Bacısı Haykanuşu öz əli ilə
Müəllimin maşınına mindirən Aşot - "Erməni
məsələsi" ədəbi-bədii müstəvidə...
(əvvəli
ötən sayımızda)
...Kitabların mövzularına gəldikdə isə... Mən belə deyərdim ki, bizim respublikada Qarabağ haqqında çoxlu kitablar yazılıb. Bu kitabların əsasən iki süjet xətti olur. Mifik Azərbaycan əsgəri qəhrəmanlıq edir - ya indiki zamanda, ya da ötən əsrdə. Digər süjet xətti isə ondan ibarətdir ki, ermənilər hansısa kəndimizi tutublar, sakinləri qırıblar və yalnız bir neçə insan hansısa mağarada və ya zirzəmidə gizləniblər. Və erməniləri söyürlər ki, - onların insanlığı yoxdur, bütün insanlıqlarını itiriblər. Onlar başqalarının mədəniyyətini, mahnılarını, mətbəxini oğurlayıblar. Düşünürəm ki, Ermənistanda da Azərbaycana qarşı belə fikirlər mövcuddur. Mənsə hadisələrin baş verdiyi yerdə doğulmuşam və buna görə də hər şeyi öz gözlərimlə görmüşəm. Gördüklərimi yazmaq istəyirdim "Quqark" romanında və məncə, buna nail oldum..." (Bax: Aram Qaraqinyanla müsahibəyə. Ermənilərin "NEWS.am" saytında.)
Seymur Baycanın "Quqark" romanı da elə müharibə haqqındadır. Qarabağ müharibəsinin başlanması, iki xalq arasında münasibətlərin necə korlanması, müharibənin gedişi və sonrakı nəticələri...
Müəllif tendensiyadan kənardır, süni humanizm və vətənpərvərlik hissləri eləmir, sadəcə Seymur uşaq və yeniyetmə gözü ilə gördüklərini, uşaq və yeniyetmə ürəyi ilə duyduqlarını təsvir edib. Nəticə çıxarmağı isə oxucunun ixtiyarına verib.
"Quqark" təkcə Qarabağ haqda deyil. Seymur adi insanların məişətindəki dəyişikliklərin fonunda bir imperiyanın çöküşünü göstərib. Bu dövrü yazmaq çox çətindir. Seymur özü də etiraf edir ki, imperiyanın çökməsi və yaranması mövzu dəryasıdır, ordan ancaq bir "çömçə" götürə bilib. "Tarixdə elə bir dövr tapılmaz ki, 1990-2000-ci illərə bənzəmiş olsun. Bu illər həm şən, həm kədərli, həm parlaq, həm də tutqun illər idi."
"Quqark" Ermənistanda bir pioner düşərgəsidir. Əsərin
qəhrəmanı (əslində, Seymurun özü)
düşmən ölkədəki bu düşərgəyə
mühazirə oxumaq üçün gedir. Orda Anuş adlı erməni qızına vurulur.
Qız da ona aşiq olur.
Əslində
bu mövzu elə də təzə deyil, elə "Əsli və
Kərəm", "Bahdır və Sona", "Şeyx Sənan",
"Mahmud və Məriyəm" mövzusunun başqa bir məkanda
və başqa bir məqamda yeni variasiyasıdır... Azərbaycanlı,
türk, müsəlman xristian, burada erməni qızına,
qız da ona vurulur və dramatik kolliziya, sevgi macəraları,
əzabları, məktublaşmalar, insani əzablar...
Romanın sonuncu hissəsi Seymurla Anuşun məktublaşmasıdır. Anuş Seymuru
dəli kimi sevir. Onun üçün hər
şeyi etməyə hazırdır. Amma
Seymur bacarmır. Arada bir çox səddlər var.
İllərlə sürmüş müharibə... Ermənilərin törətdikləri
işğalçı müharibənin ağrılı nəticəsi
məhz burda özünü göstərir. Bir-birini sevən bu iki gənc qovuşa bilmir. Hər
ikisi əzab çəkir və faciə də bu əzabın
səbəblərinin aradan qaldırmağın
mümkünsüzlüyüdür...
"Quqark" sadə səhnələr, dialoqlar,
mülahizələrlə doludur. İlk baxışdan
bir-birinə qətiyyən aidiyyatı olmayan epizodlar roman boyu
davam edir. Burada hadisələrin inkişafı yox,
axarı var. Elə bir axar ki, nə istiqaməti, nə də
şiddəti var. Bədii-publisist təhkiyyə boyu oxucu eninə-uzununa,
irəli-geri, rahatca hərəkət edir, özü də
hadisələrin hardasa personajina çevrilir...
Seymur
Baycanın "Quqark" romanının ədəbi-bədii
cəhətləri, bir sıra ideya-estetik məqamları ilə
ciddi mübahisə etmək mümkündür, amma hadisələrə
müəllifin yanaşma tərzi fərqlidir, orjinaldır,
özününküdür və onun da öz
maraqlıları, öz oxucu siferası mövcuddur...
Müəllif
aşkar günahkar axtarmasa da, hər halda burada da erməniçiliyin
və erməni xislətinin doğurduğu faciə aşkar
şəkildə, müəllifin şərhi olmadan da
görsənir...
"Erməniçilik mövzusu"nda (ad şərtidir)
yazan və erməni xislətinin müasir dövrdə təzahür
edən maraqlı çalarlarını əhatə edən gənc
yazıçı Mahir Qabiloğlunun hələ mürəkkəbi
qurmamış "Ərmən - Şuşanikin
sevgisi"(2014) və "Debil Armen"(2014) hekayələridir.
Onu da qeyd
edim ki, Mahir Qabiloğlu bu mövzuda olduqca maraqlı "Erməni
qadınları və Azərbaycanlıların erməniləşdirilməsi
prosesi..." və "Serj Sarkisyanla arvadının söhbəti"
adında publisitik köşə yazıları da qələmə
alıb və "Modern.az" saytında yayımlayıb.
Mahir Qabiloğlu da bu mövzunun bizə məlum olan
kanonlarını dağıtmış, streotiplərdən,
standartlarından uzaqlaşmışdır. O, azərbaycanlı ilə
erməni qızının "qarşılıqlı məhəbbətinin
ənənəvi "Əsli Kərəm", "Şeyx Sənan"
, "Bahadır və Sona" variasiyalarından
çıxarmış, bu mövzunun müasir, daha mükəmməl,
gerçək variantını yaratmış, burada da erməni
məkrinin üzərindəki pərdəni qaldıraraq erməniçiliyin
müqəddəs saydığımız məhəbbət
və sevgi hisslərindən də necə hiyləgərliklə,
məkrlə, şovinistcəsinə istifadə etdiklərini
uydurmasız-zadsız, real həyati faktlarla göstərmişdir.
"Ərmən
- Şuşanikin sevgisi"nin sirləri eləcə
rusiyanın böyük atomçu alimi, dünyada demokrat kimi
tanınan, əslində erməni harsını Yelena Bonerin
qarmağına düşərək erməniçiliyin təbliğatçısına
çevrilən Nobel sülh mükafatı laueratı, akademik
A.D.Saxarov kimi adamların izdivacını xatırladır...
Artıq, qızını müsəlmandan
qaçıran erməni keşişləri müasir mərhələdə
siyasəti dəyişiblər. İndi onlar erməni
gözəlçələrinin vasitəsilə
yaşadıqları ölkələrdə ən
yaxşı, məşhur, varrı-hallı nəsillərin
oğlanlarını ovlamaqla məşğuldurlar. Erməni
şovinizmi və millətçiliyi onlarca erməni
qızlarının qeyri millətlərlə, əsasən də
türklərlə izdivacını məhəbbət və
sevgi aləmini də millətçilik, erməniçilik
bazarına çeviriblər...
Mahir
Qabiloğlu erməni Şuşanikin Bakılı balası,
Qara şəhərli, bir həyətdə və bir məktəbdə
oxuduqları Əhmədə sevgisinin, Şuşanikin necə
dönüb Süsən olduğunu ("Süsən
sünbül" mahnısı və XIX əsr dünyaca
adı olan şairimiz M.Ş.Vazehin "Süsəni"
şeiri yada düşür), Ərmən və Ərsən
(Güya "türkün Ər oğlu ər",
"Ərim mənim" sözlərindən
götürülüb) adlı oğul övladlarının
vaxt, məqam çatanda necə dönüb Armen və Arsen
olduqlarının sirlərini açır, bu xətlə
başımıza gələn fəlakətlərin, faciələrin
mahiyyətini məharətlə ortaya qoyur...
Mahir
yaddaşımızın üstünü örtən pəlməni
üfürüb qaldırır, yüz illər boyu Osmanlı
imperatorluğunu çökdürən,
qardaşı-qardaşa qırdıran xristian gözəlçələrinin
türkün can koduna, genetik hücrələrinə necə
soxularaq, bizi içimizdən dəyişdirdiklərini təsvir
etmişdir...
Mən
bir tənqidçi kimi Mahir Qabiloğlunun "Ərmən -
Şuşanikin sevgisi" kiçik hekayəsinin ehtiva etdiyi mətləbi,
mahiyyəti, erməni ksenefobiyasının məqsədinin nədən
ibarət olmasını göstərməsini,
açmasını böyük bir romanda əhatə ediləcək
mətləb və bədii dəyər kimi qiymətləndirirəm...
Bu hekayə ilə bağlı bir faktı da qeyd edərdim. Hekayə saytlarda, mətbuatda
yayılar-yayılmaz, artıq Ermənistan saytları və
erməni ziyalıları bu hekayəyə maraq göstərmiş,
hiyləgərcəsinə yozumlar vermiş, hətta hekayəni
erməni dilinə tərcümə edərək
"Azerichild.info", "Panorama.am", Rusiya ermənilərinin
qəzeti olan "Erkramas" - "Yerkramas.org" və s. mənbələrdə
yayımlamış, hekayəni başqa bir yöndən -
özlərinə sərf edən mövqedən şərh
etməyə çalışmış və
çalışırlar...
Bu da erməni
məkridir, ermənifobiyanın siyasətidir... Onlar hekayənin
ideya-estetik dəyərinin (müqəddəs sevgini, məhəbbəti
məkrə və hiyləyə çevirmək, sevgini qəddarlıq
silahına döndərmək, "dünyanı sevgi və məhəbbət
xilas edəcək" posyulatını dağıtmaq kimi erməni
məkrinin üstünü açmaq) istiqamətini dəyişmək
istəyir, Mahir Qabiloğlunun ağrıdıcı hədəfinin
ağrılarını azaltmağa cəhd edirlər...
Müəllifin
özü - Mahir Qabiloğlu (bu istedadlı
yazıçı-jurnalist ünlü sənətkarımız,
xalq şairi Qabil İmamverdiyevin oğludur) bu kimi cəhdlərə
özü yerində cavab verib:
"Erməni fobiyasından söz açırlar. Əslində
erməni toplumuna illər boyu rəhbərlik edənlər,
kilsə nümayəndələri bir insanafobiya
aşılayıblar. Buna görə də
əsrlər boyu erməni toplumu ətraflarındakı
bütün xalqlardan ya qorxub ya da nifrət edib. Elə mənim hekayəmi bu şəkildə təqdim
etmək də bunun nümunəsidir. Məsləhət
görərdim ki, bu hekayəni oxuyaraq yaşadıqları
insanafobiyadan çıxsınlar." Çətin
çıxarlar, hörmətli Mahir! Boşuna cəhd etmə,
axı onlar ermənidirlər!..
İndi isə içimizdən qidalanan, içimizdə
böyüyən "erməniçilik" adlı
konserin-yaranın, xərçəngin başqa bir məkrinə
toxunmaq istərdim. Bu yaxınlarda Türkiyədə, İstambulda fəaliyyət
göstərən erməni mətbuatından birinin
"AQOS"un saytında "Eski :::Ermeni
şehirleri:::nde seçimi kim kazandı?" materilını
oxudum. Məqalənin adına fikir verin,
Türküyənin içində, indi seçki
kmpaniyasından sui-istifadə edərək "Əsgi - qədim
erməni şəhərlərinin adlarını sadalayır
və bu şəhərlərdə vaxtilə nə qədər
erməninin, erməni nüfusunun yaşadığını
və qırıldığını sırası ilə
verir.
Məqalədən
bir abzası misal gətirirəm: "1915:::e
kadar Ermeni nüfusun yoğun olduğu bazı yerleşim
yerlerinde sandıktan hangi partilerin çıktığına
baktık. Belki pek de şaşırtıcı olmayan
şekilde, eskiden Ermenilerin yoğunlukla yaşadığı,
Kozan, Talas, Şebinkarahisar, Melikgazi, Kemaliye, Bayburt,
Elazığ gibi yerlerde, bugün büyük bir AK Parti ve MHP
üstünlüğü var. 03 Nisan 2014, Perşembe."
Sonra sırası ilə bu şəhərlərin
"tarixni" verirlər. Birini misal gətirirəm:
"Kozan
(Sis / Adana) Kilikya:::nın kalbinde yer alan
Kozan Sancağı:::nın yönetim merkezi Sis, Ermeni
krallarının başkentiydi. 1914:::te
burada yaşayan 8 bin kişilik nüfusun 5 bin 600:::ü, yani
şehrin neredeyse dörtte üçü Ermenilerden
oluşuyordu. Şehirde, 1902:::de 641
öğrencinin okuduğu yedi okul bulunmaktaydı." Beləliklə, Türkiyənin 7 şəhəri
beləcə qədim erməni şəhəri kimi təqdim
edilir.
Buyurun,
baxın, bu erməni hiyləgərliyinə! Görün
içimizdə yaşaya-yaşaya bütün Türkiyəmizin
xəritəsini necə hiyləgərliklə dəyişir,
tarixi faktları təhrif edir, seçim kampaniyasndan sui-istifadə
edərək Türkiyənin tarixi şəhərlərini
erməniləşdirirlər! Bax budur "AGOS"! Bax, budur
erməni məkri və erməni hiyləsi!
"AQOS"un baş redaktoru Robert Koptaş və onun erməniçiliyi
yayan komandası bütün yazılarında erməniyə
xas məkrlə çıxış edirlər!
Robert
Koptaş türkün çörəyini yeyə-yeyə yenə
də türkün əleyhinə çıxış edir,
dövlətçiliyimizə böhtan atır,
paxıllıq edir, Xocalı qətliamında ölənlərin
üzərində aparılan qəddadrlığı bizim
üstümüzə atır, "müharibədir,
müharibədə hər şey olar, füzelərin
gözü yox" deyərək, üstüörtülü
şəkildə qətliama haqq qazandırır, onu
müharibə hadisəsi kimi qələmə verir!
Niyə Ermənistanda bir nəfər də türk ailəsi yoxdur, cənab Robert? Amma Azərbaycanda, Türkiyədə, digər türk ellərində on minlərlə erməni ailəsi firavan yaşayır... Bu suala niyə "AQOS" cavab vermir?
Niyə Ermənistanda bir türk qəzeti çıxmır? Amma "Agos" təkin onlarca qəzet və dərgilər, özəl radio-televiziya studiyaları Türkiyədə erməniçiliyi təbliğ edir, Türkiyədə əski-qədim erməni şəhərləri axtarır, olmayan erməni abidələrini bərpa edir! Ermənistanda isə bütün türk abidələri, türk məzarlıqları, türkün adına nə varsa məhv edilir! Cənab Robert, "Agos" bu faktlardan niyə yazmır?!! Çünki yazmaz! Sumqayıtı misal gətirirsən! Sumqayıtı da erməni "faşizmi" törətmişdi, hayes! Türkün çörəyi gec-tez haramxorların gözlərini tutacaq, dillərini lal edəcək! İndinin özündə Türkiyədə 200 min erməni qanunsuz yaşayır... Niyə?! Nəyə görə?!
Robert Koptaş keçən əsrin əvvəllərində Bakıda, Qubada, Şamaxıda, Qarabağda, Zəngəzurda, Göyçədə, İrəvan çuxurunda, Naxçıvanda, Vedidə, Dərələyəzdə və s. və s. türk ellərində erməni daşnaklarının - Dronun, Andronikin törətdikləri qətliamdan niyə söz açmırsan, niyə onların üstündən keçirsən?..
Yüz ildən çoxdur ki, erməni diasporu türk ellərindən qazandıqları pullar hesabına (təkcə Mantaşovu yadına sal) yalançı türk qətliamını təbliğ edir, bunun üstündən keçirsən, tezcənə Xocalı qətliamının təbliğinə sərf olunan Azərbaycan pullarını sayırsan?! Budur sənin obyektivliyin? Budur sənin "hataları" etirafın? "Hatalar" birtərəfli etiraf olunmur, küllən etiraf olunur! Səni onda kişi bilərəm ki, tarixi faktları təhrif etmədən, ironiyasız, məbəddə olduğu kimi etirafda bulunasan!!
Amma inanmıram bunu edəsən! Bunu qanı və geni saf olanlar edər!!
Yaşasın ermənisiz türk elləri!.. Yaşasın ermənisiz türk dövlətləri!..
Qurban Bayramov,
tənqidçi-ədəbiyyatşünas
Ədalət.-2014.-8 may.-S.6.