QƏLƏM, FIRÇA VƏ SİLAH
Bir ömrün qısa səlnaməsi
Adətən döyüş yolu keçmiş, barıt qoxusu duymuş hər bir vətən övladı barəsində yazı yazmaq istəyərkən, öncə onunla bağlı xatirələrimi vərəqləyirəm. Çünki mən daha
çox tanıdığım, təmasda olduğum, gözlərimin
önündə şəhidlik zirvəsinə yüksələn
və yaxud sağlamlığını itirən insanlardan
yazı yazıram. Ona görə də bu yazılar mənim
bir növü xatirələrim olur. Bu dəfə isə
əksinədir, mən onu tanıyanların xatirələrinə
söykənirəm...g
Ötən həftənin cümə günü idi. Telefonuma zəng
gəldi. Məni bir anım tədbirinə
dəvət etdilər. Təbii ki, söbət
şəhiddən gedirdi və üstəlik də dəvət
edən qələm, ürək dostum idi. Mən
tərəddüd etmədən deyilən saatda deyilən
ünvana gəldim. Qarşısında
dayandığım əzəmətli bina adamda rəsmi bir
özünütoparla hissi yaratsa da, amma binanın
qarşısındakı qara paltarlı bir ananın
çöhrəsi məni o rəsmiyyətdən çəkib
çıxardı. Həmin qara
paltarlı anaya yaxınlaşdım. Bu,
anım günü keçirilən Elçin Müzəffər
oğlunun anası Validə xanım idi. Onun
gözlərinin içində kök salmış qürur
hissinin üstünü bir kölgə almışdı,
özü də qalın bir kölgə. Mənə
elə gəldi ki, bu təkcə oğul itkisinin
ağrı-acısı deyildi. Burda
başqa səbəb də var idi. Ona görə də
bir az ehtiyatla yaxınlaşıb Validə
xanımla görüşürəm. Əvvəldən
tanıdığım və mənə doğma olan kürəkəni
Adilin uşaqlarıyla, ömür-gün yoldaşı Şəhla
xanımla hal-xoş edirəm. Birdən hardansa elə bil
içimdə qəribə bir hiss baş qaldırır. Adil, onun uşaqları (Elgiz və Nərgiz), ailəsi,
o cümlədən mənimlə qonşu olan insanlar bu
binanın qarşısında nəyə görə
dayanıblar? Sanki içimdəki sualı Adilin oğlu
Elgiz üzümdən oxuyur və yavaş səslə
pıçıldayır:
-
Əbülfət əmi, anım gününə gəldiyiniz
Elçin mənim dayımdı!
Bəli, məhz həmin o söz, həmin o sakit, amma qətiyyətli
təqdimat məni sanki yuxudan ayıltdı. Özümü
toparlayıb Şəhla xanıma, şəhidin
doğmaları Qəzənfər kişiyə, Rəfaelə,
Zeynəb xanıma da başsağlığı verdim, Allahdan
səbr dilədim və deyilən vaxtda Respublika Hərbi
Prokurorluğunun binasında yerləşən Memorial muzeyin
qapıları açılır. Bizi
içəri dəvət edən polis mayoru, DİN-nin istintaq
qrupunun əməliyyatçısı Tahir Kazımov məlumat
verməyə başlayır. Onun söylədiklərindən
aydın olur ki, bu muzey Respublika Hərbi prokuroru Xanlar Vəliyevin
təşəbbüsü ilə yaradılıb. Muzeyin tərtibat işləri isə millət vəkili
Rəfael Hüseynovun fikirləri əsasında
reallaşıb. Məhz Xanlar müəllimin
və Rəfael müəllimin bilavasitə yaxından
iştirakları ilə burada möhəşəm bir muzey
yaradılıb. Muzeyin ayrı-ayrı
guşələrinə baş çəkirik. Arxivimizin müxtəlif zamanları fotolarla, rəsmi
sənədlərin çıxarışı ilə, həmçinin
maddi-mədəni sübutlarla bəzədilib. Burada
Gülüstan, Türkmənçay müqavilələrinin,
1905-ci il, həmçinin 1918-ci il erməni
fitnəkarlıqları ilə bağlı, 1937-ci il repressiyaları
ilə əlaqəli və nəhayət, Qarabağ
savaşı ilə bağlı bir-birindən maraqlı stendlər
və təbii ki, maddi nümunələr nümayiş
etdirilir.
Onu da vurğulayım ki, burada Xocalı ilə
bağlı xüsusi guşə, Xocalının maketi və
torpaqlarımızın işğalı ilə əlaqəli
yazılmış çoxlu sayda kitablar da
tamaşaçılara təqdim olunur. Həmin
kitablar arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın "Xocalıya ədalət"
kitabının hər bir cildi diqqətimizi xüsusi çəkdi.
Bu da
Elçin Müzəffər oğlu Baxşəliyevin
güşəsi... Əvvəldə dediyi kimi,
mən onun barəsində həmin ana qədər heç bir
bilgiyə malik olmamışam. Məhz həmin guşədə
olanda Elçini gec tanıdığım üçün
daxilən sıxıldım və burada nümayiş etdirilən
əşyalara, yəni Elçinə aid maqintofona, qələmə,
fırçaya, onun çəkdiyi rəsmlərə, onun
yazdığı şeirlərə uzun bir sükut içərisində
tamaşa etdim və öyrəndim ki...g
Elçin Ağdam rayonunun Boyəhmədli kəndində
doğulmuşdu. Bütün yaşıdları kimi, o da orta məktəbi
bitirdikdən sonra sovet ordusunda hərbi xidmət
keçmiş, yalnız ordudan təxris edildikdən sonra Gəncə
şəhərindəki İnşaat texnikumunda təhsil
alaraq Ağdama qayıdıb, rayonun Qarabağ adına
sovxozunda əmək fəaliyyətinə
başlamışdı. Amma buna qədər kənddə
də, oxuduğu məktəbdə də hamı Elçini rəssam
kimi, şair kimi tanıyırdı. Onun
çəkdiyi təbiət lövhələri, portretlər
böyük ürəyindən, duyumundan xəbər verirdi.
İçindəki vətən sevgisi və bir
də Allahın bəxş etdiyi istedad fırça ilə
deyə bilmədiklərini qələmlə
pıçıldamağa imkan vermişdi. O, həm də
gözəl şeirlər yazırdı.
Mən onun çəkdiyi şəkillərin,
yazdığı şeirlərin hər birində təkcə
ürək yox, duyum yox, həm də sonsuz bir sevgi
gördüm.
Yəqin elə bu sevgi də onu silaha
sarılmağa məcbur edib. Çünki
erməni işğalı başlayandan Elçin Baxşəliyev
də doğulduğu kəndin müdafiəsinə qalxıb.
O da Boyəhmədlidə yaradılmış
özünümüdafiə batalyonunun əsgəri olub.
Döyüşdə heç kimdən geri qalmayan Elçin
Müzəffər oğlu 1993-cü ilin sentyabr aynının
11-də rayonun Papravəndə kəndi ətrafında gedən
döyüşlərdə yaralanıb, müalicə
üçün Topçubaşov adına
Eksperimental Cərrahiyyə İnstitutunda müalicə olunaraq
3-cü qrup əlil kimi ailəsinin yanına qayıtdı.
Amma...g
Ailəsinə, doğmalarına baş çəkən
Elçin yenicə doğulmuş oğlu Altunbəyi
bağrına basıb öpdü. Sanki onunla
vidalaşırdı. Sonra anası ilə,
həyat yoldaşı ilə sağollaşıb
döyüş dostlarının yanına tələsdi.
Onu nə qədər dilə tutsalar da, o,
inadından dönmədi. Qisas almaq,
düşmənin Ağdama doğru irəliləməsinə
imkan verməmək üçün qanlı döyüşlərə
atılan Elçin Baxşəliyev 1993-cü ilin iyul
ayının 20-də Boyəhmədli kəndi uğrunda gedən
döyüşdə qəhrəmancasına şəhid oldu.
Həmin gün Validə xanım, eləcə də
qızları Şəhla, Aytəkin, Şəfəq,
oğul, qardaş deyib öz ahlarıyla yeri-göyü
yandırsalar da, bütün bu baş verənlərə bir
südəmər körpə gözləriylə baxan Altunbəy
nələr baş verdiyni dərk etmirdi. Amma onun
baxışlarında ayrılığın izi də
görünmürdü. Bu,
doğmalarının diqqətindən
yayınmamışdı. Adil də, Şəhla
da bu baxışlarda qəribə nələrsə
duymuşdular. Görünür, Altunbəy
atasına qovuşacağını bilirmiş. Ağdamın işğalından sonra
qaçqın həyatı yaşyan ailə bir təsadüf
nəticəsində Altunbəyi də itirdi. 2 yaş 6 aylıq olan oğul nişanəsi də
ruha çevrildi, atasının ruhuna qovuşmağa getdi.
Bəli, Hərbi Prokurorluğun Memorial muzeyində
sükuta daldığım anlarda mənə elə gəldi
ki, Elçin oğlu Altunbəyin əlindən tutub burdakı
ziyarətçilərin görüşünə gəlib. Ağlayıb
nalə çəkən anasına təsəlli vermək istəyir,
amma danışa bilmir. Sadəcə bizlərin
hər birimizi süzür. O baxışlarda
"Ağdama nə vaxt qayıdacaqsınız?" sualı
oxunur...g
Mən həmin o muzeydən Elçinin şeirlərindən
nümunələrin üzünü götürdüm. Onu sizin diqqətinizə
təqdim edirəm.
VƏTƏN
Vətən,
Üz
qoydum
Vüqarlı torpağına mən.
Bu
qarlı,
şaxtalı qış günü
ilıq,
mehriban
nəfəsin
İsindirdi
könlümü
Yazda
öpdüm
gülündən,
çiçəyindən.
Torpağının
ətrini
Çəkdim ciyərlərimə.
Böyüdü
ürəyim -
çiçək-çiçək,
yarpaq-yarpaq.
Böyüdü,
böyüdü
Böyüyüb dağ-dağ oldu.
Keçdim
mavi vadilərindən,
Vətən,
İçilməz
bulaqlarından içdim.
Keçilməz
keçidlərindən keçdim.
PƏRİŞAN-PƏRİŞAN
Ömrümün
yolayrıcından,
Baxar pərişan-pərişan.
Doğma
həyət-bacasına
Çıxar pərişan-pərişan.
Qurtulammaz
qəm yaşından,
Kədər yağar simasından.
Geniş
sevgi səmasında,
Çıxar pərişan-pərişan.
Eşitmərəm
sözlərini,
Yağış yuyub izlərini.
İri
qara gözlərini,
Sıxar pərişan-pərişan.
Daha
çıxmaz oylaqlara,
Payız qonub yarpaqlara.
Üzükləri
barmaqlara,
Taxar pərişan-pərişan.
Səhəngi
almaz əlinə,
Qıfıl vurubdu dilinə.
Düşüb
zamanın selinə,
Axar pərişan-pərişan.
TANIŞDI
MƏNƏ
Bilirəm
səhərlər nə olacaqdı,
Görürəm üstümə gələn qəmi də.
Görürəm
ömrümün üstə köklənən
Həsrətlə çalınan sarı simi də.
Görürəm
çiçəklər necə açılır,
Bülbüllər eşqindən gülə
danışdı.
Yarpaqlar torpağa nə pıçıldayır? -
Bu gizli sevgilər mənə tanışdı.
Duyuram
şimşəklər nə yazır göyə,
Buludlar hayandan-hayana köçür.
Üçtelli,
beştelli qərib duranlar
Nə üçün Şimaldan Cənuba uçur.
Bulaqlar nə
üçün çaya qovuşur,
Buludlar nə üçün göz yaşı
tökür.
Niyə
ürəklərin dərinliyinə
Sevinclə birlikdə kədər də
çökür.
Böyük
səadətlə, kiçik sevinclə
Görürəm
gözlərdən axan yaşı da
Nə
vaxtsa arxamca atılıb qalan
Üstü mamırlayan qara daşı da.
Duyuram həmişə
yaşadacaqdı
Məni
ürəklərdə gözəl kainat
Dünyanın
hər üzü tanışdı mənə,
Tanışdı sirriylə, sehriylə həyat.
BAKI-AĞDAM
QATARI
Bu gecə,
bu qatar
Məni aparacaq.
Fit verəcək
uzun-uzun,
haray-həşir
qoparacaq.
Ayrılacam
Bakıdan,
Ayrılacam
limandan
Ayrılacam
Nazlı-nazlı
gözlərdən
Gözlərimdən
Məhəbbətlər umandan.
Gecənin
qaranlığı
Udacaqdı
qatarı.
Düzəcəyəm
yollarıma
Ulduzları qoparıb.
Bu gecə,
bu qatar
Bakıdan-Ağdamacan
Həsrəti
gödəldəcək
Uzanacaq
qollarım, -
Relslərə dönəcək.
Keçib
gedəcək qatar
Qollarımın
üstündən
Bu gecə,
bu qatar
Qoparacaq
Bakıdan,
aparacaqdı məni -
Atacaqdı
Ağdama.
Bir dəstə
çiçək kimi
Qollarımın üstünə.
OĞLUM
ALTUNBƏYƏ
Körpə
təbəssümündən,
Gözəl nə var dünyada.
Əgər
körpə görürsənsə
Gecələr röyada,
Xoşbəxtlik gözləyir
Deməli səni.
Körpə göz yaşlarından
Gözəl nə var dünyada.
Üstünə çilənir,
Sonsuzluq adlı
Həsrətin, kədərin.
Körpə qığıltısından
Gözəl nə var dünyada
Ən gözəl müğənni də
Oxuya bilməz elə.
Hər səfərə çıxanda
Bilirəm qayıdanda,
Evdə gözləyir məni
Təbəssüm,
göz yaşları.
Həzin nəğmə andıran,
Bir oğul baxışları.
Görəsən bundan daha
Gözəl nə var dünyada?!
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2014.-24 iyun.-S.6.