GÖRƏNLƏRİ OVSUNLAYAN QAFQAZ
İNCİSİ
(əvvəli ötən sayımızda)
Təhsil müəssisələrinin tikintisi və yenidənqurulması ilə
bağlı Dövlət Proqramında
şəhər 4 ¹-li tam orta məktəbinin əsaslı təmiri,
Zərnə
kəndində
12 ¹-li uşaq bağçasının, Qapıçay kəndində 17 ¹-li uşaq bağçasının və İlisu kəndində
25 ¹-li uşaq bağçasının bərpa-gücləndirilməsi nəzərdə tutulmuşdur. Məlumat üçün bildirirəm
ki, artıq şəhər 4 ¹-li tam orta məktəbində əsaslı təmir işləri davam etdirilir, qeyd olunan uşaq bağçalarında isə
bərpa-gücləndirmə ilə bağlı son tamamlama işləri görülür. Yaxın vaxtlarda hər
üç uşaq bağçası istifadəyə
veriləcəkdir.
Səhiyyə müəssisələrinin tikintisi
və yenidənqurulması
ilə bağlı rayonda əsaslı təmir və tikinti sahəsində işlərin davam etdirilməsi nəzərdə
tutulmuşdur. Bu məqsədlə
2014-cü ilin birinci rübündə Qıpçaq
kəndində həkim
məntəqəsi istifadəyə
verilmişdir.
Əhalinin təhlükəsizliyi tədbirləri
ilə bağlı rayonda sel sularından
mühafizə tədbirlərinin
həyata keçirilməsi
sahəsində müvafiq
işlərin davam etdirilməsi nəzərdə
tutulmuşdur. Bu məqsədlə
2014-cü ilin birinci rübündə 116,97 min m3 lildən
təmizləmə, 190,7 min m3 daşqın və selə qarşı məcratəmizləmə, 1650,3 m3 daşqın və selə qarşı sahilbərkitmə işləri
aparılmışdır.
Almalı
kəndi ərazisindəki
əkinə yararlı
torpaq sahələrinin
suvarılmasının yüksək
səviyyədə təmin
olunması üçün
çəkilməsi nəzərdə
tutulan 5,5 km uzunluğundakı
beton kanalın 2 km-lik hissəsinin tikintisi başa çatdırılmışdır.
Rayon mənzil təsərrüfatı
və abadlıq-quruculuq
tədbirləri ilə
bağlı işlərin
davam etdirilməsi və məişət tullantılarının zərərsizləşdirilməsi
tədbirləri də
nəzərdə tutulmuşdur. Bu məqsədlə
rayonun yerli büdcə xərclərində
mənzil fondunun əsaslı təmiri maddasinə uyğun olaraq şəhərin Ü.Hacıbəyov küçəsi
8a, 6a saylı kommunal yaşayış binalarının
dam örtükləri, fasadları
və Ş.Rustavelli küçəsi 14 saylı
kommunal yaşayış
binasının fasadının
əsaslı təmiri
işləri planlaşdırılmış,
yaxın günlərə
başlanılacaqdır.
Rayon büdcəsindən şəhərin abadlığı
üçün ayrılmış
vəsait hesabına
"Şəhər" parkında
təmir işləri
və uşaqların
əylənməsi üçün
atraksionların quraşdırılması
işlər davam etirilir. O cümlədən şəhər
nümayəndəliyinin xətti
ilə C.Cabbarlı, Okrocanaşvili küçəsində
abadlıq işlərinə
başlanılmışdır.
Ölkə Prezidentinin 21 avqust
2013-cü il tarixli 3078 nömrəli sərəncamı ilə
Azərbaycan Respublikasının
2013-cü il Dövlət
büdcəsində nəzərədə
tutulmuş Azərbaycan
Respublikası Prezidentinin
Ehtiyat Fondundan ayrılmış vəsait
hesabına şəhərin
Qaxmuğal, M.P.Vaqif, M.Məmmədov küçələrində
bərpa və abadlıq işləri davam etdirilmişdir. 2013-cü ildən əsaslı təmiri planlaşdırılmış 530 şagirdyerlik şəhər
4 saylı tam orta məktəb binasında işlər davam etdirilmişdir.
İkinci
kənd İnvestisiya layihəsi çərçivəsində
rayonun Şotavar, Güllük, Almalı, Baydarlı, Zəyəm, Cəlayir və Qıpçaq kəndlərində
yolların təmiri, Ləkit və Ağyazı kəndlərində
isə içməli
su xətlərinin təmiri aparılmışdır.
2014-cü
ilin birinci rübündə rayonda 18
ədəd fərdi yaşayış evi və 6 ədəd sahibkarlıq obyekti olmaqla,ümumilikdə 24 fərdi
tikinti aparılmışdır.
Aparılmış tikinti işlərinin
ümumi smeta dəyəri 780 min manata yaxındır.
Meliorasiya
və irriqasiya tədbirləri ilə bağlı rayonun Meşəbaş, Əmircan,
Şotavar, Uzuntala, Şıxlar, Qaysarlı, İngiloy Kötüklü,
Almalı, Ağyazı,
Cəlayir və Dəymədağlı kəndlərində
subartezian quyularının
qazılması nəzərdə
tutulmuşdur. Artıq kəndlərdə
subartezian quyularının
qazılması ilə
bağlı yerlər
müəyyənləşdirilmiş və layihə-smeta sənədlərinin işlənilməsi
aparılır.
Qaz təchizatında
yeniliklər
Rayonda qaz təchizatının yaxşılaşdırılması sahəsində müvafiq işlərin davam etdirilməsi məqsədilə
2014-cü ilin birinci rübündə Cəlayir
kəndində 306, Almalı
kəndində 17 və
Qax şəhərində
70 abonentə təbii
qaz xətti çəkilişi aparılmışdır.
Qaz İstismar Sahəsi tərəfindən
rüb ərzində
29 ədəd qaztənzimləyici
şkaf təmir olunmuş, şəhərin
M.F.Axundov, C.Cabbarlı,
İ.Dağıstanlı, V.Eyvazov
küçələrində, Qaxbaş və Qaxingiloy kəndlərində
qaz xətlərindəki
sızmalar aradan qaldırılmışdır.
Qeyd olunan sahələrdə görülən işlər
belə deməyə əsas verir ki, artıq üçüncü Dövlət
Proqramında rayon üçün
nəzərdə tutulmuş
tədbirlərin əksəriyyətinin
icrasına başlanılmış
və qarşıdakı
beş ildə
Proqramda nəzərdə
tutulan tədbirlərin
icrasına nail olunacaqdır.
Aqrar sahənin
mühüm istiqamətləri
2014-cü ilin ötən
dövrü ərzində
rayonda bitkiçilik və heyvandarlıq məhsulları istehsalının
dinamik artımının
təmin olunması məqsədi ilə qarşıya qoyulmuş vəzifələrin icrası
itiqamətində işlər
davam etdirilmişdir.
Belə
ki cari ilin
1-ci rübü ərzində
661 hektar sahədə
yonca, 86 hektar sahədə tərəvəz,
75 hektar sahədə vələmir, 8 hektar sahədə bostan, 233 hektar sahədə kartof, 6 ha sahədə qarğıdalı əkini
aparılmış və
yazlıqların əkini
sürətlə davam
etdirilir. İnter Tabacco MMC tərəfindən
400 ha sahəni təmin
edəcək sağlam
tütün şitili
yetişdirilmişdir.
Aqroservis filialı tərəfindən
güzəştli şərtlərlə
490 ton azot gübrəsi
gətirilərək taxıl
istehsalçılarına satılmış
və həmin gübrənin taxıl sahələrinə verilməsi
təmin olunmuşdur. Hazırda səpin
aparılması üçün
qarğıdalı sahələrində
hazırlıq işləri
başa çatmaq üzrədir. 500 hektar taxıl sahəsində gəmiricilərə
qarşı, 500 hektar
sahədə isə alaqlara qarşı kimyəvi mübarizə işi aparılmışdır.
Buğda istehsalçılarının
maddi marağının
artırılması və
buğda istehsalının
stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin
vəsaiti hesabına
1054 nəfər buğda
istehsalçılarına 7050 hektar sahəyə görə 282 min manat yardımın yaxın günlərdə verilməsi
təmin olunacaqdır.
Qaxda təhsil sistemi
həmişəki kimi
nümunəvidir
Son illərdə təhsilin
inkişafı istiqamətində
atılan mühüm
addımlar, maddi texniki bazanın təkmilləşdirilməsi və
təminatı sahəsində
Prezident İlham Əliyevin sərəncamları
əsasında geniş
tədbirlər həyata
keçirilmiş, təhsilin
inkişafı üzrə
Dövlət Strategiyası
təsdiq edilmişdir.
Rayon Təhsil şöbəsi
də cari ilin 3 ayı ərzində təhsilin inkişaf etdirilməsi, keyfiyyətinin yaxşılaşdırılması
sahəsində öz
işini dövrün
tələbləri səviyyəsində
qurmağa çalışır.
Məlum olduğu kimi 2009-cu tədris ilindən bu günədək ümumtəhsil məktəblərinin
I-VII siniflərini əhatə
edən, səriştəyə
əsaslanan şəxsiyyətyönümlü
təhsilin məzmununu
əhatə edən fənn kurikulumları bu gün də
uğurla davam etdirilir.
Təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi,
innovativ təhsil metodlarının tədbiq
edilərək təhsilin
məzmununun səmərəli
mənimsənilməsi üçün
modern təhsil infrastrukturunun
yaradılması vacib
şərtdir. Bu sahədə
rayonun təhsil müəssisələrinin ən
son texnologiyalarla zənginləşdirilməsi
baxımından sinif otaqları yeni interaktiv (ağıllı)
lövhələrlə təchiz
olunması dərslərin
keyfiyyətlə qurulmasına
xidmət etmişdir.
Belə ki, Təhsil Nazirliyi tərəfindən
rüb ərzində
14 interaktiv lövhə
alınmış və
istifadə üçün
şəhər məktəblərinə
verilmişdir.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
ədalət.-2014.-9 may.-S.19.