RÜBAİLƏR
Ay Allah, insanı yaradan zaman,
Sən ona ağıl ver, bir də
ki inam,
Ağılsız, imansız olan insanlar,
Min fitnə törədər,
salar ölüm, qan!
***
Yarəbbim, rəhm elə
yaratdıgına,
Ləyaqəti yoxsa var vermə
ona.
Dövləti çox olsa şərəfsizlərin,
Əl açar,
baş əyər aqil nadana.
***
Yaxşını yamandan seçməsə
bəşər,
Dünyanın başına oyun açar şər.
Nadanlar,
zalımlar törəyib
artar,
Qananlar qanmazla dəyişik düşər.
***
Haqqın
dərgahında haqq qazananlar,
Allahın yanında hörmətli olar.
Kim haqqı nahaqqa edirsə möhtac,
Onun haqq evində öz cəzası var!
***
Ey insan özünü dərk edəndə sən,
Aqilsən, qadirsən, həm
də böyüksən
Alçalıb, kiçilib, xırdalanarsan.
Özündən, sözündən gözünü
çəksən!
***
Bu qədər yalvarış,
ibadət bəsdir,
Məscidin qapısın gedib
az kəsdir.
Qəlbin
Allahınla birgə deyilsə,
Orucun, namazın,
billah, əbəsdir.
***
Vara çox güvənmə,
əcəl çatanda,
Sənə kömək etməz o bircə anda.
Əməlin pak olsa dadına yetər,
Ruhun rahat olar nəfəssiz canda.
***
Zalımlıq yolunu tutarsa insan,
Heç vaxt uzaq olmaz
qandan-qadadan.
Haqqı,
ədaləti qorumaq üçün,
İnsana
düşüncə verib
yaradan!
***
Ağıllı kəslərin qulu
olmaqdan,
Ey könül,
heç zaman deyiləm peşman.
Yanıb
odlanıram, şama
dönürəm,
Nadan əməlini gördüyüm
zaman!..
***
Səhər, axşam əzizləyər
dərd məni,
Mərd böyüdüb dərdim
yaman mərd məni.
Həyat
səhnə, insan yolçu, zaman zər,
Mars eyləməz oynadığım
nərd məni!..
***
Əlində ixtiyar olduğu
zaman,
Gərək ədalətli olsun hər insan.
İmkanı olanda baş kəsən kəsin
Nə fayda dar gündə yalvarmağından.
***
Boş sözə aqillər eyləməz həvəs
Elə söz danış ki, dinləsin hər kəs.
Ağzından çıxan söz
səninki deyil,
Bir söz gedər gəlməz, bir də ki,
nəfəs.
***
Ağlının gücünə arxayın
olan
Nə qəliz
danışar, nə də ki, yalan.
Ağıllı adamlar düzgün
seçiblər
Köhlənə məxmər çul, eşşəyə palan.
***
Yel kimi ömründən keçən hər günə,
Baxıb kövrəlirəm mən
dönə-dönə.
Əlimdən sürüşüb uçan bir anı
Min yol səsləsəm
də qayıtmaz yenə.
***
Allahım, rəhm elə
yaratdığına,
İnsan susamasın ölümə,
qana.
Qoyma yolun çaşıb bəşər övladı
Haqqı,
ədaləti, insafı
dana.
***
Olma adın, pulun, malın möhtacı,
O deyil həyatın, dərdin əlacı.
Var-dövlətdən əvvəl ağlını artır
Anla ki, başların ağıldır
tacı.
***
Vəfalı dünyanı vəfasız
edən,
Ey insan, anla ki, sənin
özünsən.
Əlbəttə, dünya da vəfasızlaşar,
Andını, sözünü dəyişəndə
sən.
***
Xoşbəxt o kəsdir ki, gözləri toxdur,
Ürəyi təmizdir, tamahı yoxdur.
Harama qurşanıb pul yığanların
Dərdi dövlətindən min dəfə
çoxdur.
***
Süfrəni ağıllı kəslərə
açsan,
Həmişə çörəkli, duzlu olarsan.
Dostların ağılsız, şərəfsiz
olsa,
Bir tikə
çörəyə möhtac
qalarsan.
***
Ey fani dünyanı yaradan Allah!
İnsan hər an sənə gətirir pənah.
Dövlət yox, ağıl
ver yaratdığına,
Səndən üz döndərib etməsin günah.
***
Bəxtinin gözünü ağılla
açsan,
Tanınıb, ucalıb, ad qazanarsan.
Ağılsız kəslərin ardınca
getsən,
Hörmətdən düşərsən bir anda inan.
***
Yananda elə yan, alovun,
közün
Aləmə nur saçsın, sevinsin gözün.
Alim ol, şair ol,
kim olursan
ol,
Məsləkdə, sevgidə özün ol, özün.
***
Yetişməz Tanrıya bil ahın sənin,
Çünki var-dövlətdir allahın
sənin.
Başına, döşünə döyüb ağlama,
Allaha bəllidir
günahın sənin.
***
Bu qədər yalvarış,
ibadət bəsdir,
Məscidin qapısın gedib
az kəsdir.
Qəlbin
Allahınla birgə deyilsə,
Orucun, namazın
billah əbəsdir.
***
Hər ağac, gül-çiçək,
daş-kəsək, yarpaq
Sirli bir aləmdir duysaq, anlasaq.
Torpaqdan
yaranan dilsiz olsa da,
Ona duyanların
gözləriylə bax.
***
Gənclikdə qazansan ucalığını,
Şərəflə yaşarsan qocalığını.
Sev-sevil,
adını qəlblərdə
ucalt,
Neylirsən şərəfsiz cansağlığını.
***
Çox
uysan dünyanın var-dövlətinə,
Xələl gətirərsən ləyaqətinə.
Vicdanın satıb pul qazananlar,
Hər iki dünyada qalar pis günə.
***
Allah həm can verir, həm də can alır,
Ancaq nə yorulur, nə də qocalır.
Haqq ilə hər işi qoyur yoluna,
Hər vaxt öz andına o sadiq qalır.
***
Həqiqət nə qədər
olsa da acı,
Odur bu dünyada ömrün əlacı.
Qızıl tac ağılsız başda
təzəkdir,
Ağıldır insanın başının
tacı.
***
Baş özü qızıla layiq olmasa,
Qızıl tac o başda batacaq yasa.
Ağılla, kamalla şərəflidir
bil
Ömür uzun olsun, ya
da ki qısa.
***
Ömrünü ucaltmaq istəsən
əgər,
Yaman əməllərdən
qurtar birtəhər.
Halal çörək qazan, olmasıq heç vaxt
Yediyin zəhrimar,
içdiyin zəhər.
***
Dünyanın sirrindən baş
açmayanlar
Yolunu tez çaşıb naəlac
qalar.
Haqqın,
ədalətin yolçusu
olsaq,
Həm insan, həm də ki, dünya şad olar.
***
Boş baş həm ayağa, həm cana yükdür,
Torpağa, millətə, insana yükdür.
Eşqsiz
ürəklər, ağılsız
başlar
Dünyaya bəladır, cahana yükdür.
***
Var üçün dünyanı
talayan insan,
Axırda əliboş gedir dünyadan.
Şah ol, ya nökər
ol Fani dünyanın,
Əvvəlin, axırın düşün
bircə an.
***
Bu dünya fanidir,
yalandımı, de?
Fitnəmi, şeytanmı, ilandımı,
de?
Ey insan, sultanı sənsən dünyanın,
O sənsiz bir kəsin olandırmı,
de?
***
Başın ucalığı, min-min saraydan
Vardan qiymətlidir bil ki ey insan!
Saraylar,
var-dövlət talanar,
gedər
Ad-san unudulmaz, itməz heç zaman!
Tahir RZA
ədalət.-2014.-11 iyun.-S.7.