BİR SƏHƏR YUXUDAN DURUB...
Bir səhər yuxudan durub
Özünü uşaq görəsən.
Görəsən hamı evdədi,
Ölənləri sağ görəsən.
gQorxasan qaçıb gedələr, -
Tez qapını bağlayasan.
Geri dönüb içəridə
bir təzə qonaq görəsən.
Görəsən ki, qapqaradı
o qonaq başdan ayağa.
Ondan başqa hamısının
üst-başını ağ görəsən.
Pəncərədən içəriyə
dola, dola gün işığı.
İçəridə boş-boşuna
yanan bir çıraq görəsən.
Söndürəsən o çırağı -
hamı birdən yoxa çıxag.
Otaqda bir qara qələm,
bir də ağ vərəq görəsən.
DÜNYA
QƏFİL İŞIQLANSA
Qəfil gün doğsa bir gecə,
Dünya düm ağ işıqlansa;
Şəhər-şəhər, küçə-küçə,
Otaq-otaq işıqlansa,
Görərik kimlərin əli
kimlərin cibindən çıxır.
Kimlər əyilə-əyilə
kimlərin evindən çıxır.
Qəfil gün doğsa bir gecə,
Min-min gizli günah görsək,
Üstünü örtə bilməsə,
Bu dünyanı çılpaq
görsək,
Başımıza hava gələr,
ağlımız çaşar
bəlkə də.
Hamı
birdən baş götürüb
dünyadan qaçar
bəlkə də.
Bu dünyada bəs kim qalar,
Kim böyüdər, uşaqları?!.
gNə yaxşı ki, bu dünyamız
Yavaş-yavaş işıqlanırg
KİM DEYİR YUXUDA ÖLMƏK
ASANDI
Deyirlər, yuxuda ölmək
asandıg
Özün də bilmirsən
necə ölürsən
Səhər tezdən eşidirsən
əzandı,
Yuxuda kirimişcə
ölürsən.
Bir göz qırpımında
qurtulur canın,
Ruhun bədənindən
uçur quş kimi.
Əlində qalmırsan dərdin,
dərmanın,
Dərdə də salmırsan evdə heç kimi.
Kim deyir yuxuda ölmək
asandı?..
Kim bilir, necədi
yuxuda ölmək?!
Bəlkə də, ən böyük dərddi, əzabdı,
Ən pis işgəncədi yuxuda ölmək.
Bir göz qırpımında
yuxuda bəlkə
İllərcə belində daş daşıyırsan.
Nəfəsin kəsilir axırda
bəlkə,
Ömrünü daşlara bağışlayırsan.
AYRILIQ
Yene bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz
yox.
Bəlkə də, biz xoşbəxt
ola bilərdik,
Bəlkədə xoşbətik, xəbərimiz
yox.
Aradan nə qədər il keçib
görən, -
Tanıya
bilmədim,
məni bağışla.
Mən elə bilirdim sənsiz ğlərəm,
Mən sənsiz ölmədim,
məni bağışla!
gSağımız-solumuz adamla dolu,
Qol-qola kişiler,
qadınlar keçir.
Özünden xebersiz
ömründe min yol
Özünü öldüren adamlar keçir.
keçir öz qanına batan adamlar,
Bir də ki, qan hanı?
Qan axı yoxdug
Hamı
günahkardı dünyada,
amma
Dünyada heç kəsin
günahı yoxdu
İLAN BALASI
Böyüyüb bu körpə ilan balası,
gah o başa, gah bu başa
sürünür.
Sevinir udduğu havaya, suya,
Torpağa sevinir,daşa sevinir.
Bir sevgi həvəsi dolur canına,
Gecələr gözünün itir yuxusu.
Çiçəyin qoxusu,
otun qoxusu,
Küləyin nəfəsi dolur canına.
Özündən xəbərsiz,
səssiz-səmirsiz
Zəhərə çevrilir canında hər şey.
Bu ilan balası bir vaxt
Canında gizlənən zəhərdən
xəbər tutacaq.
Bəlkə qarğıyacaq
baxtını onda,
Bəlkə boğazını
qəhər tutacaq.
Ağlama,
ağlama, ilan balası,
Baxtını qarğıma, ilan
balası!
Bu da bir ömürdü,
dözəsən gərək,
Beləymiş taleyin əmri, buyruğu;
Döşünün altında
sevən bir ürək,
Dişinin altında
zəhər tuluğu.
Görənlər çığırar:
- İlan var, ilan!..
Qovduqca qovarlar səni dünyada.
Hər yandan kəsilər
yolun-yolağın,
Tək bircə yol qalar sənə dünyada;
Başından
quyruğunacan,
Zəhərli dişindən
Quyruğunacan
Tək bircə yol qalar, -
o yol özünsən,
Özün öz yolunsan, ilan balası.
Hara qaçacaqsan
göz qabağından,
Bu zalım dünyaya
neyləyəcəksən?
Yüz yol çıxacaqsan
öz qabığından,
Özündən ayrıla bilməyəcəksən.
Öyrən,
yavaş-yavaş özünə
öyrən,
Dünyanın hər cürə
üzünə
öyrən.
Barış canındakı zəhərli
dərdlə,
iyrənmə özündən,
ilan balası.
Bəlkə də, ən acı həqiqət elə
sənsən yer üzündə, ilan balası.
Sənsən haqqın yolu bu yer üzündə,
tanrı özü
seçib bu yolu bəlkə.
Yüz cür sifətiylə, yüz cür üzüylə
dünya səndən
keçib durulur bəlkə.
QƏDRİMİ BİLMƏDİ
BU ADAM MƏNİM...
Bilmirəm, hayandan tapdı
ömrümü,
Bir dəli at kimi çapdı ömrümü,
Dağlara, daşlara çırpdı ömrümü,
Qədrimi bilmədi bu adam mənim,-
İlahi, al məni bunun əlindən!
İlahi, kaş məni bu yer üzündə
Bir özgə adama tuş eyləyəydin,
Lap məni adam yox, quş eyləyəydin,
Lap belə bir qara daş eyləyəydin,
Məni
bu adama sən necə qıydın,-
İlahi,
al məni bunun əlindən!
Al məni, ver məni, özgələrə
ver,
Sınıq aynalara, gözgülərə
ver,
Bölünüm, yüz tikə,
min tikə olum
Bu adam üzümə
baxa bilməsin.
Məni
aynaların qırıqlarından
Toplaya bilməsin,
yığa bilməsin.
Bölünsəm, dərdim də
bölündü bəlkə,
Hər dərdim
yüz tikə, min tikə oldu.
Bir dərdim qalmadı özümdən yekə,
Bütün dərdlərimdən mən
yekə oldum.
Bu yerin üstündə, göyün altında
Bölünsəm, hər tikəm
bir yana
düşsə,
Haçansa, kefinin xoş saatında,
İlahi,
təzədən yadına
düşsəm,
Təzədən toplasan qırıqlarımı
Sınıq əllərimi, ayaqlarımı,
Ağzımı, burnumu, qulaqlarımı,
İlahi,
təzədən calasan
məni,
dünyanın ən gözəl güzgüsü
ollam.
Təzədən dünyaya yollasan
məni,
Bu adam olmaram,
özgəsi ollam,-
İlahi,
al məni bunun əlindən!...
Ramiz Rövşən
Ədalət.-2014.-21 iyun.-S.13.