Sən istəyəndə sevmədim səni
Kəmalə Abiyeva
8 MART
Bu gün hər qəmini soyunub dünya,
Çaylar gülüş olub dodaqlarında.
Təbəssüm donunu geyinib dünya
Sevinc gözü
dolub bulaqların da.
Ulduzlar axışır bu gün torpağa,
Qadın gözlərindən nur qoparmağa.
Günəş də göylərdən
enibdi yerə
Qadın
ürəyindən od aparmağa.
Dünya
sağlıq deyir qadın şəninə,
Dənizlər əlində piyaləsidir.
Səpilən qadının qədəmlərinə
Dağların nəğməkar şəlaləsidir.
Bu gün təravətə dönübdü çöllər,
Bu gün səadətə
bürünüb ellər.
Məhəbbət, gözəllik çələngi
kimi
Bu günü saçına
taxıbdı illər.
İKİ BƏXTƏVƏR
Bu dünyada iki kor var
Biri mənəm-
səndən başqa
bir kimsəni görməyən.
Biri də sən
Heç vaxt məni görməyən.
Bu dünyada iki kar var-biri mənəm
Səndən başqa kimsəni eşitməyən.
Biri də sən
Ürəyimin harayını
Heç zaman eşitməyən.
Bu dünyada iki xoşbəxt bəxtəvər
var
Biri mənəm-çünki
səni sevirəm.
Biri də sən-çünki səni
sevirəm.
Qar yağırdı
Bu gecə səni gördüm,
Bu gecə qar yağırdı.
Ikimizi bir yerə
Yağan qarmı çağırdı?
Yağan
qar elə bil ki,
Göylərin busəsiydi.
Bəlkə göylə torpağın
Sevgi əfsanəsiydi.
Qar yağırdı gəlintək
Bəzəyirdi hər yanı.
Tərtəmiz bir ağ
sevinc
Bürüyürdü dünyanı.
Bu ağappaq gözəllik
Göylərin sehridimi?
Torpağa danışdığı
Gizli bir sirridimi?
Öz bəyaz libasında
Möcüzəydi bu gecə.
Xoşbəxt idik ikimiz,
Xoşbəxt idi bu gecə.
Torpaq xumarlanırdı
Bu gecə qar yağırdı.
Ikimizi bir yerə
Yağan qarmı çağırdı?
Bizə
elə gəlirdi
Göylər gülümsəyirdi.
Hər düşən qar dənəsi
"Xoşbəxt olun"deyirdi.
BAĞIŞLA
MƏNİ
Mən sən istəyəndə
sevmədim səni
Özüm istəyəndə sevdim
ay ana.
Bağışla məni.
Bilmədim qədrini sən
istəyəndə
Özüm istəyəndə bildim
ay ana
Bağışla məni...
Mən sən istəyəndə
anlamadım ki,
Özüm istəyəndə anladım
səni,
bağışla məni...
nə özüm doyunca,
nə sən doyunca
oxşamadım səni,əzizləmədim.
Heç
nəyi
vaxtında eləmədim
mən.
Gec oldu...
Gec qaldım...
Gecikdim ana.
Adət
eləmişdim gözləməyinə
Sanırdım həmişə gözləməlisən.
Amma ki unutdum ölüm
gözləməz
Ölüm sənin kimi səbr edə bilməz.
İndisə oxşayıb, əzizləyirəm
Mən özüm doyunca sevirəm səni...
Gözlərim doyunca sevirəm
səni
...
Bağışla nə olar,
Bağışla məni...
Bağışla, ay ana, özüm
doyunca...
Bağışla ay ana,gözüm
doyunca...
Bağışla məni...
SADƏCƏ
Sadəcə sevilmək istəyirəm
Sən məni
sevdiyin kimi.
Sadəcə sevinmək istəyirəm
yanında sevindiyim
kimi.
Sadəcə başımı dizinə
qoymaq,
Dünyanı başımın altında
duymaq ,
Bir azca bu duyğuyla uyumaq istəyirəm.
yad səs eşitməyim deyə səsini,
Yadlıqdan bitməyim deyə
nəfəsini istəyirəm.
Sən qədər
doğmalıq istəyirəm.
Sadəcə əllərini istəyirəm
Ürəyimi bir yerə yığsın,
ağrılarımı oxşasın,
bir azca rahatlasın.
Səndən başqa
Sənin
kimi kim
edər ki bunu?
Sənin
qədər kim
istər ki bunu?
Yanındaydım son nəfəsində
hər tərpənişimdə
"ana gəlmisən?"deyirdin.
Ananı istəyirdin.
Mən də sadəcə
səni istəyirəm ana.
Sadəcə...səni...ana...
MƏNƏ
VƏTƏNİ ANLAT
Mənə İstanbulu anlat
nasıldı
Nazim Hikmət
Səni
özlədim
Mənə "sevdiyimi anlat"
deməyə
birini gözlədim.
Aradım-tapmadım.
Sən mənim
sevdiyimsən.
Adı AZƏRBAYCAN olan
sevgilimsən.
Kimə
deyim"mənə vətəni
anlat"
Kimnən sorum sevdiyim necədi?
Necədi
saçları,əlləri
,
necədi gözləri?
Varmı ağrıyan yeri?
Kimdi tumarlayan,qoynunda yatan?
Kimə
deyim anlat Təbrizi,Şuşanı,
Dərbəndi,Göycəni,Laçını?
Kimə
deyim:anlat mənə Xocalını???
Anlat vətənimi-
zorlanan sevgilimi.
Anlat ürəyini,
Anlat hələ
sevirmi məni?
Sevə bilirmi?
Anlat nifrətini.
Anladım bəlkə necə nifrət etdiyini.
Səni
özlədim
Guya sevdiyimsən,
güya ilk sevgim-anamsan deyə,
Elə hey"mənə sevdiyimi
anlat"deməyə
birini gözlədim.
həsrət qaldım
ömür boyunca.
Anlat ey...Mənə vətəni anlat.
Anlat mən doyunca,
Anlat doyunca...
Kim anlada bilər ki,
Kim anladar ki,özüm
anlamayınca?..
HƏLƏ
Eşitmək istəmədiyin,
Eşidə bilmədiyin,
Ya da eşitmədiyin
Yalan deyil ki hələ.
Eşitmək istədiyin,
Ya eşidə bildiyin,
Ya da hər eşitdiyin
Həqiqət deyil hələ.
GECƏLƏR
Qoy gecələr mənim olsun ağrılarıyla,
Yalanıyla doğrusuyla,nağıllarıyla.
Gecələrim səhərimə açılan
qapı,
Gündüzlərin şirinliyi səhvi, günahı.
Gecələrim ürəyimə açılan
qapı,
Sevincimin gülüşüdür, dərdimin
ahı.
Gecələrim həm düşmənim,həm həmdəmimdi,
Gecələrdə hər nə varsa yalnız mənimdi.
Mən gecələr özüm boyda dözüməm dözüm
Mən gecələr
hər kiməmsə özüməm özüm.
GEDƏK
Silahlar qatil olmur
Fərid
Hüseyn
Sevinci doyuran göz yaşları
Doyura bilmir silahları.
Silahlar doymur,silahlar duymur.
ölən arzularla
ölmür.
Silahlar qatil olmur.
Qatil olmur silahlar.
Silahlar qatil doğar
sonra sinəsinə sığınar,
əlləri üstə
gəzər,
silahların övladıdı
qatillər.
Analar qatil doğmaz,
qatil anası olmaz.
Analar ölüm
doğmaz.
Analar ölüm
anası olmaz.
Analar silahları anlamaz...
Silahlar anaları anlamaz...
Analar nifrət edər cocuqlar ölən,
Ölümlər olan-günahlar olan yerə.
Tutaq anaların əlindən
Gedək,
gedək silahlar ölən-
günahlar olmayan yerə.
DARIXIRDIM
Gündüz gecəyə qovuşurdu.
darıxırdım,
Xəzərim, sənə baxırdım
Sənsə elə bil sonsuzluğa qovuşurdun,
sahilin varmış kimi görünmürdün.
Darıxırdım,sənə baxırdım.
Səni
oxşayırdım,
sənə oxşayırdım.
Darıxmağın sahili eynidi
darıxmağın sahili bitdiyi yerdi.
***
Ümid
dözümün təsəllisidi,
bər-bəzəyidi.
Amma həmişə
insanın gərəyidi.
Ümid
insanın
aldanmaq istəyidi.
***
Gözlərimin ağrıları ürəyimdə,
ürəyimin ağrıları
gözlərimdə.
***
Ağlım vicdanıma,
Ürəyim ağlıma,
Gözlərim ürəyimə
təsəlli verir
***
Girir ömrümüzə rahatca
yalan,
Yalanla doludur böyür-başımız.
Yalandır həmişə bizimlə
olan,
Elə həqiqətdi
axtardığımız.
***
Ürək, nə vaxtdan ki,
yuxularıma
qənim kəsildin
sən,
anladım yaşayıram
mən.
***
Ağılsızın sözünün
nə mənası
istər qulu olsun,ya da ağası.
YETƏR
"Kişiləri qadınlar
idarə edir"deyirlər.
Bəs qadınları?
Bunu bilmirlər.
Məncə hərə özünü
idarə etsə
yetər.
BAHAR
GƏLİR
Şəlalər əl çalır
Quşların nəğməsinə.
Çaylar da sığal çəkir
Torpağın sinəsinə.
Dağlar,düzlər, yamaclar
elə bil təbiətə
yenə də naz eyləyir.
Yurduma bahar gəlir.
Çiçəklər gözümüzün
sevincinə bənzəyir,
ilahi bir gözəllik
hər tərəfi bəzəyir.
Rənglərin əlvan sirri
ağacların sehrli
tumurcuq gözəlliyi
yenə də üzə gülür
yurduma bahar
gəlir.
Ədalət.-2014.-6 mart.-S.6.