BİR ÇƏNGƏ ORMEŞƏN
TORPAĞI
Borçalı mahalı illərdir ki, öz kövrək vaxtlarını yaşayır. İndiki halınnan qananı ağladır bu ulu torpaq. Bir vaxtlar ulu ozanlara yön verən, Əmrahın sazında dinən bu mübarək torpağın uca dağlarınnan, zümrüd meşələrinnən, buz bulaqlarınnan, manşır kişilərinnən tanınan ellərindən biri də Ormeşən olub. Borçalının mahalının sanki gözüydü Ormeşən eli. Elə indi də elədir əslində - "Dust bivəfa, fələk birəhm, dövran bisükun, düşmən qəvi, tale zəbun" (Füzuli) olmasaydı, Lələ köçüb yurdu qalmasaydı, indi də eləydi. Nə yazıq ki el pələsəng oldu. O, vaxlar əli tutub üzü bəri birinci qaçanlar şükür ki, indi də üzü geriyə birinci qaçırlar. Bu qaçışlarda olan bir yurd olur, bir də o yurdu yurd eliyən xaloğlu Şükür kimi, hər gecə Ormeşən deyib, göz yaşını yastığa axıdan balaca qardaşım Gündüz kimi, məni kimi (özümü də bu köçə qoşmağa haqqım var) və onlarca digər bağrı qana dönən könül adamlarına, ruh adamlarına olur. Dünyanın işinə bax ki, hamının böyük riyaziyyatçı, səriştəli təsərrüfatçı olacağını düşündüyü bizim bu Şükür indi şeir yazır. Bunun nə demək olduğunu arif oxucu yaxşı anlayacaq. Ola bilər ki, Şükürün yazdıqlarının böyük ədəbiyyata heç bir dəxli olmasın - razıyam. Ancaq mən nədənsə böyük ədəbiyyatdan daha çox Şükürün şeirlərinin yanğısına, saflığına umud bəsləyirəm-umudluyam. Şairin yurdu olan kimi şeirin də yurdu var. Şükürün özünün də sözünün də yurdunun bir adı var - Ormeşən. Şükürün şeirini sıxsan Sərxanın, Şam düyənin, Yemliklidağın, Süd bulağın,Əyri qarın, Battaxlının torpağı tökülər. Torpaq müqəddəsdir, torpaq böyükdür - sözə və gözə tökülür. Mürşüdüm Akif Səməd deyirdi ki, torpaq gözə tökülənə kimi sözə tökülsə, sözü əbədiyaşar edər. Torpaq sözü doğur. Necə ki, Şükürün şeirlərini doğub. Şükürün həmin o torpaqdan doğulan şeirlərindən bir neçəsini oxucularla görüşünə gətirmək qərarına gəldim. Mübarək olsun bu görüş.
Həmid ORMANLI
Başkeçid
Şirin xəyalarla, yuxuya dalam
Çin ola yuxular, hec oyanmıyam
Uşaqlıq cağıma, geri qayıdam
Catam arzulara, sən də Başkeçid.
Cubuqdan at minəm, cıxam yarışa
Səyirdən obaşa, sürəm bu başa
Hərdən də ilişib, yıxılam daşa
Ağlıyam, göynəyəm, dözəm Başkeçid.
Arzularım qalaq-qalaq çinlənə
Yurdumda toy ola, elim şənlənə
Biri gəlin köcə, biri evlənə
Bəzədə qız, qəlin toya Başkeçid.
Həsrətin hicranın, qırıla beli
Lal olmuş, Şukurun acıla dili
Qayıda yurduna, Ormeşən eli
Cağlaya qaynaya, coşa Başkeçid.
Aslan Qağa
Çox hörmətli vəkilimiz Aslan İsmayılova
Tərpətöyün toxum tokub səpib çöllərə
Daşda cucərib gör Aslan qağa
Nə gül görsənir, nə də gülüstan
Batıbdı günaha çöl Aslan qağa.
Məni cinmi boğur, qaramı basır
Qəbrimi əlimlə qaz, özün basır
Kişi ciloy tutub, uzəngi basır
Gədələr at minir, gör Aslan qağa.
Öhtəsindən gələ bilməz işinin
Yerinə danışır gədə beşinin
Xəbəri yoxdu Vallah kişinin
Atadan danışır bic Aslan qağa.
Zamanmı günahkardı bizmi görəsən
Şükür beləsindən nə gözləyəsən
Yıxıb ağzı üstə yerə döyəsən
Bəlkə yola gəldi gic Aslan qağa.
Gəzəcəksən
Köçmək istəyirəm, deyən el oğlum
Düşüb mahal-mahal, el gəzəcəksən
Ömürün payız vaxtı, kövrək çağında
Eldən-elə düşüb, yurd gəzəcəksən.
Pul qazananda üzün güləcək
Arvad al geyinib qumaş gəzəcək
Sacını kəsdirib, sürmə çəkəcək
Ara bir özündə, kef gəzəcəksən.
Qazanc yoxa cıxıb, pul qurtaranda,
Qərib
yolcu kimi, yol qurturanda,
Bir gündə tükənib
var qurtaranda,
Başına tökməyə daş gəzəcəksən.
Dünya
başına dar gələcək,
Qohumlar yad olub, qıraq
gəzəcək,
Ölündə urvatsız, ursuz
öləcək,
Pul əlində
gor gəzəcəksən.
Ömrünü küləklər günlər
kəsəcək,
Arvad naz eyləyib, ağız büzəcək.
Oğul
qəş eyləyib,
qızda güləcək,
Düşüb qapı-qapı pul gəzəcəksən.
Cox cəkəcəksən, qeyri-qalı,
Vaxtsız ağardasan sacı saqqalı.
Dərdini deməyə, el ağsaqqalı,
Gizli ağlamağa,
yer gəzəcəksən.
Döyən olayacak birdə
qapını,
Bəndəmi, Allahmı bağlayacaq baxtını.
Axtararsan,
bir gün kecən vaxtını
Bezib onda candan, zar gəzəcəksən.
El oğlu cox düşüb,
bərkə boşa
Atdığı oxlari cox dəyib
daşa.
Elindən bərk yapış
yurdunda yaşa,
Kefi kök,
damaği çağ
gəzəcəksən.
Ay mamaoğlu
İstədim ki, qonaq gələm,
Üz vermədin ay mamaoğlu,
Qurda, quşa yoldaş oldum
Çoldə qaldım, ay mamaoğlu.
Duman gəldi,
çiskin aldı.
Suya dönmüş, damda qaldı
Yarı
canım, yanda qaldı
Yağılcada ay mamaoğlu.
Dost yanında, üzü qara
Bilmədim, gedim hara
Belə
malı dönsün qıra
Lap xar oldum ay mamaoğlu.
Sığışmadım sizin elə
Düşdüm ağıza dilə
Şükür deyər indən
belə
Biz yad olduq ay mamaoğlu.
Dünyadı
Umma bu dünyadan, iman ehtiram
Aldadıb hər kəsi yoran dünyadı
Necə
xaqanların vurub kürəyni
Amansız boynunu, vuran dünyadı.
Dağ şöhrətli necə
ərlər, ərənlər
Dünya
mənim deyib, özün öyənlər
Necə
şahlar, qoç iskəndərlər
Uşaq tək aldanıb, qalan dünyadı.
Aldanma dünyada, dövlətə
vara
Kim aparıbdı, dalında hara
Elə ki guzarın düşdü məzara
Arxanca qah-qaha çəkən dünyadı.
Qəfləsi, dəvəsı qızıldan
yükülü.
Qəddini dərd əyən, beli bükülü.
Məzara
bir gedir, ağa bükülü
Eloğlu aldanma yalan dünyadı.
Görən
Elin ağsaqqalı, elin şairi,
Qürbətdə, həsrətə dözürmü
görən.
"Vətəndən, torpaqdan,
eldən, obadan"
Şirin xəyalarla yazırmı görən.
Qaynar bulaq kimi təbi
coşqunum,
Şerə, sənətə, sözə
vurqunum,
Xəyali
göylərdə, fikiri
yorğunum,
Sazda şirin-şirin
çalırmı görən.
Güman
varmı bir də gedək dağlara,
Güllü baxcalara, barlı bağlara.
Şerlər qoşmağa, gur
bulaqlara,
Ömür vəfa verib çatarmı görən.
Haqlayıb yetirdi, yetmişə yaşı
Qəlbini verdiyi həyat yoldası
Vəfalı, vəfasız dostu, qardaşı
Kövrələ-kövrələ anırmı görən.
Şeri şeryatı dağlarda qalan
Eli sürgün olub, yurdu dağılan
Təcnisi, qoşması yarımçıq qalan
Hərdən Şükür kimi yanırmı görən.
Bir dəfə kəndçim, xaloğlu Həmid ORMANLI kefimi
soruşdu ki, həncərisən
xaloğlu?
Könul kövrək olur qurbət sıxanda,
Dərdimi nə qanar yad ay xaloğlu.
Həsrət ürək qırıb könül sındırır
Bəs necə dözürsən, sən ay xaloğlu.
Cismim qürbətdə ruhum yurddadı
Meylim göy camında kəhər atdadı
Dərdi bölüşməyə sırdaş hardadı
Tapmıram deməyə söz ay xaloğlu.
Öz qoruma için-için yanıram
Söz deyəni mətləbinən qanıram
Kövrələndə qəm sazını çalıram
Düşə də yadıma el ay xaloğlu.
Zaman etibarsız insan vafasız,
Nəsa alınarmı görən cəfasız
Kişi də olarmı yurdsuz yuvasız
Qanana zülümdü bil ay xaloğlu.
Ədalət.-2014.-25 iyun.-S.7.