Bahara boylanır xoş bir ovqatla...

(əvvəli ötən sayımızda)

 

Şəhərin genişlənməsi müasirləşməsində vacib amillər

 

2013-cü il ərzində "Zaqatala şəhərinin su təchizatı kanalizasiya sistemlərinin yenidən qurulması tikintisi" layihəsinin 2-ci mərhələsinin icrası olaraq xarici su təchizatı obyektlərinin, şəhərdaxili su kanalizasiya xətlərinin tikintisi işləri başa çatdırılmışdır. Keçid obyektləri olan rayon Polis şöbəsinin, Qaz İstismar Sahəsinin, Hərbi Prokurorluğun Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsinin yeni inzibati binalarının tikintisi başa çatdırılaraq istifadəyə verilmiş, Zaqatala şəhərində H.Əliyev Mərkəzi üçün yeni binanın, rayon Maliyyə İdarəsinin inzibati binasının, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının, "Araz" hazırlıq kurslarının binalarının, çirkab su təmizləyici qurğular kompleksinin, Yeni Suvagil Göyəm kəndində sahə baytarlıq məntəqələrinin, tikintisi davam etdirilmişdır. Zaqatala şəhərində Dövlət Yanğın Xidmətinin rayon şöbəsinin depo binasının, Əliabad qəsəbəsində Çobankol kəndində yeni Yanğından Mühafizə bölmələrinin, Qandax kəndində Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə yeni tibb məntəqəsinin tikintisinə başlanılmışdır.

Dövlət Proqramına əsasən Yuxarı Tala kənd 2 saylı tam orta məktəbin yerində yeni 450 şagird yerlik məktəb binasının tikintisi 2012-ci ilin may ayında baş vermiş güclü zəlzələlərin fəsadlarının aradan qaldırılması sahəsində işlər davam etdirilmiş, hesabat ilində qəzalı vəziyyətə düşmüş 10 məktəb binasının tikintisi 6 məktəb binasında bərpa-gücləndirmə işləri başa çatdırılaraq istifadəyə verilmiş, 2 məktəb binasının tikintisində son tamamlama işləri aparılır.

 

...Quruculuq işlərində digər nüanslar

 

Şəhər abadlığına ayrılmış vəsait hesabına Dədə Qorqud meydanının, Qala düzü pilləkənlərinin, H.Əliyev prospektinin 28 may küçəsinin tarixi görkəminin qaytarılması yenidənqurma işləri davam etdirilmiş, tarixi mərkəzdə 50-dən çox fərdi yaşayış evinin, ictimai bina sahibkarlıq obyektinin dam örtüklərində fasadlarında yenidənqurma bərpa işləri aparılmışdır. Rayon Mədəniyyət evinin, Telekommunikasıya Qovşağının Vergilər İdarəsinin qarşısında, H.Əliyev prospektində, N.Nərimanov, H.Z.Tağıyev Ü.Hacıbəyov küçələrində, piyada səkilərində əsaslı təmir işləri aparılmış, tamet döşənmişdir. Bu sahədə görülmüş işlərə ölkə Prezidenti tərəfindən yüksək qiymət verilmiş müvafiq sərəncamla Zaqatala şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, Dövlət Proqramında rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Zaqatala Rayon İcra Hakimiyyətinə 2,0 milyon manat vəsait ayrılmışdır. Həmin vəsait hesabına Zaqatala şəhərinin mərkəzinin tarixi görkəminin bərpası sahəsində aparılan işlərin davam etdirilməsi nəzərdə tutulmuş artıq H.Əliyev prospekti, 28 may, Ü.Sadıqov Qarabağ küçələrində əsaslı təmir, bərpa abadlıq işlərinə başlanılmışdır.

 

Təhsil, səhiyyə, mədəniyyət turizm...

 

2013-cü ildə rayonda təhsil, səhiyyə, mədəniyyət idman sahələrində məqsədyönlü işlər aparılmış, müəssisələrin fəaliyyətinə hərtərəfli yardım göstərilmişdir.

Ümumtəhsil məktəblərində təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində bir sıra işlər görülmüş, müəllim şagirdlər Respublika müsabiqələrində uğurla iştirak etmişlər. Humanitar Fənlər Gimnaziyasının riyaziyyat-informatika müəllimi Bahar İsmayılova "Əməkdar" müəllim adına, şəhər 1 saylı tam orta məktəbin fizika müəllimi Südabə Abdullayeva "Tərəqqi" medalına layiq görülmüş, Əli Bayramlı kənd tam orta məktəbin coğrafiya müəllimi Nəzakət Məmmədova "İlin müəllimi" müsabiqəsinin qalibi olmuşdur.

Ötən il rayonun orta məktəblərinin Azərbaycan rus bölmələrini bitirmiş 1352 nəfər məzundan 547 nəfəri ali məktəblərə qəbul üçün sənəd vermiş, onlardan 315 nəfəri tələbə adını qazanmışdır. Rayon üzrə 11 nəfər 600-dən yuxarı, 32 nəfəri 500-dən yuxarı bal toplamış, Z. Murtuzəliyev adına şəhər 1 saylı tam orta məktəbin məzunu Allahverdiyev Mahmud Şahin oğlu Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Qızıl" medala Prezident təqaüdünə layiq görülmüşdür.

Rayonda səhiyyənin inkişafına diqqət artırılmış, 2013-cü il əzində Mərkəzi rayon xəstəxanası 428 min manat dəyərində dərman sarğı materialları, 205 min manat dəyərində tibbi avadanlıq, 148 min manat dəyərində bərk yumşaq inventarla təmin olunmuşdur.

Bu gün Azərbaycanın bütün ərazisi öz turizm potensialını zənginləşdirir turizm sektoru ölkənin ümumi inkişafı fonunda özünəməxsus bir tərəqqi yolu keçir. Mədəniyyət Turizm Nazirliyinin təşkil etdiyi XII Beynəlxalq Turizm Səyahətlər sərgisində rayonun turizm obyektləri, folkloru mətbəxi geniş təbliğ olunmuşdur.

Rayonda "Azərbaycan folkloru milli sərvətimizdir" mövzusunda dəyirmi masa keçirilmiş, "Azərbaycanın folklor Paytaxtı-2013" çərçivəsində "Avropa İrs günləri" keçirilmiş, Azərbaycan Respublikası simfonik orkestrinin Dədə-Qorqud meydanında konserti təşkil olunmuş, folklor ili çərçivəsində "Xalq sənəti el təranələri" Ümumrespublika Xalq Yaradıcılığı bayramı keçirilmişdir.

 

İdmançıların uğurları

 

Hesabat dövründə idmançılar da yüksək nailiyyətlər qazanmışlar. Cüdoçulardan Elvira Butdayeva, Oruc Vəlizadə, İslam Abdurahmanzadə, Qurban Qurbanov, Hacıağalı Orxan, İsa Hüseynov, Elvin Mustafayev, sərbəst güləşçilərdən Yasin Dadaşov, Rüstəm Hüseynov, İsmayıl İsmayılov, Ariz Məmmədov, Kamilə Cümşüdova başqaları müxtəlif Respublika turnirlərində rayonu ləyaqətlə təmsil etmişlər.

Beynəlxalq yarışlarda iştirak edən Gözəl Zutova, Oruc Vəlizadə, Ramin Qurbanov, Murad Xaliqov, Könül Məhərrəmova Respublikanın idman şərəfini ləyaqətlə qoruyaraq bayrağımızı ucaltmışlar.

 

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2014.-6 mart.-S.6.