EL
ÜÇÜN YAŞAYAN ELÇİN
Qərib Mehdinin kitabı barəsində oxucu sözü
Əvvəlcə
ordan başlayım ki, dünən sənət məbədgahlandən
biri olan Dövlət Dram Teatrının binasında Azərbaycan
yazıçılarının XII qurultayı keçirildi. Qurutlayın nümayəndələri arasında
hamının hörmətlə
hal-əhval tutduğu,
qarşıdan gələn
yubileyi münasibəti
ilə təbrik etdikləri söz adamlarından biri, dəyərli alim, şair, tərcüməçi
və bütün mənalarda özünü
ifadə edən ziyalı Elçin İsgəndərzadə idi. Məhz bu
aurada mən onu izləyə-izləyə
bir xeyli müddət bundan öncə əldə etdiyim "Elçin-El Üçün" kitabını
və bu kitabda yazılan anları, fikirləri, duyğuları göz önünə gətirdim.
Necə deyərlər, həmin kitabda oxuduqlarım elə bil izlədiyim
anlarda da bir-birini tamamlayırdı.
Ona görə də redaksiyaya qayıdan kimi dərhal həmin kitab barəsində etdiyim qeydlərə yenidən göz gəzdirib onun barəsində düşüncələrimi oxucuların
diqqətinə çatdırmaq
qərarını verdim.
Dəyərli söz adamlarından biri olan yazıçı-publisist
Ümbülbanu xanımın
çox səmimi ön sözü ilə başlayan kitab üç hissədən ibarətdir. Kitabın
birinci, ikinci hisəsi Gəncə ədəbi mühitinin yetirməsi olan Elçin İsgəndərzadə
barəsində qocaman
yazıçımız Qərib
Mehdinin portret cizgiləri, ustad fikirləri, oxucu yanaşması, bir sözlə, Elçini müxtəlif aspektlərdən
təqdim etməkdən
ibarətdir. Ön söz müəllifinin yazdığı kimi,
"Elçinin həyat
və yaradıcılıq
marşrutu belədir:
Şuşa-Gəncə-Bakı-Dünya. Elmdə professorluq zirvəsinə çatıb, şairliyi ondan geri qalan
deyil" - deyə Qərib Mehdi bir müəllim kimi şagirdinin uğurlarını urəkdən
arzulayır, xeyir-duasını
əskik etmir"".
Məncə bu sözlərdən
sonra, yəni ustadın öz şagirdi barəsində belə böyük ürək oduyla, sevgisiylə münasibət
sərgiləməsi az-çox
sözə marağı
olan oxucunun mütləq bu kitabı gözdən keçirməyə həvəsləndirəcəyinə
mənim şübhəm
yoxdur.
Elə burdaca onu da xatırladım
ki, Qərib Mehdi özünün bu kitabını şagirdinin 50 yaşına
ustad ərməğanı
edib. Seçdiyi adı da Elçin İsgəndərzadənin
həyat fəaliyyətinin
ədəbi fraqmentlər
baxımından diqqəti
çəkən, həmçinin
diqqətdən kənarda
qalan məqamlarını
hər kəsə sərgiləmək üçün
belə bir üslub seçibdir.
Maraqlı burasıdır ki,
həmin fraqmentlərin
hər birində Elçinin həyatının,
Gəncədə keçən
günlərinin, hətta
ən yaxın adamlarının belə bilmədiyi nüanslarını
işıq üzünə
çıxarıb.
Bu da onu göstərir ki, şagirdinə böyük
inamı olan Qərib Mehdi elə ilk təmasdan Elçinin həyatını,
onun yaradıcılığını,
onun fəaliyyətini
diqqət mərkəzində
saxlayıb. Görünür, bu instinq həm də Qərib müəllimə
imkan verib ki, şagirdinin böyük gələcəyinə
bütünlüklə inansın.
Kitabın ikinci hissəsində Qərib müəllim Elçinlə bağlı,
daha doğrusu, onun əsərləriylə,
kitablarıyla bağlı,
hətta konkret şeir və poemalarıyla əlaqəli
həm oxucu, həm müəllim fikirlərini bölüşüb. Müxtəlif mətbu orqanlardan verdiyi müsahibələrində
Qərib müəllim
mütləq böyük
ümid bağladığı,
güvəndiyi yetirmələrinin,
o cümlədən də
Elçinin adını
xüsusi vurğulayıb.
Kitabın ikinci bölümündə
həm də Elçin İsgəndərzadəyə
ünvanlanmış açıq
məktublar, ona edilən müraciətlər
də xülasə şəkilində yer alıb. Kitabın üçüncü
hissəsi isə Elçin İsgəndərzadənin
bioqrafiyası, əldə
etdiyi uğurların sırası, həmçinin
professor, şair dostumuzun
14 elmi və bədii kitablarının
siyahısı, həmçinin
dünyanın müxtəlif
ölkələrində çap
olunmuş əsərlərinin
adı və nəhayət Elçin İsgəndərzadənin müştərək
və fərdi qaydada tərcümə ediyi 125 kitabın adı və fotoalbom çap olunubdu. Doğrusunu deyim ki, Elçin İsgəndərzadə
barəsində özümü
kifayət qədər
məlumatlı saysam da, ancaq məhz
Qərib müəllimin
böyük ürəklə
və həm də peşəkarlıqla
hazırladığı "Elçin-El Üçün"
kitabından mən dostumun həm də çox işgüzar, məsuldar bir tərcüməçi
olduğunu öyrəndim.
Bu mənim üçün
necə deyərlər,
xoş bir sürpriz idi.
Mən də bir oxucu
olaraq, bu günlərdə 50 yaşını
qeyd edəcəyimiz Elçin İsgəndərzadəni,
həmçinin Qərib
müəllimi bu mükəmməl kitab münasibəti ilə təbrik edirəm.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2014.-18 iyun.-S.4.