ONLAR BU TORPAĞI SEVİRLƏR...
Vətəni, torpağı sevməyən insan yoxdur. Bu sevgi hələ bağçadan başlanır, məktəbdə inkişaf edir və sonra da insanların tutduğu mövqe ilə əlaqədar olaraq zaman-zaman özünü büruzə verir. Əlbəttə, vətən sevgisi öncə məktəbdə formalaşır. Füzuli rayonunda da şagirdlərin vətənə məhəbbət ruhunda böyüməsi və tərbiyə edilməsi üçün sözün həqiqi mənasında məktəblərdə ürəkaçan işlər görülür...
Arazın kənarındakı
məktəb
Düzdür, Araz çayı burdan bir az aralıdan axır. Amma o çayın mehi, sərinliyi isti yay günlərində insanlarda xoş bir ovqat yaradır. O ovqat ki, onun təsiri altından uzun müddət çıxa bilmirsən. Füzulinin Birinci Mahmudlu kənd tam orta məktəbinin direktoru İxtiyar Hüseynov bir qədər qayğılı görsənsə də, ürəyi doludur. O, 2011-ci ildən bu məktəbə direktor təyin edilib və az bir müddətə kollektivdə sağlam mühit yarada bilib. Yəni müəllim-şagird münasibətləri çox yüksək səviyyədə təşkil edilib. Elə bunun nəticəsidir ki, pedaqoji kollektiv böyük uğurlara imza ata bilib. Ötən il bu məktəbi bitirmiş üç məzun - Elsevər Mehdizadə, Gülnaz Ağayeva, Səma Məmmədli müxtəlif ali məktəblərə qəbul olublar. Təbii ki, ali məktəb tələbəsi adını qazanmaq o qədər də asan deyil. İxtiyar müəllim bildirir ki, biz o məzunlarımızla fəxr edirik.
Ümidlər olan yerdə
Bu gün bu təhsil ocağında 126 şagird oxuyur. Demək olar ki, onların təlim-tərbiyəsi ilə 22 müəllim məşğuldur. Bayaq dediyimiz kimi, ilk növbədə məktəbin pedaqoji kollektivi ona çalışır ki, əsl vətəndaş yetişdirsinlər. Sözün həqiqi mənasında buna da nail olurlar. Çünki məktəbdə Şaməddin Məmişov (riyaziyyat), Əflatun Abasov (kimya), Hikmət Əliyev (tarix), Hüseyn Məmmədov (Azərbaycan dili və ədəbiyyat), Bağman Məmmədov (fiziki tərbiyə və hərbi hazırlıq) kimi təcrübəli pedaqoqlar çalışırlar. Onların tərbiyə verdikləri və dərs dedikləri şagirdlərlə müəllimlərin əziyyətini itirmirlər. Axı hamı yaxşı bilir ki, müəllimin o vaxt ürəyi açılır ki, onun yetişdirdiyi şagird ali məktəb tələbəsi olur. Bax, onda müəllimin də sevincinin həddi-hüdudu olmur.
Məktəbdə kəndin 4 şəhidinin şəkili lövhəyə vurulub. Bu şəkilləri görən şagirdlər istər-istəməz vətəni daha böyük məhəbbətlə sevirlər. Təsadüfi deyil ki, məktəbin şagirdi Fərman Bahadurlu tarix fənni üzrə keçirilən olimpiyadada birinci yerə çıxıb və o, Türkiyədə olimpiyada da iştirak edib.
Araz Dilağarda kəndində
sevinc
Həmin günü bu kənddə fəaliyyət göstərən tam orta məktəbin şagirdlərinin də sevincinin həddi-hüdudu olmayıb. Çünki "son zəng" onların da həyatında öz izini qoyub. Belə ki, bu il məktəbi 22 məzun bitirib. Üstəlik də onların hər biri ali məktəblərə qəbul olmaq potensialına malikdir. Məktəbin direktoru Amil Mirzəliyev sevincini gizlədə bilmir. Ən azından ona görə ki, 11 il əziyyət çəkdikləri məzunlar çox savadlıdırlar. Çünki ilboyu şagirdlərin dərindən savad alması üçün müəllimlər əlindən gələnləri əsirgəməyiblər.
Məqsədə
çatmaq asan deyil
Əlbəttə, bayaq dediyimiz kimi, hər bir məzunun məqsədi ali məktəbə qəbul olmaqdır. O şagirdi ki, qarşısına məqsəd qoymur, ali məktəbdə oxumağa can atmır, deməli, onun gələcəyi o qədər də ürəkaçan olmayacaq.
Amma bu
təhsil ocağında oxuyanların əksəriyyətinin qəlbində
tələbə olmaq arzusu
var. Məktəbin direktoru
Amil Mirzəliyev bildirir
ki, uzun müddət idi ki, məktəbi bitirən
məzunlardan heç kim
ali məktəbə qəbul ola bilmirdi. 2011-ci ildə yeni direktor təyin
olunandan sonra hər şey dəyişdi. Elə ilk buraxılışda 3 nəfər
məzun ali
məktəb tələbəsi
adını qazandı.
Amil müəllim qeyd edir ki, biz buna
ciddi intizamın və yüksək tələbkarlığın nəticəsində
nail ola bildik.
İndi məktəbimizdə 109 şagird
oxuyur. Onların təlim-tərbiyəsi ilə 28 müəllim məşğuldur. Məzunlarımızdan
Nuriyyə Bəylinikli,
Süleyman Becanov, Elgün Kərimov daha istedadlıdırlar. İnanırıq ki, onlar bizim ümidlərimizi doğruldacaqlar.
Müəllimlərin əziyyəti itmir
Bayaq qeyd etdik ki, şagirdlərin
savadlı və tərbiyəli böyüməsində
müəllimlərin çox
böyük əziyyəti
var. Yəni bu sahədə onların üzərinə yüksək
məsuliyyət hissi düşür. Direktor Amil Mirzəliyev
onu da bildirir
ki, müəllimlərimiz
hər bir şagirdə fərdi qaydada yanaşır, onlardakı istedadın və bacarığın üzə çıxmasına
çalışırlar. Çünki istənilən şagirddə
istedad var. Amma sadəcə olaraq, yaxşı pedaqoq və təcrübəli müəllim əziyyət
çəkib o bacarığı
üzə çıxarmalıdır.
Mən qürur hissi ilə deyə bilərəm ki, məktəbimizin müəllimlərindən
Cəmilə Şamıyeva
(Azərbayan dili və ədəbiyyat), Ruhiyyə Quliyeva (fizika), Sevda Tanrıverdiyeva (ibtidai sinif), Gülbahar Eyvazova (tarix), Əfruz Zeynalova (ibtidai sinif), İsmayıl Abbasov (fiziki hazırlıq və hərbi vətənpərvərlik) şagirdlərin
sevimlisidirlər. Biz bir daha məzunlarımıza
inanır və onların xoş sorağını səbirsizliklə
gözləyirik.
Faiq QİSMƏTOĞLU
Ədalət.-2014.-13 iyun.-S.7.