UNUDULMAYAN
ŞAİR
("Ədəbiyyatımızın
cəfakeşləri" silsiləsindən- İsa
İsmayılzadə)
997-ci ilin iyul ayında sapsağlam bir Azərbaycan şairi-İsa İsmayılzadə birdən-birə ölüm yatağına düşdü və gözlərimizin qarşısında şam kimi əridi, tanışlarının çoxu onun bu qəfil xəstəliyindən xəbər tutmamış dünyasını tərk etdi. On yeddi İsa
yoxdur, onun şeirində dediyi möcüzə də
("Haçansa dünyaya qayıdacağam") baş
vermir. Amma hərdən
mənə elə gəlir ki, o möcüzə baş verəcək,
bu saat İsa qapını açıb redaksiyaya daxil olacaq,
yenə "Azərbaycan" curnalındakı öz iş
otağına çəkiləcək, yenə şeirlər
yazacaq.
İsa
İsmayılzadə 60-90-cı illər Azərbaycan
poeziyasının tanınmış nümayəndələrindən
biri idi və indi , onun ölümündən
keçən bu on yeddi il ərzində biz bunu daha artıq
hiss edirik ki, onun poeziyası təkcə
yazıldığı illərin deyil, bu günün və gələcəyin
də poeziyasıdır. O, elə bir vaxtda ədəbiyyata gəlmişdi
ki, artıq sənətdə yeni meyllər, tendensiyalar meydana
gəlirdi, İsa və onun mənsub olduğu ədəbi nəsil
bədii axtarışlar yolunu tutub bu yeniliyin ədəbiyyatda
inikas olunmasında böyük rol oynadılar.Əlbəttə,
yenilik, novatorluq həmişə müqavimətlə, mühəfizəkarlıqla
qarşılanır və İsa İsmayılzada də bunu
özünün sənət taleyində hiss elədi.
Yaxşı xatırlayıram ki,İsanın
"Yağış gölməçəsi" şeiri
mücərrəd, anlaşılmaz, guya ədəbi ənənələrə
zidd bir poeziya nümunəsi kimi tənqid hədəfinə
çevrildi.İsa yağışın yağmasını,
bu yağışdan yaranan gölməçələri təsvir
etmişdi, amma necə:
Yağdı,
tala-tala gölməçə yağdı,
göylərin dəlisov ilhamı yağdı,
sərçələrin soyuq "hamamı" yağdı,
Yağış
gölməçəsm buludla doldu,
Günəşlə,
payızla,
sükutla doldu.
Sonralar "eksperiment" kimi qəbul edilən bu tipli
şeirlər yazmaq adi hala çevrildi və məlum oldu ki,
sözün min bir çaları varmış, sözün rəngləri,
naxışları, fəsilləri varmış, sadəcə
olaraq bunları şeirə gətirmək lazımmış. İllər keçdi və
İsa İsmayılzadə də bir çox
yaşıdları kimi etiraf olundu, hətta cavanlara
qarşı çox qısqanc bir mövqedə dayanan Məmməd
Rahim İsanın bir şeiri haqqında ayrıca məqalə
yazdı, onu istedadlı bir şair kimi təriflədi. Həmin
şeir isə İsa İsmayılzadənin müharibə
haqqında yazdığı ən gözəl şeirlərindən
biri kimi poeziyamızın inciləri sırasına daxil oldu:
Getdilər. Getdilər fit çala-çala,
Getdilər atları çimizdirməyə.
Bizi aparmadılar.
Qulançar
yığmağa, moruq dərməyə
Bizi aparmadılar.
Yalvarıb-yaxarıb,
dil tökəndə biz
onlar
üstümüzə od ələdilər,
qışqırıb-təpinib, hədələdilər:
"Hələ
uşaqsınızgnə yaşınız var.."
Getdilər,
öetdilər Berlinə sarı,
getdilər, getdilər ölümə sarı.
Güllələr
demədi: geri qayıdın.
Lülələr
demədi: geri qayıdın,
qəlpələr demədi: geri qayıdın,
hələ uşaqsınız, nə yaşınız var.
İsa
İsmayılzadənin poeziyası XX əsrin mürəkkəb,
təzadlı mənzərəsini əks etdirmək
baxımından hər hansı bir tədqiqatçı
üçün maraqlı bir mənbə ola
bilər. Onun şeir və poemaları
vaxtında öz qiymətini alıb."İmzalar və
ümidlər" məqaləsində görkəmli tənqidçi
Yaşar Qarayev yazırdı: "Poeziya ilə hər
uğurlu görüş yeni bir imzanın təravəti ilə
rastlaşanda baş verir. Əsl şeirdə
varlıq da, dünya da hər dəfə yenidən, hər dəfə
"ilk dəfə" görynə bilər. şairlər varlığın ifadə etdiyi
poetik mənanı və bədii sərvəti
artırırlar. təbiət özü əlavə
bir hüsn, məna kəsb etmədən peyzaca - bədii
obraza çevrilə bilmir.
"Yarpaqlar
lampa tək alışıb- yanır" - bu ilk misradan obraz
artıq tapılır: yarpaqlar yaşıl
işığa-lampaya, çırağa bənzədilir. Şeirin bütün sonrakı davamı bu epitet
üzərində qurulur. Şair bir daha yarpaq
sözü işlətmir, sanki ancaq lampadan, ancaq
çıraqdan danışır:
Yuyur
çıraqları noyabr ayı,
ehmalca-ehmalca yerə döşəyir.
Ehtiyatlı
olun, ayaqlamayın,
lampalar
qırılar,
qaralar
meşə"
Yaşar Qarayev İsa İsmayılzadənin
altmışıncı illərdə yazdığı
şeirlərinin yenilikçi ruhunu düzgün şərh
etmişdi. O,
doğru qeyd edirdi ki, İsanın bir çox şeirlərində
hətta mücərrəd mənəvi anlayışlar, hərəkətlər
və proseslər də əyaniləşərək,
"cisimləşərək" təsvir edilir.
İsanın
poeziyasındakı özünəməxsusluğu Anar belə
açıqlamışdı: "İsa İsmayılzadə
şeiri rəsm edir, çəkir. O, tapdığı müəyyən
bir obrazı, lövhəni kağız üzərində
müxtəlif variasiyalarla, dönümlərlə işləyir,
çözələyir, eyni bir mənzərəni müxtəlif
nöqtələrdən, müxtəlif ölçülərdən
göstərir, bir sözlə, eskizlər yaradır
İsa İsmayılzadə dünya poeziyasına vaqif
olan bir şair idi. Şeir kitablarının birinə yazdığı
ön sözdə deyirdi: "İkinci kursda oxuyarkən, adını
təzə eşitdiyim Pablo Nerudanın ikicildlik şeir
kitabını mənə bir gecəliyə, ancaq bir gecəliyə
oxumağa verdilər. Axşamdan başlayıb gecə
yarıya kimi oxuyub qurtardım, amma P.Nerudanın qüdrətli
obraz sehrinin təsirindən qurtara bilmədim: onda inandım ki,
dahilərin əlində söz doğrudan da möcüzədir,
sehrdir, nə isə, elastik bir materialdır- onu istədiyi səmtə
əyə bilir, ondan istədiyi fikri-obrazı ala bilir. Söz
insanın, daha doğrusu, "sehrbaz şairlərin" necə
də qulu olarmış( Füzulini,
Rilkeni, Svetayevanı, Bloku, N.Hikməti, Voznesenskini oxuyandan sonra
bu qənaətim daha da gücləndi). Ölməz Çili
şairinin mənə bağışlvadığı o
sehirli gecə mənim ömrümdə yuxusuz, narahat obraz gecəsi
kimi qaldı.."
Eyni hissi mən də İsa İsmayılzadənin
şeirlərini oxuyarkən keçirmişəm. Kifayət qədər
obrazlı düşünən və bu düşüncələrini
poeziyada obrazlara çevirən İsanın şeirləri
indinin özündə də görüb-götürmək
nümunəsidir.
Şıdırğı,
selləmə yağış yağanda,
Bizim
evimizin yaxınlığında
Arxlar
çiçəkləyər,
Kür çiçəkləyər.
Suyunun sinəsi,
üzü buluda,
Hər
damcı- təzəcə açılan buta,
Açıla-açıla solar yerində.
Bir az boy göstərib, dikəlmək istər,
Qorxulu-qorxulu
bükülmək istər,
Bükylə-bükülə ölər yerində.
İsanın
şeir kitablarından zövqümcə (əlbəttə,
isasevərlərin zövqünü də nəzərə
alıram) olan şeirləri bir-bir sıralayıram:
"1941","Yağış gölməçəsi",
"Oyuncaqsız uşaqlığım",
"İşıqlar", "İşıqlı
yarpaqlar", "Yarpaq odası", "Güllələr
demədi", "Mənim qanadlarım olub bir zaman",
"Avqust", "Vaxtla uzlaşmağı bacarmayanda",
"Qatar gedir Araz boyu", "İkiyə
bölünmüş gün", "Mən bir termos
şüşəsiyəm", "Duel", "Gözləyin,
dünyaya qayıtmağım varg", "Yaxşı
adamların azalır, dünya", "Keçdim Qarayazı
düzənliyindən", "Ögey oğullara inanma, Vətən",
"İçərişəhər". Və onun
poemaları: "Böyüdülmüş şəkillər",
"Heykəl Nəsiminin monoloqları", "1937",
"Haran ağrıyır, Vətən". Bu
şeir və poemalvarın hər biri haqqında ayrıca
söz açmaq, onların poetik məziyyətləri barədə
danışmaq olar.
İsa İsmayılzadənin sevdiyi şairlər
çox idi.Ancaq bir şairi o, hamıdan daha çox sevirdi. Bu şair
"altmışıncıların" yaradıcılıq
yolunun müəyyənləşməsində böyük
rol oynayan Rəsul Rza idi.Çox-çox sonralar,
ölümünə bir il qalmış
isa İsmayılzadə yazacaq: "İlk kitabım 1968-ci ildə
"Gənclik" nəşriyyatında- "Ulduzların ad
günü" adı altında çıxdı. Əkrəm
Əylisli orada baş redaktor işləməsəydi, Rəsul
Rza kimi mənəvi dayağımız olmasaydı, nə mənim,
nə Ələkbərin, nə Vaqif Səmədoğlunun, nə
də Ramiz Rövşənin kitabları işıq
üzü görə bilərdi". Rəsul Rza yeni söz
deyən, poeziyada bir ədəbi nəsil kimi
formalaşmağa can atan cavan şairlərin yol göstərəni
və himayəçisi oldu.
1963-cü
ildə qələmə aldığı "Ümid və
arzular" məqaləsində Rəsul Rza cavan İsa
İsmayılzadənin şeirlərindən söz
açaraq yazmışdı: "İsa İsmayılzadənin
şeirlərində poetik fikir aydın, təsirli, konkretdir.
O, həyatın adi hadisələrinə şair gözü
ilə baxır, onlarda çox şey görməyi
bagarır. İsa gördüklərindən,
duyduqlarından qibtə hissi oyadan poetik bir xəsisliklə
danışır. Sən inanırsan ki, gənc şair
bildiklərinin ancaq bir hissəsini, mühüm
saydığı hissəni oxucuya yetirir"
İsa İsmayılzadə müharibə
dövrünün uşağı idi. Bu
dövrün uşaqları atasızlıq müsibətini
görmüşdülər, qara xəbərlər
eşitmişdilər, boyları yetimlikdən
uzanmamışdı, oyuncaqsız qalmışdılar. "Böyüdülmüş şəkillər"
poeması fikrimcə, müharibədən çox-çox
sonra yazılsa da, müharibənin nə demək olduğunu
poeziyada yüksək sənətkarlıqla əks etdirən
bir nümunə idi.
Qarabağ savaşı başlanandan sonra İsanın
üzü gülmürdü. O, hər gün Qarabağ dərdi
ilə yaşayırdı. Ölümündən üç
il öncə yazdığı "Haran
ağrıyır, Vətən" poemasını dı elə
bu ürək ağrısıyla yazmışdı. Azərbaycanın bu müharibədə itgilər
verməyi, ölkədəki hərc-mərclik, xaos ona
ağır gəlirdi.
Özü
boyda göz yaşıdı Qarabağ,
Dərdimizin başdaşıdı Qarabağ.
Poema bu misralarla başlayır və burada məmləkətimizin
düşdüyü bütün bəlalar bircə-bircə
poeziya işığına çəkilir. Bu
işıqda isə düşdüyümüz bütün
müsibətlər, səhvlərimiz açıq-aşkar
görünür.
Bir vaxt vətən
yolları
harda,
harda qurtarardı-
astarada
qurtarardı.
Vətən
orda
qoruq
olmuşdu, qoruq.
İndi Vətən
yolları
Qurtarar
erməni yuvalarında,
İndi dustaqdı Vətən.
Bu
işıqda düşmənlər də bütün
tarixi-müasir görkəmləri, niyyət və məkrləri
ilə görünürlər: "Atan kazaklardır... Atan
ruslardır.. Pusquda dayanan
Rusiya atır, Səngərdən, meşədən, ağac
dalından, hər dalandan, hər tindən atır Rusiya".
Torpaqlarımızın əldən getməyində, fərariliyin
qorxulu bəlaya çevrilməsində, kəndlərimizin
boşaldılmasında, milli-mənəvi dəyərlərimizin
ucuzlaşmasında isə biz günahkarıq. Bu mənada "Haran
ağrıyır, Vətən" poeması poetik bir ittihama
çevrilir:
Hara qaçırsan, Oğul?
Hara
qaçırsan, Vətən?-
Sən
qurtaran yerdə Ölüm başlayır..
Hara qaçırsan Vətən oğlu?!
Bakıya
uçursan, Vətən,
Bakıya
köçürsən, Vətən
Bakıya
qaçırsan, Vətən..
Mən
belə köç istəmirəm, istəmirəm!
Şəhərdən
Vətən olmaz...
Ancaq bu
poema-ittihamın sonu nikbinliklə bitir: "döyüş
marşı çalınır, haydı, irəli, haydı,
irəli, Əsgər Azərbaycanım".
SON
SÖZ: "Gördüm bu dünyanın hər
üzünü mən". Həyatın,
dünyanın isti-soyuğunu görmüş bir şairin
qırx üç yaşında yazdığı şeirindəndir
bu misra.
İsa doğrudan da, əsl şair ömrü
yaşadı- həyatda qazandığı bütün
uğurlara, sevinclərə, hətta itgilərə görə
də, o, şair ömrünə bağlıdır. İsa bu sənət yolunda
işıqlı adamlar da görüb, "səhralar qoynunda
çiçək" də görüb, işıqsız
adamlar dagLakin o həmişə zamanın dəyişən
küləklərindən öz şair adını ürəyi
kimi təmiz saxladı...
Vaqif
YUSİFLİ
Ədalət.-2014.-3 may.-S.17.