“Zeytun bağları” –
Azərbaycanın unikal sərvəti
Zeytun hazırda da ən qiymətli piyli yağlı bitki, eləcə də bəzək bitkisi kimi dünyanın bir sıra subtropik ölkələrində geniş miqyasda becərilir. O, hələ eramızdan 2500 il əvvəl qədim misirlilər tərəfindən becərilmiş və meyvələrindən və onun yağından bir sıra xəstəliklərə qarşı (revmatizm, yanıq, göz xəstəlikləri və s.) Həmçinin yeyinti məhsulu, xoş dadlı və ətirli ədviyyat kimi istifadə edilmişdir. Sənaye əhəmiyyətli bitki kimi çoxdan bəri Qara dəniz sahillərində, Krımda, Gürcüstanda geniş becərilir.
Həmişəyaşıl bitki olan zeytun Abşerona təbii gözəllik, sərinlik verməklə yanaşı, bu qiymətli nemətdən alınan ərzaq məhsulları (yağ, şoraba, çoxçeşidli konservlər və s.) yüksək keyfiyyətlərə malikdir.
Azərbaycanda 30 - 40 il bundan əvvəl zeytunun qiymətli bitki olduğunu az adam bilirdi. O, vaxt zeytun ağacının Abşeronda da çox az idi. İndi vəziyyət tamamilə başqadır. Hazırda zeytunu Abşeronun hər güşəsində görmək olar. İndi onu çoxları tanıyır və onun meyvələrinin müalicə əhəmiyyətini bilənlər də az deyildir.
Respublikamızda Son 25 - 30 ildə zeytun çox geniş becərilir. Abşeronda becərilən zeytun
çox gözəl nəticə verir. Zığda salınmış plantasiya
buna canlı sübutdur.
Ümumiyyətlə Azərbaycanda, xüsusən dəAbşeronyarımadasındazeytunçuluğun
inkişafına planlı
şəkildə 1900-cü ildəİspaniyadanzeytunsortlarının gətirilməsi ilə başlanılıb
Yarımadanın təbii iqlim şəraiti zeytunçuluğun
sənaye əsasında
inkişaf etdirilməsi
üçün olduqca
əlverişlidir. Təsadüfi deyildir ki, qiymətli
ərzaq olan zeytunun bağçılığın
inkişafında yüksək
səmərəsi nəzərə
alınaraq ilk zeytunçuluq
təsərrüfatı məhz
Abşeronda - Zığ
kəndi ərazisində
yaradılmış və
1949-1950-ci illərdən sənaye
əsasında zeytunun
emalı üçün
kiçik zavod tikilib işə salınmışdır. Zeytun ağacları
həmçinin Bərdə,
Ağdam, Ağcabədi
və Füzulidə də tsarixən zeytun ağacları olub. Bu gün
Bərdənin mərkəzində
yaşı min illərlə
ölçülən zeytun
ağacları var. Tarixən
yurdumuzda gedən müharibələr nəticəsində
bu ağaclar qırılıb, məhv
edilib.
İlk vaxtlar zeytun meyvəsindən müxtəlif çeşidli
şorabalar hazırlanırdı. Sonralar,
xüsusilə yarımadada
Abşeron rayonu yaradıldıqdan sonra zeytun bağlarının sahəsi sürətlə
genişləndirilmiş, ötən
əsrin 70-ci illərinin
əvvəllərində daha
üç ixtisaslaşdırılmış
zeytunçuluq sovxozu yaradılmış, həmçinin
rayonun Bilgəh, Maştağa subtropik bitkilər, Buzovna tərəvəzçilik sovxozlarında
geniş ərazidə
zeytun bağları salınmışdır. Zeytun
digər ağac və kol bitkiləri
ilə birlikdə yaşıllıqların salınmasında
da geniş istifadə olunmuş, o cümlədən Bakı
və Sumqayıt şəhərlərinin küçə
və meydançalarında,
park və xiyabanlarında
minlərlə zeytun ağacı əkilmişdir.
Zeytun uzunömürlü
və quraqlığa
davamlığı ilə
digər meyvə ağaclarından seçilir. Bu xüsusiyyətini nəzərə
alaraq Abşeron yarımadasında ötən
əsrin 90-cı illərinin
əvvəllərində zeytun
bağlarının ümumi
sahəsi minlərlə
hektara çatdırılmışdı
ki, bu bağların
da çoxu məhsula düşmüşdü.
Belə ki, Azərbaycan hökumətinin
1 aprel 1986-cı il tarixli 120 saylı qərarında Abşeronda zeytun sahələrinin genişləndirilib
1990-cı ilə kimi
4600 hektara çatdırılması,
respublikanın Şirvan
və Qarabağ düzlərində də
yayılması nəzərdə
tutulmuşdu.
Son illər «Bakı Yağ zavodu»nda «Zeytun bağları» və «Final» ticarət nişanı ilə zeytun yağı istehsal olunur. Gigiyenik normalara əməl olunaraq qabaqcıl texnologiyanın
tətbiqi ilə istehsal olunan zeytun yağı 250, 500 və 750 qram kütlədə 4 qranlı
şüşələrdə Riviera tipli zeytun yağı
kimiistehlakçılara təqdim
olunur.
«Bakı Yağ zavodu»nda istehsal olunan «Zeytun bağları», «Final» ticarət
nişanı və
Riviera tipli zeytun yağının rəngi
açıq yaşılımtıl
çalarlı sarıdır,
şəffaf və parlaqdır, dadı təmiz və neytraldır, mikrobioloji və zərərsizlik göstəriciləri Tibbi
Bioloji Təlimata uyğundur. Nəmlik və uçucu maddələrin miqdarı-
0-dır (standartda 0,2%-dən çox olmaması göstərilir);
xalis yağın
miqdarı-100%-dir; sərbəst yağ turşularının
miqdarı-0,29%-dir (standart göstərici
əla sort üçün
0,75%-dir); peroksid ədədi-2,8-dir (standartına görə 15-dən
çox olmaz). Xolesterinsizdir.
Zeytun yağının tərkibində
72 mq/100 qram E vitamini (tokoferol) vardır ki, bunun da 90%-ni
daha fəal olanα-tokoferol təşkil edir. 100 qram
zeytun yağı 899 kkal enerji verir.
Azərsun Holding şirkətlər qrupu Azərbaycanda zeytunçuluğun
inkişafında ən
vacib töhfələrini
vermiş şirkətlərindən
sayılır. "Azərsun
Holdinq”in "Zeytun bağları" markasının
təşəbbüsü və dəstəyi ilə Nizami rayonunda geniş çoxsahəli sosial aksiyaya keçirilmiş, Azərbaycanın təbii
sərvəti olan zeytunun ölkə hüdudlarından kənarda
da geniş təbliğ etmiş və getdikcə böyük şöhrət
qazanmışdır. Keçirilən aksiyalarda həmçinin
iməcliklər keçirilərək,
müəyyən miqdarda
zeytun yığılmış
və ərzailərdə
yerləşən Azərsun
Holdingin bazalarına göndərilmişdir. Rayon İcra Hakimiyyətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi
Nizami rayon şöbəsinin,
Rayon Sosial Müdafiə
Fondunun, YAP Nizami rayon təşkilatının, "Heydər
bağı" Park-bulvarının
həmkarlar təşkilarlarının
üzvləri iməclikdə
fəal iştirak etdi. Aksiya çərçivəsində
yığılan zeytun
şirkətlər qrupunun
Dərnəgül şossesində
yerləşən qəbul
məntəqəsinə təhvil
veriləcək. Sonra isə
"Azərsun Holdinq”in
Zeytun Emalı Fabrikində emal olunacaq. Tədbir çərçivəsində
Zeytun bağları yağından istifadə olunan salatlar tədbir iştirakçılarına
təqdim olundu.
"Azərsun Holdinq”in
istehsalı olan "Zeytun bağları” markası milli sərvətimiz olan Abşeron zeytununun şöhrətini dünyaya
yayır.
Zeytun yağı
ürək və qan-damar xəstəliklərinə
səbəb olan xolesterini azaldaraq damarlarda tıxanmaların
qarşısını alır. Zeytun yağının
üstün cəhəti
ondan ibarətdir ki, digər bitki yağlarından fərqli olaraq yalnız orqanizm üçün zərərli
olan aşağı sıxlıqlı xolesterinin
miqdarını azaldır,
lakin insan orqanizmi üçün lazım olan yüksək sıxlıqlı
xolesterinə toxunmur.
Mədə turşuluğunu azaldaraq qastritə və mədə yarasına qarşı qoruyucu rol oynayır,
öd kisəsi daşının əriməsinə
xömək edir, tərkibi antioksidləşdiricilərlə
zəngin olduğundan
uşaqlarda və yaşlılarda beyin və sinir sisteminin
inkişafı və yeniləşməsində mühüm
rol oynayır, orqanizmdə 99-100% mənimsənilir.
Zeytun yağından soyuq qəlyanaltıların və
qızartmaların hazırlanmasında
istifadə olunması
sağlamlıq üçün
əhəmiyyətlidir. Eyni zamanda zeytun yağından unlu şirniyyat məmulatının
(keks, yağlı biskvit, peçenye və digər məhsulların) hazırlanmasında
istifadə olunması
məsləhət görülür.
Çünki bu yağ məmulata
xüsusi ləzzət
verməklə yanaşı
onun qurumasının qarşısını alır.
Zeytun yağı həzm, qaraciyər və öd kisəsinin pozğunluğu olan insanlara yaxşı təsir göstərir.
Belə xəstələrə səhər
acqarnına bir qaşıq zeytun yağı içmək məsləhət görülür.
Zeytun yağından aterosklerozun
profilaktikasında və
onun mürəkkəb
formalarının qarşısının
alınmasında istifadə
etmək olar. Zeytun yağı dərinin qoruma funksiyasını gücləndirir, tonusu artırır, qocalmanı
ləngidir və orqanizmdə kalsiumun daha yaxşı mənimsənilməsini təmin
etməklə sümük
toxumasının artımına
və möhkəmlənməsinə
kömək edir.
Azərbnaycanda zeytun ağaclarına əhəmiyyət verilməməsi
onların qırılması
ilə nəticələnir. Təəsüflə qeyd etməliyik ki, hələ 90-cı illərin əvvəlləri
respublikamızda, xüsusilə
Abşeron yarımadası
ərazisində zeytun
ağacları qırılmağa
başlamışdı.
Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, əvvəllər Azərbaycanda zeytun bağlarının ümumi sahəsi 3 min hektar təşkil edib. Bunun 2500 hektarı Zığ, Qala, Hövsan və Bilgəh bağlarında olub, 400-500 hektarı isə Buzovna, Sumqayıt və Kürdəxanı tinglik təsərrüfatının ərazisinə düşüb. Abşerondakı zeytunçuluq sovxozları dağılandan sonra bağların ərazisindən başqa məqsədlər üçün istifadə edilməyə başlanılıb. Məhz bunun nəticəsində zeytun bağlarının tutduğu ərazi yarıbayarı azalıb.
Nazirliyin bitkiçilik məhsullarının istehsalı və emalı şöbəsinin müdir müavini Rizvan Mustafayevin sözlərinə görə, hazırda 2000 hektara yaxın zeytun bağları var ki, həmin bağların hamısı özəlləşdirilib. Zeytun bağlarının bar verməsi üçün 8 ildən artıq vaxt lazım olduğundan təəssüf ki, bu sahə investorları bir o qədər cəlb etmir. "Abşeronda zeytun bağlarının salınması üçün müəyyən investisiya qoyulmalıdır. Bu işə külli miqdarda sərmayə yatırılmalıdır. Zeytun təkcə yağı, turşuya qoyulmuş halda istifadədən ibarət deyil. Zeytun ağacları həm də, külək eroziyasının qarşısının alınmasında effektlidir”. Məhz bu sahəyə hökümətin diqqəti və qayğısı sayəsində mütəxəssislər zeytun istehsalının artacağını proqnozlaşdırır. Belə ki, ötən il 1335 ton məhsul yığılmışdısa, bu il 1500 ton zeytun istehsal ediləcəyi gözlənilir. Təbii ki, hava şəraiti imkan versə.
Bununla bərəbar arxada qoyduğumuz illərdə, xüsusilə də Azərbaycanda 2010-cu il ekologiya ili qeyd olunması ilində, həmçinin Beynəlxalq meşələr ilində, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Azərbaycandakı nümayəndəliyinin təşkil etdiyi iməcilikdə 5 hektar sahədə 4 min ədəd zeytun ağacı əkilib. Bütövlükdə 60 hektar ərazidəki bataqlıq sahəyə 1050 min kubmetr torpaq gətirilərək qurudulub və 39 hektar ərazidə zeytun ağacları əkilib.
Rüfət Soltan
Yazı Azərbaycan Mətbuat Şurası və "Azərsun Holdinq"in birgə keçirdiyi "Zeytun Bağları" Azərbaycan zeytununun şöhrəti" mövzusundakı müsabiqəyə təqdim olunmaq üçün verilir
Ədalət.-2014.-8 mart.-S.6.