NURƏNGİZ GÜNÜN AĞ
ÇİÇƏKLƏRİ
(Gecikmiş bir yazı)
O idi. İllər arxasında gördüym
O. Həzin, amma cazibəli səsiylə şeirlər oxuyurdu.
Səsində bahar çiçəkləyirdi,
payızın xəzan
yarpaqları, qışın
narın qarı, yayın dəniz dalğalarına hopmuş
sərinliyi...gQuşlar
oxuyurdu onun səsində. Bülbül avazı, torağay nəğməsi səsində
şeirə dönmüşdü.
O idi. Gözəlliyi, bu gözəlliyin
sehri, cazibəsi, hətta fırtınası
ilə könüllərə
meydan oxuyurdu.
O idi. Ağ çiçək rənginə bürünmüş
bir Azərbaycan gözəli.
Yaş öz hökmünü versə
də, O idi gözlərindəki cazibəni,
baxışlarındakı gözəllik nurunu saxlayan, hifz edən.
Tükəndi ağ çiçəklərim, bir
payıza yaraq oldu
Çaşdı əsən rüzgarlarda, qopub varaq-varaq oldu.
Quş olub uçdu güllərim, əldə
qalan budaq oldu
Busələrimin qonağı bir üşüyən yarpaq
oldu.
Gözlərim gölə çevrildi,
vüsal məndən
uzaq oldu,
Nə gəldi
qüssədən gəldi,
məni üzən fəraq oldu.
Xəyal
oldu sevdiklərim, yanıb-sönən çıraq
oldu
Mənim
o ağ çiçəklərim, dönüb
qara torpaq oldu.
Bu nədir? Bir gözəlin qürubnaməsimi?
Yox.
Ömrün müdriklik çağının
bəyanı. Yox, Siz illərin o tayından bu tayına da köçüb gələn, eyni isti, hərarətli xatirələri soldura bilməzsiniz. İnsan yaşa
dolmağa, ömrün
dolaylarını, yoxuşlarını
aşmağa borcludur,
alında qırış
da olar, yerişdə, ahəstəlik
də, amma SƏS
ÖLMÜR. İstər zahiri, istərsə
də mənəvi gözəllik üçün
qürub yoxdur.
Dodaqlarımda təbəssüm,
Bəbəklərimdə ümid və qürur,
İçimdə ağlamaq ehtiyacı
Yol gedirəm,
yorulanadək.
Siz bu yolu-SƏS və
ŞEİR yolunu getməkdəsiniz.
Siz müasir
Azərbaycan şeirinin
zərif çiçəkləri
arasında məxsusi poetik ətri, rahiyəsi ilə hamıdan seçildiniz. Sərbəst improvizasiyalarınız, düşüncə
mədəniyyətiniz, dünyanı,
kainatı bir qadın ürəyindən
boylanan işıqda seyr etməyiniz illərdir ki, davam edir. Olsun ki, Sizin yaradıcılığınız,
şeirdəki özünəməxsus
poetik naxışlarınız
hələ Gün işığına çıxarılmayıb.
Amma ariflər o işıqdan faydalanıblar.
Ulu nənəm, Gün xanım, hey!
Bu torpağın öncə
Günəşi doğub,
Bu torpaq sarı tellərdən yoğrulub.
Bu torpağın ulu
nənəsi Gün xanım olub.
Gün xanım, Günəş xanım!
Andım,
Tanrım, imanım!
Gün-Günəşin qısa formasıdır. Azərbaycan şeirində
Günlər çoxdur.
Amma hamısı işıq saçmır. Məhsəti,
Natəvan, Heyran xanım, Fatma xanım Kəminə, Umgülsüm, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Mədinə
Gülgün - bunların
poeziyada saçdıqları
işığın ömrü
əbədiyyət qədər
olacaq. Siz də bu işığı tükənməyən,
sönməyən Günlərin
sırasındasınız. Mən müasir zəriflərdən
çox yazmışam.
Firuzə Məmmədli,
Nisbəyim, Xanım İsmayılqızı, Fərqanə
Mehdiyeva, Ofelya Babayeva, Səhər, Xatirə Fərəcli, Nazilə Gültac, Gülnarə Cəmaləddin,
İradə Aytel mənim bəyəndiyim zəriflərdir. Hər birinin
öz dünyası
var. Amma Sizin dünyanız fərqlidir.
Bu fərqi incələməyə
çalışacağam.
Birinci incələmə: Siz, səhv etmirəmsə, ədəbiyyata nəsrin qanadlarında gəlmisiniz.
"Tanrı bəşər
övladıdır" povest
və hekayələr
kitabınızla oxucuları
tanış etdiniz. Amma çox keçmədən
ruhunuzdakı şeiriyyət
sizi poeziyaya çəkdi. İlk oxunuşda
bu şeirlər mənə qəribə bir təsir bağışladı. Bunlar şeirdən
çox duaya bənzəyirdi. Və şeirdən
çox çiçəklərin
üsyanına bənzəyirdi.
Çiçək yağışı idi o şeirlər.
İkinci
incələmə: Qadın
yazarlar sevgidən, hissi-emosional münasibətlərindən
söz açanda kişi yazarlara
nisbətən daha səmimi görünürlər.
Ürəklərində nə varsa,
gizlətmirlər. Sizin şeirlərinizdə
də gizlinlər şəlalə kimi çağlayırdı. XX
əsr qadınının
ürək dünyasını
tədqiq edənlərə
tövsiyəm olar ki, sizin şeirlərinizi
oxusun.
Üçüncü incələmə:
Siz sərbəst şeirdə öz potensial imkanlarınızdan
qədərincə istifadə
etdiniz. Sərbəst şeirin ritmə,
melodiyaya uyarlığı
sizin şeirlərinizdə
daha görümlü
idi. Onları Siz özünüz
oxuyanda sanki bir şərqi səslənirdi... və səslənir.
...Sonra o məsum nağıla
sübhə kimi birgə göynədik.
Bu minvalla, bu böyük
dünyamıza
eyni kədərimizlə
eyni cür qərib düşdük...
Ah gülüm, qəribliyə
sən yaxşı bələdsən.
Sən heç nəyi unuda bilməyəcəksən!
Ovun quzum, ovun mənim
kövrək sevgim!
Kiri mənim ay ömürlük
kədərim!
Ən acısı-
qoynumuzdan asılıb
yerə düşən
o qolları unutmaqmış,
Ən acısı-
cığırlara haçalanıb
qar selində üşüyən o yolları
unutmaqmış!
Olacağa nə hacət? Yəqin bu
da gərəkmiş.
Nə biləydik, nə biləydik
Ən çətini
bölünməkmiş?!
Dördüncü incələmə; Sizin şeir və poemalarızda Ana obrazları tamamilə yenidir. Yeniliyi ondadır ki,
Siz anaların hiss və duyğularını
sanki özünüz
yaşayırmış kimi
şeirə gətirirsiniz.
Xüsusilə bir poemanızda
oğul yolu gözləyən Bəyim
ananın obrazını
elə yaratmısınız
ki, o obrazda mən sizi gördüm.
O göyərçin ruhuna
Səpib
səpələyirəm, ən
şirin bayatımı,
Sənə borcluyam ana!
Dolanım, fəda olum, o qara torpağına,
Düşüm ayaqlarına!
Sərilim, məlhəm olum,
ürəyinin dağına!..
İctimai hadisələrdən yazanda
- xüsusilə, Xocalıya
həsr etdiyiniz poemada - elə görürəm ki, o şəhidlərin ruhuna qarışıbsınız. Bax, şairliyin
bir məziyyəti də elə bundadır.
Beşinci incələmə; Sizin şeirlərinizdə istənilən
qədər təzə,
təravətli və
orijinal təşbih, epitet, metafora görürəm və bunları bu kiçik yazıda sıralamaq istəməzdim. Amma bir-ikisini
misal gətirim.
"Ağlama, Zaur, ağlama" şeirindən:
"Gümüş tabut
kimi ömür edir, gümüş pillələr. Firəngizin dünyası məlum-Zəncir
hasar arxasında gümüş yuxular.
Firəngizin əlləri çatmaz.
Yatır ürəyində
ölü qorxulargZaur
bu göl, bu ölü sular içrə su zambağıgBulud oldu, su oldu,
buludlara hopdu Təhminə, Zaur!.."
Əziz
oxucu! Səsi və şeirləri
haqqında söz açdığım bu şair-zərif xanım Nurəngiz Xudadat qızı Qulubəylidir.
Tərcümeyi-halında belə yazılıb.
Amma biz onu NURƏNGİZ GÜN kimi
tanıyırıq, sevirik
və oxuyuruq.
Müasir Azərbaycan poeziyasının
mənzərəsində onun
özünəməxsus Səsi,
Yeri, Məkanı, Zamanı var. Səsi şeirlərində, şeirləri
səsində olan Nurəngiz xanım poeziyamızın AĞ ÇİÇƏYİdir. Bu çiçək illər
keçdikcə poetik
təravətini itirmir.
Şeirə başladığı
ilk gündən bu günəcən yönü,
üslubu, deyim və duyum tərzi
başqalaşmayıb, amma
hər təzə şeirində, poemalarında
o çiçəyin saçdığı
işığa bürünmək
olar..
Yol gedirəm,
öləziyib saralanadək.
Arxamda sarp enişlər,
Çiynimdə Günəş tayası.
Ağuşumda Caləm və titrəyirəm,
Yol gedirəm, yol olanadək.
VAQİF
YUSİFLİ
Ədalət.-2014.-24 iyun.-S.7.