Ağdamda təhsilə diqqət
(Əvvəli ötən sayımızda)
Ağdamda həyatın digər sahələri ilə
yanaşı,
təhsilə
verilən önəmin xüsusi yeri var. Çünki təhsilin sabahımıza
bir özül, bir mayak olduğunu
hər kəs yaxşı bilir. Ona görə
də təkcə müasir avadanlıqlar, kompüter vasitələri
deyil, həm də təhsilin sirrini bilən, həmin avadanlıqların
açarını uşaqlara
çatdıracaq müəllimlərin
də olması əsas məqamlardan biridir. Bax, bu mənada
Ağdam Rayon Təhsil
Şöbəsində müəllimlərə
qarşı xüsusi
bir tələbkarlıq
mövcuddur.
Rayon Təhsil Şöbəsinin
müdiri Elmira Şükürova
bizimlə söhbət
zamanı vurğuladı
ki, əsas məqsədimiz savadlı,
bilikli uşaqların
yetişdirilməsi olsa
da, bu məqsədə
çatmağın da
yolu təbii ki, savadlı müəllimlərdən, peşəkarlardan
keçir. Ona görə də biz müəllimlərimizin elmi-nəzəri
və peşəkarlıq
səviyyəsini yüksəltmək
üçün ardıcıl
iş aparırıq.
Həmin
görülən işin
bir variantı da Azərbaycan Müəllimlər İnstitutu
ilə bağlamış
olduğumuz müqavilədir.
Müqaviləyə əsasən müəllimlərimiz
ayrı-ayrı ixtisaslar
üzrə ixtisasartırma
kursları keçir,
yeni təhsil proqramını mənimsəyir.
Bu ilin avqust
ayında bizim müəllimlər kurikulum
təlim kurslarını
müvəffəqiyyətlə başa vurub dərs ilinə uğurla başlamışdılar.
Bu da müəllimlərimizə
imkan vermişdi ki, müasir texnologiyadan istifadə etməklə öz fənlərini uşaqlara
daha yaxşı mənimsətsinlər. Həmin kursları
seçən müəllimlərimiz
I və II dərəcəli
sertifikatlar almışlar.
Şöbəmizin metod kabinetinin
rəhbərliyi həmin
kursların keçirilməsinə,
müəllimlərin öz
üzərlərində işləməsinə
həmişə xüsusi
diqqət yetirir.
Ağdam məktəblərində keçirilən
açıq dərslər,
eləcə də ayrı-ayrı müəllimlərin
dərslərinin müzakirəsi,
məktəblər arasında
müsabiqələrin, yarışmaların
təşkili də bu gün təhsilə
rəhbərlik edən
şəxslərin diqqət
mərkəzindədir. Həmin müsabiqə
və yarışların
mövzuları da ölkəmiz üçün
əlamətdar olan tarixi hadisələrə,
Azərbaycanın görkəmli
şəxslərinə aiddir.
Belə ki, görkəmli alim Zərifə xanım Əliyevanın
90 illiyinə, Ulu öndərimizin yubileyinə
həsr edilmiş yazı müsabiqələrində
Ağdam məktəbliləri
əsl yaradıcılıq
nümunəsi göstərə
bilmişdilər. Elə ona
görə də bizim şagirdlərimiz və müəllimlərimiz
müxtəlif mükafatlara
layiq görülmüşdülər.
"İlin ən
yaxşı müəllimi"
müsabiqəsində iştirak
edən Ağdam müəllimləri də
həmişə öz
bilik və bacarıqları ilə seçiliblər. Son illərdə
rayonda hamının hörmətlə yanaşdığı,
savadına yüksək
qiymət verdiyi fizika müəllimi Leyla Quliyeva, xarici dil müəllimi
Hüzurə Ağayeva,
kimya müəllimi Aynur Zülfüqarova, dil-ədədiyyat müəllimi
Firəngiz Abdullayeva keçirilən həmin müsabiqələrin qalibi
olmuş və ölkə prezidentinin sərəncamı ilə
5000 manat pul mükafatına layiq görülmüşdülər.
Hər il olduğu
kimi, cari tədris ilində də rayon ərazisində
yerləşən hərbi
hissələrlə məktəb
kollektivlərinin görüşlərinin
təşkili bayram günlərində onlara sovqatlar aparılması ənənəsi davam etdirilmişdi. Təkcə
əsgərləri sevindirmək
yox, həm də sabahın əsgəri kimi böyümək üçün
rayon məktəblərində "Cəsurlar" və
"Şahin" hərbi
idman oyunları çox böyük maraqla keçirilir. Həmin yarışmalarda rayonun 52
və 106 saylı köçkün tam orta məktəblərinin komandaları
qalib gələrək
növbəti zona mərhələlərində də
iştirak etmişlər.
Ağdam məktəbliləri təkcə
rayon müsabiqələrində deyil, həmçinin ümumrespublika müsabiqələrində
də çox fəal iştirak edirlər. Cari ildə keçirilən
fənn olimpiadalarında
Ağdamdan olan 5 məktəbli respublika turunda iştirak etmək hüququ qazanmışdı. Onlardan 23 saylı
köçkün tam orta
məktəbinin 9-cu sinif
şagirdi Musazadə Sadiq Mübariz oğlu riyaziyyat fənnindən yüksək
nailiyyət əldə
edərək respublika
müsabiqəsində 3-cü yeri tutmuşdu.
Respublikamızın digər bölgələrinin
təhsil müəssisələrində
olduğu kimi, Ağdamda da məktəblərin kompüterlə
təminatında xeyli
işlər görülmüşdür. Təkcə son illərdə rayonda 490 ədədə yaxın kompüter dərsləri quraşdırılmışdır ki, bu da
şagirdlərin kompüterdən,
bütövlükdə internetdən
istifadə etməsində
çox uğurlu bir addımdır. Onu da xatırladaq ki, ölkəmizdə həyata keçirilən
"Bir şagird - bir kompüter" müsabiqəsində də
Ağdam məktəbliləri
də yaxından iştirak edirlər.
Yeni dərs ilinin ən sevincli anlarından biri də Ağdam məktəblilərinin, daha
doğrusu, builki məzunların ali
məktəblərə qəbul
olunmasıdır. Yəni
respublika üzrə ən yüksək bal toplayan şagirdlər
arasında Ağdamdakı
37 saylı məktəbin
məzunu Fəridə
Radəf qızı Gərayeva da var. O, 685 bal toplamışdır. Həmçinin
Üçoğlan kənd
tam orta məktəbinin
məzunu Səkinə
Tahir qızı Nəcəfova da 680 bal toplayaraq prezident
təqaüdçüləri sırasına adını
yazdırmışdı. Göründüyü
kimi, builki məzunlar arasında tələbə adını
qazananlardan 11 nəfəri
600 baldan çox, 38 nəfəri 500 baldan çox toplayaraq rayonun adını ön sırada yazmışdılar. Bu da onu göstərir
ki, həqiqətən
də Ağdamda təhsilə, elmi biliklərin mənimsənilməsinə
böyük diqqət
və qayğı göstərilir.
Biz Ağdamda olarkən
onun da şahidi
olduq ki, burda hər kəs, xüsusən də təhsil işçiləri ölkə
rəhbərinin, Təhsil
Nazirliyinin cəbhə
bölgəsində işləyən
müəllimlərə, oxuyan
şagirdlərə xüsusi
qayğısından çox
məmnundular. Bizimlə həmsöhbət olan pedaqoji kollektivlərin
nümayəndələri birmənalı
şəkildə göstərilən
qayğıdan məmnunluq
ifadə etdilər.
Hətta
rayon Təhsil Şöbəsinin
müdiri qazanılan uğurlarda ölkə prezidentinin qayğısının
xüsusi önəm daşıdığını dilə gətirdi. Onu da dilə gətirdi
ki, Ağdamın təhsil işçiləri
9 oktyabrda öz doğru qərarları ilə gerçək seçim etdilər və onların hamısı yekdilliklə
İlham Əliyev cənablarına səs verdilər. Çünki
prezidentimizə inanır
və onun əməli fəaliyyətinin
bəhrəsini öz
həyatımızda həmişə
hiss edirik. Ona görə də
cənab prezidentimizi yenidən ölkəmizin rəhbəri seçilməsi
münasibəti ilə
ürəkdən təbrik
edir və onu əmin edirik
ki, Ağdamın təhsil işçiləri
həmişə onun yanında olacaqlar.
Ceyhun RÜSTƏMOV
Ədalət.-2014.-18 iyun.-S.7.