BAHARA BOYLANIR XOŞ
BİR OVQATLA...
Müjdə çiçəklər,
gözəl duyğular...
İl başlayandan
bəri havalar nə qədər qeyri-sabit keçsə də, Vətənin hər tərəfində
ilk baharın nəfəsi
duyulur. Yaşıla bürünən çöllər, yamaclar,
cırtlayan tumurcuqlar,
alça, ərik, şaftalı ağaclarındakı
müjdə çiçəklər,
builki sərt qışın çox çətin sınaqlarına
çəkilən etibarlı
quşların şənlənməsi,
insanların Novruz əhval-ruhiyyəsi hər
ötən gün bizi al-əlvan bahara qovuşdurur. Heç bilirsiniz, ilin bu vədəsində Zaqatala necə gözəl və sevimli olur? Mən əvvəllər bunu böyük bir heyranlıqla deyib xatırlatmışam:
Tanrı Zaqatalaya nələr bəxş etməyib ki... Dağlar, meşələr,
çaylar, bərəkətli
düzlər, meyvəli
bağlar... Buranın
bircə dənizi çatışmır...
Görəsən bizim bu Xəzərdə
"Zaqatala" adlı
gəmi üzürmü?
Tanrı Zaqatalaya həm də gözəl, qonaqpərvər, mehriban və zəhmətkeş insanlar göndərib. Onları sevə-sevə
göndərib ki, bu insanlar bu
doğma eldə-diyarda
təbiətlə yarışa
bilən başqa gözəlliklər də
yaratsınlar. Vətənpərvər,
el-oba təəssüblü
Zaqatala camaatı da əl-ələ verərək öz şəhərlərini, kənd
və qəsəbələrini
daha gözəl, daha yaraşıqlı etməyə çalışırlar.
Onları ruhlandıran amillərdən
biri və ən əsası da Prezidentlərinə olan sevgi və
rəğbətdir, inamdır.
Və bu amil təbii
fəlakət zamanı
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin hadisəyə müstəsna həssaslıqla
yanaşmasında və
dünyanın heç
bir ölkəsində
görünməyən qayğı
və diqqətində
təcəssüm etdi.
Zəlzələdən ziyan çəkmiş
kəndlər indi Avropanın ən abad və müsir
qəsəbələrinə, hətta kurort və istirahət mərkəzlərinə bənzəyir.
Başqa məsələlər də
var. Gözəl Zaqatala,
daha gözəlləşməkdə,
eyni zamanda iqtisadi cəhətdən daha da inkişaf
etməkdədir. Qədirbilən zaqatalalılar bütün
bunlara görə daim öz sevimli
Prezidentlərinə minnətdarlıq
edirlər. Elə bir
yığıncaq, elə
bir görüş və söhbət olmaz ki, orada
rayon icra hakimiyyətinin
başçısı Mübariz
Əhmədzadəyə bütün
bu məsələlər
barədə ürək
sözlərini bildirməsinlər.
Çünki həmişə onlarla bir yerdə
olan, sevinclərini-kədərlərini
bölüşən başçıya
da böyük hörmət və rəğbət bəsləyir,
ona inanır, özlərinə arxa-dayaq
bilirlər. Sadə və
haqq-ədalət adamı
olduğuna görə,
Vətəninə, Xalqına
və Prezidentinə sədaqətli olduğuna
görə.
Elə bu birliyin, ölkə
rəhbərliyinə sədaqətin
nəticəsidir ki, Zaqatala rayonu 2013-cü ili də
diqqət çəkən
uğurlarla başa vurdu. Ötən ilin yekunlarına
həsr olunmuş hesabat yığıncağında
da rayonun sosial-iqtisadi inkişafı
və digər məsələlər müzakirənin
aktual istiqamətinə
yönəldi.
M.Əhmədzadə:
"bütün
Zaqatala camaatı
cənab Prezidentə minnətdardır..."
Zaqatala
Rayon İcra Hakimiyyətinin
başçısı Mübariz
Əhmədzadə hesabat
məruzəsi ilə
çıxışı zamanı
görülən işlərlə
yanaşı qarşıda
duran vəzifələrdən
də danışdı:
- 2013-cü il rayonumuz üçün yaddaqalan hadisələrlə zəngin
olmuşdur. Avqustun
17-də bölgəmizə səfər edən Azərbaycan Prezidenti cənab İlham Əliyev Zaqatala şəhərinin tarixi mərkəzinin yenidənqurma
və bərpadan sonrakı vəziyyəti ilə tanış olmuş, Zaqatala şəhərinə
və ətraf kəndlərə içməli
suyun verilməsi mərasimində iştirak
etmiş, Heydər Əliyev Fondu hesabına inşa edilmiş 600 şagird yerlik Bəhmətli kənd tam orta məktəbinin yeni binasının və
"Tumurcuq" uşaq
bağçasının açılışlarında
iştirak etmişdir.
2013-cü ildə Yaponiyanın,
İsrailin, Gürcüstan
və Polşa Respublikalarının Azərbaycan
Respublikasındakı Fövqəladə
və Səlahiyyətli
Səfirləri, ABŞ, Türkiyə
və digər xarici ölkələrin onlarla nümayəndələri
rayonumuzun qonaqları olmuşlar.
Respublikada aparılan uğurlu iqtisadi siyasətin nəticəsi olaraq 2013-cü ildə Zaqatalada da iqtisadiyyatın dinamik inkişafına nail olunmuş, məhsul istehsalı 2012-ci illə müqayisədə sənayedə 18,0 faiz, kənd təsərrüfatında 6,8 faiz, rabitədə 6,4 faiz, ticarətdə 3,8 faiz, pərakəndə əmtəə dövriyyəsi 3,8 faiz, pullu xidmətlərin həcmi 7,1 faiz artmışdır. Hesabat ilində əsaslı kapitala yönəldilən investisiyaların həcmi 172,3 milyon manat, o cümlədən tikinti quraşdırma işləri 145,1 milyon manat təşkil etmişdir.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında Zaqatala rayonu üzrə nəzərdə tutulan tədbirlərin icra olunması nəticəsində yeni emal və istehsal müəssisələri, o cümlədən Beton məmulatları zavodu, gül, süd və tütün emalı zavodları, quş əti istehsalı fabriki, 8 findiq emalı, süfrə suları, 1 meyvə-tərəvəz istehsalı müəssisələri və digər sosial obyektlər tikilərək istifadəyə verilmişdir.
Dövlət Proqramların icrası, yüksək iqtisadi fəallıq şəraiti məşğulluq məsələlərinin səmərəli həllinə geniş imkanlar açmış, rayonda 2013-cü ildə 989-u daimi olmaqla 1095 iş yeri, 2003-cü ildən sonra isə 11193-ü daimi olmaqla, 15914 yeni iş yeri açılmışdır ki, bu da öz növbəsində işsizliyin böyük dərəcədə azaldılmasına xidmət göstərmişdir.
2013-cü ildə sahibkarlığın inkişafına dövlət dəstəyi daha da gücləndirilmiş, iqtisadiyyatın müxtəlif sahələri üzrə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 47 sahibkara 701.0 min manat güzəştli kredit verilmiş, 12 sahibkara 0,59 ha torpaq sahəsi satılmış, alkoqollu içkilərin və tütün məmulatlarının satışı üçün 60 ədəd lisenziya, 14 sahibkarlıq obyektinin layihələndirilməsinə və 14 sahibkarlıq obyektinin tikintisinə sərəncam verilmiş, əhaliyə və iş adamlarına ümumilikdə 43,1 milyon manat həcmində kreditlərin verilməsi təmin edilmişdir ki, bu da 2012-ci ilin göstəricisindən 10,8 faiz çoxdur.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2014.-4 mart.-S.7.