Bir buket... tamaşa

ya sən burleskə baxmısanmı?

 

Mart bayramlar ayıdı. Peşəkar teatrımızın yaranma tarixi bu aya təsadüf edir. İki gündən sonra Milli teatr günü qeyd olunacaq. Teatrlarımızın hamısı bu bayrama ciddi hazırlaşır. Tamaşaçılara ən gözəl hədiyyəni isə Dövlət Musiqili Teatrı verəcək.

 

Tarixi binanın yeni tarixi

 

Dövlət Musiqili Teatrın yerləşdiyi binanın Azərbaycanın, ümumilikdə isə müsəlman aləminin mədəniyyət tarixində özəl yeri var. Böyük xeyriyyəçi, mədəniyyət hamisi Hacı Zeynalabdin Tağıyev 1883-cü ildə Bakıda ilk teatr binası inşa etdirir. Mühəndis-memar Lemkul bu işə cəlb olunur. 1908-ci il yanvarın 25-də Şərq aləmində ilk operanın - Üzeyir Hacıbəylinin "Leyli Məcnun" şedevrinin premyerası da məhz həmin binada keçirilir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra dövlət Tağıyevin tikdirdiyi binanı müsadirə edir 1922-ci ildən burada Akademik Dram Teatrı yerləşir. 1960-cı ildə isə Akademik Teatr yeni binasına köçür.

1938-ci ildə yaradılan, bir il sonra ilk tamaşasını sənətsevərlərə təqdim edən Azərbaycan Dövlət Musiqili Komediya Teatrı 1960-cı ildən fəaliyyətini bu tarixi binada davam etdirir.

İllər təsirsiz ötüşmür. "Tağıyev teatrı" ötən əsrin 90-cı illərinin əvvəlində qəzalı vəziyyətə düşür. Təhlükəli vəziyyət yarandığından binanın sökülməsi yerində təzəsinin tikilməsi qərara alınır. Yeni bina inşa edilərkən "Tağıyev yadigarının" memarlıq üslubunun qorunmasına xüsusi önəm verilir. 1998-ci ilin oktyabrında Heydər Əliyevin iştirakı ilə Dövlət Musiqili Komediya Teatrının yeni binasının təntənəli açılış mərasimi keçirilir.

2011-ci ildə ölkə başçısı İlham Əliyevin tapşırığı ilə teatrın binasında əsaslı təmir yenidənqurma işlərinə start verilir. Daha müasir tələblərə cavab verən, 360 dərəcə fırlanan səhnə qurulur, işıq, xaricdən səs-akustika sistemləri alınır, ən qabaqcıl ölkələrdə uğurla tətbiq olunan texnologiyalar gətirilir. Teatrda çalışan yaradıcı texniki işçilərin tamaşaçıların rahatlığını təmin etmək üçün mühüm işlər görülür.

Ötən il aprelin 18-də burada aparılan işlərin yekunu ilə tanış olan ölkə başçısı teatr binasının yenidənqurmadan sonrakı açılışını edir kollektivə uğurlar arzulayır.

 

Özü təzə, adı təzə...

 

Builki Milli teatr günü Dövlət Musiqili Teatrı üçün bir çox hadisələrlə əlamətdar olacaq. Teatrın binası da təzədi, adı da. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev rəhbərlik etdiyi teatrda baş verən dəyişiklikləri belə izah etdi: "Azərbaycan dövlətinin, onun prezidenti İlham Əliyevin mədəniyyətə, bu sahədə çalışan insanlara diqqət qayğısı göz qabağındadı. İncəsənətin bütün növlərinin, o cümlədən teatrın inkişafına yönələn addımlar, qəbul edilən Dövlət Proqramları bizdən fəaliyyətimizi müasir tələblər səviyyəsində qurmağı tələb edir. Təkcə bizim kollektivə deyil, tamaşaçılarımıza, bütün teatrsevərlərə belə bir gözəl hədiyyə verilib. Bütün müasir tələblərə cavab verən teatr binasında fəaliyyət göstərməyimiz bizim üçün sözün həqiqi mənasında qiymətsiz bir hədiyyədi. Biz yaxşı başa düşürük ki, teatrımızın təkcə binası deyil, gündəlik fəaliyyəti, repertuarı, yaradıcılıq potensialı, ümumilikdə isə işə yanaşması müasir tələblərə cavab verməlidir.

Yeni binada yeni bir adla- Dövlət Musiqili Teatr kimi fəaliyyətimizi davam etdirəcəyik. Təkcə formada deyil, məzmunda da müsbətə doğru dəyişiklik etmək istəyirik. İndi müxtəlif janrlı əsərləri səhnəyə qoymaq üçün gözəl imkan qazanmışıq. Kollektivimiz göstərilən bu diqqət qayğını yüksək dəyərləndirir, daha böyük yaradıcılıq uğurları qazanmaq əzmində olduğunu göstərmək istəyir".

Dövlət Musiqili Teatrında gördüklərimiz direktorun fikirlərinin doğruluğunu bir daha sübut etdi. Milli teatr günündə həm təzə adla yeni mövsümə start verəcək teatrda qızğın gedirdi.

Kollektiv bayram günündə "Bu bizik - Musiqili Teatr" adlı ikihissəli burleskin - əyləncəli teatr şousunun hazırlığını yekunlaşdırır. Tamaşaya quruluş vermək üçün xalq artisti, tanınmış rejissor İranə Tağızadə dəvət olunub. Məşqi izləməkdən öncə teatrın sexləri, burada yaradılan şəraitlə tanış olduq.

Geyim sexində gərginliyi başa düşmək olar. İşçilər bir azdan məşqə başlayacaq aktyorların səhnə geyimlərini hazır vəziyyətə gətirirlər. Sex müdiri Aynişan Məmmədova yeni binada onlar üçün yaradılan şəraitdən razılıq edir: "Əsaslı təmir yenidənqurmadan sonra bizim sexdə gözəl şərait yaradılıb, teatr rəhbərliyinin göstərişi ilə yeni paltarlar, avadanlıqlar alınıb. Bu da işimizin keyfiyyətinin artmasına öz müsbət təsirini göstərir. Bilirik ki, bizim sexdə işlərin düzgün qurulması tamaşanın da yaxşı alınmasına kömək edir. Ona görə işimizə ciddi yanaşmağa çalışırıq".

Tikiş sexində geyim rəssamının verdiyi eskizlər əsasında paltarlar tikilir. Sex müdiri Nübar Hüseynovanın rəhbərliyi ilə son tamamlama işləri gedir: "İşlərin çoxluğu bizi qorxutmur, yeni geyimləri vaxtında hazır edə bilmişik. Çünki yaradılan rahat şərait məsuliyyətimizi artırıb, gördüyümüz işin keyfiyyətini ".

İndi isə məşqi 480 yerlik, səliqəsi, rahatlığı göz oxşayan zaldan izləmək şansımız var. Orkestrin üzvləri məşqə hazırlaşır. Teatrın baş dirijoru, əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov son tapşırıqlarını verir. Baletmeystrlər Zakir Ağayev Leyla Ağayeva balet truppasını növbəti məşqə hazırlaşdırırlar. Xorun üzvləri isə xormeystr Vaqif Məstanovun işarəsini gözləyir.

Məşqdən öncə danışmaq istəməyən tamaşanın quruluşçu rejissoru səhnə tərtibatının müəllifi, xalq artisti İranə Tağızadə deyir ki, teatrın kollektivi sözünü bu yeni tamaşa ilə çatdıracaq.

Quruluşçu rejissorun komandası ilə balet truppasının üzvləri səhnəyə çıxır. Növbəti replikadan sonra xalq artisti Afaq Bəşirqızının çıxışıdır. "Xanuma" əsərinin baş qəhrəmanı onun yerinə göz dikənləri səhnədə cəzalandıracaq. Sonra isə növbə öz kefinin badına gedən Fərzəlinin- xalq artisti İlham Namiq Kamalındır.

"Bu bizik-Musiqili Teatr" burleskində teatrın repertuarında olan ən yaxşı tamaşalardan parçalar oynanılacaq. Bir tamaşada "Arşın mal alan"ın, "Kimdir müqəssir"in, "Kimyagər"in, "Bankir adaxlı"nın, "www. Fərzəlikef.kom"un qəhrəmanlarını görmək şansı olacaq. "Bu bizik-Musiqili Teatr" tamaşasında teatrın bütün kollektivinin çıxış etdiyini nəzərə alsaq, səhnədə necə böyük bir layihənin reallaşacağını görmək maraqlı olacaq. Tamaşa martın 10-u, 11-i 12-də təqdim olunacaq.

Siz heç bundan öncə burleskə baxdınızmı?

 

Etibar CƏBRAYILOĞLU

Ədalət.-2014.-8 mart.-S.15.