BURADA DƏYİŞMƏYƏN UCA
DAĞLARDIR
(əvvəli ötən sayımızda)
Yeni tikililər rayon mərkəzinin
və kəndlərin simasını dəyişdirir
2013-cü
ildə Fövqəladə
Hallar Nazirliyi tərəfindən Dəymədağlı
kəndində 120, Ləkit-Kötüklü
kəndində 40, Zərnə
kəndində 240, Qorağan
kəndində 220, Lələpaşa
kəndində 100, Lələli
kəndində 100, Ləkit
kəndində 420 və
Güllük kəndində
300 şagird yerlik yeni məktəb binaları tikilib istifadəyə verilmişdir.
Zəlzələ nəticəsində qəzalı
vəziyyətə düşmüş
fərdi yaşayış
evlərindən 537 evin
tikintisi başa çatdırılmış, hazırda
11 evdə tikinti işləri davam etdirilir.
Ötən ildə rayonda
115 ədəd fərdi
yaşayış evi və 14 ədəd sahibkarlıq obyekti olmaqla, ümumilikdə 129
fərdi tikinti aparılmışdır. Aparılmış tikinti işlərinin ümumi smeta dəyəri 3 milyon 220 min
manata yaxındır.
Hazırda Rayon Dövlət Yanğından
mühafizə hissəsinin
yeni inzibati binasının, "El Resort" hotel kompleksi ərazisində yeni 4 mərtəbəli korpusun, Qaxbaş kəndi ərazisində 9
mərtəbəli yaşayış
binasının, Qıpçaq
kənd həkim məntəqəsinin, İlisu
kəndində "Səngər
qala" istirahət kompleksinin, "Aqrolizinq"
ASC-nin Qax rayon Aqroservis filialının, Ağçay kəndi ərazisində 3 mərtəbəli
istirahət mərkəzinin
və məişət
tullantıların zərərsizləşdirilməsi
məqsədi ilə poliqonun tikintisi davam etdirilir.
Qax şəhərinin, İlisu,
Qaxbaş, Əlibəyli,
İbaxlı və Zərnə kəndlərinin
seldən mühafizəsi
məqsədi ilə
5074 m3 mühafizə bəndləri
tikilmiş, 436 min m3 həcmində
lildən təmizləmə
və 858 min m3 həcmində
məcratəmizləmə işləri görülmüşdür.
Güllük və Əmbərçay
kəndlərində suvarma
şəbəkəsi üçün
beton kanalların tikintisi başa çatdırılmış, hazırda
Qaxmuğal beton kanalının tikintisi davam etdirilir.
Prezident Qaxda olarkən
16 avqust 2013-cü il tarixdə ölkə Prezidenti cənab İlham Əliyev rayonumuza səfəri zamanı yenidən qurulan Şəki-Qax-Zaqatala
avtomobil yolunun Şəki-Qax hissəsinin,
həmin yolun üzərində olan 700
p/m uzunluğunda körpünün,
Olimpiya İdman Kompleksinin, Heydər Əliyev Mərkəzinin,
Qax şəhərinin
su təchizatı sisteminin və "El
Resort" otelinin Konfrans
Mərkəzinin açılışında
iştirak etmişdir.
"2008-2015-ci
illərdə Azərbaycan
Respublikasında əhalinin
ərzaq məhsulları
ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın
icrası sahəsində
əlavə tədbirlərin
görülməsi, kənd
təsərrüfatı məhsulları
ixracının artırılması,
aqrar sahədə istehsalçıların və
istehlakçıların maraqlarının
qorunması və ərzaq bazarının səmərəli fəaliyyətinin
təmin edilməsi məqsədilə 16 yanvar
2014-cü il tarixdə
Azərbaycan Respublikası
Prezidentinin "Kənd
təsərrüfatı və
ərzaq məhsulları
bazarının fəaliyyətinin
təkmilləşdirilməsi sahəsində əlavə
tədbirlər haqqında"
Sərəncamı olmuşdur.
Sərəncamda kənd təsərrüfatı
sahəsində yüksək
məhsuldarlığın təmin edilməsi, yerli məhsulların rəqabət qabiliyyətinin
artırılması, kənd
təsərrüfatının gəlirli sahələrinin
inkişaf etdirilməsi,
fermerlərə dövlət
dəstəyinin daha səmərəli təşkili
və ərzaq təhlükəsizliyinə nail olunması aqrar sahədə dövlət
siyasətinin mühüm
istiqamətləri olaraq
nəzərdə tutulur.
Əhalinin rifahı yaxşılaşır
2012-ci ildə rayon Əhalinin
Sosial Müdafiəsi Mərkəzi tərəfindən
2131nəfərə, 2013-cü ildə isə 2047 nəfərə
sosial müavinətlərin
ödənilməsi təmin
olunmuşdur. Müavinət alanlardan 1150 (ötən il 1102) nəfəri əlilliyə, 209 (ötən
il 229) nəfəri ailə başçısını
itirdiyinə, 49 (ötən
il 56) nəfəri yaşa görə və 410 ( ötən
il 451) nəfəri isə digər növ sosial müavinət alanlar olmuşdur. 101 (ötən
il 293) nəfəri
"Prezident təqaüdü"
almışdır. 2012-ci ildə 908, 2013-cü ildə
isə 780 ailəyə
ünvanlı sosial yardım təyin edilmişdir. Mərkəz tərəfindən 2012-ci ildə
rayonun ərazisində
olan 363, 2013-cü ildə
isə 361 nəfər
tənha, ahıl və əlil şəxslərə sosial
xidmət göstərilmişdir.
Hesabat dövründə rayonda 270
nəfərə pensiya
təyin olunmuş, 01
yanvar 2014-cü il tarixə uçotda olan pensiyaçıların sayı
8429 nəfər olmuşdur.
Pensiyaların əhaliyə vaxtında
çatdırılmasını təmin etmək məqsədilə şəhərdə
1 ədəd yeni bankomat quraşdırılmış
və hazırda rayon ərazisində pensiyaçılara
4 bankomat xidmət göstərir.
Xidmət
sahələri çalışır
ki...
2013-cü
ildə rayon Qaz İstismar Sahəsi tərəfindən rayonun
12 yaşayış məntəqəsində
və şəhərdə
olan 7371 abonentə fasiləsiz təbii qazın verilməsi təmin olunmuş, 496 nəfər əhalisi olan Ağçay kəndində 159 abonentə,
1997 nəfər əhalisi
olan Almalı kəndində 336 abonentə
və 1590 nəfər
əhalisi olan Cəlayir kəndində
305 abonentə yeni qaz xətti çəkilmişdir. Hesabat ilinin
sonuna rayon üzrə
qazlaşdırılmış yaşayış məntəqələrinin
sayı 13-ə çatdırılmışdır
ki, bu da
yaşayış məntəqələrinin
22 faizini təşkil
edir. Əhali üzrə bu göstərici 29763 nəfər
olmaqla 54,5 faizdir. Əhalinin sayı 2421 nəfər
olan İlisu və Şotavar kəndlərində hazırda
qaz çəkilişi
aparılır. Qaxbaş kəndinin
genişləndirilmiş hissəsində
qazlaşma işi başa çatmaq üzrədir. İşlər başa çatdıqdan sonra 1066 abonentə təbii qazın verilməsi təmin olunacaqdır. Hesabat ilində rayon üzrə
1227 mənzilə qaz çəkilişi aparılmış,
qaz itkilərinin, qaz xətlərinə qanunsuz qoşulma və müdaxilələrin
qarşısının alınması
üçün sayğacların
əvəzlənməsi, küçə
xətlərinə çıxarılması
işi davam etdirilmiş, 708 ədəd
qaz sayğacı əvəzlənmişdir. Rayon üzrə qaz təzyiqinin nizamlanması
ilə əlaqədar
yeni standartlara cavab verən 9 ədəd təzyiq tənzimləyici alınaraq
quraşdırılmışdır.
Hesabat dövründə
istehlak olunan təbii qaza görə vəsaitin toplanması 96,3 faiz olmuşdur ki, bu da
respublika üzrə yüksək göstəricidir.
Hesabat ilində
kəndlərdə əhalinin
içməli suya olan təlabatının təmin edilməsi məqsədi ilə də müəyyən işlər görülmüşdür. Belə ki,
Qaratala, Şotavar, Qarabaldır, Fıstıqlı,
Qaradolaq və Çudullu kəndlərində
yeni su artezian
quyuları qazılıb
istifadəyə verilmişdir.
Qax Su-Kanal idarəsinə Azərsu Açıq Səhmdar Cəmiyyəti tərəfindən 5 ədəd
xüsusi təyinatlı
avtomaşın və
1 ədəd ekskavator
gətirilmişdir.
Təhsil
2012-2013-cü
dərs ilində rayonda 56 ümumtəhsil məktəbi, o cümlədən
30 tam orta, 17 ümumi orta, 9 ibtidai məktəb, 36 məktəbəqədər,
4 məktəbdənkənar tərbiyə müəssisəsi
- Uşaq Gənclər
Şahmat Məktəbi,
Uşaq Gənclər
İdman Məktəbi,
Uşaq Yaradıcılıq
Mərkəzi, Texniki Yaradıcılıq Mərkəzi
fəaliyyət göstərmişdir.
Rayonun məktəblərində oxuyan
7104 nəfər şagirdin
təlim-tərbiyəsi ilə
1224 nəfər müəllim
məşğul olmuşdur.
Müəllimlərin 1120 nəfəri
(91,5%) ali, 104 nəfəri (8,5 %) orta ixtisas təhsillidir.
(ardı
gələn sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2014.-12 mart.-S.7.