XALQIN SAĞLAMLIĞINA VƏ
GƏLƏCƏYİNƏ HESABLANAN DÖVLƏT QAYĞISI
(Mövzu əsasında
XI yazı)
Azərbaycan səhiyyəsi
dünya standartları səviyyəsində
Azərbaycan dövlətinin və ölkə Prezidenti cənab İlham Əliyevin səhiyyəyə göstərdiyi qayğı digər sahələrdə olduğu kimi bu sistemdə də önəmli irəliləyişlərlə izlənməkdədir. Məhz bu siyasətin nəticəsidir ki, birinci Dövlət Proqramının icrasının ikinci ilindən etibarən Səhiyyə Nazirliyi sistemində genişmiqyaslı islahatlar həyata keçirilməyə başlandı. İstər Bakı şəhərində, istərsə də regionlarda əksər tibb müəssisələrinin yenidənqurma və bərpa işləri sürətləndi. Daha sonra neçə-neçə yeni tibb ocaqları, diaqnostika mərkəzləri tikildi. Köhnə sanitar-epidemioloji rejimə uyğun olmayan müəssisələr ya söküldü, ya da standartlara uyğun şəkildə əsaslı təmir edildi. Tibb müəssisələri müasir avadanlıqlarla, dərman ləvazimatlarla təmin olundu. Tibb sahəsində daha böyük uğurlar qazanılması üçün bir sıra xarici ölkələrlə işgüzar münasibətlər quruldu. Görüşlər, təcrübə mübadilələri, yeniliklərin tətbiqi, kadr hazırlıqları və başqa tədbirlər ardıcıl şəkil aldı.
Sosial-iqtisadi inkişafın uğurlu nəticələri
Əhalinin sağlamlığının qorunmasına dövlətimizin son dərəcədə qayğı ilə yanaşmasını göstərən ən mühüm amil səhiyyəyə ayrılan büdcə vəsaitinin ildən-ilə artırılmasıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionlara səfərlərində, bütün görüş və çıxışlarında sosial-iqtisadi inkişafın effektiv nəticələri kimi əhalinin sağlamlığına göstərilən qayğını xüsusi vurğulayır. Cənab Prezident bu həssas sahənin daim diqqət mərkəzində saxlanılmasının vacibliyini strateji mələsə kimi dəyərləndirdi.
Regionların sosial-iqtisadi
inkişafı respublikamızın hər yerində olduğu kimi Kürdəmir
rayonunda da uğurlu nəticələrlə diqqət
çə kir. Xüsusilə son illər
bu rayonda inkişaf
tempi daha da artıb. Təbii ki, bu inkişafın
əsas istiqamətləridən
biri də səhiyyə
sahəsidir.
Kürdəmir rayonunda bu sahəyə
tanınmış mütəxəssis
və bacarıqlı
təşkilatçı Nizami
Feyzullayev başçılıq
edir. Kürdəmir mərkəzi
rayon xəstəxanasının baş həkimi N.Feyzullayevlə söhbətimiz
zamanı o, görülən
işlər barədə
geniş məlumat verdi.
Görülən işlər inam
yaradır
- Əsası Ulu
Öndər Heydər
Əliyev tərəfindən
qoyulmuş və prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla
davam etdirilən uğurlu iqtisadi siyasət respublikamızda
digər sahələrlə
bərabər səhiyyə
sistemində də öz bəhrəsini vermişdir. Belə ki, respublikamızda
son illərdə 500-dən çox səhiyyə obyektləri tikilmiş və ya əsaslı
təmir olunmuş, müasir avadanlıqlarla təmin olunaraq əhalinin istifadəsinə
verilmişdir. Regionların sosial-iqtisadi inkişafı
ilə əlaqədar
dövlət proqramları
qəbul olunmuşdur.
Bu proqramlarda nəzərdə
tutulan məsələlər
uğurla öz həllini tapmışdır.
Rayonumuzda digər məsələlərlə
yanaşı, səhiyyə
sahəsində də
xeyli işlər görülmüşdür. Belə ki,
mərkəzi rayon poliklinikası
yenidən tikilmiş,
mərkəzi rayon xəstəxanası
əsaslı təmir
olunmuş və müasir avadanlıqlarla təmin olunmuşdur.
Muradxan, Qarasaqqal, Topal Həsənli, Xəlsə
kəndlərində həkim
məntəqəsi, Şahbəyli
və Şüşün
kəndlərində tibb
məntəqələri tikilib
istifadəyə verilmişdir.
Bu il də
rayonumuzda rayonlararası
Psixiatriya xəstəxanasının
tikilməsi nəzərdə
tutulmuşdur.
Hazırda rayonun 11.0129 nəfər
əhalisinə 157 MRX-sı,
5 yerlik hemodializ şöbəsi, 25 çarpayılıq
uşaq xəstəxanası,
15 çarpayılıq Mollakənd,
25 çarpayılıq Karrar
kənd xəstəxanaları,
13 həkim və 33 tibb məntəqəsi xidmət göstərir. Rayonun tibb məntəqələri
üçün nəzərdə
tutulan vahid iş yerindən 108 həkim, 416 orta tibb işçisi fəaliyyət göstərir.
2013-cü ilin 12 ayı ərzində 6 nəfər həkim, 25 nəfər tibb bacısı ixtisasartırma
və təkmilləşmə
kurslarından keçmişdir.
11 nəfər seminarda iştirak etmişdir. 2 əməkdar
həkimimiz və bir "Tərəqqi"
medalı alan
həkimimiz var.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2014.-13 mart.-S.7.