QAN
MƏSƏLƏSİ
(Əvvəli
ötən sayımızda)
Asif Rüstəmlinin şəxsiyyətindəki alıcənablıq ilə yaradıcılığındakı
ciddilik göy qurşağının rəngləri kimidir.
Bu rənglər yayılıb
bir-birinə qarışanda
da çox aydın görünür. Şəxsən mənə də elə gəlir ki, Asif Rüstəmli
tanıış olduğu
adamlar və yaradıcılığını tədqiq etdiyi şəxsiyyətlər baxımından
insan və həqiqət axtarışına
çıxmışdır. Bu, onun şəxsiyyətinin
və yaradaıcılığının
harmoniyasını təşkil
edir. Tanıdığı insanlardakı qeyri-adiliklər,
tədqiq etdiyi yaradıcılıqlardakı vəhyəbənzərliklər
onu insana və yaradıcılığa
daha da yaxınlaşdırır.
M.Arifin "Cəfər
Cabbarlının yaradıcılıq
yolu", R.Əliyevin
"Cəfər Cabbarlının
yaradıcılıq təkamülü"
monoqrafiyalarından sonra
yazdıqlarını "istiqlal
işığında yazan"
Asıf Rüstəmli
"Cabbarlını təhlil
yox, tədqiq edir" şəklində
öz fikrini ifadə edən prof. N.Şəmsizadə "Alim və naşir dostum ... bu çətin işin öhdəsindən
bacarıqla gəlib, bizi də, oxucuları
da HƏQİQƏT-in izi
ilə C. Cabbarlının
susmaz duyğular səltənətinə aparmağa
nail olub" (N.Şəmsizadə."İstiqlal işığında yazılanlar".
A.Rüstəmlinin "Susmaz duyğular
səltənətində" (B., "Elm",
2002) kitabına ön
söz. Səh.6, 10) qənaətinə
gələrkən məhz
bu məqamları nəzərdə tutur.
"Asif Rüstəmlinin
"Cəfər Cabbarlı:
həyatı və mühiti" kitabı zəngin arxiv materialları əsasında
yazılmış, yeni
faktlarla zəngin monoqrafiyadır" - deyən
akad. Bəkir Nəbiyev, "Asif
Rüstəmli Azərbaycan
ədəbiyyatşünaslığının
çox tanınmış,
zəhmətkeş, hətta,
mən deyərdim ki, fədakar nümayəndələrindən biridir" - deyərək
sanki bütün qiymətləndirmələrə yekun vuran akad.
İsa Həbibəyli çağdaş
ədəbiyyatşünaslığımızın
nailiyyətlərini etiraf
etmiş olurlar. Cəfər Cabbarlı şəxsiy-yəti
və yaradıcılığının
yorulmaz tədqiqatçısı
Asif Rüstəmli isə "Cəfər Cabbarlının qısa və mənalı həyatı, zəngin yaradıcılıq yolu, sanballı ədəbi-bədii
irsi bölünmüş
xalqımızın bölünməz
sərvətidir" - deyə
gələcək nəsilləri
bu sərvəti qorumağa dəvət edir.
Əslində analitik təfəkkür tərzindən irəli gələn tədqiq fonunda təhlil, təhlil fonunda tədqiq üsulu Asif Rüstəmlini başqalarından fərqləndirir. Bunun üzərinə
bədii ədəbiyyatdan
gələn təsvir
və təhkiyə üsulunu da əlavə etsək, onda tənqidçi-ədəbiyyatşünasın
sinkretizmini - elmi-bədii,
bəzən də poetik təfəkkür tərzinin mütəfəkkiranə
bir şəkildə,
goy qurşağı rəngləri
kimi siralandığını
və bu sıralanmanın simmetriyasını
görərik. Mən bu
nənada tənqidçi-ədəbiyyatşünas
Asif Rüstəmlinin yaradıcılığına üslubların
simmetriyası kimi baxıram. Asif Rüstəmlinin "müxtəlif
illərdə respublikamızın
qəzet və jurnallarında çaplanan
elmi-tənqidi məqalələri,
mətnşünaslıq məsələləri,
eləcə də görkəmli şəxsiyyətlər,
Cümhuriyyət dövrünün
tarixi hadisələri,
Qarabağ münaqişəsi,
yeni işıq üzü görmüş
kitablar haqqında yazdığı əsərlər"dən
ibarət "Ədəbi
istiqlalımız" (Bakı,
"Elm", 2004), "Müdriklik mücəssəməsi" (Bakı,
"Elm", 2014) adlı topluları
söylənənləri bir
daha təsdiq edir. Burada imzaları bütövlükdə Azərbaycan
olanlar - Milli Şuramızın ilk rəisi
M.Ə.Rəsulzadə, Nazirlər
Şuramızın ilk sədri
Fətəli xan Xoyski, İlk Xarici İşlər nazirimiz Adil xan Ziyadxanlı, ictimai-siyasi xadim, ilk hərbi attaşemiz Məmməd bəy Hüseyn bəy oğlu Əliyev, ictimai-siyasi xadim, yazıçı Mirzə Bala Məmmədzadə ilə
yanaşı
istiqlal tariximizdə
önəmli yer tutan Mürsəl Paşa, Nuru Paşa və Ənvər Paşa haqqında verilən yığcam ensiklopedik məlumatlar, bu məlumatlardakı akademik nitq ilə
bədii nitqin sintezi diqqəti çəkir. Əsərləri Avropa ölkələrində
geniş yayılan jurnalist və tərcüməçi Məcid
Musazadə ilə respublika ədəbi ictimaiyyətinin ilk dəfə
tanışlığı da Asif Rüstəmlinin
xalqına xidməti kimi qiymətləndirilməlidir.
"Ədəbi
istiqlalımız" kitabda
yer alan "Qarabağımız - sinə
dağımız", "Folklorumuz
- haqq yolumuz",
"Mətnşünaslıq" kimi rubrikaların yer alması və hər rubrikada hər bir oxucu üçün
nə isə yeniliyin olması Asif Rüstəmlinin üz tutduğu mövzulara necə bir həssaslıqla yanaşdığını
göstərir. "Ədəbi
irsimiz" adlı rubrikada
isə Asif Rüstəmli istedad və bacarığının
aydınlığında Cəmo
Cəbraylbəyli, Hacı
Səlim Səyyah, Bayraməli Abbaszadə şəxsiyyətlərinin görünməyən
tərəflərinə işıq
salır. Qanı qaynayan adamlar
haqqında elə bir səmimiyyətlə danışır ki, tanıdığın adamları
da sanki ilk dəfə görmüş
kimi olursan. Sənəti, əqidəsi, dünyagörüşü,
elmi-mədəni səviyyəsi
baxımından qanı
çəkən adamların
müxtəlif peşə
sahibləri olduqları da
göz qabağındadır.
Bu sırada Aqil Abbas kimi görkəmli
yazıçı ilə,
bədii metodların elmi tədqiqində ədəbiyyatşünaslıq elmimizə yeni-yeni töhfələr verən
Timuçin Əfəndiyevlə, artıq folklorlaşmış folklorşünas-alim
Qəzənfər Paşayevlə, görkəmli tənqidçi- ədəbiyyatşünas,
tərcüməçi, Azərbaycanın
Macarıstandakı fövqəladə
və səlahiyyətli
səfiri prof. Vilayət Quliyevlə, Azərbaycanın BMT-də
ilk daimi nümayəndəsi, siyasi-ictimai
xadim Həsən Əziz oğlu Həsənovla, tanınmış
tədqiqatçı və
təşkilatçı Vəfa
Əliyevlə yanaşı,
şair Ələmdar
Quluzadənin, şair
Vaqif Aslanın, şair Mərkəz Qacarın (Quliyevin), rəssam Qafar Sarıvəllinin,
Cəlilabadlı Urşan
Rəhimovun, respublikamızın
ilk misgərlik kolleksioneri
Şahid Həbibullayevin, ilahiyyatçı-alim
Hacı Soltanın da adına duz
salınması, yaradıcı
insanlara qarşı Asif Rüstəmli doğmalığının ifadəsidir.
Əlbəttə ki, doğmalıq
olan yerdə qan çəkər, qan qaynayar. Ona görə ki, qan məsələsi təkcə tibbi məsələ deyildir.
Səsin, baxışın,
intonasiyanın,
nitqin, fikrin, düşüncənin, istəyin
və arzunun da necəliyi qanın necəliyi ilə bağlıdır.
Asif Rüstəmli isə qanıyla və canıyla doğmalıq timsalıdır, vətən
ədəbiyyatşünaslığımızın
doğma alimidir.
Yenə də kitab rəfimə
baxıram Asif Rüstəmlini Cümhuriyyət
dövrümüzdən bu
günkü günümüzə
gədər adını
çəkdiyimiz insanlarla
bir sırada görürəm. Ömrünün
60-cı novruzuna qədəm
qoyacaq Asif Rüstəmliyə yaz
gecə-gündüz bərabərliyi
anının qədərini
və qismətini, gələcək novruzları
gələcək nəsillərlə
birlikdə qarşılamasını
arzulayıram.
Vaqif Aslan
Azərbaycan Yazıçılar Birliyi
Şəki bölməsinin
sədrı.
Azərbaycan
Müəllimlər İnstitutu
Şəki
filialının baş müəllimi.
ədalət.-2014.-13 mart.-S.5.