"Xoşbəxtlər haqqında film çəkmək olmur"

Kinorejissor Tahir Əliyev: "Şəxsən mən sənədli kinoda özümü daha rahat hiss edirəm"

 

Tahir Əliyevin çəkdiyi sənədli filmlər müxtəlif beynəlxalq kinofestivallarda, müsabiqələrdə uğur qazanıb. 2008-ci ildən "Salnamə" studiyasında çalışan istedadlı kinorejissor "İnsan Müharibə" IV Beynəlxalq Kino Festivalının, Sergey Bondarçuk Beynəlxalq Kino Festivalının prizlərini alıb, "Zolotoy Vityaz" Beynəlxalq Kino Festivalının dipoluna, Sloveniya Respublikasının Novo-Qoriça şəhərinin mükafatına layiq görülüb.

"Unudulmuş partizan" , "Səhra gülü", "Təxəllüsü Mixaylo", "Parisli azərbaycanlı", "Qafqaz qartalının uçuşu", "Medo Hollandiyadadır" sənədli filmləri ona populyarlıq qazandırıb. Mədəniyyət İncəsənət Universitetinin kinorejissorluq fakültəsində Cəmil Quliyevin kursunu bitirən Tahir Əliyev İstanbul Beykent Universitetinin magistridir. Həmsöhbətim qazandığı uğurlara görə tanınmış diplomat, tariximizin mədəniyyətimizin fədakar araşdırıcısı Ramiz Abutalıbova professor Qulu Məhərrəmliyə minnətdar olduğunu deyir.

 

- Tahir Əliyev növbəti filmini ictimaiyyətə təqdim etdi. "Parisdən məktublar" haqqında sənədli filmin rejissoru özü danışsa yaxşı olar...

- Bir neçə gün öncə premyerası keçirilən "Parisdən məktublar" görkəmli dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının qurucularından biri Əlimərdan bəy Topçubaşovun ömür yolundan bəhs edir. Təqdimat mərasimində nüfuzlu dəyərli ziyalımız Ramiz Abutalıbovun çıxış etməsi heç təsadüfi olmadı. Hələ 3 il əvvəl Ramiz bəy mənə Əlimərdan bəy Topçubaşov haqqında kitablar, nadir arxiv materialları vermişdi. Həmin sənədlərlə yaxından tanış olduqdan sonra Topçubaşov barəsində film çəkmək ideyası yarandı bu görkəmli dövlət xadiminin 150 illik yubileyinə töhfə vermək istədik. "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə bizim təklifi qəbul edib filmin ssenarisini yazdı. İntiqam bəyin yaradıcılığına, ədəbi zövqünə bələd idim, "Təxəllüsü Mixaylo" filmində onunla birgə çalışmışıq. Əvvəlki işlərimizdə olduğu kimi, bu dəfə bir-birimizi yaxşı başa düşdük. Mədəniyyət Turizm Nazirliyi təqdim etdiyimiz ssenarini bəyəndi Əlimərdan bəy Topçubaşov haqqında film çəkmək məhz bizə qismət oldu.

Filmə tamaşa edərkən yəqin ki, bir detala fikir verdiniz, mətnin özü sənədli mətndir. Pafosdan, bədii sözlərdən, romantikadan lirikadan uzaq olmağa çalışmışıq. "Parisdən məktublar" adının seçilməsi təsadüfi deyil. Əlimərdan bəy ömrünün son 15 ilini siyasi mühacir kimi Fransa paytaxtında keçirib, insan kimi yaşantıları, keçirdiyi hisslər silahdaşlarına, əqidə dostlarına yazdığı məktublarda əks olunub. Ona görə ssenarini məhz həmin məktublar üzərində qurduq belə hesab edirəm ki, cəmiyyətin bütün təbəqələrini razı sala bilən bir film ərsəyə gətirə bildik. Fürsətdən yararlanıb filmin ərsəyə gəlməsində əməyi olan İlham Tumasa, Ədalət Tahirzadəyə minnətdarlığımı bildirirəm.

"Parisdən məktublar" artıq rus dilinə tərcümə olunub, fransız dilinə tərcüməsi üzərində gedir. Filmin Sankt-Peterburqda, Parisdə İstanbulda da təqdimat mərasimlərinin keçirilməsi nəzərdə tutulub.

- "Əlimərdan bəyin həyatının fəaliyyətinin niyə yalnız Paris dövrü əhatə olunub?" kimi iradların səslənməyəcəyinə əminsən?

- Deməzdim yalnız Paris həyatı əks olunub. Filmdə yetərincə geniş məlumatlar var. Topçubaşov çox zəngin mürəkkəb həyat yolu keçib, Rusiyada ali təhsil alıb, Dövlət Dumasının üzvü olub, ADR-in xarici işlər naziri vəzifəsində çalışıb, Paris Sülh Konfransına gedən Azərbaycan nümayəndə heyətinə sədrlik edib. Onun bütün həyat yolunu, siyasi fəaliyyətini 32 dəqiqəlik sənədli filmdə əks etdirmək mümkün deyil. Bizim filmin yaradıcı heyəti üçün Əlimərdan bəyin Paris həyatı, mühacir kimi çəkdiyi iztirablar, həyatının ən çətin dövrlərində belə Azərbaycanın gələcəyi ilə bağlı düşüncələri daha maraqlı idi.

- "Parisdən məktublar"ın təqdimat mərasimində Ramiz Abutalıbov sənin haqqında çox dəyərli fikirlər səsləndirdi mənəvi varisi elan etdi. Belə başa düşdüm ki, Ramiz bəyin uzun illər topladığı nadir sənədlər əsasında hələ çoxlu filmlər çəkəcəksən...

- Ramiz Abutalıbov Vətəni, xalqı üçün çox böyük işlər görmüş örnək ola biləcək həyat yolu keçmiş şəxsiyyətlərdən biridi. Ramiz müəllimi öncədən tanıyırdım amma 6 ildir ki, bu tanışlıq yaxın dostluğa sıx yaradıcılıq əməkdaşlığına çevrilib. Belə bir insanın etimadını qazanmaq şərəfinə nail olduğuma görə özümü xoşbəxt sayıram. Həm ona görə sevinirəm ki, bir neçə il öncə Ramiz Abutalıbovdan bəhs edən "Parisli azərbaycanlı" filmini çəkib ərsəyə gətirdim.

Ramiz bəylə dünyanın bir neçə ölkəsinə maraqlı səfərlərimiz olubbu səfərlərin nəticəsi olaraq iki film hazırlamışıq. Hər iki filmi yəqin ki, çox yaxın zamanlarda tamaşaçıların ixtiyarına verə biləcəyik. Son illər Ramiz Abutalıbovla Avropadakı soydaşlarımızın məzarlarının axtarışı ilə ciddi məşğuluq, bu axtarışlardan sonra Fransanın Nitsa şəhərində general Hüseyn xan Naxçıvanskinin qızı Tatyana xanımın məzarını tapdıq. Bu sahədə axtarışlarımızı davam etdiririk. Ramizlə bəylə yeni bir kitab üzərində də çalışırıq və düşünürəm ki, fundamental bir kitab ortaya qoya biləcəyik.

- Amma mən yazıçı Tahir Əliyevlə yox, kinorejissor Tahir Əliyevlə söhbətləşirəm və məni yekunlaşdırmaq üzrə olduğun iki film daha çox maraqlandırır...

- Həmin iki filmdən biri "Qərib məzarlarımız" adlanır. Digər yeni film də maraqlı bir mövzuya həsr olunub. Əlimərdan bəy Topçubaşovun sədrliyi ilə Paris Sülh konfransına gedən nümayəndə heyətindən bəhs edən filmdi. Həmin ekran əsərində Məhəmmədhəsən Hacınski, Əhməd bəy Ağayev, Ə. Şeyxülislamov, Ceyhun bəy Hacıbəyli, M. Mehdiyev, M. Məhərrəmov haqqında söhbət açılacaq. Ramiz Abutalıbov nümayəndə heyətinin 1919-cu ilin yanvarında Bakıdan başlayan səfəri, Parisə qədər keçdiyi yol, sonrakı taleləri barədə ssenari yazıb.

- Azərbaycanın görkəmli övladları haqqında sənədli filmlər çəkmək təbii ki, çox gərəkli bir işdir. Qalır bu filmləri necə çəkmək...

- Hər insanın da həyatı kinoya gəlmir. Xoşbəxt adam haqqında film çəkmək olmur. insanın həyatında gərək hansısa bir hadisə baş versin ki, həmin ağrı-acını filmə gətirə biləsən. Tutaq ki, Əlimərdan bəy Topçubaşov Parisdən qayıda bilsəydi, sovetlər zamanı da qalıb vəzifədə çalışsaydı, bəlkə də onun barəsində film maraqlı alınmazdı. Amma Əlimərdan bəyin mühacirətdə ağrılı-acılı günlər keçirməsi, hətta ev kirayəsini ödəyə bilməməsi, bütün bunlara rəğmən, son nəfəsinəcən Azərbaycanın müstəqilliyi üçün çalışması və sonda böyük ehtiramla dəfn edilməsi film üçün əla material verirdi. Filmdə tamaşaçıya aydın olur ki, Əlimərdan bəyin tabutunu Parisin "Zəfər Tağı"ndan keçirdikdən sonra dəfn ediblər. Fransada isə yalnız seçilmiş insanlar bu şərəfə layiq görülürlər.

- Kino xadimlərimizin əksəriyyəti yaxşı film çəkmək üçün maddi imkanın lazım olduğunu deyir. Həmkarlarınla razısan?

- Kino incəsənətin elə bir sahəsidir ki, yaxşı maddi imkan, güclü texniki təminat işin daha keyfiyyətli alınmasına yardımçı olur. Amma bütün bunları bəhanə gətirərək oturub gözləməyin də tərəfdarı deyiləm və belələrini başa düşmürəm. Bu illər ərzində əldə olan şəraitdən maksimum dərəcədə yararlanmağa çalışmışam. Amma problemlər də yetərincədir.

- Bütün əsgərlər general olmağı arzuladıqları kimi, yəqin ki, sənədli film rejissorlarının da könlündən nə vaxsa böyük həcmli bədii film çəkmək keçir...

- Şəxsən mən sənədli kinoda özümü daha rahat hiss edirəm və yaradıcılıqla bağlı düşüncələrimi realizə etməyi bacarıram, öz işimdən də zövq alıram. Vaxt tapanda bədii film çəkmək istərdim. Amma buna görə gedib hansısa qapını döyməyə hazırlaşmıram. Çünki belə bir istəyim yoxdu.

 

ədalət.-2014.-3 may.-S.16.