Millət vəkili prezidentlə
bağlı kitab yazdı
Bu gün Azərbaycan
Dillər Universitetində
tanınmış yazıçı,
millət vəkili Hüseynbala Mirələmovun
ərəb dilinə tərcümə edilmiş
"İlham Əliyev"
adlı kitabının
təqdimatı keçirilib.
Təqdimat mərasimində millət vəkilləri, tanınmış ziyalılar
və Azərbaycanda fəaliyyyət göstərən
ərəb ölkələrinin
səfirləri iştirak
edib.
Təqdimat mərasimində çıxış
edən ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov bildirib ki, kitabın ərəb dilinə tərcümə edilməsi
mühüm əhəmiyyətə
malikdir: "Ümumiyyətlə
bu kitab müxtəlif dillərə
tərcümə olunub.
Sevindirici haldır ki,
kitabın təqdimatı
ADU-da keçirilir.
Bu heç də
təsadüfi deyil.
ADU-da müxtəlif
dillər tədris oolunur. Bu gün
Ümummilli Lider Heydər Əliyevin və həmin siyasi kursun layiqli
davamçısı İlham
Əliyevin səyi nəticəsində ADU-da
20 xarici dil tədris olunur. Bizim Fələstin, Liviya, BƏƏ, Sudan və
s. əlaqələrimiz çox
yüksək səviyyədə
təşkil olunur. Bubgün burada əyləşən
tələbələr, müəllimlər
ərəb dilini mənimsəməklə ölkəmizi
Ərəb dünyasına
yaxınlaşdırırlar.
Tədbirdə kitabın BƏƏ-nin Dubay şəhərində
keçirilən təqdimatından
bəhs edən videoslayd nümayiş olunub.
Millət vəkili Eldar İbrahimov kitab haqqında fikirlərini çatdırıb. Qeyd edilib ki, kitabda Prezident İlham Əliyevin xarici ölkələrə
səfəri, keçirdiyi
görüşlər, AŞPA-dakı fəaliyyəti geniş əks olunur. Bununla belə kitabda
neft strategiyası ilə bağlı məsələlərə də
geniş yer verilib və s.
Daha sonra
"İlham Əliyev"
kitabının müəllifi,
yazıçı, millət
vəkili Hüseynbala
Mirələmov çıxış
edərək kitabın
əhəmiyyətindən və cəmiyyətimiz üçün oynadığı
mühüm roldan danışıb.
Təqdimat qonaqların çıxışı
ilə başa çatıb.
Xatırladaq ki, öz əhatəliliyi,
faktların səhihliyi
və zənginliyinə
görə dünyanın
bir çox kütləvi informasiya vasitələrinin ölkəmizin
rəhbərindən materiallar
hazırlayarkən etibarlı
mənbə kimi istinad etdikləri əsər Küveytdə
ərəb dilində
nəşr olunub.
Kitabın ərəb dilinə tərcüməsi və nəşri Azərbaycan Respublikasının Küveytdəki
səfiri Tural Rzayevin təşəbbüsü
və dəstəyi ilə baş tutub.
Ədalət.-2014.-20
iyun.-S.4.