Səməd Vurğun
Azərbaycan
Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan!;
Eşitmişəm uzaqlardan
Sakit axan arazları;
Sınamışam dostu, yarı...
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana:
Hankı
səmta, hankı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!
Fəqət səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə,
Saçlarıma dən düşəndə
Boğar
aylar, illər məni,
Qınamısan ellər məni.
Dağlarının başı qardır,
Ağ örpəyin
buludlardır.
Böyük bir keçmişin
vardır,
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın
sənin.
Düşdün uğursuz dillərə,
Nəs aylara, nəs illərə.
Nəsillərdən nəsillərə
Keçən bir şöhrətin
vardır;
Oğlun,
qızın bəxtiyardır...
Hey baxıram bu düzlərə,
Ala gözlü gündüzlərə;
Qara xallı ağ
üzlərə
Könül istər şeir
yaza;
Gəncləşirəm yaza-yaza...
Ölməz könül, ölməz
əsər,
Nizamilər, Füzulilər
Əlin
qələm, sinəm
dəftər,
De gəlsin hər nəyin vardır,
Deyilən söz yadigardır.
ANA
Pək cocuğdum, yerə gömdülər səni,
Həyata qanadsız atdılar məni.
Bax, necə pozulub ömür gülşəni,
Həyat
sənsiz mənə zindandır, ana!
Qoynunda bəslənir gözəl
diləklər,
Layiqdir səcdəyə sənə
mələklər,
Nerdəsən, gözlərim həp
səni bəklər,
Bax evladın nasıl giryandır, ana!
Sən bir günəş idin, doğdum da, batdın,
Yazıq evladını qəmlərə
atdın.
Bir cavab ver, hanki
murada çatdın
Torpaqlarda
neçə zamandır,
ana!
Bir ah çəksəm
sənsiz, qopmazmı tufan?
Əzizim
anacan, gözüm anacan!
Yumuq gözlərini aç da bir oyan,
Şimdi
zaman başqa zamandır, ana!
Yıxılıb payinə öpmək
istərəm,
Analıq
mehrini görmək istərəm,
Səni
görmək üçün
ölmək istərəm,
Təsəlim ah ilə fəğandır,
ana!
DAĞLAR
Binələri çadır- çadır
Çox
gəzmişəm özüm,
dağlar!
Qüdrətini sizdən aldı
Mənim
sazım, sözüm,
dağlar!
Maral gəzər asta - asta,
Enib gələr
çeşmə üstə.
Gözüm yolda, könlüm
səsdə,
Deyin, necə dözüm, dağlar?
Hər obanın bir yaylağı,
Hər tərlanın öz oylağı;
Dolaylarda
bahar çağı:
Bir doyunca gəzim, dağlar!
Qayaları baş - başadır,
Güneyləri tamaşadır.
Gödək ömrü çox
yaşadır,
Canım
dağlar, gözüm
dağlar!
Bir qonağam bu dünyada,
Bir gün ömrüm gedər bada;
Vurğunu da salar yada
Düz ilqarlı bizim dağlar
Sevirəm
Mən də bir insanam,
mən də canlıyam,
Mənim
də qəlbimin arzuları var!
Deyirlər arabir dəliqanlıyam.
Çox
da deyinməsin dalımca əğyar!
Mənim
də qəlbimin arzuları var!..
Mən səni sevmədim "o gözlər" deyə,
Gözümdən od kimi yaşlar tökmədim;
Mən sənə vermədim qızıl hədiyyə,
Çünki yalvarmadım və
diz çökmədim;
Gözümdən od kimi yaşlar tökmədim;
Sən Xumar deyilsən, mən də ki, Sənan...
Bugünkü sevginin başqadır andı.
Nə Məcnun, nə Leyli, nə də biyaban
Qalmamış, onların adı
yaşandı;
Bu günkü sevginin
başqadır andı.
Qoy bizə gülməsin nə dost, nə də yad,
Ehtiyatlı danış, ehtiyatlı
dur!..
Nə qədər mən sağam, get dolan azad!
Ancaq sevgilimdən xahişim budur:
Ehtiyatlı danış, ehtiyatlı
dur!..
Haydı,
insanlara qaynayıb - qarış,
Qalma bu dünyada həyatdan iraq!
İstəsən aləmi gəz
qarış - qarış,
Xain adamları tez görüb buraq,
Qalma bu dünyada həyatdan iraq!
Hüsnünü örtməsin nə
pərdə, nə rəng
Ay kimi saf dolan,
gün kimi açıq;
Keçmişin üstünə qələm
çəkərək
Vuruş
meydanında vuruşmağa
çıx,
Ay kimi saf dolan,
gün kimi açıq!
Bu son sözlərimi qulağından
as!
Dünyada hər günün
bir hökmü vardır...
Vaxtını almasın nə toy, nə də yas.
Gurlayan səsinlə "irəli!"
haykır;
Dünyada hər günün bir hökmü vardır.
Anam gəlini
Başına döndüyüm, anam
gəlini!
Sən ilk qönçəsisən
bizim gülşənin.
Hər səhər günəşə
uzat əlini,
İşıqda, qüvvətdə adın
var sənin...
Sən ilk qönçəsisən
bizim gülşənin.
Öpsün ayağını çöldə
çiçəklər,
Quşların avazı bir toya dönsün.
Tökülsün sinənə qara
birçəklər,
Gözəllik dünyada açıq
görünsün
Quşların avazı bir toya dönsün.
Sən
ilk pərisisən şerin,
sənətin,
Adın tarixlərdə bir yadigardır.
Günəşdən rəng alan bir
məhəbbətin
O açıq alnında işığı vardır,
Adın tarixlərdə bir yadigardır.
Hüsnünü örtməsin nə
pərdə, nə rəng,
Ay kibi saf dolan,
gün kibi açıq,
Keçmişin üstünə qələm
çəkərək,
Vuruş
meydanında vuruşmağa
çıx,
Ay kibi saf dolan,
gün kibi açıq.
Könlümdə sirri var, tərlan sonamın
Bütün gözəlliyin gözüdür
insan,
Zülmətdə şam kibi sönmüş anamın
Ölüm qisasını alaq
dünyadan
Bütün gözəlliyin gözüdür
insan.
Beşikdən başlamış ölümə
qədər,
Tarixlər yazılır sənin əlinlə.
Səndədir yaraşıq səndədir
hünər,
Şeirim
qanad çalır hər əməlinlə
Tarixlər yazılır sənin əlinlə.
Başına döndüyüm, anam
gəlini!
Sən ilk qönçəsisən
bizim gülşənin.
Hər səhər günəşə
uzat əlini,
İşıqda, qüvvətdə adın
var sənin...
Sən ilk qönçəsisən
bizim gülşənin.
Bənövşə
Yazın
novbarısan bizim diyarda,
Qıvrım tellərini sana, bənövşə!
Mən səni sevmişəm bir ilk baharda,
Könlümü vermişəm sana, bənövşə!
Sənsən əzəl gündən mənim sirdaşım,
Gözündən ayrılsın axar göz yaşım;
Gövdəmin üstündə durmayır başım
Buranda boynunu yana, bənövşə!..
Çıxmışam seyrinə meyli, məzəli,
Heyrandır hüsnünə ellər gözəli;
Könlüm oylağını yaxın gəzəli
Çoxları küsəndi mana, bənövşə!
Üzündə gördüyüm nə intizardır?
Qəlbində Vaqifin sirrimi vardır?
Gəl ondan söz açma, indi bahardır.
Bağrımı döndərmə qana,
bənövşə!
Boynunu kəc burma
gəl indən belə,
Mən sənə söz qoşum, sən məni dinlə;
Vurğunun şeirilə, sənin
hüsnünlə
Təbiət gələcək cana, bənövşə!
Ədalət.-2014.-20
mart.-S.15.