MƏNSUR ŞEİR USTASI: GÜLHÜSEYN HÜSEYNOĞLU

("Ədəbiyyatımızın cəfakeşləri" silsiləsindən)

 

Hələ ADU-nun tələbəsi ikən (1944) "Ana" adlı hekayəsidəbiyyat qəzeti"ndə dərc olunmuşdu. Analara məhəbbət, rəğbət ifadə edən bu hekayəni o zaman Səməd Vurğun oxuyub bəyənmişdi. 1946-cı ildə isə "Bənövşə əfsanəsi" adlı mənsur şeiri çap olunur və Gülhüseyn Hüseynoğlunun yaradıcılığında bu iki xətt- sırf nəsr və mənsur şeir paralel şəkildə davam edir.

Gülhüseyn Hüseynoğlu Azərbaycan ədəbiyyatında ilk növbədə, mənsur şeir ustası kimi tanınır və onun yaradıcılığı haqqında söhbətə də məhz bu nöqtədən başlamaq lazımdır.

Tədqiqatçıların araşdırmalarına görə "mənsur şeir" terminini dünya ədəbiyyatında ilk dəfə fransız yazıçısı Aloiziyus Bertran (1807-1841) gətirmişdir.Bertrandan sonra fransız şairlərindən Şarl Bodler (1821-1867) və Artur Rembo (1854-1891) da bu canrda əsərlər yazmışlar. Böyük rus yazıçısı İ.S.Turgenevin də (1818-1883) mənsur şeirləri məşhurdur. Daha sonra hind ədəbiyyatında R.Taqor, türk ədəbiyyatında Xalid Ziya da mənsur şeir ustası kimi tanınmışlar.

Azərbaycan ədəbiyyatında isə mənsur şeir canrına ilk dəfə müraciət edən XX əsr Azərbaycan romantizminin banilərindən olan Məhəmməd Hadidir. Filologiya elmləri doktoru Hüseyn Həşimli "Azərbaycan mənsur şeirinin təşəkkülü" monoqrafiyasında (Bakı, "Nurlan" nəşriyyatı, 2006, səh. 37) qeyd edir ki, Məhəmməd Hadinin 1908-ci ildə Bakıda, "Kaspi" mətbəəsində çap olunmuş "Firdovsi-ilhamat" kitabının 221-232-ci səhifələrində onun "Düşündüklərim" adı altında birləşən mənsur şeirləri verilmişdir". H.Həşimli daha sonra Abdulla Surun, T.Ş.Simurğun, Seyid Hüseynin, N.Nərimanovun, Y.V.Çəmənzəminlinin, iyirminci-otuzuncu illərdə isə Ə.Tağızadənin, A.Böyükzadənin, Əkrəm Uəfərin, H.Nəzərlinin də mənsur şeirlərindən söz açır. Daha sonrakı illərdə Nigar Rəfibəyli, Uəfər Bağırı, Qərib Mehdi və İslam Ağayev də bu canra müraciət etmişlər. Lakin etiraf olunmalıdır ki, Azərbaycan ədəbiyyatında mənsur şeirin populyarlaşmasında,oxucular arasında rəğbət qazanmasında Gülhüseyn Hüseynoğlunun böyük əməyi vardır.

Ədəbiyyatşünaslar arasında mənsur şeirin canr xüsusiyyətləri barədə müxtəlif fikirlər söylənilmişdir. Bəziləri onu nəsrin, bəziləri isə şeirin canrı hesab etmişlər. Ancaq ikincilər üstünlük təşkil edir və onların mənsur şeirlə bağlı fikirləri daha dəqiqdir. Professor Mir Uəlal Paşayev yazır: "Lirik və epik xüsusiyyətlərin müştərək, birgə halında iştirak etdiyi, həm də insanın daxili, hissi aləmini qələmə alan, vəzn, qafiyə, bölgü kimi nəzm şərtlərindən uzaq, təbii ritmik nəsr dili ilə yığcam yazılan əsərlərə mənsur şeir adı verirlər. Burada şeirə xas əlamət obyektə (insan, hadisə, təbiət) münasibətdə məhz həyəcanın, daxili fərdi təsirin ön plana çəkilməsidir. Müəllif sanki xarici obyektiv aləmdən ayrılıb, təcrid olunaraq bir an özünü cəlb edən, özünə hər şeyi unutduran bir mövzunun əsiri olur. Hiss-həyəcanlarını, yazı məharətini ifadə üçün təsvirin gözəlliyi, zərifliyi; söz, tərkib, ifadələrin diqqətlə seçilməsi gərəkdir".

Bu tərif sanki bütünlüklə Gülhüseyn Hüseynoğlunun mənsur şeirləri üçün deyilib.

Gülhüseyn Hüseynoğlunun mənsur şeirlərinin mövzu dairəsi genişdir. Əsasən insan qəlbinin lirik-romantik duyğularını ifadə edən mənsur şeirlərdə həyatın, gerçəkliyin düşündürücü mətləbləri öz əksini tapır. Hər bir mənsur şeirin öz mövzusu var və G.Hüseynoğlu lirik duyğu və düşüncələrini də hər hansı mövzunun tələbinə görə uyğunlaşdırır. Müəllif "Mənsur şeirlərim mənim" yazısında fikrini belə ümumiləşdirir: "Ana torpaq, insaniyyət,halal çörək, fədakarlıq, əvəzini gözləməyən xeyirxahlıq, insan kimi düşünüb də insan kimi yaşamaq, bütöv olmaq-həmişəlik söhbətimiz, sözümüzdür. Yanılmalar, aldanmalar, çəkilməz hicran yanğısı, qəlb ağrısı-düşüncəniz, qayğınızdır, ağrınızdır, mövzunuzdur, mövzunuzdur. Sevincə, kədərə ortaqsınız. Yalandan, riyadan uzaqsınız. Nə yaxşı ki, varsınız!.."

Onun mənsur şeirlərini iki qismə bölmək olar. Birinci bölgüdə sırf lirik duyğular ifadə olunur və burada konkret olaraq heç bir hadisədən söhbət getmir. Sadəcə olaraq müəllif müəyyən bir məsələyə öz münasibətini bildirir. Məsələn: "Yol çəkən gözlər", "Hanı?", "Axar su", "İstəmirəm", "Qəsbkar", "Gözləyirik". "Ağlamayın!", "Məhəbbətdirmi bu?!", "İki damla göz yaşı", "İstək", "Payız"., "Gecikdikcə geciksin". "Ağaclarım", "Ümid və həqiqət", "Ömrümüz boyu", "Əsrlərdən əsrlərə", "Humanizm" mənsur şeirlərində müəyyən bir fikir ifadə olunur. Burada mənsur şeirlərə xas olan ritm, müəyyən sözlərin tez-tez təkrar olunması, melodik ahəng diqqəti cəlb edir.

"Bülbül meşə istəyir. Gül qoxulu, bahar ədalı, xoş sədalı meşə. İstəyincə, ürəyincə cəh-cəh vurmaq üçün.

Qartal dağ istəyir. Dörd bir yanı sıldırım qayalı dağ. Qıy vurub ənginliklərə şığımaq, səma dərinliklərinə yol almaq üçün.

Qağayı dəniz istəyir. Balıq nəfəsli, sahilləri insan ləpirli dəniz. Doyunca, yorulunca süzmək, hey süzmək üçün.

Sənətkar sərbəstlik. Ürəklərə girmək üçün, əsrlərə getmək üçün!" (G.Hüseynoğlu. Qatar gedir. Bakı, "Gənclik", 1983. səh. 60)

"İstək" adlı bu mənsur şeirdə, dörd yığcam abzasda dörd fikir söylənilir və əvvəllinci üç abzaı dördüncüsü üçün vəsilə olur. Bülbülün meşə, qartalın dağ, qağayının dəniz istəkləri sənətkarın sərbəstlik istəyi ilə paralel təqdim edilir. Hər bir istək onu arzulayanın xarakterindən doğur.

Gülhüseyn Hüseynoğlunun mənsur şeirlərində təkrirlər çox işlənir və bu da mətndə yeksənəklik yaratmır, əksinə, fikri qüvvətləndirən məcazi bir vasitəyə çevrilir. Məsələn, "Axar su" mənsur şeirinə diqqət yetirək:

Axır suya baxıramgŞeh damlası kimi şəffaf, şırıldaya-şırıldaya axan suya! Axır, axır. Baxıram, ürəyim axır.

Axar suya baxıramgKönlüm-ruhum, qolum-qanadım açılır.

Axar suya baxıram..Uzaq-uzaq yollar, məsafələr qısalır. Ümid çoxalır.

Axar suya baxıramgÖmür mənalanır, fikirlər qol-budaq atır, şaxələnir.

Axar suya baxıramgAxır, axır.

Axar su durğunluğu sevməz. Sevirəm axar suyu, sevirəm! (G.Hüseynoğlu. Qatar gedir. Bakı, "Gənclik", 1983, səh. 39)

Mənsur şeirlərində G.Hüseynoğlunun dil və üslub gözəlliyi hiss olunur: fikir aydınlığı, sadə və lirik təsvir üsulu, sözə qənaət, bədii təsvir vasitələrinə müraciət bu mənsur şeirləri oxucuya sevdirən başlıca xüsusiyyətlərdir. "Azərbaycan dili" mənsur şeirinə diqqət yetirək: "Anamın südündə, vətənimin havasında, çörəyimdə, suyumda səni duymuşam!

Torpağımda, daşımda, çölümdə-çəmənimdə, Kürümdə-Arazımda, Xəzərimdə səni görmüşəm!

Elimdə-günümdə, dərsimdə-kitabımda səni sevmişəm! Sevmişəm, a mənim tarixin eniş-yoxuşlarında xalqımın göz bəbəyi kimi qoruduğu dilim! Azərbaycan dilim!"

Gülhüseyn Hüseynoğlunun mənsur şeir yaradıcılığında müəyyən hadisə üstündə qurulan sücetli nümunələr də az deyil. Əgər öncə misal gətirilən nümunələr ifadə tərzinə, ritm və ahənginə görə şeirə daha çox oxşayırsa, müəyyən sücetə malik olan mənsur şeirlər isə lirik hekayəyə bənzəyirlər.

"Mücrü" mənsur şeiri bir ömrün həyat dastanını oxucunun gözləri qarşısında canlandırır. Rus yazıçısı Konstantin Fedin bu mənsur şeir haqqında ürək sözlərini belə ifadə etmişdi: "Öz vətənində çox yaxşı tanınan Azərbaycan yazıçısı Gülhüseyn Hüseynoğlu ilə məni təsadüf tanış etdi. O, nasirdir və mənsur şeir yazır. Canrgo qədər də yeni deyildir. Ancaq əlyazmasını oxuyarkən mən bu qənaətə gəldim ki, bunlar, heç şübhəsiz, bizi sovet xalqlarının poeziyasında meydana çıxan diqqətəlayiq nümunələrlə tanış edən "Drucba narodov" curnalında çap olunmağa layiqdir.

"Mücrü" şeiri barədə danışmaq istərdim. ..Bu əsər ona görə diqqətəlayiqdir ki, oxucunun hissini hökmlə, lakin çox incə bir tərzdə keçmiş günlərdən bu günə gətirib çıxarır və yeni dünyamızı onun əsl ideal mənasında açıb göstərir.

Əsərdəki məcaz varlığın canlı obrazına çevrilir. Bu metamarfoza məni ovsunlamışdır" ("Drucba narodov" curnalı, 1970, № 6, səh. 125).

"Mücrü" G.Hüseynoğlunun mənsur şeirləri içərisində elə bir nümunədir ki, həm ideyası, aşıladığı məzmunu, həm də forma-sənətkarlıq məziyyətləri ilə xüsusilə seçilir, fərqlənir. Yəni "mənsur şeir necə olmalıdır?" sualını bütün parametrləri ilə müsbət cavablandıran bir nümunədir. Uəmi 23 kiçik abzasdan ibarət olan bu mətndə şeirlə nəsrin möhtəşəm vəhdəti yaradılır. Uümlələr, abzaslar, kiçicik mətn parçaları bir-birini əvəz etdikcə, bir ananın və bir ailənin həyat tarixçəsini gözlərimiz qarşısında canlanır. Ahəngi, emosironallığı etibarilə şeirə oxşayan, amma vəznsiz, qafiyəsiz olan bu parçada bir hekayənin yaxud povestin materialı ola biləcək həyat hadisələri ilə qarşılaşırıq. "O, gəlin köçəndə anası mücrü də qoydu cehizinin üstünə. "Gəlin mücrüsüz olmaz!" dedi"- "Mücrü" mənsur şeiri bu cümlə ilə başlayır və mətndəki mücrü rəmzi məna daşıyır: etibarın, ailə şərəfinin, vəfa və sədaqətin, övlada məhəbbətin, həyatda qazanılan uğurların daşıyıcısı-qoruyucusudur mücrü. "Açıldı mücrü, örtüldü mücrü, boşaldı mücrü"- bu sətirlər həyatın dialetikasını, şərəflə yaşamış bir ailənin çətin, məşəqqətli, amma həm də sevinclərlə, uğurlarla, xoş anlarla dolu olan ömür yolunu səciyyələndirir.

Gülhüseyn Hüseynoğlunun bu qəbildən olan mənsur şeirlərini HƏYAT LÖVHƏLƏRİ də adlandırmaq olar. "İnsan", "İlk qədəm", "İşıq və zülmət", "Mücdəçi", "Gənc ananın etirafı", "Bənövşə əfsanəsi", "Gözəl", "Küsülülər", "Kişilik", "Ən sağalmaz yara" mənsur şeirləri ona görə maraqla oxunur ki, bu yazılarda real həyat hadisələri öz əksini tapır. Xeyir və şər, işıq və zülmət, sevgi və nifrət, vəfa və xəyanət..mənsur şeirlərdə bədii təzadların silsiləsini təşkil edir.

.Gülhüseyn Hüseynoğlunun nəsr yaradıcılığı da özünəməxsusluğu ilə seçilir. Onun novella, hekayə və povestləri yaşadığı dövrün sosial-mənəvi ab-havasını əks etdirir və bu nəsr əsərlərinin əsas mövzusu da müasir insanın həyatından, dünyaya, gerçəkliyə, yaşadığı mühitə, ailəyə, sevgiyə, təbiətə, işlədiyi kollektivə münasibətindən doğan hadisələr üzərində qurulmuşdur.

Novellaları içərisində "Nigarançılığın sonu" nəsrimizdə uğurlu bir hadisə kimi qeyd edilir.

İki gözəl insan-zərgərlik mağazasında satıcı işləyən Nazəninlə neftçıxarma briqadasında usta köməkçisi işləyən Mustafa arasında yaranan adi ünsiyyət get-gedə qarşılıqlı məhəbbətə çevrilir.Hər ikisi hiss edir ki, tale onları əbəs yerə bir-biri ilə qarşılaşdırmayıb, amma hisslərini büruzə verməkdə uzun müddət tərəddüd edirlər. Nazənin: "Onsuz yaşaya bilərəmmi..necə olsa, özümü ələ alacağam. Hisslərimi boğacağam"-deyisə də, özünü o yerə qoymur, Mustafanı sevir. Mustafa da kənddən qayıdandan sonra qərara alır ki, ürəyində gün-gündən ona rahatlıq verməyən "mənim sevdiyim qız sənsən, Nazənin, sən!" kəlmələrini sevdiyi qıza söyləsin. Beləliklə, əsl, saf bir sevgi iki ürəyi əbədi birləşdirir, nigarançılığa son qoyulur.

Gülhüseyn Hüseynoğlunun hekayələrini mövzular üzrə müəyyən bölgülərə ayırmaq istəməzdik. Lakin onları küllən HƏYAT HEKAYƏLƏRİ adlandıra bilərik. Ailə münasibətləri, gənclərin sevgi duyğuları, vəzifəpərəstliyin, karyerizmin, cəmiyyətə zidd digər mənfi halların tənqidi, halal əməyin tərənnümü, analara, atalara sonsuz ehtiram, mənəvi saflığa çağırışgvə başqa həyati məsələlər onun hekayələrinin əsas qayəsini təşkil edir. Onun təqdim etdiyi qəhrəmanlar adi insanlardır, lakin bu adi insanlar mənən saf və işıqlı, təmiz və xeyirxahdırlar. "Vaxt keçirdi" hekayəsinin qəhrəmanı Türkan gözəl bir qızdır, həyatında bir çox bədbəxtliklərlə üzləşib, atası da, anası da çoxdan ölüb. Gözəldir, mənən safdır və həyatda kimin pts, kimin yaxşı olduğunun da fərqinə varır. Buna görə də Sərfi arvadın oğlu Əbülün evlənmək təklifini rədd edir. O, Neft daşlarında birgə işlədiyi Müqbilə könül verir. Adi bir əhvalatdır, ancaq G.Hüseynoağlu bu adi əhvalatı maraqlı hadisələrlə oxucuya çatdırır. "Geoloq qız" hekayəsində isə başlanğıc və sonluq təzad təşkil edir. Belə ki, iki gəncin-Neft daşlarında işləyən Yadigarla Xalisənin saf, təmiz məhəbbəti, bir-birinə könül verib toya hazırlaşmaları sonda faciə ilə bitir. Yadigar fırtına zamanı həlak olur.

Gülhüseyn Hüseynoğlu "Yana-yana", "Adam istəsə", "Xəzərin qoynunda" adlı üç povestin də müəllifidir. Hekayələrindəki incə müşahidə qabiliyyəti, təqdim etdiyi obrazların səciyyəvi xüsusiyyətlərini aça bilmək səriştəsi, süceti maraqlı, düşündürücü hadisələr əsasında inkişaf etdirməsi onun povestlərində daha aydın nəzərə çarpır.

"Yana-yana" povesti böyük el sənətkarı Aşıq Ələsgərin gənclik illərindən söz açır. Lirik hissləri, insan qəlbinin, insan sevgisinin ən zərif, kövrək məqamlarını əks etdirən bu povest ilk cümləsindən başlamış oxucunu öz ardınca çəkir, gənc Ələsgərin keçirdiyi hisslər, onun varlı evində nökərçilik etməsi, burada Səhnəbanuya aşiq olması, onun eşqiylə gözəl qoşmalar söyləməsi və nəhayət, bu eşqin qarşısına çıxan maniələr..bütün bunlar Aşıq Ələsgərin tərcümeyi-halı ilə uyğundur. Lakin təbii ki, tərcümeyi-halla bədii əsər arasında eynilik ola bilməz. Çünki bədii əsərdə qəhrəmanın keçirdiyi hisslər, onun çevgisi, əhatə olunduğu mühit və qarşılaşdığı çətinliklər müəllifin bədii təxəyyülünün məhsuludur və Gülhüseyn Hüseynoğlu professional bir yazıçı kimi bunları ustalıqla təsvir edə bilmişdir.

Gülhüseyn Hüseynoğlu Azərbaycan ədəbiyyatında mənsur şeir ustası və bir sıra maraqlı, düşündürücü nəsr əsərlərinin müəllifi kimi özünəməxsus yer tutur və bu əsərlər onu bir sənətkar kimi yaşadacaqdır...

 

Vaqif YUSİFLİ

ədalət.-2014.-21 iyun.-S.14.