Payız nisgili
Hekayə
"Sən
yalnız başına gələnləri və alnına
yazılanları sev. Yaxşı bax, gör onlardan
başqa sənə uyğun
gələn nə var?!"
Mark Avreli
Axşam yatmazdan öncə telefonunu səhərin azan vaxtına kökləsə də oyana bilmədi. Səs ona yorğun olduğundanmı, ya nədənsə yuxuda eşidirmiş kimi çatırdı. Yatıb yuxuya qalmaqdan da ehtiyatı yox idi heç. Tələbə deyildi dərsə gecikə, işləmirdi də ki, işə. Əslində işi vardı, amma necə deyərlər, işin açarı öz əlində idi, başının ağası özü idi.
Zəng səsindən yerində qurcalanıb o biri böyrü üstə çevrildi, otaq soyuq idi, üşüdüyünü hiss edib yorğanı çılpaq çiyinlərinin üstə çəkdi. Yarıyuxulu gözlərini yumub düşünürdü... Yenə də payız gəlmişdi, bir zaman neçə-neçə istəyinin üstündən xətt çəkən tutqun əhvallı, nəmli payız. Əvvəllər heç dilinə gətirməmişdi qəlbindən keçirdiklərini, amma bu sabah söyləyəcəkdi həyat yoldaşına payız duyğularını. Bu fəslin ona qüssə-kədər bəxş etdiyini açacaqdı, payızı niyə sevmədiyini bildirəcəkdi...
... Oyanıb həyətə düşəndə qəlbi bir az da sıxıldı. Heç elə bil səhər açılmamışdı, hava çox tutqun idi, çiskin də yağış çiləyirdi, dünya kimi onun da duyğularını, xəyallarını, acılı-şirinli xatirələrini isladırdı.
Yağış yağdı yuxuma,
İslandı xəyallarım.
Yuyundu, güzgüləndi,
Darandı xəyallarım.
Baxışdıq kövrək-kövrək,
Danışdıq titrək-titrək.
Könlümdən nəm çəkərək,
Saraldı xəyallarım.
Hər gecə yuxu gördüm,
Yuxumu günə sərdim.
Ərköyün uşaq kimi,
Ovunmadı nə verdim-
Yoruldu xəyallarım.
Orta məktəbi bitirib sənədlərini ali məktəbə vermişdi, nəticənin
ürəyincə olacağına
şübhə etmirdi.
Müəllimlərin sevimlisi olmuşdu,
attestatında da bircə dördü vardı, qalan butun qiymətləri əla idi. "Ali məktəb imtahanları çətin
olur, orta məktəbə ağlın
getməsin" deyirdilər,
o isə buna inanmırdı. Hər şeydən
öncə bir bəxt də olduğunu isə heç düşünmürdü.
Arzularının ətəyindən tutub üz qoymuşdu
Bakıya. Birinci
imtahan kimyadan oldu, səhər saat 9:00-da başlayan imtahan ta axşamadək
çəkdi. Növbəsi çatanda imtahan otağına daxil olub avtomat qurğunun
düyməsini basdı,
qurğunun xüsusi qapısından içində
bilet olan paket düşdü.
Açıb suallara baxanda ürəyi bir az da rahatlandı, "burda çətin nə var ki?!"
düşündü, "beş alacağam!" Cavabı hazırlaşmadan vermək
istəsə də, məsləhət bilmədi
imtahan götürən
müəllimlər, "otur,
cavabları yaz, çağıranda gələrsən"
dedilər. Deyilən kimi
elədi, vaxtı çatanda ikisi bir masa arxasında
əyləşən müəllimlərin
önünə keçdi,
cavabından razı qaldılar, bir neçə əlavə sual da verib
öz aralarında qısa məşvərət
keçirdilər. Sonra müəllimlərdən
biri üzünü ona tutub "oğlum, biz sənə 4 veririk, 5 istəsəən
gərək komissiyaya
müraciət edəsən,
razısan?" soruşdu.
Razılaşdı, qəlbindən keçdi
ki, elə hər imtahandan 4 alsa qəbul olunar, bəsdi 4. O biri fənlərə də elə bu cür hazırlaşmışdı.
İmtahan vərəqini götürüb
müəllimlərə təşəkkür
etdi və sevinə-sevinə otaqdan çıxdı. Ordan birbaşa
dəniz sahilinə gəldi. O axşam dənizkənarı parkı
Allah bilir neçə
dəfə obaş-bu
başa dolandı gecə yarıya kimi, məktəb illərindən sevdiyi qızı düşündü,
bilirdi ki, o da elə bu
ali məktəbə
imtahan verir, ürəyində elə ona da uğur
arzuladı.
Növbəti imtahan fizikadan idi, artıq imtahan havasına öyrəşmişdi, amma
bu dəfə müəllimin münasibəti
başqa oldu. Bileti götürüb hazırlaşmaq
üçün əyləşmək
istəyəndəə müəllimin
amiranə səsi ona mane oldu: "Gəl burda otur, hər şeyi şifahi cavab verərsən, yazmaq lazım deyil" deyə qarşısındakı oturacağı
göstərdi. Lakin
15 yaşlı yeniyetmə
gənc bu dəfə əsil tələyə düşdü,
insafsız müəllimin
tələsinə... Sakitcə gəlib
göstərilən yerdə
əyləşdi. Əlindəki
bileti də, yazmaq üçün verilmiş iki ağ vərəqi
stolun üstünə
qoydu. Müəllim ağ vərəqləri
əlinə alıb
"bala, bəs niyə heç nə yazmamısan?" deyə sərt səslə soruşdu, uyğun olaraq üzünə də acıqlı ifadə verib qaşlarını düyünlədi. Dili dolaşa-dolaşa
heyrətlə "Müəllim,
özünüz dediniz
axı..., qoyun danışım, mən suallara hazıram" söylədi. Amma ona qulaq asan
kim idi!
"Bilsəydin yazardın!"
cavabı eşidildi və əlavə
"Get, gələn il
hazırlaşıb gələrsən!"
söylədi müəllim.
İti bir hərəkətlə əvvəl
ağ vərəqə,
sonra da imtahan vərəqinə qeyri-kafi yazıb kənara qoydu.
Beləcə sonrakı üç
il ərzində
hər il həmin ali məktəbin eyni fakültəsinə sənəd
təqdim etsə də tələbə olmaq üçün balı kifayət etmədi. Bununla da bəzən 0,5, ya da
1 bal fərqi ilə qəbuldan kənarda qaldı.
Çox sarsılmışdı, haqsızlıq,
uğursuzluq onu üzürdü, kəndə
qayıtmağa üzü
yox idi. Artıq əsgəri
xidmətdən saxlanmaq
üçün möhlət
hüququ da yox idi. Könlü qırılmış, arzuları
çilik-çilik olmuşdu.
Ürəyində hər şeyi
itirilmiş hesab edir, yıxıldığı
yerdən qalxmaq üçün özündə
güc tapa bilmirdi. Onlarla sual ona rahatlıq vermir, gecələr yuxusu göyə çəkilirdi.
Bu dörd ildə o məhz sentyabrın birini gözləmişdi,
fikrində neçə
yol tələbə kimi sevimli ali məktəbin auditoriyasına daxil olmuşdu... Amma sonda tələbələrə
dayanıb gendən tamaşa etmək düşmüşdü qismətinə.
Hisslərini sözlə ifadə
etməkdə çətinlik
çəkirdi. Özünü
tox tutmağa çalışsa da bəzən nail ola
bilmirdi. Ona görə də
hər kəsdən uzaq dolanmağa çalışırdı. Bunun bir səbəbi də vadı. Düz 10 il
bir sinifdə oxuduğu, bir partada yanaşı əyləşdiyi dostu ali məktəbə daxil olandan sonra
yavaş-yavaş ondan
uzaqlaşmış, münasibətini
dəyişmişdi, çox
vaxt onun yanından ya salamsız keçər, ya da görməzliyə
vururdu.
Ətrafında baş verənlər, hər şey onun xətrinə dəyirdi. Ona görə də özünə qapılır, iç dünyası
ilə söhbətləşir,
adamlardan qaçırdı.
Bütün uğursuzluqların
kökünü taleyində
axtarıb qismətində
tapırdı...
Soyuqlar birdən düşdü,
Çılpaq bağlar üşüdü.
Gözlər kədər bölüşdü...
İndi neyləyim?!
Qırıldı kövrək budaq,
Saraldı yaşıl yarpaq.
Könlümə sıxılaraq
Doldu gözlərim.
Fikrimdən nələr keçdi,
Aranı kimləər kəsdi.
Bəxt
yolları nə tərsdi
Sənə nə deyim...
Arzular sınıq-sınıq,
Yuxum
ala-toranlıq
Ömür keçdi, amandı
Oyan taleyim...
Belə bir vaxtda əsgəri
xidmətə çağırış
vərəqəsi aldı
və o zamankı
SSR-in uzaq bir şəhərinə hərbi
xidmətə yollandı. Orada da nümunəvi xidmət göstərdi, layiqli əsgər kimi ailəsinə başucalığı gətirdi...
Özü tələbə
olmasa da bir hiss fikrini sahmanlayır, könlünə
nizam gətirir, hisslərinə sığal
çəkirdi, bircə
bu tərəfdən xoşbəxt hiss edirdi özünü. Sevdiyi qız elə birinci il
ali məktəbə daxil olmuş və artıq IV kursda idi. Həm də
heç nəyə baxmadan onu sevirdi,
sevgisinə sadiq idi. Bax burda taleyi ona gülümsəmişdi
əməlli-başlı. Şirinin dadını bilmək üçün gərək
acını da dadasan mütləq.
Çəkdikləri onda qaya kimi
sərt, dağ tək dözümlü, su kimi yumşaq,
polad tək mətin, dəmir kimi möhkəm və güclü xarakter formalaşdırmışdı. Çətinliklərə
səbirlə yanaşmağı
öyrənmişdi, bir
sözlə, yaşamağı,
həm də necə yaşamağı
öyrənmişdi...
Həyatda əzab da görmüşdü, qayğı da, nəvaziş də görmüşdü, biganəlik də. İtirdikləri vardısa, qazandıqları da olmuşdu.
İllər, aylar ömrün neçə ilini xəlbirində fırladı, ətəyində ələdi. Axsamalar, uğursuzluqlar da geridə qaldı, onun da həyatının axarı dəyişdi, lilli sular axıb, axıb, axır ki, duruldu... Hətta payız da günahını yudu bir gün, ona gülümsədi lap elə bahar kimi. Sevdiyi qızla bir payız günü toy havaları çalındı... Sonralar hazırlaşıb ali məktəblərin də birinə qəbul olundu. Tələbə də oldu, qayğıkeş ailə başçısı da, sevimli ər də oldu, övladlarına nümunəvi ata da. Amma bir niskil azalmadı ki, azalmadı qəlbində... Payız nisgili... Hər il payız gələndə onun da qəlbi göylər kimi qəhərləndi, acıları təzələndi...
Mən... sənsiz bir heç,
Mən sənə görə varam
Göyləri ovsunlayacaq,
Etdiyim dualarım.
Bu qaranlıq röyama,
Ay kimi doğacaqsan.
Halıma gülənləri,
Yandırıb yaxacaqsan.
Uzaqdan əksin baxıb,
Gülümsəyir üzümə.
Cırcırama səs verir,
Qorxa-qorxa səsimə.
Səhərə nə qalır ki,
Sular durulub gedir.
Bu gecə qatarında
Kədər sürünüb gedir...
Kədərlənmə, əziz dost! İllər bütün fəsilləriylə gözəldir,
ömürsə elə
bu fəsillərə
bənzəyən yaşadıqlarımızla...
P.S. Hava mənim ruhumun vəziyyətinə
çox az
təsir edir. Mənim öz dumanlı günlərim və pis havalarım var.
B. Paskal
Şahnaz Şahin
Ədalət.-2014.-1 mart.-S.22.