MİN İLLƏRİN ŞƏHƏRİNDƏ YENİ DÖVRAN BAŞLAYIB

(əvvəli ötən sayımızda)

 

 Sahibkarlığın inkişaf etdirilməsi istiqamətində Şəkidə bir sıra konkret tədbirlər həyata keçirilmişdir. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şəki rayonunun Aşağı Laysqı kəndində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" çərçivəsində tədbir keçirmişdir.

Şəkidə və ətraf rayonlarda fəaliyyət göstərən 80-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə rayonların iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış, iştirakçılara Şəki rayonunda prioritet hesab olunan müasir çörək zavodunun, quşçuluqkiçik cins heyvandarlıq təsərrüfatlarının nümunəvi investisiya layihələri və metodiki materialla təqdim olunmuşdur.

Hazırda Şəki rayonu üzrə 2000 sahibkarlıq subyekti fəaliyyət göstərir. 2013-cü ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şəki rayonu üzrə 51 sahibkara 11 milyon 480 min manat güzəştli kredit verilmişdir...

 

Daim diqqət mərkəzində olan məsələ

 

2013-cü ildə rayonda 2645 ailəyə Ünvanlı Dövlət Sosial Yardımı təyin olunmuşdur. Hal-hazırda 2477 ailəyə 303 min 388 manat məbləğində Ünvanlı Dövlət Sosial Yardımı təyin edilərək ödənilir. Ünvanlı Dövlət Sosial Yardımı təyin olunan ailələr arasında 583 ailə ilk dəfədir ki, bu yardımı alır. Şəki rayonu üzrə hər bir ailə üzvünə təyin edilən Ünvanlı Dövlət Sosial Yardımın orta aylıq məbləği 27 manat 53 qəpik, hər ailəyə düşən orta aylıq məbləği isə 122 manat 48 qəpik təşkil etmişdir.

Dövlət Sosial Müdafiə Fondunun Şəki Şəhər Şöbəsi 2013-cü ildə 25802 nəfər əmək pensiyaçısına xidmət göstərmişdir. Həmin pensiyaçılardan 16731 nəfəri yaşa, 7299 nəfəri əlilliyə, 1585 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır. Əgər 2003-cü ildə pensiyaların orta aylıq məbləği 27 manat 19 qəpik idisə, 2013-cü il yanvarın 1-i tarixinə bu rəqəm 156 manat 44 qəpik olmuşdur. Bu ötən dövr ərzində pensiyaların orta aylıq məbləğində 5,8 dəfə artım deməkdir.

Şəki Rayon Məşğulluq Mərkəzinə 2013-cü ildə 432 nəfər işaxtaran müraciət etmişdir. Müddət ərzində 235 nəfər işə düzəlmişdir. İcra Hakimiyyəti başçısının Sərəncamına əsasən 12 kvota yerinə 11 nəfər işə götürülmüşdür. 23 may 2013-cü il tarixdə keçirilən "Əmək Yarmarkası"na 23 müəssisə və təşkilatdan 251 boş yeri çıxarılmışdır. Yarmarkada 57 nəfərə göndəriş verilmiş, onlardan 48 nəfəri işlə təmin olunmuşdur.

 

Şəkinin çörəyi

 

Ötən illərdə olduğu kimi, 2013-cü ildə də məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin daha da genişləndirilməsi diqqət mərkəzində saxlanmış, taxılçılığın, heyvandarlığın, meyvəçiliyin, üzümçülüyün inkişafı üçün bir sıra tədbirlər həyata keçirilmişdir.

Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə 2013-cü ildə 80 min 606 hektar sahənin taxılı biçilmiş, 219 min 652 ton məhsul istehsal olunmuşdur. Hər hektardan orta hesabla 27,2 sentner məhsul götürülmüşdür. Tədarük edilmiş taxılın 162 min 16 tonu buğda, 57 min 636 tonu isə arpadır. 2013-cü ilin payızında 2014-cü ilin məhsulu üçün 69152 hektar sahədə payızlıq taxıl əkini həyata keçirilmişdir ki, onun da 38841 hektarını buğda, 30311 hektarını isə arpa təşkil edir. Rayonda 6400 hektar sahədə yazlıq bitkilərin əkini həyata keçirilmişdir.

 

Abadlıq və quruculuq işlərində yeni istiqamətlər

 

2013-cü ildə ayrılmış yerli büdcə vəsaiti hesabına şəhərin 14 küçəsinə asfalt beton örtük çəkilmiş, 2 ictimai yaşayış binasının dam örtükləri yenilənmiş, 10 küçədə müasir işıqlandırma dirəkləri quraşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin "Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2012-ci il 4 sentyabr tarixli Sərəncamına uyğun olaraq Aşağı Küngüt - Aydınbulaq avtomobil yolunun tikintisi başa çatmış, cənab Prezident avqustun 14-də bu avtomobil yolunun açılışında iştirak etmişdir. Ümumi uzunluğu 30 kilometr, hərəkət hissəsinin eni 6 metr olan avtomobil yolunun yenidən qurulmasına 2012-ci ilin dekabrında başlanmışdır. Prezident İlham Əliyevin ölkəmizin avtomobil yollarının yenidən qurulması ilə bağlı verdiyi tapşırıqlar əsasında inşa olunan bu yolun mühüm əhəmiyyəti vardır. Çünki bu yol həm də bır sıra rayonlararası magistral avtomobil yollarına birləşir. Səkkiz min əhalinin yaşadığı 8 məntəqəni əhatə edən yol yük və sərnişin avtomobillərinin rahat hərəkətini təmin edəcəkdir. Dünya standartları səviyyəsində tikilən yolun üzərində eni 8 metr, uzunluğu 10 metr olan körpüinşa edilmişdir.

Prezidentin 20 avqust 2013-cü il tarixli Sərəncamına əsasən 18 min nəfər əhalinin yaşadığı Aşağı Göynük - Baş Göynük - Baş Şabalıd avtomobil yolunun tikintisi işlərinə başlanmışdır.

 

Məktəb tikintilərinə xüsusi diqqət

 

2013-cü ildə Şəkidə 7 məktəbin tikintisiyaxud əsaslı təmiri başa çatdırılmış, 5 məktəbin tikintisinə başlanmışdır. Şəki şəhərindəki 28 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilmişdir. Qeyd etmək istəyirəm ki, son bir ildə Şəki şəhərində və kəndlərdə dövlət vəsaiti hesabına 4 uşaq bağçası əsaslı təmir olunmuşdur. 2013-cü ildə bir bağça üçün yeni binanın tikintisinə, 3 bağçada isə əsaslı təmir işlərinə başlanmışdır.

Cari ildə şəhərin yeni yaşayış massivində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binası tikilib istifadəyə verilmiş, qəzalı vəziyyətdə olan yaşayış evlərindən köçürülən sakinlər üçün 24 mənzilli yaşayış evinin tikintisi başa çatdırılmışdır.

 

Xidmət sahələrinin fəaliyyəti genişlənir

 

2013-cü ildə kommunal xidmət sahələrinin fəaliyyətinin günün tələbləri səviyyəsinə çatdırılması üçün müəyyən işlər görülmüş, əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təchizatı səviyyəsinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanmışdır. Müddət ərzində şəhər və kəndlərdə istismar müddətini başa vurmuş elektrik verilişi xətlərinin çəkilməsi, transformatorların təzələnməsi və təmiri ilə bağlı xeyli görülmüşdür. Bununla yanaşı Şəki Elektrik Şəbəkəsi əhalini elektrik enerjisi ilə təmin edən və istismar müddətini başa vurmuş əsas xətlər və dayaqların dəyişdirilməsini, transformator yarımstansiyalarına vaxtlı-vaxtında texniki baxışın keçirilməsini daim nəzarətdə saxlamalı, bu sahədə yarana biləcək problemləri vaxtında aradan qaldırmalıdır.

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

 

Ədalət.-2014.-8 mart.-s.10.