QARABAĞIM-AZƏRBAYCANIM!
SÖZÜM
GÖYNƏYİR
Sənsiz gecələrim sitəmdi-ahdı,
Əbədi qalmadı eşqinin taxtı,
Yolumuz ayrılıb gör, neçə vaxtı,
Əllərim üşüyür, üzüm göynəyir.
Eşqimiz zülümlə gəldi ərsəyə,
Necə də aldandım şirin busəyə,
O qədər baxmışam toza, kəsəyə,
Yoluna baxmaqdan gözüm göynəyir.
Sevənlərin çoxdu, sağın-solunda,
Əməl dəftərin də durub qolunda,
Elə yıxılmışam sevgi yolunda,
Dirsəyim qanayıb, dizim göynəyir.
Unuda bildinmi yaxın-yadını??
Daha çəkəmməzsən sevgi dadını,
İstəyirəm xəlvət çəkim adını,
Dodağım titrəyir, sözüm göynəyir...
QARABAĞIM -
AZƏRBAYCANIM!
Qarabağ kədərim, Qarabağ şanım,
Həm dərdim, sevincim, toyum-nişanım,
O gözəl gülüstan,
cahi-cəlalım,
Tanrının verdiyi dövlətim,
canım,
Bütöv bir adın var-Azərbaycanım!
Şıltaq gözəl təki,
xəfif ayazım,
Kəlməm də bəs etmir, bilməm nə yazım?!
Tarixləri görmüş kamanım-sazım,
Şəhid qanı hopmuş
qara torpağım,
Gözü intizarda can, Qarabağım!
Torpağımdan gəlir zərif
sorağım,
Sən mənim həm şeirim həm də ki, ağım,
Bir səhər gələcək
şad-xürrəm çağım,
İnan
qurulacaq xoşbəxt
növrağım,
Gözəllik Kəbəsi ay Qarabağım!
SƏNGƏRDƏ DAYANAN ƏSGƏR
Oyanmışıq top səsinə,
İgidlərin nərəsinə,
Murov, Tülküdərəsində.
Hərdənbir gözün yol
çəkər,
Səngərdə dayanan əsgər!..
Sənsən bu torpağa ürək,
Xoş niyyətsən, əzəl
dilək,
Sənsiz Vətən nəyə gərək?!
Xətadan yan keç, ol zirək,
Qamətimizi dərd bükər,
Səngərdə dayanan əsgər!...
Qorxutmur
nə qar, nə yağış,
Səni
verənə min alqış,
Yaman gəldi bu ilki
qış,
Qarda çəkmənin içində,
Barmağını şaxta kəsər,
Səngərdə dayanan əsgər!...
Vətənindi, solun -sağın,
Ürəyindi Qarabağın,
İrəvan əzəl torpağın,
Sən ağasan, "yan"-lar nökər,
Səngərdə dayanan əsgər!...
Qayıtsanız həsrət bitər,
Əziyyətin getməz hədər,
Vətən qiyamətə qədər,
Bizimdi, çalarıq zəfər,
Səngərdə dayanan əsgər!...
ŞƏRƏFLİ
SƏRHƏDÇİLƏR
Vətən torpağı canı,
Havası,
suyu qanı,
İgidlərə tay hanı?!
Qeyrətli keşikçilər,
Şərəfli sərhədçilər!
Dilində, sözdə Allah,
La İlahə İlləllah,
Yadı
edər tərksilah,
Ağır əziyyətçilər,
Şərəfli sərhədçilər!
Çeşməsində yaş olar,
Ay-Ulduza qaş olar,
Vətən üçün daş
olar,
Şanlı ziyarətçilər,
Şərəfli sərhədçilər!
Ulu sözü eşidir,
Hərbə ürəklə gedir,
Düşmənləri məhv edir,
Yuxusuz hərbiçilər,
Şərəfli sərhədçilər!
Arzusu pak diləkdi,
Vətənimə ürəkdi,
Xalqa hər an gərəkdi,
Sevimli millətçilər,
Şərəfli sərhədçilər!
ŞƏHİD
ÖLÜMSÜZLÜYÜ
Şəhid verdi torpağımız, alışdı
yandı
bağrımız,
Od tutdu Qarabağımız,
yazıldı qara baxtımız...
Qara gəldi baharımız,
Xəzan
oldu gülüstan-laləzarımız!
İlahi, bu nə zülümdü?
Torpağ
üstə gülü
üçün
fəda gedən bülbülümdü!
Ədalətə döğru gedən
haqq yolumdu,
Qopub sinəmdən ayrılan sağ qolumdu!
Ətimdən, qanımdan olan
öz canımdı,
varlığımdı!
Bu itkini, bu əzabı
lap dərindən
duymaq üçün,
gərək mütləq,
Mənim
kimi bir ananın oğlu dayansın
düşmənlə üzbəüz
təmas xəttində!
Qumbara əlində, avtomat çiynində!!!
Heç
də sevinməsin düşmən!
Nə qədər ki, millətim var,
Yetirəcək ər igidlər...
Düşmənlərlə göz-gözə
dayanacaq,
Murdar nəfsini yaracaq!
Kainat durduqca yurdum yaşayacaq,
Qərinələr adlayacaq,
Torpaqlarım qayıdacaq!
Düşmənin doymayan gözü
dağlanacaq!!!
Yurdumuza
gələn yolu bağlanacaq!
Gözdən axan o yaşlarsa
xəbər verir
anaların dözümündən,
Ölüm özü də utandı şəhidlərin
ölümsüzlüyündən!!!
ZİRVƏLƏR
Ürəyim köklənib sevgi siminə,
Bülbülün yerini verməz qarğa, sar,
Bu qəlbim kölədir eşq həvəsinə,
Səslənir könlümdə muğam, kaman, tar.
Hər bir işimizə yol verən Allah,
Qoy giley etməyim, nə də ahu-zar,
Yalançı namərddən uzaq
gəz, vallah,
Olmaz o insanda
nə qeyrət, nə ar.
Şəlalə sədası, bulağın
gözü,
Görürəm dağların sinəsində
qar,
Qorxuram zirvəyə qalxmaqdan düzü,
Axı,
zirvələrdən yıxılmaq
da var!
Mayisə Əsədullaqızı
Ədalət.-2014.-6 may.-S.7.