İNDİ ŞƏKİDƏ BÜTÜN MƏSƏLƏLƏRİN ANA XƏTTİ YALNIZ YÜKSƏLİŞDƏN KEÇİR

Prezident: "Əhalinin sağlamlığı sosial siyasətimizin ən vacib tərkib hissəsidir"

 

Ölkə möhtəşəm yüksəlişdədir. Bunu görməmək, duymamaq mümkün deyil. Paytaxt Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi, respublikanın digər şəhər rayonlarının, kənd qəsəbələrinin müasir səviyyəyə uyğun formalaşması, sosial-iqtisadi uğurların ardıcıllaşması, eyni zamanda ölkə rəhbərliyinin daxili xarici siyasətdə sərbəst fəaliyyəti hər bir azərbaycanlını qürurlandırır.

Həmişə Böyük Şəhər adlandırdığımız Şəkinin taleyində xoş günlər yaşanır. Çünki burada çox işlər görülür, dövlətin xalqın maraqları bir-birini tamamlayır, insanlar gələcəyə daha böyük ümidlərlə baxır. Əhaliyə qayğı diqqət baxımından dövlət siyasətimizin artıq elə məsələləri gündəmdə olur ki, biz belə bir münasibəti ancaq arzulaya bilərdik. Məsələn, Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin məsələlərdən biri kimi əhalinin sağlamlığına diqqətin vacibliyini xüsusi vurğulamışdır. Cənab Prezident demişdir: "Biz bu ilin birinci rübünün cəmi iki ayı ərzində Azərbaycanda böyük bir sosial təşəbbüsün icrasını müşahidə edirik. Əhalinin dispanserizasiya proqramı icra edilir. Bu, sırf sosial məna daşıyan bir layihədir. Bu layihənin icra edilməsi üçün əlbəttə ki, ilkin şərtlər olmalı idi. O da ondan ibarətdir ki, müasir avadanlıq, müasir tibb mərkəzləri olmalıdır ki, bunları da biz son illər ərzində bütün ölkə üzrə yaratmışıq. Qısa müddət ərzində - cəmi iki ayda dörd milyon insan bu müayinədən keçib. Hesab edirəm ki, bu təşəbbüs hər il göstərilməlidir bu, daimi proses olmalıdır.

Şadam ki, artıq vətəndaşlar da buna müsbət reaksiya verirlər. Çünki bu, ilk növbədə onlar üçün lazımdır, hər bir insan üçün lazımdır. Yəni, hesab edirəm ki, bu, sosial siyasətimizin tərkib hissəsi olan çox önəmli bir təşəbbüsdür. Şadam ki, bunu biz icra edə bilirik".

 

...Elxan Usubov da bu vacib məsələdən danışdı

 

Nazirlər Kabinetinin iclası ilə əlaqədar Şəki şəhərində keçirilən yığıncaqda çıxış edən Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov da bu vacib məsələ ətrafında geniş danışmışdır:

- Qeyd etmək istəyirəm ki, cənab Prezidentimizin tapşırıq tövsiyəsinə uyğun olaraq fevralın 17-dən başlayan bu aksiya respublikamızın bütün şəhər rayonlarında olduğu kimi, Şəkidə uğurla aparılır. Bu məqsədlə Şəki mərkəzi rayon xəstəxanasının konsultativ poliklinika şöbəsində əhalinin kütləvi dispanserizasiyasına ciddi hazırlıq işləri görülmüşdür. Müayinələrin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün xüsusi tədbirlər planı hazırlanmış, qrafik müəyyənləşdirilmişdir. Əhalinin müayinə olunması üçün poliklinika şöbəsində bütün lazımi şərait yaradılmışdır.

Dispanzerizasiya xəstəliklərin erkən aşkar edilməsində insanların fiziki sağlamlığının qorunmasında mühüm rol oynayır. Aksiyanın mütəşəkkil keçirilməsini təmin etmək üçün şəhər icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi qərargah yaradılmış, cədvəl tərtib edilmişdir. Əhali arasında tibbi müayinənin məqsədi əhəmiyyəti barədə müntəzəm olaraq maarifləndirmə, izahat işləri aparılır. Bunun nəticəsidir ki, rayon əhalisi insanların sağlamlığının qorunmasına yönələn bu aksiyada olduqca fəal iştirak edir. Aksiya artıq öz müsbət nəticələrini verməkdədir rayon əhalisi dövlətimizin başçısının bu xeyirxah təşəbbüsünü ürəkdən alqışlayır. Fevralın 17-dən başlanan aksiya çərçivəsində indiyədək 67538 nəfər yaxın sakin tibbi müayinədən keçmişdir. Aksiya başlandığı gündən indiyədək müayinədən keçən 67538 nəfər sakinin 6307 nəfər ambulator , 102 nəfər stasionar müalicəyə cəlb edilmiş, 42 nəfər Bakı şəhərinə müalicəyə göndərilmişdir. Bütün şəkililər adından bu böyük sosial layihəyə görə cənab Prezidentimizə bir daha təşəkkürümüzü bildiririk...

 

Rayonda əldə olunan bir sıra nailiyyətlər

rəqəmlərdə

öz əksini tapır

 

2014-cü ilin I rübündə rayonun sosial-iqtisadi inkişafının yekunları ilə tanış olmaq üçün konkret faktlara nəzər salaq.

2014-cü ilin I rübündə ilkin hesablamalara görə faktiki qiymətlərlə 73 milyon 242 min manatlıq məhsul buraxılmışdır ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz çoxdur. Adambaşına faktiki qiymətlərlə 408 manatlıq məhsul buraxılmışdır. Rayon üzrə orta aylıq əmək haqqı 240 manat olmuşdur. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çoxdur. 2014-cü ilin I rübündə Şəki rayonunda 489 yeri açılmışdır ki,onların da hamısı daimi yerləridir. 2014 - ilin I rübündə Şəki rayonunda əmtəə dövriyyəsinin ümumi həcmi 732 milyon 29 min manat olmuşdur. Bu göstərici 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz çoxdur. Hazırda rayonda 22 sənaye müəssisəsi fəaliyyət göstərir. Bunların 14-ü kiçik müəssisədir. 2014-cü ilin I rübündə Şəki rayonunda istehsal qeyri istehsal sahələrinin inkişafına yönəldilmiş investisiyanın həcmi 22 milyon 200 min manat olmuşdur ki, bu da 2013-ci ilin müvafiq dövrü ilə müqayisədə 95 faiz təşkil edir. İstifadə edilmiş investisiyanın 37,1 faizi dövlət mülkiyyətinin, 62,9 faizi qeyri- dövlət mülkiyyətinin payına düşür.

Əsas kapitala yönəldilmiş investisiyanın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dövlət mülkiyyəti üzrə 91,4 faiz, qeyri-dövlət mülkiyyəti üzrə 124 faiz olmuşdur. 2014-cü ilin I rübündə əsas kapitala yönəldilmiş investisiyanın 91,1 faizi tikinti quraşdırma işlərinə sərf edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 91,2 faiz təşkil edir. Hazırda çörək zavodunun, yeni bazarın, Baş Göynük kəndində 500, Baş Şabalıd kəndində 180, Şin kəndində 280, Göybulaq kəndində 180 Qoxmuq kəndində 750 şagird yerlik məktəb binalarının tikintisi davam etdirilir. Cari ilin birinci rübündə Şəki rayonunda 489 yeri açılmışdır ki, bunun da 9,2 faizi yeni yaradılmış müəssisə təşkilatların, 20,4 faizi mövcud müəssisə təşkilatların, 53,3 faizi fiziki şəxslərin payına düşür.

Əhalinin

sosial müdafiəsi

 

Bəhs olunan dövrdə Şəkidə əmək haqları, pensiyalar ünvanlı sosial yardımların əhaliyə çatdırılmasında, əhalinin sosial müdafiəsinin daha etibarlı şəkildə təmin olunması istiqamətində bir sıra işlər görülmüşdür. 2014-cü ilin I rübündə 460 ailəyə Ünvanlı Dövlət Sosial Yardımı təyin olunmuşdur. Hal-hazırda 2414 ailə Ünvanlı Dövlət Sosial Yardımı alır. Şəki rayonu üzrə hər bir ailə üzvünə təyin edilən Ünvanlı Dövlət Sosial Yardımın orta aylıq məbləği 27 manat 70 qəpik, hər ailəyə düşən orta məbləğ isə 123 manat 51 qəpik təşkil etmişdir.

Dövlət Sosial Müdafiə Fondunun Şəki Şəhər Şöbəsi 2014-cü ilin I rübündə 25969 nəfər əmək pensiyaçısına xidmət göstərmişdir. Həmin pensiyaçılardan 16621 nəfəri yaşa görə, 7716 nəfəri əlilliyə, 1632 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır. Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsi üzrə pensiyanın orta aylıq məbləği 157 manat,48 qəpik təşkil edir. Bu 2003-cü ilin müvafiq dövrü ilə müqayisədə pensiyaların orta aylıq məbləğində 5,8 dəfə artım deməkdir.

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2014.-3 may.-S.19.