"Araz axır, Kür baxır"
Dəmir Çeşməlinin təzə
kitabı
Sizə təqdim etdiyim bu kitab
həm tərtibatına,
həm də fikir
yükünə
görə diqqət çəkəndi. Yəni sözün həqiqi mənasında kitab ilk görünüşdə özü-özünü
təqdim edir. Dərhal
hiss edirsən ki, masanın üzərindəki
şeir kitabıdı.
Bax elə şeir kitabı barəsində düşüncələrimi
sizinlə bölüşərkən
bir az
ötən illərə
qayıtmaq istəyirəm.
Bir xeyli bundan öncə
Dəmir Çeşməlinin
yaradıcılığı ilə tanış
olmaq imkanı qazandım və onun şeirləri diqqətimi çəkdiyindən
oxuculara bu haqda məlumat verməyi özümə
borc bildim. Çünki təzə sözü,
yaxşı sözü
hamıya tanıtmaq mənim içimdən gələn bir istəkdi. Çalışıram ki, yaxşını,
təzəni hamı görsün, ondan hamı xəbər tutsun. Beləcə, başladı Dəmir
Çeşməli ilə
mənim söz tanışlığım. Sonra müəlliflə telefon əlaqəmiz oldu. Və nəhayət, günlərin
birində rastlaşdıq.
Bu dəfə o, mənə öz təzə kitabını
hədiyyə etdi.
Həmin
kitab "Araz axır, Kür baxır" adlanır.
Kitabın redaktoru İslam Sadıqdı. Öncədən deyim ki, kitabdakı şeirlərin
janrı da, ovqatı da, hətta düzümü də bir kök
üstündə köklənib.
Həmin
kökün adı da səmimiyyətdi.
Kitaba ön sözü dəyərli ədəbiyyat adamı, filologiya elmləri doktoru, Azərbaycanın tanınmış tənqidçi-publisisti
Vaqif Yusifli yazıb. Vaqif müəllim vurğulayr
ki, "Böyük Poeziya dünyasında hərənin öz yeri, öz məqamı
var. Yeganə Dünyadı
ki, burada hər kəs başqasını yox, öz taleyini yaşayır". Bu fikirlərə birmənalı
şəkildə şərik
olmaqla yanaşı, onu da qeyd
etmək istəyirəm
ki, öz taleyini yaşayanlar daha çox həm də öz talelərini yaşayırlar, öz duyğularını ifadə
edirlər. Bax, bu şeirdə olduğu kimi:
Qar əl tutur, qara çəkir,
Kar yoxa, yox kara çəkir.
Çəkən çəkir, hara
çəkir,
Boran düşür
yaz ömrümə.
Göründüyü kimi, təkcə təbiət deyil, həm də insanın öz maddi-mənəvi durumu, öz iç dünyası, xüsusi olaraq onun dünyaya baxışları mütləq
əlimdən yapışıb
öz ardınca aparmağa çalışır.
Çünki könül verdiyin,
ruhunu təslim etdiyin nəsnələr həyatının bir parçasına çevrilən
anda sən daha çox sözün adamı olursan. Sözün içində olursan.
Ona görə də burda düşünmək,
nəyisə dəyişmək,
kəsəsi neyləmək
barədə qərar
qəbul etmək çox çətin olur. Məhz bu çətinliyin
odundan-alovundan doğulan
söz son anda sənə rahatlıq gətirir.
Ocaq közü haqdı - haqqım,
Haqqın üzü haqdı - haqqım.
Allah özün haqdı - haqqım,
Haqqım
olmur, ola
neynim.
Və yaxud:
Zirvə
dedim, zirvələndik
Baş əydi
hər qaya, hər dik.
Sevgimizlə sevib sevdik,
Bu yoldan dönmədik
şükür.
Bəli, əslində hər bir işin sonunda
insanın içindən
keçən o rahatlıq
hissi şükürə
çevrilməlidi. Təəssüf ki, bəziləri şükür etməyi ya xoşlamır, ya da bacarmır.
Amma ilhamlı olanlar başları üzərində
ilham pəriləri fırlanan, ürəkləri
Allah dərgahında dinclik
tapan söz adamları şükür
etməyi bacarırlar.
Çünki onların könlünə
də, ömrünə
də sözü, sözün işığını
məhz şükür
sahibi çiləyir.
Məsələn, şair
yazır:
Bu dünya "get-gəldi",
atam,
Gəlib gedən bildi, atam.
Ürəyim mənzildi, atam,
Məskunlaşıb yaşayan var.
Həqiqətən də ürəyimdəki,
yəni poetik dildə deyilən mənzil həmişə
qonaqlı-qaralı olmaqla
yanaşı, daimi sakinin də ünvanı olur. Bax, Dəmir
Çeşməlinin sevgi
dolu ürəyi məhz öz sahibinin pərvanəsi olmaqla bahəm onu gülüdürməyi
də, ağlatmağı
da bacarır və bəzən bunu elə saxavətlə
edir ki, şair sızıltıdan
yox, hisslərdən, duyğulardan yazır.
Özü də o yazının
içində göz
yaşları da olur.
Durnalar dönmədi, payız həsrətim,
Ay yerə enmədi, ulduz həsrətim.
Məhəbbəti susdu o qız həsrətim,
Həsrəti köksümə sıxdım
ağladım.
Və yaxud:
Dünyanın nəfəsi niyə təngiyir?
Ağrısı, acısı, yükü bilinmir.
Qaməti
ucalmır, boyu ləngiyir,
Çöhrəsi saralır, kökü bilinmir.
Mən bu ürək pıçıltıları
ilə mayalanmış
şeir çələngini
gözdən keçirdikcə
diqqətimi çəkən
bir məqam da Dəmir Çeşməlinin
qoşmaya və bütövlükdə xalq
yaradıcılığından qaynaqlanan poetik üsula üstünlük
verdiyinin şahidi oldum. Gördüm ki, şair demək olar ki, bütün şeirlərində xalqdan,
eldən-obadan gələn
qaim-qədim bilgilərə
çox böyük meyl göstərir, onlardan bacardığı
kimi bəhrələnir.
Hətta əksər söz adamları kimi bu dünyaya
üz tutanda da fikirlərini həmin o çalarlardan istifadə etməklə çatdırır və
yazır:
Nə verib, nə alır, bilir ,
Ağlada-ağlada gülür.
Nə dirilir, nə də ölür
Bu dünya...
Və yaxud:
Dağı arana gətirdim,
Aranı dağda bitirdim.
Bir ömrü sona yetirdim,
Yozduğumu yaza bildim.
"Araz axır, Kür baxır" kitabında Dəmir Çeşməlinin xeyli bayatıları da yer alır. Bu bayatıların hər birində şair öz hisslərini, duyğularını çox yığcam bir şəkildə ifadə etməyi bacarır. Belə ki, bayatıların təkcə fikir yükü yox, həm də onun dilə, ürəyə yatımlılığı da diqqət çəkəndi. Məsələn:
Əzizim, Araz axır,
Təklənib Araz axır.
Görən görür, görünmür,
Kür baxır, Araz axır.
Və yaxud:
Əzizim,
yolda qaldı,
Yollar da yolda qaldı.
Mənim
yarım gəlmədi,
Gözlərim yolda qaldı.
Sizə təqdim etdiyim bu kitabın şeir yükü əvvəldə dediyim kimi oxucu marağına
səbəb olmaq haqqını qazanıb. Odur ki, Dəmir Çeşməlini
bu maraqlı şeir çələnginə
görə təbrik edir, ona daha
böyük uğurlar
diləyirəm.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2014.-18 mart.-S.6.