AY QARAGİLƏ
Sona VƏLİYEVA
Mahnı (Novruz Aslan bəstələyib)
Bu sevgi özündən əvvəl doğulan,
Səni taleyimə yazdı Yaradan.
Bir ömür yol gəldim, dolanbadolan
Dilim susan oldu,
ay Qaragilə.
Gəldim
qəlb evinə sevgi olmağa,
Gəldim
üsyan edəm ayrılıqlara,
Gəldim
ki, qaçıram lap
uzaqlara,
Yolum kəsən
oldu, ay Qaragilə.
Bu əzab ruhuma doğma, müqəddəs,
Ayrılıq günahsa, necə yuyaq bəs.
Tökmə göz yaşını
sel kimi əbəs,
Günah səndə oldu, ay Qaragilə.
GƏL, SƏNƏ BİR
HƏZİN ŞEİR OXUYUM
Bu da bir fürsətdir,
ələ düşməyən,
Sözlərin mələklər göydən
gətirən.
Min ildir heç kimə söylənilməyən,
Gəl, sənə
bir həzin şeir oxuyum.
Səhra
istisində kölgə
gəzəntək,
Xəstənin umduğu quzey qarıtək,
Üzüm giləsitək, nar
giləsitək,
Gəl, sənə
bir gözəl şeir oxuyum.
Tanrı
göndəribdi dərman,
dad kimi,
Gəl məni qınama belə yad kimi,
"Min bir gecə"dəki Şəhrizad kimi,
Gəl, sənə
sübhədək şeir
oxuyum.
Sözdən uca, sözdən qoca nə vardı?
Həm dostumdur,
həm düşməndi,
həm yaddı.
Tanrı
ruhumuzu sözlə oyatdı,
Gəl sənə
məlhəm tək şeir oxuyum.
İçim çiçəkləyən badam ağacı,
Tanrı möcüzəsi, ruh ehtiyacı.
Dövlətim, sərvətim, şeir
qazancı,
Gəl bölək
səninlə, şeir
oxuyum.
YAMAN UZANDI BU YAZ YAĞIŞI
Yaman uzandı bu yaz yağışı,
Döydü, elə hey, fağır,
kövrək alma çiçəyini,
nar çiçəyini.
Kimsəsiz bir tifili
Bir insafsız döyən kimi,
Taqətmi qalar bu çiçəkdə
Alma olmağa, nar
olmağa?
Qurbanın olum, İlahi,
Kəs bu yağışı.
Öyrətmə bu kövrək
çiçəyi
başı dəyənəkli
olmağa!
Bir az günəş
göndər
Üzünə gün doğmağa!
ŞİRİN
ÇİÇƏK
(Qızıma)
Ömrümə gəlişi bahar
vaxtıdır,
Çiçəklər içində öz çiçəyimdir.
Taleyə
yazılan tanrı baxtıdır,
Lalə çiçəyimdir, qız
çiçəyimdir.
Bu da bir qismətdir,
bal dadındadır,
İlıq arzuları içində
min-min.
Balalar onsuz da bal
dadındadır,
Çiçək şirinliyin mən indi gördüm.
Ay ürkək baxışlı
körpə çiçəyim,
Sən hansı
nağıldan çıxıb
gəlmisən?
Sən mənim ömrümə gələnə qədər,
Necə yaşamışam, hardan biləsən?
Dünyanın sərvəti, varı,
dövləti,
Bu çiçək balanın telinə dəyməz.
Dünya
gözlərində gülüşdü
hələ,
Qayğılar hələ ki, eyninə gəlməz.
Ay şirin çiçəyim,
ay qız çiçəyim,
Gəlişin evimə gətirib bahar.
Hər ağac bir çiçək
bitirməyibsə,
Dünya
məhvərindən qopar,
dağılar.g
DÜŞÜBDÜ
Haqq nuruyam, haqdan gəldim,
Dönüb tanrıma yüksəldim,
Nadana
"ənəl həqq"
dedim,
Gördüm səhv başa düşübdü.
Nur dedim, nurumuz hanı?
İnsan
oğlu yer sultanı,
Bu xalqın tale, kotanı,
Daşa düşübdü, düşübdü.
Dərdin
ağlayaq bu dərdin,
Haqdan gələn haqdı dedim.
Bəxtinə bəxtsiz millətin,
Savaş düşübdü-düşübdü.
Bu dünya nağıl, əfsanə,
Tövbəsiz könül viranə,
Yollarıma xanə-xanə
Yağış düşübdü-düşübdü.
Vətən deyib yola varan,
Zülmdə də haqq axtaran,
Şuşaya ilk bayraq asan,
Könlümə qardaş düşübdü.
PƏNCƏRƏ İŞIĞI,
QADIN BAXIŞI
Pəncərə işığı, qadın baxışı,
Yollardan yığılmaz, nigaran qalar.
Hardasa bir kişi
yol gələr evə,
Hardasa bir qadın qəlbi intizar.
Ürəyin işığı yollara
mayak,
Gözün mükafatı tez gəliş olar.
Sədaqət, məhəbbət ən
böyük sərvət,
Ehtiyac ən kiçik umacaq olar.
Hələ yozulmayan çox
sirlər yaşar,
Bu qədər doğmalıq
özü də sirdir.
Qız ikən dünyaya sığmayan gözəl,
Qadınkən evinin pərvanəsidir.
Pəncərə işığı, qadın baxışı,
Hardasa bir kişi
qazanc dalınca.
Bəzən də xəyanət
ocaq söndürür,
Bir qadın
ağlayır yol ayrıcında.
Gözləri yollarda, qulağı
səsdə,
Əzizlər sevgisin körpəsi kimi.
Min suçun üstündən
bircə an keçib,
Udar sirlərini
öz səsi kimi.
Qadınlar, qoruyun kişiləri
siz,
Bir evə dirəkdi, işıqdı
onlar.
Kişilər, ucaldın sevginizi
siz,
Sonuncu qadınla
dünya qurtarar.
YARPAQ-YARPAQ
İçimdə göy üzü
tutulub,
Boğuluram yarpaq-yarpaq.
Ağacam
yerdən göyədək,
Doğuluram yarpaq-yarpaq.
Dərdim
yurd yerinin dərdi,
Hansı
günaha görədi,
Nə səpmişdim, nə göyərdi
Yığılıram yarpaq-yarpaq.
Bəxt
yiyəsi, qəlb yiyəsi,
Bu eşq Tanrının töhfəsi,
İçimdə torpaq naləsi,
Sovruluram yarpaq-yarpaq.
Oba köçmüş, ocaq
diri,
İçim xal-xal yanıq yeri,
Ölən Tanrı bəxtəvəri,
Doğranıram yarpaq-yarpaq.
Bu cənnət, bu da cəhənnəm,
O əzrayıl, bu da ki, mən.
Qələmimnən, qələmiynən
Yazılıram yarpaq-yarpaq.
Yol hanı
çıxıb getməyə?
Qaçıb ölümü ötməyə,
Külümdən od böyütməyə
Bağlanıram yarpaq-yarpaq.
Can dediyim qorxum imiş,
Uçub
gedən ruhum imiş,
Ölüm solğun yuxum imiş,
Oyanıram yarpaq-yarpaq.
AĞLAYA
BİLMƏYƏNDƏ
Dolmuşamsa,
ağlaya bilmirəmsə,
nəsə, nəsə yazılacaq.
Sözlər gilə-gilə
töküləcək vərəqə
göz yaşı əvəzinə.
Elə hönkürəcək ki,
qəlbim,
sətirlər sellənəcək
gözümdən, qəlbimdən.
Ürəyim odlandıqca,
Başım-beynim rahatlanacaq.
Vulkan hisslərim
odasına çəkiləcək,
sakitləşəcək,
dincələcək,
yuxuya dalacaq,
ruhumun canı boğazıma
yığılana kimi.
Ədalət.-2014.-8 mart.-S.20.