BURADA DƏYİŞMƏYƏN UCA DAĞLARDIR

Son illərin ən gözəl hadisələrindən biri - modernləşən Qax rayonu!

 

Əvvəllər Qax rayonunu görməyib son illər bura yolu düşənlər heç şəhərə çatmamış müasirliyə və gözəlliyə heyran olurlar. Bəzən elə başa düşülür ki, hər var elə əvvəldən belə qurulub. Ancaq əsl həqiqət budur ki, Qaxın yalnız təbiət gözəlliyi dəyişməz qalıb; yolların, kəndlərin, şəhərin müasirləşməsi, ətrafla uyarlığı son illərin hadisəsidir. Bəli, bütün bunlar gerçəklikdir. Rayon mərkəzi tanınmaz dərəcədə dəyişib, modernləşibdir. Burada qədimliklə müasirlik, ənənə ilə urbanik təzahürat qeyri-adiliyin simvollaşması deyil. Adi bir həqiqətdir. Qaxlılar - sıravi vətəndaşdan tutmuş, rəhbər işçiyə qədər doğma rayonlarını qəribə bir istəklə sevir əldə olunan hər hansı uğura özlərinin qələbəsi kimi baxırlar.

Cənab Prezidentin Qax rayonuna səfərləri, bu rayonun inkişafı ilə yanaşı, koloritinə diqqət göstərməsi qaxlıları o dərəcədə sevindirmiş ruhlandırmışdır ki... Şəhərin elə bir küçə meydanı, elə bir guşəsi tapılmaz ki, orada təmizlik, səliqə-səhman qorunmasın.

Hörmətli Əhməd Əhmədzadənin ideyası olan "İçəribazar" yenidən qurulmuş tarixi bir abidədir. Bir tərəfdə orijinal görkəmli Heydər Əliyev Mərkəzi, bir tərəfdə göz oxşayan mərkəzi meydan. Bir tərəfdə "İçəribazar" hər tərəfdən bütün bunları bir-biri ilə birləşdirən yeni, müasir tikililəri qovuşduran gül-çiçəkli, milli ornamentli küçələr.

Bir-birindən gözəl rahat yeni istirahət mərkəzləri, Qaxın ayrıca bir simvolu olan yeni İlisu!

Belə olmalı idi. Bir rayonun ki, icra başçısı şəhərə piyada çıxarkən rəftar münasibəti ilə həmyerlilərindən fərqlənməyə, ümumi uğurlar üçün hamının sözü əməli birləşə, daha onda necə olmalı idi ki... Örnək olası məsələdir.

 

Ölkə Prezidentinin

qayğı diqqətinə

dərin minnətdarlıq

 

2013-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı da elə bu ruhda - qarşılıqlı inam etibar, ölkə Prezidentinin göstərdiyi qayğı diqqətə minnətdarlıq ruhunda keçmişdir. Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev hesabat məruzəsi ilə çıxışında vurğulamışdır:

- Hesabat ilində regionların sosial-iqtisadi inkişafında sürətli dinamika təmin edilmiş, bütövlükdə regionlarda 380-dən çox sənaye, kənd təsərrüfatı, xidmət ticarət müəssisəsi fəaliyyətə başlamış, 237 məktəb, 47 bağça, 30 səhiyyə, 25 idman, 45 mədəniyyət digər sosial obyektlər tikilmiş ya əsaslı bərpa olunmuş, 470-ə yaxın müəssisənin isə tikintisi davam etdirilir. Şəhər, rayon qəsəbələrdə abadlıq quruculuq işlərinin davam etdirilməsi, kəndlərarası yolların tikintisi digər zəruri tədbirlərin maliyyələşdirilməsi üçün 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 347 milyon manat vəsait ayrılmışdır.

Ötən hesabat ili rayonumuzun ictimaiyyəti üçün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bölgəmizə səfəri ilə əlamətdar, yaddaqalan bir il olmuşdur. Rayonumuzun sakinləri hələ ölkə başçısının 16 avqust 2013-cü il tarixli səfərinin, səfər çərçivəsində Olimpiya İdman Kompleksinin açılışı mərasimində ictimaiyyət nümayəndələri ilə görüşündə Qaxda görülən işlərə verdiyi yüksək qiymətin, bölgənin inkişafı ilə bağlı söylədiyi dəyərli fikirlərin yaratdığı xoş təəssüratların təsiri altındadırlar. Hamımızın yaxşı yadınadır, möhtərəm Prezidentimiz açılış mərasimində dedi: "Hər bir yerdə inkişaf, quruculuq, abadlıq vardır. Artıq bu meyllər o qədər güclüdür ki, indi rayonlar arasında sağlam rəqabət aparılır. Mən bunun tərəfdarıyam. Hər dəfə hər yerdə deyirəm ki, çalışın ən qabaqcıl yerlərə çıxın. Deyə bilərəm ki, Qaxda aparılan quruculuq-abadlıq işləri rayonu ön plana çəkibdir. Siz bunu bilirsiniz. Bu da sizin xidmətinizdir, zəhmətinizdir". Möhtərəm Prezidentimizin rayonumuza verdiyi bu yüksək qiymət bizim hər birimizi ötən hesabat ilini daha yüksək nailiyyətlərlə yekunlaşdırmağa sövq etmişdir. Nəticədə 2013-cü ildə bütövlükdə respublikamızda olduğu kimi rayonumuzun iqtisadiyyatında da dinamik inkişaf təmin olunmuş, müvafiq sahələrdə bir sıra işlər görülmüş məqsədyönlü tədbirlər həyata keçirilmişdir...

 

Sosial-iqtisadi inkişafın sürətləndirilməsi uğurları möhkəmləndirir

 

Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2013-cü il tarixli 2735 nömrəli Sərəncamı əsasında rayonun sosial-iqtisadi inkisafının sürətləndirilməsi məqsədi ilə 7 min nəfərin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan rayon İcra Hakimiyyətinə ilkin olaraq ayrılmış 3 milyon manat vəsait hesabına yolun 10 km-lik uzunluğunun-Alatəmir-Marsan-Tasmalı hissəsinin tikintisi başa çatdırılmışdır. Layihə üzrə Alatəmir-Fıstıqlı avtomobil yolunun üzərində aşırımının uzunluğu 6 p/m olan körpünün tikintisi başa çatdırılmış, Alatəmir-Marsan avtomobil yolunun üzərində isə aşırımının uzunluğu 33 p/m olan körpünün tikintisi davam etdirilir.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2013-cü il tarixli 3078 nömrəli Sərəncamı ilə rayon İcra Hakimiyyətinə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış 2,0 milyon manat vəsait hesabına şəhərin prospekt küçələrində bərpa abadlıq işlərinin aparılması planlaşdırılmış, ilkin olaraq Heydər Əliyev prospektində, N.Gəncəvi, M.Rəsulzadə, M.P.Vaqif, M.Məmmədov M.V.Vidadi küçələrində işlərə başlanılmış hazırda bu sahədə işlər davam etdirilir.

Büdcədən şəhərin abadlığı üçün ayrılmış 502 min manat vəsait hesabına şəhərdə bir sıra abadlıq bərpa işləri aparılmışdır. Belə ki, H.Əliyev parkında yenidənqurma işləri aparılmış, şəhərin küçələrində hərəkət tənzimləyici xətlər çəkilmiş, Heydər Əliyev Mərkəzinin kənarlarında abadlıq işləri aparılmış C.Cabbarlı küçəsində 1600 p/m su arxı yenidən qurulmuşdur.

Hesabat ilində investisiya qoyuluşu vəsaiti hesabına şəhər 6 4 nömrəli uşaq bağçalarında, Qorağan, Zərnə, Qapıçay İlisu kənd uşaq bağçalarında bərpa-gücləndirmə işləri aparılmışdır. Artıq şəhər 6 4 nömrəli uşaq bağçaları istifadəyə verilmiş, digər 4 bağçada isə son tamamlanma işləri aparılır.

530 şagirdyerlik şəhər 4 nömrəli tam orta məktəbin binasında əsaslı təmir işlərinə başlanılmışdır. Məktəbin əsas binasının, idman zalının yardımçı binalarının dam örtüyü dəyişdirilmiş, pəncərə blokları yenidən quraşdırılmış, yardımçı binada əsaslı təmir işləri başa çatdırılmış, layihə üzrə işlər cari ildə davam etdiriləcəkdir.

Şəhərin, Qaxbaş Qaxingiloy kəndlərinin su təchizatı kanalizasiya sisteminin qurulması işləri 2013-cü ildə davam etdirilmişdir. Layihə üzrə ötən ildə 1 ədəd su anbarı tikilmiş, 3 ədəd su anbarında isə son tamamlanma işləri aparılır. 51 km uzunluğunda şəhərdaxili xətt çəkilmiş, 135 ədəd yanğın hidrantı, 165 ədəd siyirtmə 1600 ədəd su sayğacı quraşdırılmışdır.

Daxili imkanlar hesabına Heydər Əliyev prospektində bərpa işləri aparılmış, 1640 m2 çay daşından divar tikilmiş, 2600 m2 prospekt kənarı tikililərin dam örtükləri yenidən qurulmuş, 1630 m2 fasad divarına dekorativ suvaq vurulmuş, 1050 m2 həyətyanı darvazalarının səthləri asma tavan taxta ilə üzlənmiş, yola 58500 m2 asfalt-beton örtük salınmış, 9000 p/m bordür daşı, 2450 m2 tamet tavalar düzülmüş, 80 ədəd iki plafonlu metal işıq dirəkləri quraşdırılmışdır.

Ötən il büdcədən ayrılmış 52 min manat vəsait hesabına şəhər poliklinikasında, 48 min manat hesabına Uşaq Kitabxanasında, Tarix Diyarşunaslıq müzeyində, Süskənd Qaşqaçay kənd kitabxanalarında təmir işləri görülmüşdür.

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2014.-8 mart.-S.17.