Bu yaz
duyğularım tumurcuqlamır
Mənim Səməngül
anam
Ömrün ahu-zarında,
Xoş gün intizarında,
Zamanın axarında
Getdi mənim gül anam,
Mənim Səməngül anam.
Yatmazdı sübhə kimi,
İncitsəydi hər kimi,
Torpaq altda zər kimi
İtdi mənim gül anam,
Mənim Səməngül anam.
Dağlarin ətəyində,
Gülündə-çiçəyində,
Ellərin ürəyində
Bitdi mənim gül anam,
Mənim Səməngül anam.
Səma bulud, yer duman
Səma
bulud, yer duman,
Adam göz aça bilmir,
Təyyarələr bir yana,
Quşlar da uça bilmir.
Səma
bulud, yer duman,
Çəkilmə geri, könül,
Pisin özü görünür,
Yaxşının yeri, könül.
Səma
bulud, yer duman,
Artır
qəmim-qübarım,
Göydə Günəş ağarır,
Yerdə mənim saçlarım.
Söz qurduyam
Görən, yağı nə
düşündü,
Talan etdikcə yurdumu:
Əcdadı boz qurd olanın
Övladı ipəkqurdumu?!
Yox, yox, meşəmdən-çölümdən,
Dərəmdən-dağımdan getməz,
Boz qurdun əksi gözümdən,
Səsi qulağımdan getməz.
Ulasam, düşünmə, dostum,
Bu çöllərin boz qurduyam,
Mən boz qurdun şərəfinə
Dastan qoşan
söz qurduyam.
Quruya-quruya
Bu dəryalar hara belə
Gedir quruya-quruya,
Nə səpsək qara torpağa,
Bitir quruya-quruya.
Günəşin gözü bərəlir,
Qum qaçır tozdan irəli,
Buludlar göydə seyrəlir,
İtir quruya-quruya.
Ləçəyində min bir çalar
O güldən indi harda var,
Yaşıl xalını səhralar
Didir quruya-quruya.
Qalxır
dünyanın acları,
Aşırdır təxti-tacları,
Qarğıyır soyuq sacları
Fətir quruya-quruya.
İlham
vermişdi yaradan,
Yazırdıq ağdan-qaradan,
Çıxardır bəndi sıradan
Sətir quruya-quruya.
Düşməyir əksi misraya,
Bükür boynunu dağ-qaya,
Şair
təbim son damlaya
Yetir quruya-quruya.
Küsür Mirdamət sözümdən,
Çıxır çölümdən-düzümdən,
Dönüb ilğıma gözümdən
İtir quruya-quruya.
Məzar
daşına yazı
İnsan
olub dünyaya
Gəldim
yaşamaq üçün,
Bu yerləri münasib
Bildim yaşamaq
üçün.
Dost araya-araya,
Qəlbim
döndü saraya,
Ömrü ağa-qaraya
Böldüm yaşamaq üçün.
İsitmədi közünə,
Saldı
çölün düzünə,
Əcəlin də üzünə
Güldüm yaşamaq üçün.
Yıxılsam da atımdan,
Bezmədim həyatımdan,
Yamanları yadımdan
Sildim yaşamaq
üçün.
Qəmlərə sinə gərdim,
Axır
gülümü dərdim,
Yaşasaydım, ölərdim,
Öldüm yaşamaq üçün.
Könül yatır, bəxt
oyanır
Qanadlarım olmasa da,
Seyrəngahım göydü mənim.
Haqqın
hökmüylə yazmışam,
Yoxsa ağzım
nəydi mənim.
Məftunam gül nəfəsə
də,
Bəm sədaya, zil səsə də,
Qələmim ləng işləsə
də,
Fikirlərim yeydi mənim.
Tükənməzdi sözüm-sovum,
İstəyirdim ceyran qovum,
Birdən
yoxa çıxdı
ovum,
Oxum daşa
dəydi mənim.
Haqq oğluyam, haqqa yaram,
Hahaq ilə yoxdu aram,
Böyük-kiçik tanımaram,
Hikkəm ayrı şeydi mənim.
Ömür gedir, gün dayanır,
Könül yatır, bəxt
oyanır,
Əlli
ildir canım yanır,
Ətim hələ çiydi mənim.
Şəkillər əksidir şəxsiyyətimin
Dayan, şəkilçəkən, çəkmə
şəklimi,
Oyatma könlümün qəm-qübarını,
Mən belə işıqda pis görünürəm,
Söndür obyektivin lampalarını.
Gələn getməlidir, qalmağa
yer yox,
Arzular gül kimi açılıb-solsun,
Allah elçisinin şəkli varmı heç,
Allah bəndəsinin şəkli
də olsun.
Yaranan torpağa gömülməlidir,
Olum həqiqətsə, ölüm
də haqdır,
Mənə elə gəlir,
şəkil çəkdirmək
Kağız üzərində dəfn
olunmaqdır.
Hara dönürəmsə-qırmızı işıq,
Gərək hədəflərə tək sinə gərəm,
Həyatda yaşanan ömür
budursa,
Şəkildə görünən günü
neylərəm.
Yanıram, ey tarzən, mizrabı götür,
Dərdinin üstünü aç
sarı simin,
Gözümün içinə baxanlar
görsün -
Şəkillər əksidir şəxsiyyətimin.
Bir bax, şəkilçəkən,
leysanlar yağır,
Ömrüm dəryaların ləpədöyəni,
Çox
buza dönmüşəm
yer üzərində,
Kağız üzərində dondurma məni.
Tikanlar başına alıb hər yanı,
Sən də bir gül-çiçək
əksən, yaxşıdır,
Millətin şəklini çəkdiyin
bəsdir,
Millətin dərdini çəksən,
yaxşıdır.
Bu yaz duyğularım tumurcuqlamır
Mayda belə soyuq gəlirmi yada,
Yaz yaza bənzəmir, elə bil qışdı,
Məni
çox yağışlar
yaxalasa da,
Belə islandığım heç
olmamışdı.
Dolaşmaq istədim çölü-çəməni,
Damlalar az qaldı
dərimi didə,
Elə üşütdü ki, bu yağış məni,
Qızına bilmədim şimşəyinə
də
Ağaclar dayanmış səssiz-səmirsiz,
Sanki yarpaqlardan göz yaşı axır,
Bu soyuq yağışa mat qalmışıq biz:
Mən gülə
baxıram, gül mənə baxır.
Səmadan qəlbimə nisgillər
damır,
Daha pıçıltılar qopmur
dilimdən,
Bu yaz duyğularım tumurcuqlamır,
Deyəsən, kökümdən qurumuşam
mən.
Yaşamaqdan qorxuram
Dünənini unudan
Sabahsız da yaşayır,
Allah quran dünyada
Allahsız da yaşayır.
Əli qoynunda qalıb,
Olarmı
şən, əkinçi,
Savab əkib yerinə
Günah biçən əkinçi.
Ya qorumaq istəmir,
Ya da qoruya bilmir,
Tanrı
Tanrıdır, amma
Bəzən yaxşını pisdən
O da qoruya bilmir.
Hər kəs layiq olduğu
Bir məqama yetəcək,
Bu dünyada əkilən
O dünyada bitəcək.
Son qoymağa nə var ki,
Başlamaqdan qorxuram,
Mən ölməkdən qorxmuram,
Yaşamaqdan qorxuram.
Qəlbdə sözdən sərgi
var
Söz də ağac kimidir,
Budağı var, kökü
var,
Hər dodaqda boy atmaz,
Zəhmət çəksən o ki var.
Demə
yalan mətindir,
Meydan həqiqətindir,
Aşıb keçmək çətindir,
Harda haqdan hörgü var.
Gedək
sözü dərməyə,
Vərəqlərə sərməyə,
Oğul
istər görməyə,
Qəlbdə sözdən sərgi var.
Günlərini zar eylər,
Məclisini dar eylər,
Eldə səni xar eylər.
Sözün yaman görkü var.
Məramını et bəyan,
Olsun hamıya əyan,
Məna
yükü olmayan,
Sözün tənə yükü
var.
Mirdamət
ƏZİZ
Ədalət.-2014.-20 iyun.-S.7.