DADINI TAPAMMIRAM
Sənə şeir yazmışam,
Adını tapammıram.
Heç
bir güldən, çiçəkdən,
Dadını tapammıram.
Sənə şeir yazmışam,
Adını qoyammıram.
Camalına baxıram,
Baxıram, doyammıram.
Gecələri sübhədək,
Doyunca yatammıram.
Sənin
kimi qadını,
Çıraqla tapammıram.
XALDA DA GÖZÜM VAR...
QARDA... NARDA DA...
Sinəndə gizlənən bir
xalın vardı,
O xalın altında ağaran qardı.
Qarın
üzərində yetişən
nardı,
Xalda da gözüm var, qarda, narda da.
Gəlmisən, ömrümü yaxıb
gedirsən,
Ruhuma, qəlbimə çaxıb
gedirsən,
Bilmirəm, nə əfsun,
bəs necə sirsən,
Yadıma düşürsən sevinc
darda da.
Gen gəzmə arada söz olan kimi,
Dolanma ögeylər
dolanan kimi.
Alış ocağımdan köz
alan kimi,
Dərdimi duyarsan kaman, tarda da!
DAHA AZ YAZIRAM
Daha az yazıram,
daha yazmıram,
Daha günəş
mənim, ay mənim deyil.
Yolumdan,
fikrimdən çıxıb
azmıram,
Daha bulaq mənim, çay mənim deyil.
Gəzsəm də dağları,
sonsuz düzləri,
Qəlbim sevincindən çağlaya
bilmir.
Görəndə kədəri, qəmli
üzləri,
Ürəyim kövrəlir, ağlaya bilmir.
Həyatda bu qədər biganəliyin
Hörümçək torundan çıxa bilmirəm.
Könlümün həmdəmi olan
təkliyin,
Çəkilmiş həddini yıxa bilmirəm.
Heç
nə qalmayıbdı
kövrəkliyimdən,
Qaynayıb qurudu gileylərim də.
Bir xeyir görmədim söz əkməyimdən,
Yellərə sovruldu ay, illərim
də!
Yaman uzaq düşdüm dostdan, tanışdan,
İmkanım olmadı, əl uzatmadım.
Dondu arzularım vədəsiz qışdan,
Bircə
istəyimə barı çatmadım.
Daha az yazıram,
daha yazmıram,
Daha bahar mənim, yay mənim deyil.
Mən hələ özümü
şair saymıram,
Müqəddəs, ülvi ad, pay mənim
deyil.
BİR
QƏDƏR TƏK QALMAQ İSTƏYİRƏM MƏN
Qovuşsaq dünyanın səssizliyinə,
Qəribə bir istək keçir qəlbimdən.
Qərq
olub həyatın çiçək iyinə,
Bir qədər
tək qalmaq istəyirəm mən.
Bir qədər tək qalmaq istəyirəm mən,
Nəvəm yuxusundan durana kimi.
Oğlum
dərslərini qurtaranacan,
Qızım saçlarını burana kimi.g
Məni
tək görəndə
şıltaq dənizdə,
Alar ağuşuna
tənha bir gəmi.
Bəyaz
gecələrdə, bəyaz
bənizdə,
Ulduzlar qəlbimin
olar həmdəmi.
Gözəl gözləri tək
dolan buluddan,
Yağan yağışlarla dərdləşməyim
var.
Haqq üçün keçərəm
alovdan-oddan,
Özümü-özümlə şərtləşməyim var.
Təklikdə görürəm şiş
qayalarda
Xınalı kəkliklər, gözəl
səkirlər.
Arılar
daraşır bal dodaqlara
Güllərin ətrini gözəl çəkirlər.
Görcək tək qalmışam
dupduru gözlər,
Nur kimi qəlbimə axıb dolurlar.
Tək anın dostları, şipşirin sözlər
Misraya çevrilib
şeir olurlar.
Beləcə, tək qalmaq istəyirəm mən,
Nəvəm yuxusundan durana kimi.
Oğlum
dərslərini qurtaranacan,
Qızım saçlarını burana
kimi.
YAŞADIĞIN
YAŞA DƏYƏR
Bu həyatda naşı olsan,
Bir sapandın
daşı olsan.
Yanaqların yaşı olsan
Bəxtin gedib daşa dəyər.
Könlün seçdi igid, mərdin,
Çox bəlaya sinə gərdin.
Qurtarmadı sevgi dərdin
Yatağında yaşa dəyər.
İlk eşqini saxlasan da,
Yada salıb
ağlasan da.
"Ah"larınla oxlasan da
Gözdən ötüb qaşa dəyər.
Günah
sənlə gəzirdisə,
Ürəyini əzirdisə,
O günaha nəzirdisə
Payladığın aşa dəyər.
Hər günü tay
ilə bilsən,
Dərdi
qəlbdən silə
bilsən,
Ömrü ömür bilə
bilsən -
Yaşadığın yaşa dəyər.
SƏN DEMƏ, BU DÜNYA
MƏNLİK DEYİLMİŞ
Bir payız günündə
gəldim dünyaya,
Təbiət əyninə çəni
geyibmiş.
Çoxu
sevinsə də Tanrı payına,
Sən demə,
bu dünya mənlik deyilmiş.
Anam nə söylədi sözünə baxdım,
Qayğıya bələnən gözünə
baxdım.
Dönüb bu dünyanın
özünə baxdım
-
Gördüm ki, hər büsat şənlik deyilmiş,
Sən demə,
bu dünya mənlik deyilmiş.
İllərlə gədəkdən köynək
geyindim,
Həyatda çalışqan, bir az yeyindim.
Verdiyi payına küsdüm, deyindim -
Cavabı
düz çıxan tənlik deyilmiş,
Sən demə,
bu dünya mənlik deyilmiş.
Özümə xəyaldan dünya
yaratdım,
Hara addım atdım,
düz addım atdım.
Gəlib
xırmandakı xırdağa
çatdım -
Bu pay da toxumluq,
dənlik deyilmiş,
Sən demə,
bu dünya mənlik deyilmiş.
Gözüm qalmasa da sərvət, varında,
Saçlarım üşüdü qırov,
qarında,
Sarsıldım ehtiyac dalğalarında
-
Yanağı al boya ənlik deyilmiş,
Sən demə,
bu dünya mənlik deyilmiş.
Qorxdu adlanaram, söz yayıb keçdi,
Neçə yol addımı
adlayıb keçdi,
Ömür kitabımı qatlayıb
keçdi -
Heysiyyə, şərəfi-mənlik deyilmiş,
Sən demə,
bu dünya mənlik deyilmiş.
Məni
öz doğması bilmədi, niyə,
Saldığı düyünlü ilmədi,
niyə,
Doğrusu bilmədim, bən
nədi, niyə -
- Dünya, Yusifoğlu, sənlik deyilmiş,
Sən demə,
bu dünya mənlik deyilmiş.
ÇIXIB
GEDƏCƏYƏM SƏNİN ƏLİNDƏN
Çıxıb gedəcəyəm sənin
əlindən,
Dünya, fərq qoymadın ölüyəm, sağam.
Ruhuna qəm hopmuş nəğmələrimlə,
Özgə bir dünyada yaşayacağam.
O özgə dünyada görməyəcəyəm,
Vətənin sinəsi yara-yaradı.
Baxanda boyuna göynəməyəcəm,
Bütöv Azərbaycan para-paradı.
O özgə dünyadan taxt-tacdan yana,
Torpağı yadlara satmayacaqlar.
İblislər girərək mələk
donuna,
Qardaşı-qardaşa qatmayacaqlar.
O özgə dünyada igid ərlərə,
Adlar verəcəkdi
Qorqud dədələr.
Yalan vədləriylə girib qəlblərə,
Evlər yıxmayacaq yaltaq gədələr.
O özgə dünyada ömrün hər anı,
Kimi al, kimi şal geyinməyəcək.
Kimi qamarlayıb elin varını,
Kimi çörək
üçün deyinməyəcək.
O özgə dünyada sevgi də, eşq də,
Meh olub qəlblərə doluşacaqdı.
Vallah, olmaycaq kədər də, qəm də,
Məcnun Leylisinə qovuşacaqdı.
Çıxıb gedəcəyəm, dünya,
əlindən,
Balan olammadım,
məni bağışla.
Canını tez qurtar, dəli əlindən,
Yola sal dəlini dəli yağışla.
SÖZÜM
ÇİÇƏKLƏYİB
Şair
Asim Yadigarın
ad gününə yazılan
şeir
Şərur mahalında gəldin
dünyaya
Həyatda ilk izin bu yerlərdədi.
Sığmadın günlərə, sığmadın
aya,
Ömrünün hər anı şeirlərdədi.
Döndü xatirəyə məktəb
illəri,
Qovuşdun sevimli tələbəliklə.
Dindi ürəyinin kövrək
telləri,
Ötüşdü günlərin qələbəliklə.
Sən sözlə oynadın bəşəri sözlə,
Sözə ürək dostu, sirdaş söylədin.
Közlü sözlərində, sözlü gözünlə,
Köksünü nəfsindən uzaq eylədin.
Talenin aramsız zərbələrindən,
Qapın döyəcləndi yağış,
doluyla.
Qorxmayıb zamanın hərbələrindən,
Yol etdin zirvəyə "Zirvə
yolu"yla.
Yay kimi gərildin körün alışdın,
Sözə, söz deməyə dəyişdi yönün.
Yeni kitabında sözlə barışdın,
"Unut bu sevdanı" başına
dönüm.
Qanınla yazdığın "Torpaq davası",
Səngərdə döyüşdü acgöz
yağıyla.
Şəhid atasının şəhid
balası,
Qayıtdı evinə "Oğul dayı"yla.
"Hər şeyin sonu var" son qoydu qəmə,
Arazdan adlayıb,
Təbrizə yetdin.
Gözlərin sevincdən bələndi
qəmə,
Ulu Şəhriyarı
ziyarət etdin.
Çiçək kimi kövrək,
zərif şeirlər,
Sənin sərvətindi, sənin varındı.
Bunu mən demirəm, bunu deyirlər,
Əldən-ələ gəzən kitablarındı.
Sözüm çiçəkləyib bu qış günündə,
Hələ ətir saçan arzularım var.
Bəndəsi olduğun sözün önündə,
Həmişə uca ol, Asim Yadigar.
SƏN
ÖZÜN İSTƏDİN ÖZÜNƏ MƏNİ
Ömrümün payıza dönən çağında,
Verdin ürəyinin közünü mənə.
Yarpağı saralmış könül bağında,
Gözlərin söylədi sözünü mənə -
Sən özün istədin özünü mənə.
Sən özün bilmədin necə baxırsan,
Necə yandırırsan, necə yaxırsan.
Dönüb damarımda qana
axırsan,
Elə tutmuşdun ki, üzü mənə -
Sən özün
istədin özünü
mənə.
Mən səni bu halda
duya bilərdim,
Şıltaq hisslərinə uya
bilərdim,
Kədəri sevinclə yuya bilərdim,
Çatdırdın sevginin özünü mənə-
Sən özün
istədin özünü
mənə.
Ədalət.-2014.-25 iyun.-S.6 .