MİN İLLƏRİN ŞƏHƏRİNDƏ YENİ DÖVRAN BAŞLAYIB

(əvvəli ötən saylarımızda)

 

2013-cü ildə 991 yeni mənzil təbii qazla təmin edilmiş , abonent sayı 20385-ə çatdırılmışdır. Ümuilikdə müddət ərzində Turan qəsəbəsi, BideyizBaş Zəyzid kəndləri təbii qazla təchiz olunmuş, Cəyirli, Qayabaşı, Sarıca, Qozlubulaq, Çayqaraqoyunlu, Bolludərə, Qaratorpaq və Şəkikənd kəndlərinin qazlaşdırılması istiqamətində işlər davam etdirilmişdir. 2014-cü ildə ən mühüm vəzifə maksimum daha çox yaşayış məntəqələrinin qazlaşdırılmasına nail olmaqdır.

 

Təhsildəki uğurlar sevindirir

 

Hesabat dövründə təhsil sisteminin tədrisi, təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkili daim diqqət mərkəzində saxlanmışdır. 2013-cü ildə Şəkinin ümumtəhsil məktəblərini bitirmiş 1917 məzundan 1166 nəfəri ali məktəbə daxil olmaq üçün sənəd vermiş, onlardan 680 nəfəri tələbə adını qazanmışdır. Ail məktəbə daxil olanların 145 nəfəri 500-dən, 55 nəfəri isə 600 baldan yuxarı toplamışdır. Məzunlardan 11 nəfəri "Qızıl medal"a layiq görülmüşdür. Yaponiya hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı" çərçivəsində həyata keçirilən "Şəki şəhərində peşə təlimi məktəbinin binasının təmiri" layihəsinin başa çatmışdır. Bu münasibətilə keçirilən tədbirdə Yaponiyanın ölkəmizdəki səfiri Suşuke Vatanabe, Təhsil naziri Mikayıl Cabbarov, şəhər rəhbərliyi və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

1966-cı ildə yaradılmış və 1998-1999-cu tədris ilindən hazırkı binada fəaliyyət göstərən peşə məktəbində bu günədək əsaslı təmir işləri aparılmamışdır. Müasir avadanlıqla təchiz edilən peşə məktəbində 2013 -2014-cü tədris ilindən başlayaraq bir sıra ixtisaslar üzrə kadr hazırlığına başlanmışdır. Şəki rayonunun turizm potensialı nəzərə alınaraq bu təhsil müəssisəsində turizm və xidmət sahələri üzrə yeni ixtisasların tədris edilməsi üçün müvafiq şərait yaradılmışdır.

 

Şəki səhiyyəsi bölgədə mərkəz funksiyasında

 

Şəki Mərkəzi Rayon Xəstəxanası və onun tabeliyində fəaliyyət göstərən tibb müəssisələri tərəfindən 2013-cü ildə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlmiş, tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, sahəsində müəyyən işlər görülmüşdür. Dünya Bankı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin birgə həyata keçirdikləri "Səhiyyə sektorunda struktur islahatları" layihəsi çərçivəsində rayonun Aşağı Göynük kəndində sahə xəstəxanası, Baş Göynük kəndində isə həkim məntəqəsi inşa edilmişdir.

Yeni səhiyyə obyektləri ümumilikdə bu ərazidə yaşayan 40 minə yaxın sakinə xidmət göstərəcəkdir. Şəki Mərkəzi Rayon Xəstəxanasının nəzdindəki doğum evinin bazasında yaradılmış Regional Perinatal Mərkəzin açılış mərasimi olmuşdur. Mərkəz Prezident İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti tərəfindən qəbul olunmuş "Ana və uşaqların sağlamlıqlarının qorunmasına dair tədbirlər Proqramı"na uyğun olaraq təşkil olunmuşdur. 1985-ci ildən fəaliyyət göstərən bu binada Səhiyyə Nazirliyinin sifarişi, Dünya Bankının maliyyə dəstəyi ilə 2011-ci ildə əsaslı təmir işlərinə başlanmışdır. Mərkəz 9 rayonun əhalisinə xidmət göstərəcəkdir.

 

Şəki turistlərin və qonaqların ən çox səfər etdikləri qədim və müasir şəhərdir

 

Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilmişdir. Şəkidə turizm infrastrukturunun yaradılması istiqamətində mühüm işlər görülmüş, müasir tipli istirahət mərkəzləri, yeni otellər istifadəyə verilmişdir. 2013-cü il avqust ayının 14-də Şəkiyə səfəri çərçivəsində dövlətimizin başçısı Şəki şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir: "Şəki Azərbaycanda və deyə bilərəm ki, bölgədə və dünyada öz gözəlliyi ilə seçilən bir şəhərdir. Burada əlbəttə təbiət və memarlıq, qədim və tarixi binalar, Şəkinin şəhərsalma qaydaları gözəl bir mənzərə, bir vəhdət yaradır. Təsadüfi deyil ki, Şəkinin mədəniyyəti ilə maraqlananların sayı getdikcə artır. Həm daxili turizm artır, həm xaricdən gələn qonaqların sayı. Azərbaycanın demək olar ki, bütün yerlərində Şəkiyə çox böyük hörmət və maraq vardır. İstərdim ki, Azərbaycanın bütün vətəndaşları vaxt tapıb Şəkiyə səfər etsinlər. İndi şərait yaxşılaşır, yollar da çəkilir və nəqliyyat vasitələri müasirləşdirilir. Ona görə də gələcəkdə daxilixarici turizm inkişaf edəcəkdir. Biz gərək Şəkidə gələcəkdə beynəlxalq tədbirlərin sayını da artıraq".

2013-cü ildə şəhərin qonağı olan Rumıniyanın keçmiş Prezidenti Emil Konstantinesku, Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazi, Çin Xalq Respublikasının, Fransanın, İsrailin Türkiyənin, Koreyanın, Rumıniyanın, Rusiyanın, İordaniyanın, Tacikistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri, Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun, İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları və başqaları da Şəkinin geniş turizm potensialına malik olduğunu bildirmişbu şəhərdən xoş təəssüratla ayrılmışlar.

2013-cü ildə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüşdür. Şəhərin mədəniyyət və istirahət parklarında şəhər əhalisinin səmərəli istirahətinin təşkili üçün bir sıra tədbirlərin görülməsi işi davam etdirilmişdir. Müddət ərzində bir sıra mədəni-kütləvi tədbirlər keçirilmiş, tarixi günlər, bayram tədbirləri yüksək səviyyədə qeyd olunmuşdur.

2013-cü ilin iyun ayının 28-dən iyulun 4-dək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə şəhərdə "İpək Yolu" IV Beynəlxalq Musiqi Festivalı keçirilmişdir. Festivalda Azərbaycan Bəstəkarlar İttifaqının, ölkəmizdə akkreditə olunmuş bir sıra dövlətlərin - o cümlədən, Fransa, İordaniya, Qazaxıstan, Belarus, Latviya, Rusiya, Hindistan ,Ukrayna, Polşa, Tacikistan, Çin və Türkiyənin fövqəladə və səlahiyyətli səfirləri və səfirliklərin əməkdaşları, TÜRKSOY-un, Türkiyə Respublikasının GiresunKonya şəhər bələdiyyəsinin nümayəndələri, respublikanın və xarici ölkələrin tanınmış musiqi ansambllarının və rəqs qruplarının kollektivləri, ziyalılar, musiqişünaslar, aparıcı kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri - ümumilikdə 1000 nəfərdən çox qonaq iştirak etmişdir. Bu böyük bayram tədbiri MDB ölkələri rəqs ansambllarının geniş konsert proqramı ilə başlamışdır. İyunun -29-da "Aşağı Karvansaray" kompleksində festivalın rəsmi açılış mərasimi keçirilmiş, Azərbaycan Dövlət Akademik OperaBalet Teatrı solistlərinin iştirakı ilə "Yeddi gözəl" baleti nümayiş olunmuşdur. Festivalda Azərbaycanla yanaşı 12 ölkənin tanınmış musiqi kollektivləri çıxış etmişdir. Bir həftə davam edən musiqi bayramı nəinki Şəkinin, bütövlükdə ölkəmizin mədəni həyatında əlamətdar hadisəyə çevrilmişdir. Festival günlərində Şəki bələdiyyəsi ilə Türkiyənin Giresun bələdiyyəsi arasında qardaş şəhər və əməkdaşlıq haqqında protokol yenilənmişdir.

 

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2014.-12 mart.-S.6.