II Bakı
Beynəlxalq Turizm Filmləri Festivalına
film qəbulu başa çatıb
İyunun
25-dən 29-dək Nizami Kino Mərkəzində II Bakı Beynəlxalq
Turizm Filmləri Festivalına (BBTFF) film qəbulu artıq
yekunlaşıb. Mədəniyyət və Turizm Nazirliyindən
Adalet.az-a verilən məlumata
görə, seçim
komissiyasına ümumilikdə
58 ölkədən (Azərbaycan,
ABŞ, Almaniya, Argentina, Avstriya,
Banqladeş, Belçika,
Böyük Britaniya, Çexiya, Çili, CAR, Avstraliya, Fransa, Hindistan, Xorvatiya, İspaniya, Kolumbiya, Meksika, Niderland, Portuqaliya, Rusiya, İtaliya, Türkiyə, Ukrayna, Uruqvay, Yunanıstan və s.) 405 film
daxil olub.
Festivalın təşkilat komitəsi seçim apararaq, göndərilən filmlər
arasından müsabiqə
proqramını müəyyən
edəcək. Müsabiqə üçün seçilən filmlər
6 kateqoriya üzrə
yarışacaqlar. Beynəlxalq münsiflər
heyəti hər kateqoriyada 3 filmi müəyyən edərək
mükafatlandıracaq.
Festivalda yarışan yerli filmlər həm də Milli Mükafat
uğrunda mübarizə
aparacaqlar. II Bakı
Beynəlxalq Turizm Filmləri Festivalına xaricdən 50-yə yaxın
qonağın dəvət
olunması nəzərdə
tutulur. Bu il qonaqlar arasında "Oskar” mükafatlı
kinematoqrafçılar da
olacaq. BBTFF çərçivəsində
müsabiqə və müsabiqədənkənar nümayiş
proqramları ilə yanaşı, seminarlar, müzakirələr, film müəllifləri
ilə turizm mütəxəssisləri və
KİV təmsilçiləri arasında fikir və təcrübə mübadilələri də
həyata keçiriləcək.
Qeyd edək ki,
Bakı Beynəlxalq Turizm Filmləri
Festivalı mənzil qərargahı Vyana
şəhərində yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin
(CIFFT) üzvüdür. Festivalın informasiya dəstəkçilərindən biri APAİnformasiya Agentliyidir.
Ədalət.-2014.-14 iyun.-S.12.