Bahara boylanır xoş bir ovqatla...

(əvvəli ötən sayımızda)

 

Hesabat ilində rayonda sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı nəticəsində özəl sektorun kənd təsərrüfatında payı 98,5 faiz, əmtəə dövriyyəsində 99,7 faiz təşkil etmiş, sənaye istehsalında 2012-ci ilə nisbətən 3,3 faiz artaraq 92,4 faizə çatmışdır. Büdcəyə vergi tədiyyələr üzrə 6,7 milyon manat vəsait daxil olmuş, proqnoz tapşırıqlar 104,1 faiz icra edilmiş, vergi qanunvericiliyini pozan 857 sahibkarlıq subyektinə 612,1 min manat həcmində maliyyə sanksiyası tətbiq edilmişdir.

Ötən il yerli gəlir xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən 16,9 milyon manat vəsait alınmış, büdcə xərcləri 22,9 milyon manat ya 97,3 faiz icra olunmuşdur...

 

Sosial məsələlər diqqət mərkəzindədir

 

2013-cü ildə rayonda sosial məsələlər diqqət mərkəzində saxlanılmış, cənab Prezidentin qeyd etdiyi kimi, ən vacib sosial layihələrdən biri olan vətəndaşların keçmiş SSRİ Əmanət Bankında qalan əmanətlərin ödənilməsi prosesi başa çatdırılmış, orta aylıq əməkhaqqı artmış, orta aylıq pensiya da 12,1 faiz artaraq 152,5 manat olmuşdur.

Hesabat ilində 583 pensiya işi təyin edilmiş, 17021 pensiyaçıya xidmət göstərilmiş, 5,5 milyon manat məcburi dövlət sosial sığorta haqları yığılmış, proqnoz tapşırıqlar 90,0 faiz icra edilmiş, 32 hüquqi fiziki şəxsə qarşı maliyyə sanksiyaları tətbiq edilmişdir.

2013-cü ildə rayonda 4210 nəfərə sosial müavinət, 384 nəfərə Prezident təqaüdləri, 2284 nəfərə birdəfəlik müavinət verilmiş, 219 nəfər tək-kimsəsiz qocalara xidmət göstərilmiş, ünvanlı sosial yardımın ehtiyac meyarı 2006-ci illə müqayisədə 3,1 dəfə, hər ailəyə düşən orta aylıq məbləği 2,8 dəfə artaraq 122,2 manata çatmış 1806 ailənin 7821 üzvünə ünvanlı sosial yardım verilmişdir.

Hesabat ilində əməkhaqqı, pensiya müavinətlərin bankomatlar vasitəsilə vaxtında tam ödənilməsi təmin edilmişdir.

İl ərzində rayonda məşğulluq xidməti orqanları tərəfindən 784 nəfər işaxtaran kimi qeydiyyata alınmış, 595 nəfər münasib işlə təmin olunmuş, 10 nəfərə işsizlik müavinəti təyin edilmiş, 40 nəfər haqqı ödənilən ictimai işlərə, 30 nəfəri isə peşə hazırlığı kurslarına cəlb edilmiş, keçirilmiş əmək yarmarkasında işaxtaranlara 312 vakant yeri təklif olunmuş 107 nəfərin işlə təmin edilməsinə vasitəçilik edilmişdir.

 

Məqsədyönlü tədbirlər aqrar sektorun inkişafını təmin edir

 

Son illərdə aqrar sektorda həyata keçirilmiş məqsədyönlü tədbirlər sayəsində 2013-cü ildə kənd təsərrüfatı məhsullarının istehsalı 6 milyon 383 min manat (6.8 %) artaraq 99,9 milyon manata çatmışdır.

Rayonun 134981 hektar vahid torpaq fondunun 84354 hektarı dövlət mülkiyyətində,17554 hektarı bələdiyyə mülkiyyətində, 33073 hektarı isə xüsusi mülkiyyətdədir.

"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın icrası ilə bağlı 2013-cü ildə 14617 ha sahədə yazlıq bitkilər, o cümlədən 5902 ha sahədə qarğıdalı, 127 ha sahədə paxlalılar, 436 ha sahədə tütün, 308 ha sahədə günəbaxan, 25 ha sahədə qızılgül kolu, 1521 ha sahədə kartof, 2095 ha sahədə tərəvəz, 779 ha sahədə bostan bitkiləri 3424 ha sahədə yonca əkilmişdir. Kənd təsərrüfatı işlərinin aqrotexniki müddətlərdə keyfiyyətlə icra edilməsi məqsədi ilə rayonda bütün imkanlar səfərbər olunaraq 28682 ton taxıl, o cümlədən 19704 ton buğda istehsal olunmuş, yazlıq əkinlər üzrə 31743 ton qarğıdalı, 242 ton paxlalı (lobya), 1220 ton tütün, 8 ton qızıl gül ləçəyi, 15086 ton kartof, 20133 ton tərəvəz, 8740 ton bostan məhsulu, 57248 ton quru ot, 465 ton günəbaxan, 53.8 ton yaşıl çay yarpağı istehsal olunmuş, bağlardan 27743 meyvə, 709 ton üzüm toplanmışdır.

Nazirlər Kabinetinin iclasında cənab İlham Əliyev demişdir: "..... bizdə istehsal olunan ərzaq məhsulları tam şəkildə tələbatımızı təmin etməlidir. Biz buna yaxınlaşırıq və çalışmalıyıq ki, növbəti 5 il ərzində, bəlkə də ondan da tez bir müddətdə 3-cü regional inkişaf Proqramının icrası başa çatanda artıq ərzaq təhlükəsizliyi ilə bağlı olan bütün məsələlər öz həllini tapsın".

Bu fikirləri reallaşdırmaq üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 16 yanvar 2014-cü il tarixdə "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncam imzalamışdır. Bu sərəncamın icrası nəticəsində kənd təsərrüfatı məhsulları ixracının artırılması, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması və ərzaq bazarının səmərəli fəaliyyətinin təmin edilməsi nəzərdə tutulur.

2013-cü ildə "Aqrolizinq" ASC-nin Zaqatala filialı tərəfindən fermer təsərrüfatlarına 1 ədəd traktor və 1 ədəd ekskovator lizinqə verilmiş, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 2993 nömrəli Sərəncamına əsasən istehsalçıların ehtiyacını ödəmək məqsədi ilə 2 ədəd taxılyığan kombayn gətirilmişdir. Rayonda 2014-cü ilin məhsulu üçün 12082 ha (+143ha) sahədə payızlıq taxıl, o cümlədən 8415 ha sahədə buğda əkini aparılmışdır.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə edilən yanacaqmotor yağlarına görə 876773 manat yardım verilmiş, buğda istehsalçılarının maddi marağının artırılması məqsədi ilə 280822 manat subsidiya hesablanmış, güzəştli qaydada 133528 manat dəyərində mineral gübrələr satılmışdır.

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2014.-5 mart.-S.8.