XALQIN SAĞLAMLIĞINA VƏ GƏLƏCƏYİNƏ HESABLANAN DÖVLƏT QAYĞISI

(Mövzu əsasında XI yazı)

 

 (əvvəli ötən sayımızda)

Ötən dövr ərzində tibb müəssisələri tərəfindən 467480 ambulator qəbul aparılmış, evə gedişlərin sayı 96.703, o cümlədən MRX-nın poliklinika şöbəsinə edilən müraciətlərin sayı 240.105, həkim stomotoloqlar tərəfindən sanatsiya məqsədi ilə aparılan qəbulların sayı 119,670, rentgen müayinəsindən keçənlərin sayı 13250, ulturasəslə müayinədən keçənlərin sayı 9068, klinik diaqnostik laboratoriyadan keçənlərin sayı 156.045 olmuşdur.

 

Tibbi xidmətin səviyyəsi yüksəlir

 

Stasionar qəbul olanların sayı 5029 nəfər, o cümlədən MRX-na 4304 nəfər, kənd və digər xəstəxanalara qəbul olanların sayı 725 olmuşdur, keçirilmiş çarpayı günlərinin sayı 52693, o cümlədən MRX-sı üzrə 29.968, digər xəstəxanalar üzrə birlikdə əhaliyə göstərilən mama-ginekoloji xidmət MRX-nın doğum, ginekoloji şöbələri, qadın məsləhətxanası, kənd xəstəxanaları, həkim və tibb məntəqələri tərəfindən həyata keçirilir.

Ötən müddət ərzində mama-ginekoloqlara edilən müraciətlərin sayı 6336 olmuşdur, bunlardan 4624-i profilaktik məqsədlə baxışlardır, 1821 hamilə qadın uçota götürülmüşdür, 1752 uşaq doğulmuşdur. Doğuşların 1742-si stasionar şəraitdə aparılmış, ana ölümü hadisəsi qeydə alınmamışdır.

 

Pediatrik xidmət müasirləşir

 

Pediatrik uşaq xəstəxanası, uşaq poliklinikası, kənd xəstəxanaları, həkim və tibb məntəqələri tərəfindən həyata keçirilir. 2013-cü ilin 12 ayı ərzində pediatrlara edilən müraciətlərin sayı 43120 olmuşdur, bunlardan 29.560 müraciət məqsədilə aparılan tibbi baxışlardır. Dermotologiya şöbəsində 18.488 nəfər müraciət etmişdir. Stasionar xidmətdən 239 uşaq istifadə etmişdir. Keçirilən çarpayı günlərinin sayı 2741 olmuşdur. 15-17 yaş arasında olan yeniyetmələr arasında 4349 tibbi müayinə aparılmışdır.

2013-cü il ərzində rayonumuz üçün xarakterik sayılan malariya xəstəliyi ilə xəstələnmə halı olmamışdır. Rayonumuzun tibb işçiləri tərəfindən 22780 qalın qan yaxması götürülmüşdür. Ötən müddətdə 73 vərəmli xəstə qeydə alınmışdır. Poliklinikanın vərəm əleyhinə kabinetinin qeydiyyatında 705 nəfər vərəmli xəstə qeydiyyatda durur. Şəkərli diabetlə 303 nəfər xəstə qeydə alınmış, poliklinikanın endokrinoloji kabinetinin qeydiyyatında 2202 nəfər şəkərli diabet xəstəsi qeydiyyatda durur.

 

Yeni uğurlara doğru

 

Cari ilin əvvəlində tərtib etdiyimizRayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi kompleks tədbirlər plana uyğun olaraq tibbi şuranın 12 növbəti, növbədən kənar 6 iclası keçirilmişdir.

Ötən müddət ərzində müxtəlif məsələlərlə əlaqədar Səhiyyə Nazirliyinə 15 nəfər müraciət etmişdir, bütün şikayət məktublarına baxılmış və əksər hallarda iddialar təmin olunmuşdur.

Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə müəssisə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən əvəzsiz olaraq ən müasir inventar və avadanlıqlarla təchiz edilmişdir. Əlavə olaraq 1 ədəd "Mercedes" markalı ambulans təcili tibbi xidmət üçün ayrılmışdır.

Kürdəmir Mərkəzi Rayon Xəstəxanası üzrə 2013-2014-cü il payı-qış mövsümü ilə əlaqədar olaraq planı müəyyənləşdirilmiş, görülən işlər və cavabdeh şəxslər təyin edilmişdir. Belə ki, payız-qış mövsümünün gəlişi ilə əlaqədar olaraq bütün tibb müəssisələrində elektrik cihazları və xətlərinə baxış keçirilmiş kanalizasiya xətləri təmizlənmiş, qaz xətləri yoxlanılmış, daha çox ehtiyac duyulan tibb müəssisələrində - Mollakənd sahə kənd xəstəxanasında əsaslı, Topal-Həsənli kənd həkim məntəqəsi, Sığırlı kənd həkim məntəqəsində, Mərkəzi Rayon Xəstəxanasının poliklinika şöbəsində cari təmir işləri aparılmışdır. Biz bundan sonra da Kürdəmir rayonu əhalisinə keyfiyyətli tibbi xidmət göstərmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.

 

Məzahir ƏHMƏDOĞLU

ədalət.-2014.-14 mart.-S.5.