Təzə nağara
Sitəm görəcəksən ulduzlar sanı,
Bir azdan başına od ələnəcək.
Dodaqlar öpəcək qara zurnanı,
Səninsə sifətin sillələnəcək.
Hələ təpər topla, dözüm yığ hələ,
Qanları coşdurub qaynatmalısan.
Üzünə çırpılan sillələr ilə
Toya gələnləri oynatmalısan.
Bir azdan üstünə düşəcək əllər,
Səni nağaraçı yesir edəcək.
Ağrından həzz alıb süzən gözəllər
Fəryadın üstündə yallı gedəcək.
Bu alın yazındı, nə küs, nə inci,
Çırtma çatlayacaq qaşında sənin.
Dərdə bax, hamının toyu, sevinci
Qapaza dönəcək başında sənin.
Alın yazısından qaçmayıb heç kim,
Sitəmə sinə gər, qəmə qələm çək!
Yediyin sillələr qorxma əzizim,
Şəninə əskiklik gətirməyəcək.
Qoşa şapalağa dözəcək dərin,
Nalən musiqiyə dönəcək hökmən,
Qəm yemə, nağara, döyülənlərin
Bütün yer üzündə xoşbəxti sənsən.
Bəxtəvər başına, sillələn nə qəm,
Sillələr ömrünə nur ələyəcək.
Dərd mənim dərdimdir, sabah bilmirəm
Kimlər taleyimi sillələyəcək!
Ona yanıram ki
Ona yanıram ki, əsrlər boyu
Sabahı düşünüb, daşınmadıq heç.
Düşünmək haqqımız özgələrdədir,
Onu qaytarmağı düşünmədik heç.
Ona yanıram ki, öz varımızı
Özgəyə pay verib, ona əl açdıq .
Yadların dilindən tərif diləndik,
Yalançı şöhrətə-şana əl açdıq
Ona yanıram ki, düşə bilmədi
Fəxri xiyabana neçə fəxrimiz
"Şərəf lövhəsi"nə vurdular bizi,
Düşdü ayaqlara öz şərəfimiz
Ona yanıram ki, iş bacarmadıq ,
Sazda "gül" vurmağı bacardıq ancaq.
Bizi aldadanın boş hay-küyünə
Əla əl vurmağı bacardıq ancaq.
Ona yanıram ki, Burlaxatunun
Ruhu alovlanar, məzarı inlər
İndi balasına layla çalammır
Analıq taxtına çıxan gəlinlər
Ona yanıram ki, xeyiri şərdən
Ayıra bilmirik, qana bilmirik.
Mən ona yanıram, ona yanıram,
Ona yanıram ki, yana bilmirik.
AYIRAR BU DÜNYA BİZİ NƏ
VAXTSA
Burax inadını, ay ömrüm ,günüm
Çəkilər göylərə harayım,
ünüm.
Dolaşar qəfildən ömür
düyünüm,
Ayırar bu dünya bizi
nə vaxtsa.
Dağlayar qəlbini, dağlayar
dağ-dağ,
Sinəmdə əcəlin çatdığı
ocaq.
Tüstüsü gözünü yandırar
ancaq,
Üşüdər qəlbini közü nə vaxtsa.
Ha səslən, dağılmaz
əbədi yuxum,
Burnunun ucunu göynədər qoxum.
Çarpaz dağlar çəkər
sənə yoxluğum,
Çiləyər yarana duzu nə
vaxtsa.
Düşər xatirələr yadına
bir-bir,
Yanarsan günlərin
oduna bir-bir.
Əsər əsim-əsim, titrəyər
tir-tir,
Sınar qürurunun dizi nə vaxtsa.
Bəxtin
gözlənilməz günlə
rastlaşar,
Odun da, közün də Şahmarsızlaşar,
Dadın
da, duzun da Şahmarsızlaşar,
Ayırar bu dünya bizi
nə vaxtsa.
ARMUD AĞACI...
Kəsilməsinə razı olmadığımız,
xalq hərakatının
rəmzinə çevrilən
Şuşanın Topxana
meşəsindəki Armud
ağacına şanlı
məktub.
Haşa
yananlarımızdan,
haşa qananlarımızdan
və haşa Vətən yolunda
al qanına boyananlarımızdan!
Nə var, nə yox
Topxanada,
Şapxanada, şupxanada?
Şirə dönüb gopxanada
Qeyrətdən dəm vururuq
biz,
Vururuq, Armud agaci!
Aqillərə döş qabardıb,
Züy tutmağa baş ağardıb,
Yas yerində diş ağardıb,
Toyda yaxa cırırıq biz,
Cırırıq, Armud ağacı!
Əyməlini əyəmməyib,
Döyməlini döyəmməyib,
Qınımızı bəyənməyib,
Qından
qına giririk biz,
Giririk Armud ağacı!
Vətəndən üzüb əlini,
Hərə güdür öz
elini,
Əsir
verib qız-gəlini
"Qızıl xac"dan soruruq biz,
Soruruq, Armud ağaci!
Özümüzü öyə-öyə,
Qurandan
don geyə-geyə,
Millət-millət deyə-deyə,
Millət
qanı soruruq biz,
Soruruq Armud ağacı!
Gavura sülh elan edib,
Var dövləti talan edib,
İçimizdə üsyan edib,
Özümüzü qırırıq
biz,
Qırırıq Armud ağacı!
Bizim kimi vuran hanı?
Gizli palan quran hanı?
Düz danışan qəhrəmanı,
Düz ağızdan vururuq biz,
Vururuq Armud ağacı!
Bənzərimiz yoxdur bəlkə,
Çatmaz bizə heç
bir ölkə,
Tayfa-tayfa,
bölgə-bölgə,
Dövlətə tor qururuq biz,
Qururuq Armud ağacı!
Zirvələrə qalxmaq üçün,
Təxt-taca çıxmaq üçün,
Başlıları yıxmaq üçün,
Pusqularda
dururuq biz,
Dururuq Armud ağacı!
Arxa çevirib səngərə,
Yurdu verib düşmənlərə,
Qalib kimi ordenlərə,
Sinəmizi gəririk biz,
Gəririk Armud ağacı!
Öyünürük sazımızla,
Neftimizlə qazımızla,
İşvəmizlə nazımızla,
Düşmən bağrı yarırıq
biz,
Yarırıq, ARMUD AGACI....
SALAM DE!
Cavad Heyəti yola salarkən...
Yer üzündə həsrət,
möhnət sarıdan
Bizdən
varlı yaratmayıb yaradan!
İnci
axır gözümüzdən
anbaan,
Daş-qaşına daş-qaşımdan
salam de!
Mən əvəzdən Savalanı
soraqla,
Nərgizini, laləsini qucaqla,
Təbrizdə Ərk qalasını
qucaqla,
Əlincəmin duruşundan salam de!
Duz çevirdim Varlığının
sözünə,
Tamarzıyam qardaş, özüm
özümə,
Bəxtiyardan Şəhriyarın gözünə,
Baxışına baxışımdan salam de!
Xalılarda köz-köz olub
odumuz,
İlmə-ilmə geri dönür adımız.
Naxışlara dil öyrədir
Xudumuz,
Naxışına naxışımdan salam de!
Gözləyirik müjdəsini hər
ilin,
Biz tərəfə köçəcəkmi
bir gəlin?
Araz üstə boyun bükən gözəlin
Göz yaşına göz yaşımdan salam
de!
Ayrılığın üzüyünə
qaş bizik,
Bəxtimizə boran bizik, qış bizik,
Dözümlükdə qaya bizik, daş bizik,
Dağ-daşına dağ daşımdan salam
de!
Utanıram hər baxanda yaşıma,
Bir alınmaz qala çıxıb qarşıma,
Çatan kimi Səhəndin
baş daşına,
Yonulmamış baş daşımdan
salam de!
Aslan düzün sağ-soluna bir də bax!
Öz əlinlə öz bəxtinə xına yax!
Taleyi yox, özümüzü qarğıyaq
Qarğışına qarğışımdan
salam de!
Heyif qardaş, bu görüşün ömrü
az,
Bu arzumu yaddaşına yaxşı yaz!
Domruluma Həçər olsun Saniaz,
Alqışıma alqışından salam de!
Ədalət.-2014.-28 iyun.-S.13.