SÖZ ÇƏLƏNGLƏRİ

"YADA DÜŞDÜ"

 

Diqqətli oxucu yəqin ki, bu adı oxuyan kimi ədəbi-bədii, nostalji jurnalı gözlərinin önünə gətirdi. Mən bunu təbii sayıram. Çünki təkcə həmin o ad, yəni yada düşdü özü-özlüyündə mənsanı dünənə kökləyir, xatirələrə doğru qanadlandırır. Və hər kəsin də təbii ki, dünənində mütləq nəsə var. Bu mütləq nəsə insanın dününlə bir təmas nöqtəsi olur, bir körpü olur. O nöqtədən, o körpüdən bizim ruzumuz dünənə doğru keçib gedir. Biz fiziki anlamda bu gündə olsaq da həmin o ruh bağlılığı, xatirə çağırışı bizim dünənimizi daha da şirinləşdirir, daha da doğmalaşdırır. Bax bu mənada "Yada düşdü" sözün bütün çalarları ilə kifayət qədər xatirə yüklüdü. Bu juranlın hər səhifəsində həmin o xatirə yarpaqları öz xəfif xışıltısını sözə, fikrə, misraya çevirir. Oxucu da həmin o sözün, fikrin, misranın içərisində baş-başa qaldığı dünənini yenidən yaşayır.

Bugünlərdə yeni sayı, yəni mart-aprel aylarını əhatə edən nömrəsi işıq üzü görən "Yada düşdü" çox qəribə bir üz qabığı görüntüsü ilə oxuculara qonaq gəlib. Sözün həqiqi mənasında jurnalın üz qabığında həm təbiətin yazını, həm ömrün yazını, həm xatirələrin yazını, həm də sözün yazını göstərən, tumurcuqları pardaxlanmış budağı seyr etdikcə şəxsən mən çox qəribə, izah edə bilməyəcəyim hisslər keçirdim. Yaşadığım hisslər məni dünəndə qalan gəncliyimə, ömrün ilk sevgi dolu illərinə apardı.

"Yada düşdü"nün bu sayı dəyərli söz adamı, tanınmış telejurnalistşair Bəxtiyar Qaracanın Əli bəy Hüseynzadənin150 illiyinə həsr edilmiş "Həqiqətin böyüyüg" publisistik araşdırma yazısı ilə başlayır. Maraqlı faktlarla zəngin olan bu yazını oxuduqca Əli bəy Hüseynzadəni daha yaxından tanımaq imkanı oxucu üçün yaradılır. Jurnalın növbəti yazısı dəyərli qələm adamı, yazıçı-publisist, ağsaqqal dostumuz, çoxlu sayda kitabların, ədəbi-bədii nümunələrin və xatirələrin müəllifi olan Nahid Hacızadənin xalq yazıçısı İlyas Əfəndiyevin 100 illiyi ilə bağlı yazdığı "Yazıçıya yazmaq qalacaq"dı. Elə yeri gəlmişkən, onu da vurğulayaq ki, juranlın bu sayında Nahid müəllimin şair Teymur Elçinin 90 illiyi ilə bağlı "Nurlu ömür" xatirə oçerkioxuculara təqdim edilibdi.

Öz prinsiplərinə sadiq qalan "Yada düşdü"nün bu sayında tanınmış jurnalist Şəfəq Nasir babası jurnalist Məmmədəli Nasirlə bağlı "Yaddaşımı göynədən xatirələr" adlı maraqlı araşdırma, tətqiat yazısı da oxucuların ixtiyarına verilib. Bu yazıları oxuduqca təbii ki, dünənimizə bir daha səyahət edib, dünənimizi bir daha yaşayırıq - özüduya-duya, dəyərləndirə-dəyərləndirə.

Nostalji yazıların bir növ davamı kimi jurnalın bu sayında xalq şairi Cabir Novruzun "Tələsin, insanlarg" eşiri, Firuz Mustafanın "Mənim tanıdığım İsmayıl Şıxlı" adlı yazıları da şəxsən mənim üçün çox maraqlı detallarla zəngindi. Həmin yazılar özü birbaşa oxucunun könlünə yol tapmaq haqqını qazanmış və elə bu haqqın da işığında qələmə alınmışdı. Jurnalda yazıçı-publisist Salatın Əhmədlinin "Təndir yarası", Kamil İsmayılın "Dəfn" hekayələri, həmçinin xalq şairi Fikrət Qocanın, eləcə də digər müəlliflərin poeziya nümunələri Arazın o tayından yazılıb göndərilmiş tarixilik baxımından çox dəyərli və Qarabagxatirələrinin fonunda böyük önəm kəsb edən erməni həyasızlığı ilə bağlı yazı maraqla oxunur.

Onu da xatırladım ki, həmişə olduğu kimi, bu sayında da "Yada düşdü" balaca oxucuları, gözəl fidanları unutmayıb.

Jurnallarla bağlı oxuculara təqdim etdiyim informasiyanın sonunda şərqin ilk opera yazan qadın bəsğəkarı Şəfiqə xanım Axundova ilə bağlı materialı diqqətə çatdırmağı özümə borc bilirəm. Və nəhayət, juranlın bu sayında "Şair haqqında şair sözü" rubrikasının işığında "Möcüzə axtaran səyyah" adlı material da təqdim olunub. həmin yazıda söhbət şairə Sonna Vəliyeva "Arazbarı" kitabından gedir. Düşünürəm ki, "Yada düşdü"nün bu sayı mütləq oxucuların yadına düşəcək və onlar bu jurnalı arayıb axtaracaqlar.

 

 

"AZƏRBAYCAN"

 

Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı olan və 1923-cü ildən üzü bəri yol gələn "Azərbaycan" jurnalının 4-cü sayı, yəni aprel nömrəsi artıq oxucuların ixtiyarına verilib. Baş redaktoru İntiqam Qasımzadə, baş redaktor müavini Südabə Ağamalıyeva və məsul katibi Tofiq Mahmudov olan jurnalın bu sayında da bir-birindən maraqlı ədəbi nümunələr oxucuların qarşısına çıxarılır.

Təqdim olunan yazılar demək olar ki, bütün janrları əhatə edir. Poeziya, nəsr, dramaturgiya, ədəbi portretlər, xatirələr, duyğular, ədəbi gənclik, yeni tərcümələr, tənqid və ədəbiyyatşünaslıq, kitablar, rəylər və sairə bölümlərdə ifadə olunan jurnalın ilk yazısı "Bizim türk dünyamız" rubrikasında Vilayət Quliyevin təqdimatı ilə İsmayıl bəy Kaspralıya həsr olunub. Onun "Firəngistan məktubları" oxucuların ixtiyarına verilib. Tarixyaddaş baxımından maraq doğuran , bu gün üçün əhəmiyyətini qoruyub saxlayan həmin yazı həqiqətən də günümüzün tələbləri ilə səsləşir. Bu yazının ardınca oxucular imzasını çoxdan tanıyıb sevdikləri Ağasəfanın son şeirləri ilə tanış olmaq imkanı qazanırlar.

Jurnalın dramaturjiya bölümündə "Ulduz" jurnalının baş redaktorunun müavini, tanınmış şair-yazar İlqar Fəhminin "Şahnamə" tarixi dramı təqdim edilibdi.

Ümumiyyətlə, juranlın bu sayında təqdim edilən poeziya nümunələri içərisində aprelin son günündə 60 yaşı tamam olan Ağacəfər Həsənlinin şeirləri, onun barəsində AYB-nin katibi Arif Əmrahoğlunun fikirləri, həmçinin Bilal Alarlının şeirləri də maraqla oxunur. Jurnalda Əliabbasın "Oxucu hekayəsi", gənc ədəbi quvvələrin poeziya nümunələri, eləcə də yeni tərcümələrin verilməsi həm mövzu rəngarəngliyi, həm də jurnalın ədəbi səviyyəsi baxımından çox təqdirəlayiqdi.

"Azərbaycan"ın 4-cü sayında gənc tənqidçi Elnarə Akimovanın sovet dövrü Azərbaycan poeziyasında ədəbi təmayüllər, təşəkkül və inkişaf baxımından "Axınlar, təmayüllər" adlı tənqidi yazısı çap olunub. jurnalda həmçinin yeni nəşrlər və tərcümələr oxumaq və barəisndə məlumatlar əldə etmək mümkündür.

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2014.-1 may.-S.6.