Bacısı Haykanuşu öz əli ilə
Müəllimin maşınına mindirən Aşot - "Erməni
məsələsi" ədəbi-bədii müstəvidə...
(əvvəli
ötən sayımızda)
Xpes Xristofor, arvadı Aşxen inandırıcı ştrixlərlə, tipik xarakter səviyyəsində, erməniyə xas bütün iyrənclikləri ilə təsvir edilir... Müəllif elə detallar, elə faktlar, elə məqamlar seçir ki, bunların hamısı inandırır və bizim - azəri türklərinin nə qədər sadəlövh, nə qədər ürəyiyumşaq, nə qədər yalandan, artistliklə edilən hər sızıltıya, yalandan tökülən hər göz yaşına inanır, düşməni belə insan kimi qəbul edir, ona qahmar və kömək çıxır...
Azərbaycanlıların Xpes Xristoforun yanmış evinin əvəzinə yeni ev tikmələrinə, onlara pay-paltar, yorğan-döşək, qab-qazan, avadanlıq gətirmələrinə baxmayaraq, Xpesin arvadı Aşxenlə birdən-birə yoxa çıxmaları, kəndi tərk etməmişdən qabaq etdikləri insanlığa xas olmayan heyvani hərəkətlər (meyvə ağaclarının, üzüm tənəklərinin, qızılgül kollarının doğrayıb böyrü üstə yerə sərməsi, evin döşəməsi və divarını oyuq-oyuq etməsi, qapı-pəncərələri sındırması və başqa murdarlıqlar) onların daxilindəki Azərbaycan millətinə olan nifrətini açıqlayır...
Əsərdəki bir detal da maraqlıdır; bu kəndin məktbində oxuyan, çörəyi-suyu, havası ilə böyüyən Xpesin övladları Jasmen, Raçik, Rapik qol-qanad tapan kimi bu kənddən çıxıb Avropaya gedir, diasporlarına sığınıb Parisdə yuvalanır, oradan isə Azərbaycana qarşı min-bir rəzilliklə dolu planlar qururlar...
Xpesin bir gecənin içində türkə qalmasın deyə evini, bağ-bağatını viran edib getməsi, yoxa çıxmasından daha çox, camaatı onun evin divarına yapışdırdığı, illər boyu bir yerdə yaşadığı insanlara ünvanladığı məktub olur: "İt uşağı,elə bilirsiz başa duşmadim. Yox, mən siz türklər kimi avam və qanmaz deyilam. Tok-zad hamısı yalanıydı. ...Eybi yoxdu, yaxın vaxtlarda burda göruşarik. Onda başinizi kəsib, qanınızi içacağam. Bəlkəm onda ürəyim soyudu. Yaxın gunlarda sizin hamınızi Araza tökacayik, bunu yadınızda saxlayın, qudurğan kopayuşağı."
Kəndin üstünə əldə top-tüfəng gələnlər də bu kəndin böyütdüyü ermənilərdi - yekəqarın Xpeslərdi, dilənçi Pavliklərdi, ayaqqabı yalayan Qriqorlardı və s...
Bax, bəla da buradadır, türk içində bəslədiyi ilanla, beləcə zəhərlənır... Və tarixən dəfələrlə təkrar olunan bu zəhərləmələr türkə dərs olmur. Onun düzəltdiyi "İlan vuran, ala çatıdan qorxar" atalar məsəli də, zivədən asılı qalan cındıra dönür...
İstedadlı yazıçı-publisist Aqil Abbasın "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz" (2001) povesti (müəllif bunu "ən uzun dərdli hekayə" də adlandırır) erməni xislətinin başqa bir yöndən açılmasına xidmət edir. Burada qaçqınlığın və köçgünlüyün bütün əzabları, ağrıları, çadırda yaşamağın mənəvi sarsıntıları, milli-mənəvi sarsıntıya çevrilən yaşam tərzi başlıca motiv olsa da, əsərin əsas obrazı olan Müəllim bütün bu əzablara, ruhi sarsıntılara dözmür, üz tutur işğal altında olan doğma kəndləri Malıbəyliyə, oradan da qalxır Stepanakertə, uzun müddət məşuqə kimi saxladığı Aşotun bacısı Haykanuşun evinə gedir. Əslində bu erməni qızının adı Ariqadı. Müəllim ona Haykanuş deyir və sən demə, Haykanuş sözünün mənası "erməni qancığı" demək imiş...
Uzun illər onun əl buyruqçusu olan, bacısı Haykanuşu öz əli ilə Müəllimin maşınına mindirən Aşot Müəllimin Malıbəylidəki evinə od vurub yandırmış, qol götürüb oynamışdı... Müəllim bu heyfi onda qoyub bu dünyadan köçmək istəmirdi... Hər bir türk ermənidən belə heyif çıxsa, gör nə olar?!..
Povestəki bir detal olduqca ibrətamizdir. Evin
qabağında futbol oynayan erməni uşaqlarının
vurduqları top Müəlimin üzünə dəyir,
burnundan qan şoralıyir. Bu da simvoldur... Erməni
uşağının vurduğu futbol topu, atalrının
atdıqları top mərmiləri kimi qan tökür,
özü də türkün qanını... Müəllim
ondan qorxan həmin erməni uşağının
sarışın, qıvrım saçlarını
qarışdırıb sığallıyır, qorxusunu
götürür... Müəllif yazır: "Müəllim
bilsəydidə ki, bu uşaq böyüyəcək və
sabah onun oğluna güllə atacaq, yenə uşağa
qıya bilməzdi. Bu, Müəllimdən
asılı deyildi, Allahdanıydı, Allah bu milləti belə
yaratmışdı. ... Amma müəllimin ağlına
da gəlmirdi ki, bunlar uşaq deyillər, ermənidirlər..."
Bunu azərbayçanlı, damarlarında türk
qanı axan yazıçı Aqil Abbas yazır.
İndi
baxın, müasir erməni yazıçısı, peşəcən
ən humanist peşə sayılan həkim olan, damarlarında
qəddar erməni qanı gəzdirən Zori Balayan Xocalı
qırğınından hansı "ləzzəti"
alır və nə yazır?
Misal:
"amma, yalnız xalqının ürəyi qoparılaraq dərd-qəm
atəşlərində yandırılan bir erməninin qəlbi
bu sətirlərdən riqqətə gələ, qürur duya
bilər. Mən də bu əməli vətəndaşlıq
şərəfimdən doğan duyğularımın
çağrışı ilə törədir, monqol
tör-töküntülərindən qisas almaqla,
özümün müqəddəs kişilik (??-red.) borcumu yerinə yetirirdim.
Biz Xaçaturla zirzəmiyə girəndə, onları
orada saxlayırdılar (söhbət azərbaycanlı əsirlərin
saxlandığı yerdən gedir - red.), bizim əsgərlər
artıq uşağı dirsəklərindən pəncərənin
çərçivəsinə mismarlamışdılar. Çox səs-küy
edə bilməsin deyə, Xaçatur onun ölmüş
anasının döşünü kəsərək
ağzına tıxadı. Sonra mən, bu
13 yaşlı türklə, onun əcdadlarının bizim
uşaqlara yapdıqlarını elədim. (Qətiyyən düz deyil!! -
red.) Əvvəl onun alın
sümüyünü, sonra da çənəsinin və
qarnının dərisini qopartdım. 7 dəqiqədən
sonra o, qan itirməkdən öıdü. Mən, ilkin
peşəsi həkimlik olan bir adam kimi,
humanistəm (humanistə bax!! - red.) və bu səbəbdən də, bir uşaqla
elədiklərimdən çox da xoşhal deyildim. Bnunla belə, törətdiyim əməldən pərvazlanan
ruhumun duyduğu sevincin hədi-hüdudu yox idi ki,
xalqımın ağrı və əzablarınnan yüzdə
birinin də olsa, qisasını ala bilmişdim.
Xaçatur meyiti baltalayaraq hissələrə
bölüb itlərə atdı, hansılardan ki, bu türk
cocuğunun əcdadları əmələ gəlmişdi. Axşama qədər daha 3
türk cocuğunu eyni işgəngələrlə
öldürərək itərə yem elədik... Amma mən bütün bunlara bir patriotun, bir vətəndaşın,
bir erməninin borcu kimi baxır və bu əməlləri də
o hisslərlə törədirdim. Xaçaturun
necə tər tökərək bu işləri məmnuniyyətlə
gördüyünü də qeyd eləmək lazımdı.
Mən onun da, digərlələrinin də
gözlərində alışıb-yanan qisas hisslərini və
aşırı patriotizm ruhunu gördüm. Sonda mənim
uşaqlıq dostum olan mayor Suren dedi: "Biz vəhşi
deyilik, amma soyuqqanlılığımızı da
saxlamalıyıq. Türk cəlladlarının qətlə
yetirdikləri babalarımızın ruhları
rahatlanmalıdır...
...O biri
gün biz bir yerdə kilsəyə getdik, 1915- də
öldürülənlərimizin ruhlarına dualar oxuduq,
dünən gördüklərimizə və elədiklərimizə
görə bağışlanmamızı dilədik. Ancaq biz Xocalını - vətənimizin bu hissəsini
30 minlik murdar tör-töküntülərdən azad edə
bildik.
Sonra
Surenin evinnə gəldik və onun arvadı bizə
"cermuk" gətirincə, Xaçatur yorğun səslə:
"Ermənilər öz doğma torpaqlarını azad etməyə
borcludurlar və Böyük Ermənistanin yenidən bərpası
davam etməlidir. Ruhumuz göylərdə olanda bu bizim
hesabımıza yazılacaq və biz orada əcdadlarımızın
qarşısına təmiz vicdanla
çıxacağıq"- dedi. Mən bununla
razılaşmaya bilməzdim." (Bax: Zori Balayan.
"Dirilmə" "Vanadzor" - 1996, səh - 260-262.)
Bu qəddarlıqdan
sonra bizlər yenə də təmiz əllərimizi qanlı
erməni əllərinə tərəf uzadırıq... Ya əllərimiz
havada qalar, ya da tökülən türk qanlarına
bulaşar, cənablar, əfəndilər...
Qayıdaq
humanist yazıçımız Aqil Abbasın əsərinə...
Aqil Abbas
öz qəhrəmanı - Müəllimin içində gəzir,
onunla birləşir, müəllif və yaratdığı
obraz bütövləşir, təsirli, psixoloji məqamlarla
yüklü xatirələr, düşüncələr
çuğlaşaraq çözələnir, oxucunun mənəviyyatına
nüfuz edir və bu məqamda müəllif, obraz və oxucu
üçlüyü yaranır, erməniçiliyə
qarşı nifrət hissi tüğyan edir,
qarşıdakı düşmənin rəzilliyi və
qorxaqlığı aşkarlanır...
Müəllim
Aşotu və onun meyxanasında olan ermənilərdən əlindəki
qumbaranı partladaraq heyfini alır, özü də şəhid
olur... Bu səhnədə ermənilərin
qorxaqlığı, rəzilliyi, fahişəliyi Aqil
Abbasın dili ilə desək
"oğraşlığı" bütün gerçəkliyi
ilə görsənir...
Bu əsər,
bizcə, Qarabağ mövzusunda yazılan ən dəyərli
əsərdir, ruhi-psixoloji məqamlarına görə
"Dolu" romanından xeyli fərqlənir və son iyirmi
ilin ictimai-sosial, siyasi, psixoloji məqamlarını
bütöv şəkildə proyeksiya edir... Və bu əsərdən
çox təsirli, dramatik-psixoloji bədii tele-serial alınar...
Qocaman yazıçı, müasir mərhələdə
Azərbaycan avtobioqrafik roman janrının silsilə şəklində
yaradıcısı, "Mənim rəncbər atam" təkin
məşhur romanın müəllifi (yeri gəlmişkən
deyim ki, bu roman Türkiyədə də çap edilib)
yazıçı Əli İldırımoğlunun
"Daş yağan gün" (2011) romanı, deyərdim ki,
erməniçilik və erməni xislətinin
anatomiyasını açan dəyərli bədii nümunədir.
Bu əsərdə
qatı erməni millətçiliyi, onların şovinist və
terrorçu, işğalçı məsləkə əsaslanan
ideoloqları daşnak hərəkatı, tarixin müxtəlif
mərhələlərində, əllərinə fürsət
keçən kimi türklərə, azərbaycanlılara
qarşı məkrli siyasət yürüdən, qanlı
müharibələr, kütləvi qırğınlar törədən
erməniçilik və erməni xisləti təsirli,
inandırıcı həyati lövhələrlə əksini
tapmışdır. Romanda erməni millətçilərinin
insani normalara sığmayan, qəddarlığı,
vandalizmi, Azərbaycan şəhər və kəndlərinə
tutduqları divan tarixi gerçəkliyə uyğun tərzdə,
artılıb-əksilmədən, olduğu kimi bədii dildə
təsvir edilmişdir.
Əli İldırımoğlunun "Daş yağan
gün" romanı onun yaradıcılığının təkamülünün
nəticəsi olaraq ortaya çıxıb. Əli müəllim bundan əvvəlki
romanlarında, xüsusən bədii publisistikasında erməni
xislətinin ifşasına yeri gəldikcə toxunur, erməniçiliyin
çirkin mahiyyətini, məkrini, qurnazlığını
ardıcıl olaraq açırdı... Bu romanda isə, o,
müdrik bir müəllif kimi bütün müşahidələrini
və təcrübəsini bədii şəkildə
ümumiləşdirərək ortaya qoymuş, bir sıra
görünən və görünməyən mətləbləri
aşkarlamışdır...
Romançı-müəllifin
bu romanında bir leytmotiv var - İnsan və insanlıq! Və bu, təkcə əsas personaj - azərbaycanlı
Nəcəfin simasında təcəssüm tapmaqla qalmır.
Yazıçı təfərrüatları,
faktları, epizodları, hadisələri
danışdırmaqla türkə - azərbaycanlıya məxsus
geniş insan mənzərələri yaradır. Eyni zamanda antiinsani, antihumanist səhnələrə
- erməniçiliyə, qəddar erməni xislətini
açan məqamlara işıq salır.
Əli İldırımoğlu təsvirlərində, şərhlərində heç bir yersiz emosionallığa, çılğınlığa, yersiz pafosa, süni qəhrəmanlığa yol vermədən, təmkinlə, ləngərli, şirin bir təhkiyyə ilə insanlarımıza qarşı erməni vəhşiliyini konkret, faktik təsvirlərini verir ki, bu cəhət əsərin ideya-estetik qayəsini daha inandırıcı olmasına xidmət edir.
Əli İldırımoğlu bu romanında ədəbiyyatımızda ilk dəfə olaraq Qarabağ müharibəsi və erməniçilik mövzusuna, erməni xislətinin ifşasına qlobal yanaşma müstəvisində çözməyə cəhd edir. Romanda maraqlı bir motiv var. Əsərin qəhrəmanı Nəcəf ermənilər tərəfindən darmadağın edilmiş əvvəlki, köhnə Həsənli kəndinin uşaq yaddaşının gücü ilə Yeni Həsənli kəndində maketini yaradır və bununla tarixi yaddaşın itməsinə qarşı çıxır, millətimizin yaddaşsızlıq, unutqanlıq sindromunu yox etməyə çağırır...
Bəli, unutqanlıq, yaddaşsızlıq, manqurtluq milli fəlakətə gətirib çıxarır... Bizlərin erməniçilikdən də qəvi düşmənimiz unutqanlığımızdır!..
Bu müəlliflər sırasında Seymur Baycan və Mahir Qabiloğlu ən gənc yazıçılardır və müstəqillik dövrünün yetirdiyi istedadlı yazarlar nəslinə məxsusdurlar. Onların erməniçilik mövzusuna, Qarabağ müharibəsinə, erməni xislətinin şərhinə fərqli münasibətləri, fərqli rakurslardan baxışları mövcuddur. Bu cəhətdən hər iki gənc yazıçının bu mövzudakı əsərləri diqqəti cəlb edir və mən hər iki yazıçının bu istiqamətdə yazdıqlarını, axtarışlarını, orjinal yanaşma və təsvir-təqdim üsullarını təqdir edirəm və müasir nəsrimizin nəaliyyətlərindən sayıram...
Seymur Baycan "Quqark" (2011) romanını uşaqlıq xatirələrinin əsasında qələmə alıb. Müəllif əslən Füzuli bölgəsindəndir və onun doğma yurdu ermənilərin işğalı altındadır. Müəllif, maraqlı bir təhkiyyədə (bu əslində xatirələrə əsaslanan impultiv təhkiyyədir) uşaqlıq illərində gördüklərini və duyduqlarını təsvir edir. Bu təhkiyyədə, ən əsası budur ki, yalan və məşşatəçlik yoxdur. Çünki hadisələr səmimi, heç bir təsirə məruz qalmayan saf təxəyyüllü və bulanmamış uşaq baxışları əsasında canlandırılır...
Seymur Baycan bu əsəri yazmağına və ümumiyyətlə bu istiqamətdə yazılan əsərlərə münasibətini belə bildirir: "Mən bütün bunları görmüşəm və müharibəyə bir uşağın, yeniyetmənin gözləriylə baxıram.
(ardı var)
Qurban Bayramov,
tənqidçi-ədəbiyyatşünas
Ədalət.-2014.-7 may.-S.5.