FIRÇANIN PIÇILTILARI
Mikayıl Abdullayevin
ürək çırpıntılarına qarışanda...
Dünyada elə sənət var ki, ona tərcüməçi, təqdimatçı gərək olmur.
O sənət
özü danışır,
özü göstərir,
özü təbliğ
və təqdim edir. Bu mənada
musiqinin və rəssamlığın demək
olar ki, analoqu yoxdu. Məhz bu iki incə
sənət növü
istənilən məmləkətdə,
hətta elmdən, təhsildən uzaq guşələrdə də
öz üzünə
qapıları rahatlıqla
açır, tamaşaçını,
dinləyicini öz qoynuna ala bilir. Həmin auditoriyanın həm səviyyəsi, həm miqyası o qədər rəngarəng
olur ki, istər-istəməz sənətin
qarşısında baş
əyməli olursan...
Azərbaycan özünün bir geosiyasi ərazi olmaq baxımıyla bahəm həm də özünün mənəvi sərvətlərinin
zənginliyi ilə də hər kəsin diqqətini çəkmək qüdrətinə
malikdi. Zaman-zaman bu məmləkətin mənəvi, maddi sferadakı uğurları
həm bir-birini tamamlamaqla, həm də bir-birini dünyaya təqdim etməklə böyük dünyaya səs-soraq salıbdı.
İnsanlar dünya görüşlərindən,
siyasi əqidələrindən,
hətta dini baxışlarından asılı
olmayaraq, bizim həmin o milli-mənəvi
sərvətlərimizi çox
rahatlıqla görüb,
qəbul edib və sevibdi. Yəni tərcüməçisiz danışan
bu sənət növləri özü dünyanın qapısından
elə şəstlə
keçib ki, kimsə onu dayandıra və yaxud da ona
etiraz edə bilməyib. Ona görə ki,
bu böyük sənət nümunələri
olub və bu gün də
öz böyüklüyünü
qoruyub saxlamaq iqtidarındadı.
Hələ orta məktəb
illərində Mikayıl
Abdullayevin rəsm əsərləri və onun barəsində o vaxtın "Ədəbiyyat
və incəsənət"
qəzetində, "Qobustan"
toplusunda oxuduqca daxili bir qürur
hissi keçirirdik. Bu da səbəbsiz
deyildi. Çünki
Mikayıl Abdullayevin əsərləri adama o qədər doğma, o qədər tanış və o qədər də səmimi təsir bağışlayırdı
ki, odur ki, bu əsərlərin
müəllifini özünün,
ailənin bir üzvü bilirdin. Hətta o vaxtlar "Azərbaycan gəncləri"
qəzetində Mikayıl
Abdullayevin Hindistan lövhələri ilə
bağlı çəkdiyi
rəsmlər barəsindəki
geniş məqaləni
bir nəfəsə oxuyub Azərbaycan rəssamının qüdrəti,
fırçası qarşısında
böyük bir məmləkətin necə
nağıllaşdığını, necə kətana köçdüyünü qürur
hissi ilə canımıza, ruhumuza hopdururduq. Çünki sovetlər dönəmində
böyük dünyaya
yol açan və həmin o böyük dünyadan da Azərbaycanı tanıdan rəssamlarımızın
- Səttar Bəhlulzadənin,Tahir
Salahovun, Toğrul Nərimanbəyovun, Maral Rəhmanzadənin, Böyükağa
Mirzəzadənin və
digərlərinin uğurları
SSRİ dövlətinin adına
yazılsa da, amma imza sahiblərinin
milli kimliyi özü-özlüyündə hər şeyi deyir və özü
öz təqdimatını
edirdi.
Artıq xeyli vaxtdır ki, "Xalqbank" "Xalq əmanəti" layihəsi çərçivəsində
özünün təqdirəlayiq
və böyük cəsarətlə demək
olar ki, tayı-bərabəri olmayan
bir savab, xeyirxah missiyanı davam etdirir. Həmin
missiyanın öncəki
təqdimatlarında da
biz Azərbaycanın dünya
şöhrətli rəssamlarının,
ədəbityyatımızın müqtədir şairlərinin
əsərləri ilə
yaxından tanış
olmaq imkanını məhz "Xalqbank" bizə yaratdı. Yəni təqdim edilən hər bir müəllif
təkcə bankın
və layihə rəhbərlərinin seçimi
kimi yox, həm də bu təqdimatlara qatılan hər kəsin seçimi kimi yadda qaldı.
Şəxsən biz, oxucu və
tamaşaçı olaraq
bu təqdimatlarda xalq əmanətin böyük dəyərinə
bir daha daxili vurğunluğumuzu gizlədə bilmədik.
Elə ötən həftənin
son iş günündə
"Xalqbank"ın 16-cı mərtəbəsi yenə
tamaşaçıların, sənət vurğunlarının
və bir də bu sənətə
dəyər verməyi
bacaran insanların ixtiyarına verilmişdi. 16-cı mərtəbənin sahibi həmin gün SSRİ xalq rəssamı, SSRİ dövlət
mükafatı laureatı,
Beynəlxalq Cəvahirləl
Nehru mükafatı laureatı
Mikayıl Abdullayev idi. Onun görüşünə isə yaradıcılığını
sevənlər, sənət
adamları, həmkarları,
ailə üzvləri
və bir də bu möhtəşəm
tədbiri işıqlandıran
media mənsubları gəlmişdilər.
Təbii
ki, bu təqdimat
həm də "Xalq əmanəti" layihəsinin bir növ yubiley təqdimatı idi. Çünki artıq 10-cu dəfə idi ki, bankın 16-cı ərtəbəsi öz mehriban ev sahibi
missiyasını ürək
açıqlığı ilə qeyd edirdi.
Bu yubiley tədbirini, yəni Mikayıl Abdullayevə həsr olunmuş təqdimat mərasimini tanınmış
söz adamı Yusif Günaydın idarə edir, qonaqları, mərasimə
qatılanları Mikayıl
Abdullayev dünyasına
bir növ səyahət təşkil
edirdi. Yusif müəllimin ürəyi
atlana-atlana söylədiyi
bir iş nitqindən sonra söz görkəmli fırça ustası, xalq rəssam Ömər Eldarov verildi. Ömər müəllim Mikayıl
Abdullayevin böyük
sənət dünyasından
coşqu ilə söz açdı.
Onun söylədiyi hər bir söz, hər
bir fikir gözümüzün qarşısında
rənglərin palitrasını
canlandırdı. Biz qiyabi
də olsa Mikayıl Abdullayevin kətan qarşısında
dayandığını hiss etdik. Sanki onun
fırçası bizim
gözlərimiz qarşısında
Mirzə Fətəli
Axundovun möhtəşəm
portretini yaradırdı.
Sonra söz Mikayıl Abdullayevi yaxından tanıyan, xalqımızın sevimli
sənətkarı Fərhad
Bədəlbəyliyə verildi. Həmişəki
üslubuna sadiq qalan Fərhad müəllim yığcam,
lakin dərin məna ifadə edən fikirləri ilə Mikayıl Abdullayevi bir insan kimi bizə
xarakterizə etdi. Onun üçün bağ evində saatlarla piano çaldığını
və Mikayıl müəllimin də o musiqinin ritmləri altında necə xəyala daldığını biz də təxmin edə bildik.
"Mikayıl Abdullayev "Rəngkarlıq və qrafika" kitab-albomunun təqdimat mərasimində
çıxış edn
dəyərli ziyalılarımız,
xalq rəssamı Arif İbrahimov, Akademiyanın Ədəbiyyat
İnstitutunun direktor müavini professor Teymur Kərimli, əməkdar mədəniyyət işçisi,
şair Çingiz Əlioğlu və digərləri birmənalı
şəkildə Mikayıl
Abdullayevin rənglər
dünyasından, o dünyanın
sözsüz söhbətlərindən,
hər kəsi dinləməyə, dayanıb
seyr etməyə məcbur edən qüdrətindən danışdılar.
Təbii
ki, mərasimdə özünü
təkcə varis kimi yox, həm
də böyük sənətkarın dəyərli
övladı kimi çox ciddi bir özünəməxsusluqla
media mənsublarının diqqət mərkəzində
olan Mikayıl müəllimin oğlu Cəmil Abdullayevin yığcam, ancaq bütünlüklə minnətdarlıq
hissləri hopmuş fikirləri şəxsən
bizi çox məmnun etdi. Böyük rəssamın
övladı söylədiyi
bir neçə kəlmədə atasına,
onun sənətinə
göstərilən qayğı
və diqqəti "Xalqbank"ın və bütövlükdə Azərbaycan
cəmiyyətinin çox
nəcib bir işi olduğunu diqqətə çatdırdı.
Biz iştirakçısı olduğumuz təqdimat mərasimində 16-cı mərtəbənin
bütün otaqlarını
öz işığına
bürümüş Mikayıl
Abdullayev fırçasının
qüdrəti qarşısında
dayanıb onun yaratdığı bir-birin
dən maraqlı obrazlarla, mənzərələrlə
həm söhbət olmaq imkanı qazandıq. Bizə xüsusilə "Bakı tikilir" rəsmi ləzzət elədi. Yəni bu
rəsm müəllifi
zamanı görmək
gücünü, gələcəyə
nüfuz etmək qüdrətinin bariz nümunəsi idi. Eləcə də Azərbaycanın dəyərli isimlərinin
portretləri Azərbaycan
insanının həyatsevərliyi,
ölkəmizin müxtəlif
coğrafi əraziləri
bu albomda kifayət qədər böyük sevgiylə toplanmış və tamaşaçı auditoriyası
çıxarılmışdı.
Maraqla keçən
təqdimat mərasimində
dəfələrlə səsləndirilən
və yaddaqalan olan bir məqamı
biz də təkrar xatırlatmaq istəyirik. Belə ki,
böyük rəssamın
Bakı Metrosunun "Nizami" stansiyasını
bəzəyən yaradıcılıq
işləri həmin
metrodan istifadə edən hər kəs üçün iki mənada işıq ünvanıdı.
Birincisi, bu stansiya böyük Nizaminin adını daşıyır, ikincisi,
həmin böyük Nizaminin adına
layiq rəssam işi də xalqımızın digər
böyük oğlu olan Mikayıl Abdullayevə məxsusdu...
... Bir fikri də diqqətə
çatdırmaq istəyirəm.
Bir tamaşaçı kimi bizim Mikayıl Abdulleyv sənəti ilə ilk tanışlığımız
böyük Nəsiminin
portreti ilə başlamışdı. Həmin vaxt
orta məktəbin son
siniflərində oxuyurduq.
Nəsiminin yubileyi münasibəti
ilə məktəbdə
hazırladığımız tədbirdə məhz Mikayıl Abdullayevin çəkdiyi protret köməyimizə çatdı.
Bilmirəm, həmin o keçmişdə
qalan illərin təsirindəndi, yoxsa böyük sənətkarın
pıçıldayan fırçasının
hikmətindən, amma
hər nədisə
biz xatirələrə baş
vuranda məktəb illərimizin bir anı da Mikayıl
Abdullayevin "Nəsimi"
portreti ilə yaddaşımızda təzələnir.
Həmin
o yaddaşın xatirə
gücünün təsiri
altında biz "Xalqbank"a
bu dəyərli layihəyə görə,
xalq əmanətlərini
yaşadın yenidən
bizlərə təqdim
etdiklərinə görə,
təşəkkürümüzü bildiririk. Düşünürük ki, xalqın
bankı xalqın əmanətini sevə-sevə
bizlərə də bundan sonra da
sevdirəcək.
Fəridə RƏHİMLİ
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2014.-4 mart.-S.5.