Görənlərin ovsunlayan qafqaz incisi
Belə
bir ifadə var: ruhun dincəlməyi...
Ancaq insanın ruhu həqiqətən varmı,
yoxmu, bunu tam əminliklə demək olmur. Onda bəs nədən
belə bir ifadə işlənir?
Görünür irreal aləmlə
reallıq üz-üzə
qalanda bəşər
övladı öz düşündüyünü dilə gətirir, fikrini məhz belə ifadə edir.
Son illər yolum
nə vaxt Qax rayonuna düşürsə
burada ürəyimcə
rahatlığa qovuşuram. Bax, ruhum
da dincəlir onda. Əlbətdə, Qaxın təkrarsız
təbiət gözəllikləri
- dağlar, meşələr,
çaylar, göz oxşayan düzlər sənə onsuz da bu rahatlığı
bəxş edir.
Ancaq başqa bir nüans da var. Bu gözəlliyi daha da mənalandıran
firavan kəndlər, ən yaxşı kurort adlarını xatırladan müasir şəhər və şəhər mədəniyyəti
Qaxın doğmalığını,
ruhuna yaxın olduğunu bir daha yada salır,
sənə əsl rahatlıq və sevinc bəxş edir.
Bəli, günün reallığı
belədir - Qax tanınmaz dərəcədə
inkişaf edərək
təbiətlə özünənməxsus
bir gözəllik harmoniyası yaradıb. Bu səbəbdən də bəzən heç özün də dəqiq bilmirsən ki, nədən elə ruhun da bu dərəcədə
rahatdır?
Müasirləşmənin Qax nümunəsi
Biz Qax rayonunun timsalında
buna oxşar mövzularda çox söhbətlər açmışıq
və oxucuları burada baş verən yeniliklərlə,
müasirləşmənin Qax nümunəsi ilə tanış
etmişik. Bu yazının
davamı da elə həmin kontekstdəndir: ölkəboyu
inkişafın Qaxdakı
vüsətindən. Inkişafın müəyyən məqamları,
görülən işlər,
qarşıda duran vəzifələr rayonda keçirilən hər bir yığıncağın
leytmotivini təşkil
edir. Elə 2014-cü ilin I rübünün
yekunlarına həsr edilmiş yığıncaqda
da əsas diqqət məhz bu istiqamətə - ölkədə gedən misilsiz quruculuq işlərinə, eyni zamanda Qaxın inkişaf istiqamətlərinə
yönəlmişdir. Yığıncaqda çıxış
edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev
demişdir:
-
2014-cü ilin I rübündə
rayonumuzda da müvafiq sahədə bir sıra işlər
görülmüş və
məqsədyönlü tədbirlər
həyata keçrilmişdir.
Belə ki, rayon statistika idarəsi tərəfindən verilmiş
məlumatlara əsasən
2014-cü ilin I rübündə
rayon üzrə məhsulun
ümumi buraxılışı
35 milyon 738 min manat olmuşdur ki, bu da ötən
ilin müvafiq dövründən 2 milyon
678 min manat çoxdur.
Məhsulun ümumi buraxılışının tərkibində
sənaye məhsulu istehsalı 1 milyon 241 min manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə 81 min manat
az, kənd təsərrüfatı məhsulu
istehsalı 3 milyon 200
min manat və ya 146 min manat çox, tikintidə 22 milyon 307 min manat və ya 545 min manat çox, nəqliyyatda 493,6 min manat və ya 4,6 min manat çox, rabitədə 197,9 min manat
və ya 32,9 min manat çox, ticarətdə 8 milyon 298
min manat və ya 2 milyon 33 min manat çox olmuşdur. Əhalinin gəlirləri 16 milyon 831
min manat, ötən illə müqayisədə
2 milyon 696 min manat artıq olmuşdur.
2014-cü
ilin birinci rübündə rayonda sahibkarlığın inkişafı
və əhalinin işgüzar fəliyyətinin
artırılması və
yeni iş yerlərinin yaradılması
məqsədi ilə Sahibkarlığa Kömək
Milli Fondu tərəfindən 3 lahiyə
üzrə 33 min manat
güzəştli şərtlərlə
kreditlərin verilməsi
təmin olunmuş, nəticədə 3-ü daimi
olmaqla yeni iş yerləri yaradılmışdır. Hesabat
dövründə rayonda
daimi olmaqla 102 yeni iş yeri
açılmış, orta
aylıq əməkhaqqı
168 manat olmuşdur.
2014-cü
ilin birinci rübündə rayonun gəlirləri 687 min manat
proqnoza qarşı
841 min manat, yəni
122 faiz, xərcləri
isə 3 milyon 555 min manat proqnoza qarşı 3 milyon 485 min manat, yəni 98 faiz icra olmuşdur.
Ölkədə növbəti illərdə
iqtisadiyyatın diversifikasiyasının,
qeyri-neft sektorunun və regionların inkişafının davamlılığının
təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması
məqsədi ilə Azərbaycan Respublikası
Prezidentinin 27 fevral
2014-cü il tarixli Fərmanı ilə Regionların sosial-iqtisadi inkişafına
dair üçüncü
Dövlət Proqramı
qəbul edilmişdir.
Məlumat üçün bildirirəm
ki, "Azərbaycan Respublikası Regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"nda
rayonumuz üçün
nəzərdə tutulmuş
22 bənddən ibarət
tədbirlərin icrası
uğurla həyata keçirilmişdir.
Görülmüş işlər nəticəsində 5 il ərzində rayonda 1730 daimi olmaqla 2086 yeni iş yeri açılmış,
2013-cü ildə isə
328 daimi olmaqla 332 yeni iş yeri
təşkil etmişdir.
Yeni qəbul
olunmuş Dövlət
Proqramında da rayonumuz üzrə 22 bənddən ibarət tədbirlərin icrası
nəzərdə tutulmuşdur. 2014-cü ilin birinci rübündə
Dövlət Proqramında
nəzərdə tutulmuş
işlərin icrasına
başlanılmışdır. Belə ki, Dövlət
Proqramında yol təsərrüfatı və
nəqliyyat tədbirləri
ilə bağlı rayonda avtomobil yollarının tikintisinin,
yenidən qurulmasının,
əsaslı təmirinin
və körpülərin
tikintisinin davam etdirilməsi, o cümlədən
Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli
avtomobil yolunun tikintisi və Qax-Qıpçaq-Ağyazı avtomobil
yolunun yenidən qurulması nəzərdə
tutulmuşdur. Tədbirin
icrası ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin
sərəncamı ilə
7 min nəfər əhalinin
yaşadığı 8 yaşayış
məntəqəsini birləşdirən
Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli
avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi
ilə Azərbaycan Respublikasının 2014-cü il
dövlət büdcəsindən
dövlət əsaslı
vəsait qoyuluşu xərclərinin bölgüsündə
kəndlərarası avtomobil
yollarının tikintisi
və yenidən qurulması üçün
nəzərdə tutulmuş
vəsaitdən 3,8 milyon
manat ayrılmışdır.
Ayrılmış vəsait hesabına
avtomobil yolunun tikintisi və Alatəmir-Marsan avtomobil yolunun üzərində aşırımın uzunluğu
33 p/m olan körpünün
tikintisi aparılır.
Bundan başqa rayon büdcəsində
yolların əsaslı
təmiri üçün
nəzərdə tutulmuş
vəsait hesabına Aşağı-Malax kəndinin
0,7 km uzunluğunda yolun
giriş hissəsinə,
o cümlədən şəhərin
C.Cabbarlı, M.F.Axundov,
M.P.Vaqif və M.Məmmədov küçələrinə
asfalt-beton örtüyün
salınması nəzərdə
tutulmuşdur.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2014.-8 may.-S.7.