Qədim Şamaxı prezidentin qayğısı ilə yenidən öz şöhrətinə qayıdır

(Əvvəli ötən sayımızda)

 

Şamaxı əsasən aqrar rayon olmaqla onun iqtisadiyyatında kənd təsərrüfatı sahəsi mühüm yer tutur. Ötən bir il ərzində bu sahədə 49,2 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da 2012-ci illə müqayisədə 4,5 milyon manat çoxdur. Keçən il rayon üzrə 23450 hektar sahədə taxıl biçini aparılmışdır. Sahələrdən 41038,1 ton məhsul götürülmüşdür. Bu rəqəm əvvəlki illə müqayisədə xeyli çoxdur. 2013-ci ildə həmçinin 20318 hektar sahədə payızlıq taxıl əkini aparılmışdır.

Qeyd etməliyik ki, istər məhsul istehsalının artımında, istərsə də əkin sahələrinin ilbəil genişləndirilməsində kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən dövlət yardımı əsaslı rol oynamışdır. Keçən il rayon üzrə 5949 nəfərə 1 milyon 388 min 500 manat yardım verilmişdir.

Məlum olduğu kimi, keçən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmişdi. Hazırda bu sahənin inkişafına xüsusi diqqət göstərilir. Bu baxımdan dövlət başçısının tapşırığı ilə hazırlanan və qəbul edilən "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı"nın bu sahənin yenidən dirçəldilməsində mühüm rolu olmuşdur. Hazırda rayonda üzüm bağlarının sahəsi 1617,5 hektara çatdırılmışdır. Keçən il isə 87,5 hektar sahədə yeni üzümlük salınmışdır ki, bu da əvvəlki illə müqayisədə 16,5 hektar artıqdır.

Məlum olduğu kimi, heyvandarlıq da rayon iqtisadiyyatında aparıcı sahələrdən birini təşkil edir. Ötən ilin sonuna kimi rayonda iribuynuzlu mal-qaranın sayı 37610 başa, xırdabuynuzlu heyvanların sayı 187402 başa, quşların sayı isə 268165 başa çatdırılmışdır ki, bu da 2012-ci illə müqayisədə müvafiq olaraq iribuynuzlu heyvanların sayı 368 baş, xırdabuynuzlu heyvanların sayı 2909 baş, quşların sayı isə 59345 baş artmışdır. Həmin dövrdə ət istehsalı 4807,7 ton, süd istehsalı 22674,2 ton, yun istehsalı 373,7 tonyumurta istehsalı 16580 min ədəd olmuşdur ki, bu da otən ilin müvafiq dövrünə nisbətən ət istehsalı (diri çəkidə) 3,3 ton, süd istehsalı 315,5 ton, yun istehsalı 1,1 ton yumurta istehsalı isə 4mln. ədəd artmışdır. İl əzində arı ailələrinin sayı 4853 başa çatdırılmışdır. Bu da ötən illə müqayisədə 48 ailə çoxdur.

 

Abadlıq və yenidənqurma işlərində özünəməxsusluq

 

Ötən müddət ərzində rayonun abadlaşdırılması və əsas sosial problemlərin həlli istiqamətində xeyli işlər görülmüşdür. Belə ki, şəhərin Bakı istiqamətindəki giriş hissəsində xüsusi layihə əsasında inşa olunmuş, ətrafında geniş yaşıllaşdırma və abadlıq işləri aparılmış Qala divarları hazırda qədim Şamaxıya xüsusi yaraşıq verir. Qala divarlarının daxilində yeni Etnoqrafiya muzeyi yaradılmış və orada rayonun tarixi keçmişini əks etdirən xeyli eksponatlar toplanılmışdır.

Bu il Şamaxı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ayrılmış vəsait hesabına Şamaxı-Avaxıl avtomobil yolunun 23,5 kilometri çəkilib başa çatdırılmışdır. Həmçinin 53 kilometrlik Şamaxı-Padar-Çöl yolunun artıq 17 kilometrinə asfalt-beton örtük vurulmuşdur. Hazırda həmin magistral yolun Göylər-Şamaxı hissəsində 5 km-ə yaxın məsafəyə asfalt-beton örtük vurulmuşdur. Şamaxı-Çuxuryurd-Qızmeydan yolunun 13-cü kilometrində təmir işləri başa çatmaq üzrədir. Məlum olduğu kimi, bu yolun tikintisi Şamaxı-Quba yolunun başlanğıcı hesab olunur. Bundan əlavə Göylər-Birinci Çaylı və Quşçu yolunun cari təmir işlərinə də başlanılmışdır.

2013-cü il ərzində şəhərin küçələrinin abadlaşdırılması və yenidən qurulması xüsusu diqqət mərkəzində saxlanılmışdır. Belə ki, Heydər Əliyev, S.Ə.ŞirvaniŞirvan küçələri tamamilə yenidən qurulmuşdur. Həmin küçələrdə bütün bordürpiyada səkiləri yenidən çəkilmiş, ictimai, inzibati, fərdi mənzillərin və ticarət obyektlərinin dam örtükləri dəyişdirilmiş, fasad hissələri yenidən üzlənmiş, işıq, telefon xətləri, işıqlandırma dirəkləri yenisi ilə əvəz edilmişdir. Ümumilikdə Şəhriyar, Şərifzadə, Əzizbəyov, Rəsul Rza, Gənclər, S.Ə.Şirvani, Azadlıq, C.Cabbarlı, M.F.Axundov, H.Məmmədov, Ü.Hacıbəyov, Azərbaycan, 20 Yanvar, Gənclər, Mahmudağa küçələrinə 66,6 min kv.metr asfalt-beton örtük vurulmuşdur. Bundan əlavə Fövqəladə Hallar Nazirliyi tərəfindən şəhərin 20 Yanvar küçəsində inşa olunan beş mənzilli yaşayış binası istifadəyə verilmişdir. Muğanlı kəndində sürüşmə nəticəsində evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlar üçün Meysəri kəndi ilə həmsərhəd ərazidə 63 ədəd evin tikintisi artıq başa çatdırılmış və sahiblərinə paylanmışdır.

Hesabat ilində rayonun İkinci Çaylı, Hacılı, Böyük Xınıslı və Muğanlı kəndlərinin hər birində 80 şagird yerlik məktəb binaları istifadəyə verilmişdir. Həmçinin Mədrəsə qəsəbəsində 380 şagird yerlik, Talışnuru, Hacıqədirli, Şərədil kənd məktəbləri üçün hər biri 80 yerlik yeni məktəb binalarının tikintisi üçün layihə-smeta sənədləri hazırlanmışdır. Şamaxı şəhər 1 saylı uşaq bağçası-körpələr evinin tikintisi və şəhər 6 saylı tam orta məktəbin əsaslı təmir işləri başa çatmaq üzrədir. 80 şagird yerlik Cabanı kənd məktəbinin tikintisi davam etdirilir.

 

Yaşıllığın genişləndirilməsi də vacib məsələlərdəndir

 

2013-cü ilin əvvəllərindən başlayaraq tikinti-quruculuq işləri ilə yanaşı təmizlik və yaşıllaşdırma işlərinin genişləndirilməsi də xüsusi diqqət mərkəzində saxlanılmışdır. Bununla bağlı rayonun idarə və müəssisələrinin iştirakı ilə kütləvi iməciliklər keçirilmiş, geniş yaşıllaşdırma tədbirləri icra olunmuşdur. Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi şərəfinə keçirilən bu iməciliklər zamanı Bakı-Yevlax magistral yolunun rayon ərazisindən keçən hissəsində, həmçinin Şamaxı şəhərinin müxtəlif yerlərində və yeni salınmış 63 yaşayış evinin qarşısında 5 min ədəddən çox ağacgül kolları əkilmişdir. Hazırda həmin yaşıllıqlara lazımi qaydada aqrotexniki qulluğun göstərilməsi işləri davam etdirilir.

 

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2014.-6 mart.-S.6.