Abadlıq görmək istəyən -
Ağcabədiyə gəlsin
(Əvvəli ötən sayımızda)
Təhsil,
səhiyyə
Yaxud işıq və sağlamlıq
Müdriklərin söylədiklərin kəlamların
içərisində ən
önməli məqam
insanla, torpaqla bağlı olan deyimlərdi. Yəni bu deyimlərin
həm kökündə,
həm də onun qol-budağında insan amili dayanır.
Bax bu mənada sağlam bədəndə
sağlam ruhun vacibliyi danılmaz bir təlabat olduğu kimi, həm də bir gözəllik, kamillik deməkdi. Ruhu, sağlamlığı bir-birini
tamamlayan, bir-birini öz köynəyindən
keçirən və
nəticədə də
insanlığın dərk
edən şəxs heç vaxt pis əmələ, vərdişə, hətta
pis sözə belə meyl göstərməz. Deməli,
insan üçün
zəruri olan sağlamlıq və işıq, yəni daxili ziya özü-özlüyündə
hər kəsi formalaşdırır, onu
düşüncəsi, dərrakəsi
yerində olan bir varlıq kimi cəmiyyətimiz önə çevirir .
Bax, bu mənada Ağcabədidə
sağlamlıq və
işıqla bağlı,
yəni səhiyyə
və təhsillə bağlı böyük işlər görülür. Təkcə statistikaya
üz tutsaq, onda Ağcabədidə
son illərdə tikilən
təhsil və səhiyyə ocaqlarının
sayındakı artımın,
həmçinin bu sahələrə yönələn
kapitalın hesabına
aparılan təmir-bərpanın
nəticəsi kimi müasirləşən xəstəxana
və məktəblərin
real mənzərəsi göz
önündə canlanır.
Elə
rayon icra hakimiyyəti
başçısının ötən ilin yekunları ilə bağlı keçirilən
hesabatında icra başçısı Şahin
Məmmədovun da vurğuladığı kimi,
Ağcabədidə hər
kəsin xüsusi diqqət yetirdiyi, insanların daha çox təmasda olduğu sahələr arasında təhsil və səhiyyə ön cərgələri tutub. Çünki hər kəsin
övladı, ailə
üzvü məktəblə,
səhiyyəylə bu
və ya digər şəkildə
bağlıdır. Bir
az da
konkret ifadə etsək, həmin sahələrdə kimlərsə
işləyir, kimlərsə
təhsil alır, kimlərsə müalicə
olunur, kimlərsə də müalicə edir. Deməli, səhiyyə, yəni
sağlamlıq, təhsil,
yəni işıq bütün hallarda bir-birini tamamlayır.
Məhz bu səbəbdən də təhsildəki uğurları yüksək
qiymətləndirən rayon icra hakimiyyətinin başçısı nöqsanları
da qəti və kəskin şəkildə ortaya qoyub, işinin öhdəsindən gələ
bilməyən məktəb
direktorları, xəstəxana
rəhbərləri barəsində
həmişə ciddi
tədbirlər görüb.
Keçirilən hesabat
yığıncağında da son illərdə məzunlarından ali məktəbə qəbul edilənlər arasında nümayəndəsi
olmayan elm ocağının
rəhbərliyi barəsində
sərt qərar qəbul edildi. Həm tədbir iştirakçılarının, həm də bütövlükdə ictimaiyyət
nümuəyəndələrinin gözləri qarşısında
yarıtmaz işinin cəzasını alan məktəb direktoru və digərləri bu cür qınağın, bu cür töhmətin
təbii ki, dərslərindən nəticə
çıxaracaqdı. Bu da sonda Ağcabədidə
təhsilin və eləcə də digər sahələrin daha sürətlə inkişaf etdirilməsinə
təkan verəcəkdi.
Əgər bu sahə ilə
bağlı faktlara üz tutsaq, onda qeyd etmək
lazımdı ki, Ağcabədidə təhsil
işçilərinin peşəkarlığı
ölkə rəhbərliyinin
də diqqətini çəkmişdi. Elə ötən ilin oktyabr ayında rayonun Pərioğullar kənd orta məktəbinin kimya müəllimi Alagöz Quliyeva ölkə prezidentinin sərəncamı
ilə "Əməkdar
müəllim" fəxri
adına layiq görülmüşdü.
Həmçinin 2013-2014-cü dərs ilində rayonun mövcud 62 ümum təhsil məktəbində, eləcə
də 50 tam orta, 11 ümumi orta və 1 ibtidai məktəb fəaliyyət
göstərmişdi. Hazırda bu
məktəblərdə 19 min nəfərdən artıq
şagird təhsil alır ki, onların
təlim-tərbiyəsi ilə
2700 nəfərə yaxın
müəllim məşğul
olur. Məhz həmin pedaqoji kollektivlərin məsuldar
əməyinin nəticəsi
kimi ötən ölkənin ali
məktəblərinə əvvəlki
illərlə müqayisədə
daha çox məzun qəbul olunmuşdu. Onların arasında 11 nəfər
600-dən yuxarı, 34 nəfər
isə 500-dən yuxarı
bal toplamışdı.
686 bal toplamış şəhər 4 saylı
tam orta məktəbinin
məzunu Sevinc Vəliyeva Prezident Yanında Dövlət İdarəçiliyi Akademiyasına
qəbul olunmuşdu. Ümumiyyətlə, illərə
nəzər yetirəndə
məlum olur ki, ötən il ali məktəbələrə qəbul
olunan məzunların
say artımı respublika
müstəvisində də
qənaətbəxş hesab
oluna bilər.
Ağcabədidə səhiyyə sahəsində də mühüm nailiyyətlər qeydə alınmışdı. Hesabat dövründə rayon mərkəzi xəstəxanasının fəaliyyəti, həmçinin 2 şəhər, 1 qəsəbə, 4 kənd sahə xəstəxanaları, 19 həkim məntəqəsi və 24 tibb məntəqəsi öz fəaliyyətini insanların sağlamlığını qoruya biləcək səviyyəyə yüksəltmək üçün həm təminat, həm də peşəkarlıq baxımından xeyli irəliləyişlər etmiş və nəticədə rayon sakinlərinin, eləcə də Ağcabədidə məskunlaşan məcburi köçkünlərin rəğbətini qazanmışdılar. Məhz bunun nəticəsidir ki, əvvəlki illərdən fərqli olaraq 2013-cü ildə rayonda bir ana ölümü qeydə alınmışdır. Mərkəzi xəstəxana tərəfindən qeydiyyatda olan və dövlət tərəfindən dərman preparatları ilə təmin olunan xəstələrə diqqət daha da artırılmışdı. İmtiyazlı xəstələrin hər birinə, yəni 2628 nəfərə pulsuz dərman preparatları verilmişdi.
Görülən işlərə nəzər salanda məlum olur ki, rayonun Avşar kəndində həkim məntəqəsi, Qaravəlli kəndində sahə xəstəxanası, Yuxarı Qiyaməddinli və Şənlik kənd həkim məntəqələri, Köyük və Soltanlı tibb məntəqələri əsaslı və cari təmir işlərindən sonra qapılarını onlara üz tutanlara açmışdı. Bütövlükdə isə rayonun ərazisində mövcud olan bütün səhiyyə ocaqları həmişə diqqət mərkəzində saxlanılır və bu gün də ölkə rəhbərliyinin diqqətinə, qayğısına və tələblərinə uyğun bir şəkildə həmin məsələlər nəzarətdə saxlanılır və Ağcabədi sakinlərinin sağlamlığı yüksək səviyyədə qorunur.
Bəli, bu gün Ağcabədiyə yolu düşən hər kəs xalq şairi Süleyman Rüstəmin məşhur şeirini xatırlayır, onu bir qədər zamanına uyğun şəkildə belə ifadə edə bilər.
- Abadlıq, quruculuq görmək istəyən Ağcabədiyə gəlsin!
Əbülfət
Mədətoğlu
Azərbaycan
Respublikasının Prezidenti yanında
kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi fondunun
maliyyə yardımı ilə
Ədalət.-2014.-1 mart.-S.10.