BU GÜNÜMÜZÜN SAMUXU

(Əvvəli ötən sayımızda)

 

 

Bu gün Samuxda tikinti-quruculuq işləri sürətlə davam etdirilir. Təkcə rayon mərkəzində salınan Heydər Əliyev parkında görülən işləri kənardan müşahidə etmək imkan verir ki, görülən işlərin həcmini onun son nəticəsini təsəvvür etmək mümkün olsun.

Təkcə Samux rayon mərkəzinin özündə aparılan quruculuq işləri, abadlıq rayona gələn hər kəsin diqqətini çəkir. Yəni burada əmək növbəsində olan insanlar böyük həvəslə çalışır, sözün həqiqi mənasında Samuxun adına layiq işlər görürlər. Rayon mərkəzində onun kəndlərində tikilən, bərpa olunan rabitə poçt xidməti üzrə görülən işlər samuxlularda xoş ovqat yaradır. Əgər rəqəmlərə müraciət etsək, onda görərik ki, ötən il rayonda Telekommunikasiya Qovşağının elektron ATS-lərin ümumi mantaj tutumu 8272 nömrə olmuşdu. Yəni ötən il ərzində əsas aparaturaların sayı 138 ədəd artırılmış, abunəçilərin sayı təqribən 8200 nəfərə çatdırılmışdır ki, bu da hər 100 ailəyə düşən telefon sayını 68,7 ədəd etmişdir. Təbii ki, həmin rəqəmləri ümumi respublika səviyyəsi ilə müqayisə etdikdə samuxluların əldə etdiyi nəticə 58,3 faiz təşkil edir ki, bu da ümumrespublika göstəricisindən xeyli yüksəkdir.

Rayonun Burunqovaq kəndi istisna olmaqla digər bütün yaşayış məntəqələrində ADSL avadanlıqları quraşdırılmışdır ki, onların da ümumi tutumu 1544 port təşkil edir. Cari ilin respublikamızda "İnformasiya-Kommunikasiya Texnologiyaları ili" elan edilməsi təbii ki, samuxluların da qarşısında yeni vəzifələr qoyubdur.

Azərbaycan prezidentinin 2013-cü illə bağlı söylədiyi son müşavirədə xüsusi vurğuladığı həmin məqam samuxluları informasiya-kommunikasiya texnologiyaları sahəsində mövcud yenilikləri rayona gətirməyə ümumi respublika ahənginə birmənalı şəkildə qoşulmağa həvəsləndirmişdir. Onlar indi demək olar ki, rayonun bütün ərazisində bu sahədə uğurlu addımlar atmaq əzmindədilər.

Yeri gəlmişkən, onu da xatırladaq ki, rayonda görülən işlərdə samuxluların dediyinə görə, Milli Məclisin sədr müavini cənab Valeh Əsgərovun ayrıca payı var. O, rayonun qazla təmin olunmasında, eləcə digər həyat əhəmiyyətli problemlərin çözümündə öz seçicilərinə yaxından dəstək verir.

Bu gün Samuxda qaz, elektrik enerjisi təminatları məsələləri icra strukturlarının xüsusi diqqət yetirdiyi məsələlərdəndir. Təkcə ötən il 25 ədəd yeni güclü transformator əsəslı təmir edilərək istifadəyə verilmiş, 86 ədəd transformator isə cari təmirdən sonra şəbəkəyə qoşulmuşdur. Eyni zamanda görülən işlərlə paralel olaraq işıq dirəklərinin, naqillərin bərpası, yeniləri ilə əvəz edilməsi istiqamətində müvafiq addımlar atılmışdır. O ki, qaldı qazla təminat məsələsinə, burada da göstəricilər qənaətbəxş sayıla bilər. Bu istiqamətdə rəqəmlər ürəkaçandır.

Konkret göstəricilərə üz tutsaq, onda bəlli olar ki, hazırda rayonda 13 mindən artıq abonent təbii qazdan istifadə edir ki, bu da əvvəlki illərlə müqayisədə xeyli yüksək göstəricidir. Əhalini daim mavi yanacaqla təmin etmək üçün təkcə rayon mərkəzində deyil, həm kənd qəsəbələrdə müasir tələblərə cavab verən qaz tənzimləyici qurğular quraşdırılmışdır. Ötən il rayon ərazisində 2500-ə yaxın yeni qaz sayğacı abonentlərin mənzillərində qurulmaqla istifadəyə verilmiş bu da təbii ki, qazdan istifadə edən samuxluların həyat şəraitinin müasir tələblərə cavab verilməsi istiqamətində atılan addımlardan biridir.

Ötən il Samuxda səhiyyə təhsil sahəsində müəyyən uğurlara imza atılıb. Rayon icra hakimiyyətindən əldə etdiyiimz bilgilərə görə, son illər rayonda xeyli sayda yeni məktəb binası inşa edilməklə 20 məktəbdə 5 uşaq bağçasında əsaslı təmir işləri aparılmışdır. Ötən il məktəbi bitirmiş məzunların ali təhsil ocaqlarına qəbulunda da xeyli artım olmuşdur. Bu göstəricilər əvvəlki illərdən xeyli çoxdur. Əgər illərin ardıcıllığını izləsək, onda ilbəil artan tələbələrin sayını görmək mümkündür. O da sevindiricidir ki, qəbul olunan tələbələrin topladığı keçid ballarının da miqdarı ilbəil artır. Yəni ötən il qəbul olunan tələbələrdən 4 nəfəri 600-dən yuxarı bal toplamışdır.

Samuxda sakinlərə göstərilən səhiyyə xidməti ilbəil yaxşılaşır. Təbii ki, bu işdə əsas göstərici respublika rəhbərliyinin Samuxa ayırdığı diqqətdir. Çünki rayonun yeni texniki avadanlıqlarla təmin olunması müasir şəraitinin yaradılması son nəticədə təhsilin , səhiyyənin səviyyəsinin yüksəlməsinə gətirib çıxarır. Rayonun şəkərli diabet xəstələrinə, eləcə qeydiyyatda olan digər xəstələrə dövlət qayğısı birmənalı olaraq diqqətdə saxlanılmışdır. Dərman preparatlarının rayona gətirilməsi, bununla bağlı təminat işlərinin yüksək səviyyədə həyata keçirilməsi Samux rayonunun səhiyyə sahəsində çalışan işçilərinin əmək göstəricisidir.

Rayonun mədəniyyət, turizm sahəsində maraqlı yeniliklər var. Həmin yeniliklər sırasında rayonda fəaliyyət göstərən mədəniyyət evlərinin, klubların, kitabxanaların ayrıca payı var. Məhz onların səmərəli fəaliyyətinin nəticəsidir ki, rayon gənclərinin, bütövlükdə rayon sakinlərinin asudə vaxtının təşkili düzgün qurulur.

Samuxda keçirilən bir sıra yarışlar idmanla bağlı tədbirlər sakinlər tərəfindən maraqla qarşılanmışdır. Bu yarış tədbirlərdə demək olar ki, rayonun bütün kənd qəsəbələrinin təmsilçiləri iştirak etmişdilər. Bu da idmanın kütləviliyini artırmaq yeniyetmələri idmana cəlb etmək üçün yaxşı bir göstərici olmuşdur.

Bəli, bu gün Samux öz inkişafının uğurlu məqamını, yüksəliş günlərini yaşayır. Müşahidələr göstərir ki, bu cür davam edərsə, onda tezliklə Samux respublikanın abadlaşan, gözəlləşən, inkişaf edən bölgələrinin ön cərgələrində gedəcəkdir.

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2014.-7 iyun.-S.4.