Cənnət misallı Masallı
Yox, bu bənzətmədə heç bir mübaliğə yoxdur. Talış dağlarının ətəklərinə sığınan, dağlı-aranlı kəndləri olan bu rayonda 212 min əhali yaşayır. Yaz-yay aylarında Masallının qonaqları daha çox olur. Çünki burada fəaliyyət göstərən 31 turizm obyektindən 27-si müvafiq lisenziya əldə edə bilmişdir. Ötən il rayona gələn 21200 turistdən 932 nəfəri xarici ölkə vətəndaşları olmuşdur. Son 2 ildə Azərbaycanda ilk dəfə olaraq Masallıda keçirilən Beynəlxalq Folklor Festivalı cənnət misallı Masallıya böyük inam və etibardan xəbər verir. 2013-cü il iyunun 12-dən 15-nə kimi burda keçirilən III Masallı Beynəlxalq Folklor Festivalı Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuşdur. Azərbaycanla bərabər Türkiyə, İran, Rusiya, Latviya, Qazaxıstan, Gürcüstan, Ukrayna, Dağıstan folklor kollektivlərinin iştirak etdiyi bu festival bu il də həmin tarixdə yenə Masallıda keçiriləcək.
Ölkə Prezidenti Masallıda
4 sentyabr 2013-cü ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Masallıda olması bir çox mətləblərdən xəbər verir. Bu rayona xüsusi marağı olan prezident burda bir sıra sosial-mədəni obyektlərin açılışında iştirak etmişdir. Heydər Əliyev Mərkəzi, Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzi, YAP Masallı rayon təşkilatının inzibati binası, Taekvando və Boks mərkəzləri İlham Əliyevin iştirakı ilə açılmışdır. Prezident Heydər Əliyev parkına, Heydər Əliyev meydanına, Qəhrəmanlar parkına da baş çəkməyə vaxt tapmışdır.
Azərbaycan Prezidenti Masallıda aparılan abadlıq-quruculuq işlərindən razı qalmışdır. O sakinlərlə görüş zamanı onlar tərəfindən qaldırılmış bütün təklifləri dəstəkləmiş və müvafiq tədbir görmüşdür. Rayonun sosial-iqtisadi inkişafının daha da sürətlənməsi, Masallı Tarix Diyarşünaslıq Muzeyinin, Uşaq İncəsənət Məktəbinin tikintisi, uzunluğu 23,8 kilometr olan kəndarası yolların çəkilməsi məqsədi ilə 10,7 milyon manat vəsait ayrılmışdır. Bütün bunlar Masallı rayonuna, onun sakinlərinə Prezident İlham Əliyevin diqqətinin, qayğısının nəticəsidir.
"Torpağa düşməsin havayı
bir dən"
Masallının torpaq sahələri
az olsa
da, münbit və bərəkətlidir.
2013-cü ildə masallılılar
7604 hektar buğda sahəsindən 17895 ton, 2430 hektar
arpa sahəsindən
70299 ton məhsul götürmüşlər.
Sahibkarlığın inkişaf etdirilməsi
də Masallıda əsas diqqət mərkəzində olan məsələlərdəndir. Bu məqsədlə Sahibkarlığa
Kömək Milli Fondu tərəfindən Masallıda fəaliyyət
göstərən 80 sahibkara
3 milyon 212 min manat güzəştli kredit verilmişdir. Bakı şəhərində təşkil edilmiş kənd təsərrüfatı
məhsullarının satışı
yarmarkalarında Masallı
sahibkarları yaxından
iştirak etmişlər.
Yarmarkalara 265 ton tərəvəz,
112 ton kartof, 4 ton mal və
quş əti, 10 ton noxud və digər
kənd təsərrüfatı
məhsulları göndərilmişdir.
Çörəyi torpaqdan çıxan masallılılar heyvandarlığa
da həmişə böyük önəm vermişlər. Ona görə də
bu gün bu rayonda iribuynuzluların
sayı 73644-ə, xırdabuynuzluların
sayı isə 83098-ə
çatdırılmışdır.
"Yeniləşən
Azərbaycana yeni məktəb"
Masallı rayonunda, eləcə də ölkəmizin müxtəlif şəhərlərində
bu rayondan pərvazlanmış ziyalılar
çoxdur. Onlar rayonun bütün
tədbirlərində həmişə
yaxından iştirak edirlər. Məktəb
partasından başlanan
bu uğurların davamlı olması üçün bu gün Masallı rayonunda "Yeniləşən
Azərbaycana yeni məktəb" devizi altında Heydər Əliyev Fondunun təşəbbüsü ilə
34 məktəb binası
tikilmiş, 5 məktəb
binası əsaslı
təmir edilmişdir.
2013-cü
ildə isə 5 məktəb - 640 şagird
üçün Xıl,
360 şagird üçün
Öncəqala, 220 şagird
üçün Kəlbəhüseynli,
220 şagird üçün
Kosakül, 80 şagird
üçün Allahyarlı
kənd məktəbləri
inşa edilərək
istifadəyə verilmişdir.
840 şagirdə hesablanmış Bədalan
kənd tam orta məktəbinin əsas korpusunun təmiri başa çatdırılmışdır.
Hazırda Mahmudavar kənd
ümumi məktəbinin
tikintisi, Kolatan və Masallı şəhər 1 saylı
tam orta məktəblərinin,
Bədalan kənd tam orta məktəbinin ikinci korpusunun əsaslı təmiri davam etdirilir. Şatıroba, Çayqıraq, Dəlləkoba, Köhnə
Zuvand kəndlərində
yeni məktəb binalarının inşası
yaxın vaxtlarda reallaşacaq.
Ölkə jurnalistləri Masallıda
Həmişə qonaqlı-qaralı olan Masallıda bu dəfə jurnalistlər qonaq idilər. Martın ilk günlərinə
təsadüf edən
bu tədbir bir də o incəliyi
ilə fərqlənirdi
ki, müxtəlif televiziya kanallarının,
qəzetlərin, agentliklərin,
portalların nümayəndələri
Masallının uğurlarına
bir yerdə şahidlik edirdilər.
Elə bu yerdə onu
qeyd etmək lazımdır ki, ölkənin iqtisadi-siyasi,
ictimai həyatında
öz layiqli yeri olan Masallı
haqqında həqiqətə
uyğun olmayan bir sıra xəbərlər,
yazılar dərc edən saytların nümayəndələri çox
güman ki, utandıqlarından dəvət
olunmalarına baxmayaraq,
bu tədbirdə iştirak etmirdilər. Çox istərdik ki, məhz bu saytların
nümayəndələri Masallı
haqqında Masallıda
olmadan yazı yazmaq "prinsiplərindən"
daşınsınlar.
Şəhəri bir yerdə gəzən jurnalistlər
və Masallı rəsmiləri abad parklarda, geniş küçə və meydanlarda olmuşlar. Onlar Bayraq
Meydanında və burdakı muzeydə daha maraqlı görüntülərlə qarşılaşmışlar.
Qonaqlar Heydər Əliyev Mərkəzində rayon Ziyalılar
Cəmiyyətinin üzvləri
ilə görüş
keçirmişlər.
Daha sonra Masallı rayon İcra Hakimiyyətinin başçısı
Rafil Hüseynov jurnalistlərlə görüş
keçirmiş və
Masallı haqqında çox səmimi dialoq aparmışdır. O, tövsiyə
xarakterli xahişini də unutmamışdır:
"Gözəl Masallı
haqqında ancaq həqiqətləri yazın".
Səxavət Məmmədli
Ədalət.-2014.-19 mart.-S.7.