Nağıl dili
yüyrək olar
Danışanın hünəri də öz yerində...
Adətən mənə
təqdim edilən və yaxud özümün əldə
etdiyim təzə kitablar barəsində
fikirlərimi oxucularla bölüşməzdən öncə mən həmin kitabı
bir neçə
gün soyuqqanlılıqla sağa-sola vərəqləyirəm. Hər dəfə də vərəqləyəndə istənilən
bir səhifədə
dayanıb bir neçə cümlə oxuyur və yenə səhifələri
çevirirəm. Bu minvalla
kitabla aramda bir ünsiyyət yaranır, bir körpü salınır.
Təbii
ki, oxuduğum adda-budda cümlələr
məni özünə
çəkirsə, mən
həmin ünsiyyətdən
yararlanıb kitabı
əvvəlindən sonuna
kimi oxuyur və bəzən də yazı masamın üstündəki
vərəqlərə nələrisə
qeyd edirəm. Artıq etdiyim bu qeydiyyat kitabla
bağlı yazmaq istədiyim hər hansı bir yazının faktlarına
çevrilir...
İndi sizin diqqətinizə çatdıracağım bu
yazını xeyli vaxtdı vərəqləyirəm. Açığını
deyim ki, mənə doğma olan həmkarım, Əməkdar jurnalist Flora
xanımın imzasını
görəndə kitaba
marağım bir az artdı.
Məhz bu dəyərli imza sahibinin redaktorluğu ilə işıq üzü görmüş "Bir elatın dastanı" kitabı mənim əlimdən tutub bir dastan yoluna,
bir nağıl cığırına səmtlədi.
Bir də baxıb gördüm ki, bir-birindən dadlı-duzlu
lətifələrin, şeirlərin,
deyimlərin, bir sözlə, söz çələnginin içindən
keçib getmişəm,
xəbərim olmayıb.
Ona görə də dayandım və təkrar kitabın əvvəlinə
qayıtdım...
Bəli, nağıllar, dastanlar həmişə qəribə
bir girişlə başlayır. Nağıllarda "biri var
idi, biri yox idi", dastanlarda "Ustadnamə"
ilə başlayır
söhbət. Bu kitab da özü-öz
möhürünü bir
təqdimatla vurubdu.
Yəni müəllif Salatın Əhmədlinin "Yaddaş"
kitabı adlı giriş sözü əslində oxuduğum bu dastanı gözlərimin önündə
səhifələyir. Və mən də kitabın hər səhifəsində bir-birindən
maraqlı məqamların,
deyimlərin, eləcə
də canlı təbiət, insan mənzərələrinin şahidi
oluram. Kitabın növbəti səhifələrində
rəyçi Elçin
Cabbarovun həm Salatın Əhmədli barəsində, həm də kitab barəsində
fikirləri də maraqla oxunub. Bəlli olub ki, həqiqətən
də bütün ümmanlar sən demə ayrı-ayrı damlalardan toplanıb bir dəryaya çevrilibdi. O dəryada
da üzmək, ona baş vurmaq
ancaq elm adamlarının,
böyük sözə
könül verənlərin,
xüsusən də ədəbiyyat cəfakeşlərinin
işidi.
Bax, bu mənada həm redaktorun, həm rəyçinin kitab barəsində, müəllif
barəsində söylədikləri
üst-üstə düşür,
tam bir mənzərə
göz önündə
canlanır. Əgər diqqətli oxucu bu kitabla tanış olarsa, redaktorun söylədiyi
"Onun şahbuzlulara
göstərdiyi hörmət
və izzətə görə ürəyimdən
keçir ki, kaş bizim hər birimiz bu cür məzmunlu,
dəyərli kitablar hazırlayaq".
Zənnimcə, kitabın ön səhifələrindəki bu
yazılar bütöv
bir dastanın təqdimatçısına çevrilmək
haqqını qazanıb. Elə o haqdan
da istifadə edərək mən kitabın demək olar ki, hər
bir fəsli barəsində özümdə
fikir formalaşdıra
bildim. Açıq
şəkildə duydum
ki, Şahbuz rayonunun Güney Qışlaq kəndinin təkcə ümumi coğrafi mənzərəsi
deyil, onun etnoqrafiyası da, mənəvi sərvətləri
də, elə adamlarının özü
də bütöv Azərbaycan xalqının
çox dəyərli
hissələrindən biridir.
Yəni bu kənd, bu
el, bu oba həm tarix baxımından, həm də coğrafi məkan baxımından bizim bütöv Azərbaycanımızın şanlı
səhifələrinin bir
vərəqi kimi maraqla oxunur, hətta oxuduqlarımıza
bizdə bir sevgi də yaradır.
Çünki bu kəndin
həm tarixi, həm onun tarix
yaradan insanları sözün bütün mənalarında təpədən-dırnağa
azərbaycanlıdılar. Maraqlı burasıdır ki, kitabda təqdim
edilən hər bir kəs, qadın
və ya kişi olmasından
asılı olmayaraq, Güney Qışlaq kəndini özündə
ifadə edə bilir.
Kitabda kəndin
söz-sənət adamlarının
şeir boxçası,
eləcə də yaddaşda ilişib qalan ağrılı-acılı
anlar, həmçinin
ibrət dolu atmacalar adamı həm düşünməyə,
həm də özü-özünə qiymət
verməyə məcbur
edir. Məsələn, Tağı
Məhəmmədoğlunun
Şahbuzla Ordubad, Culfa, Sədərək,
Şərurla Kəngərli başda da Babək.
Sadiqə
tanışdır hər
daş, hər kəsək,
Elin son qərarı Naxçıvandadır.
Və yaxud:
Ayaq basa bilməz bura hər yağı,
İgidlərin vardı qartal caynağı.
Yurdunun vurğunu sən Sadiq Tağı,
Qalsın yaddaşında adım dağların
- misraları oxucunu bu torpağa bir az da yaxınlaşdırır, onu əlindən tutub bu yerlərdə müsafir edir, gəzdirir. Eləcə də bu, damarında atmaca, amma həqiqət olan deyimin özü də çox ibrətamizdi.
- Kənddə bir nəfər Bakıya toya çağrılır. Kişi bərk hazırlıq görür. Bir həftə öncədən bilet alır. Ancaq yola düşmək ərəfəsində dünyasını dəyişir. Bu xəbəri eşidən Rövşən yataqdan başını qaldırıb:
- O yəqin ünvanı səhv salıb, bileti o dünyaya almalıymış, Bakıya yox.
Bəli, kitabın istər kəndin ər-ərən oğullarıyla, istər tanınmış işıqlı adamlarıyla, istər mənzərəsi ilə bağılı hissəsini, yəni albomunu da maraqla gözdən keçirirəm. Təkcə bu şəkillər özü-özlüyündə Güney Qışlaq kəndinin cənnətin bir parçası olduğunu sözsüz ifadə edir. Ümumiyyətlə isə el-obanın bir elatı tanımaq, bir yurdun hər qatına baş vurmaq üçün bu cür sanballı tətqiqat əsərlərinə həmişə ehtiyac olub, bu gün də ehtiyac var. Yazıçı-publisist, tənqidçi alim, filologiya elmləri üzrə fəlsəfə doktoru Salatın Əhmədlinin "Bir elatın dastanı" kitabı həmin o gərəkli və xeyirxah işin bir yarpağıdır. Düşünürəm ki, saralmayan, solmayan bu yarpaq öz təravəti və yaşıllığı ilə təkcə gözümüzü yox, könlümüzü də oxşamaq gücündədi.
P.S. Düşüncələrimi 8 Mart ərəfəsində oxuculara təqdim etdiyim üçün bütün xanımları, o cümlədən də Salatın xanımı ürəkdən təbrik edir, can sağlığı və daha böyük yaradıcılıq uğurları arzu edirəm.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2014.-6 mart.-Sş8.