Bakıda Şairələrin 2-ci Beynəlxalq
Forumu oldu
Beynəlxalq
Muğam Mərkəzində «Böyük İpək Yolu” Beynəlxlaq
Gənclər İttifaqının təşkilatçılğı
və Gənclər və İdman Nzirliyinin dəstəyi ilə
"Şairələrin 2-ci Beynəlxalq Forumu öz işinə
başlayıb.
Bu barədə təşkilatın
mətbuat xidmətindən
məlumat verilib. Tədbirdə
Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, "Böyük İpək Yolu” BGT-nin sədri, Milli Məclisin deputatı Fuad Muradov, Azərbaycan Yazıçılar Birliyinin
gənclər katibi Rəşad Məcid, Yunanıstanın, Hindistanın,
Mərakeşin və
İraqın Azərbaycandakı
səfirləri iştirak
edib.
Forumu giriş sözü ilə açan "Böyük İpək Yolu” BGT-nin baş
katibi Aydan Kərimli Forumun məqsədləri haqqında
məlumat verdi.
Onun sözlərinə görə,
24 ölkədən Bakıya
gəlmiş gənc şairələr üçün
bu tədbir əməkdaşlıq və
dostluq bayramı olacaq.
Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Forumu dəstəklədiklərini
deyərək qeyd edib ki, "Böyük İpək Yolu” BGT-nin bu
Forumu artıq ənənəvi hal almaqdadır. "İpək
Yolu”nun qısa bir vaxt ərzində
yaranmasına baxmayaraq
təşkilat artıq
bir çox maraqlı layihələrə
imza atıb. Şairələrin Beynəlxalq Forumu
da bu maraqlı
və yaddaqalan layihələrdəndir. Forum
həmçinin müxtəlif
ölkələrdən gəlmiş
yaradıcı gənclərə
Azərbyacanı yaxından
tanımaq imkanı verir”-deyə nazir müavini bildirib.
"Böyük İpək
Yolu” BGT-nin sədri, Milli Məclisin deputatı Fuad Muradov qeyd
edib ki, keçirilən bu Forum mədəniyyətlərarası dialoqa bir töhfədir. "Azərbaycan
prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlar mədəniyyət və
ədəbiyyat sahələrində
də öz təcəssümünü tapır. "Müxtəlif ölkələrdən gəlmiş
bu gənclərin Bakıda toplaşması həm ölkəninədəbi
mühitində həm
də iştirakçıların
yaradıcılığında öz izini qoyacağına
əminəm”-deyə
F.Muradov vurğulayıb.
AYB nümayəndəsi Rəşad
Məcid hər il bahar
vaxtı bu beynəlxalq forumun artıq ənənəvi
hal almasının müsbət aura yaratdığını
vurğulayaraq bu tədbirin dünyanın müxtəlif ölkələrindən
gələn gənc şairələrin yaradıcılığında
öz əksini tapacağına inandığını
bildirib.
Azərbaycanın xalq artisti Fəxrəddin
Manafov forumda iştriak edənlərə
yaradıcılıq uğruları
arzulayıb. Sözün insan həyatında
böyük rol oynadığını deyən
F.Manafov bu baxımdan yaradıcı adamların üzərinə
məsuliyyət qoyduğunu
qeyd edib.
Tədbir əməkdar artist
Mehriban Zəkinin şer
və musiqi kompozisiyasının təqdimatı
ilə başlanıb. Daha sonra
Foruma iştriakçısı olan ölkələrin gənc şairələri
öz şerlərini oxuyublar.
Günün ikinci
yarısında isə xalq
yazıçısı Çingiz Abdullayev, Günel
Anarqızı və Slavyan Unversitetinin müəllimi Rəhilə
Qeybullayevanın iştirakı ilə müxtəlif mövzularda seminarlar təşkil
olunub.
Ədalət.-2014.-15 mart.-S.6.