poeziyada təbliğ etmək türkün qədimliyini, qəhrəmanlıq tarixini, onun şanlı sərkərdələrini, xaqanlarını, bahadırlarını, böyük sənətkarlarını və insani keyfiyyətlərini vəsf etmək deməkdir.gTürkün mənəvi atrmbutları da Məcnunun şeirlərində hərarətlə tərənnüm edilir.
Böyük Atatürkdən nişanəsi var,
Şöhrət zirvəsində təntənəsi var.
Türkiyə bəstəli bir şərqisi var,
Onu bayraq, torpaq, millət oxuyur!
Türk olmaq şərəfdi, türk olmaq qürur.
Mən Məcnuna yeni yaradıcılıq uğurları, həmişə öz şair məcnunluğuna sadiq qalmağı arzulayıram! 65 yaşını təbrik edirəm!
Vaqif YUSİFLİ
Ədalət.-2014.-7 iyun.-S.14.