"BİZDƏN SALAM OLSUN MUSA YAQUBA"

Sabir Arazlı Özgünün yeni kitabı belə adlanır

 

 Yaxın günlərin söhbətidi. Az qala illərdən bəri görmədiyim Sabir Arazlı redaksiyamıza qonaq gəlmişdi. Özü xoş bir ovqatla, xoş bir niyyətləg Təbii ki, mən bu məqamda Sabir Arazlı barəsində qısaca bir arayış vermək istəiyrəmg

Onu 70-ci illərdən tanıyıram. Orta məktəbdə oxuyurmdum. Füzulidə çap olunan "Araz" adlı rayon qəzetinin nəzdində "Ərgünəş" ədəbi birliyi fəaliyyət göstərirdi. Bu ədəbi birlik rayonun sözlə, qələmlə maraqlanan əksər adamlarını bir yerə cəm etmişdi, öz ətrafına toplamışdı. Onların arasında Vahid Əlifoğlu, Mətləb Misir, Mahmud Qacaq, Vəzir Hacıyev, Sabir Rüstəmov, Oruc Səda, Süleyman Qaradağlı, Mübariz Piriyev bu gün ölkə mətbuatında çıxış edən kifayət qədər imza sahibləri var idi. Mən orta məktəbin yuxarı sinifindən bu dərnəyə üzv yazılmışdım. Ayda bir dəfə toplaşıb təzə yazılar oxuyur, paytaxtdan dəvət olunmuş ədəbiyyat adamlarıyla görüşür seçilib dəyərləndirilən yazılar isə öz növbəsində "Araz" qəzetində işıq üzü görürdü.

Bax, Sabir Arazlı ilə ilk dəfə orda qarşılaşmışdım. O, yaşda məndən böyük olsa da, öz təvazökarlığı, sadəliyi, səmimiyyəti ilə yaddaşıma köçmüşdü. Sonra rayon qəzetində işləməyə başladım Sabir Arazlı ilə təmasımız xeyli artdı. Amma neyləyim ki, Füzuli rayonu işğal olunduqdan sonra bütün sakinlər kimi söz adamları da pərən-pərən düşdü. İndi onların arasında Tanrı dərgahına qovuşanlar da var, Füzulidən uzaqda yaşayanlar da, qələmlə sirdaşlığını davam etdirənlər , sözə "əlvida" deyənlər dəg

Redaksiyamıza qonaq gələn Sabir Arazlı bildirdi ki, rayonun "Qayıdış" qəsəbəsində Vahid Əlifoğlunun anım mərasimini keçirdik. Onun özündən sonra işıq üzü görmüş "Görənlərdən xahiş olunur kig" kitabını həmyerlilərinə, oxucularına təqdim etdik. Bu təqdimatla, bu mərasimlə bağlı bir yazı işləyib gərimişəmg

Təbii ki, həmin yazını çox böyük mənuniyyətlə qəbul edib "Ədalət"in oxucularına çatdırdım. Söhbət əsasında öyrəndim ki, Sabir Arazlının elə bugünlərdə təzə bir kitabı işıq üzü görüb. Həmin kitab da Azərbaycanda hər kəsin sevdiyi, hər kəsin sevə-sevə oxuduğu əyalətlə şəhəri böyük sözdə birləşdirən dəyərli şairimiz Musa Yaqubun 77 illiyinə poetik hədiyyə idi. Məhz kitabın ilk səhifəsində müəllif belə yazmışdı:

- Bu kitab şair Musa Yaqubun 77 illiyinə poetik töhfədirg

Burda bir maraqlı məqam da var. Yəni həmin səhifədə birbaşa Musa Yaquba ünvanlanmış misralar da çox ürəyəyatımlı təsiredicidi. Şair yazır:

 

Gör neynirsən ŞAİR bu yaz!

baltan iti, düsərin sazg

77-n qoşa dəryazg

Söz biç, qomla,

Ancaq, bir az,

gözlə, dəyər daşa dəryaz.

 

Bax elə bu misraların yaratdığı ovqatla Sabir Arazlının aftoqrafla bağışladığı kitabını gözdən keçirirəm. Kitabı vərəqlədikcə xatırlayıram ki, bu, Sabir Arazlının çox hörmətli Musa Yaquba ilk müraciəti deyil. Mətbuatda dəfələrlə Sabir Arazlı Musa Yaqub arasında yazışmaların, özü poetik yazışmaların şahidi olmuşam. Sanki iki şair bir-biriylə el dilində desək, şeirləşir, bir-biriylə haqq aşığı kimi söz deyişməsini gerçəkləşdirirlər.

Elə burdaca onu da xatırladım ki, həm folklorumuzda, həm yazılı ədəbiyyatımızda söz adamlarının bir-biriylə bu cür yazışmaları, bu cür deyişmələri çox olubdu. Həmin o ənənəni özünün poeziyasında Sabir Arazlı yaşadır inkişaf etdirir.

İndi sizə təqdim etdiyim kitabda müəllif biz oxuculara həmin o söz deyişməsini, poetik "döyüşü" sərgiləyidi. Proloq üç hissə epiloqdan ibarət olan bu kitabın redaktoru Nəzakət xanım, rəyçisi filologiya elmləri namizədi Esmira Fuaddı. "Təknur" nəşriyatında işıq üzü görmüş bu kitabda Musa Yaqubun onun ailə üzvlərinin, dostlarının zamanı dayandıran, zamana köçən fotoşəkillər verilib. Həmin şəkillərin hər biri ömrün şirin bir xatirəsidi. Şair Sabir Arazlı da məhz o xatirələri, Musa Yaqubun Buynuzda, İsmayıllıda keçən günlərini qələmə alıb. Sabir Arazlının "Aylı bir gecədə yazılan məktub" poeması bu misralarla başlayır:

 

Salam, Musa Yaqub,

doğmam, əzizim!

Salam, sözü nurlum!..

Bilirsən, mənim

halım heç hal deyil ancaq dözürəm.

Dönmək müşkül oldu Yurda, Vətənə,

Ona görə, qələm götürüb sənə,

Aylı bir gecədə məktub yazıram.

 

Bu girişdən məlum olur ki, Sabir Arazlı Musa Yaquba özünün ağsaqqalı, özünün doğması həm onu duyan, onun dərdlərinə şərik olan bir müdrik kimi müraciət edir. İllərin sınağından mərdi-mərdanə çıxmış,öz müdrikliyini qoruyub saxlayan Musa Yaqubun Qarabağ itkisinə, Qarabağ yanğısına Sabir Arazlıdan da böyük bir duyğuyla, böyük bir anlayışla yanıb közərən bir söz adamı olduğunu oxucuya bu müraciət təkrar xatırladır. Elə Sabir Arazlı da Musa Yaqubun böyüklüyünü məhz bu cür təkrar gündəmə gətirir poemanın başqa bir məqamında yazır:

 

Avqust!.. 93...

Həmin gün hər şey

bir an içində

oldu viran, puç;

Dən dəyirmanda

qaldı həmin gün

taxıl xırmanda qaldı həmin gün

Quruçay coşub

qışqırırdı hey -

qaldı eləcə.

Həyat kimsəsiz

qapım taybatayg

qaldı eləcəg

 

Dağ, dərəg qaldı!

Bağ, bərəg qaldı!

Payızlıq şitil əkili qaldı

Yarımçıq neçə tikili qaldı.

Yiyəsiz qoyduq

evi- eşiyi -

qaldı eləcə.

Uşaqlığımın yadigarı idi

Atma beşiyimg

Qaldı eləcə.

Qızarmış çörək

Təndirdə qaldı

Əl-üz dəsmalım kəndirdə qaldıg

 

Bəli, bu poemanı oxuduqca düşmən caynağında qalan yurd-yuvanın son anı, o işğal günü bir daha gözlər önündə canlanır, o mənzərə təkrar yaşanır. Bunu da Sabir Arazlı özünəməxsus bir üslubla, nağılvari, hətta bəzən dastan kimi söyləyir. Oxucu nəzmin içərisində nəsri də görürbu bağlılıq poemanı bitkinləşdirir. Lap son nəticədə isə maraqlı bir əsərin oxucusuna çevrilir.

Mən Sabir Arazlının bu kitabında Musa Yaqubun ona yazdığı cavab məktubunun bəzi məqamlarına da rast gəldim. Görünür, elə həmin məşamlar Sabir Arazlını Musa müəllimə növbəti poema-məktubu yazmağa həvəsləndirib. Həmin məktubda da əvvəldə olduğu səmimiyyət, əvvəldə olduğu yaradıcılıq üslubu demək olar ki, qorunub saxlanır. Ümumiyyətlə, kitab oxunaqlı və maraqlı bir mühitin bəhrəsi kimi ədəbi ictimaiyyətə üz tutubdu. Düşünürəm ki, Sabir Arazlının Musa müəllimin elə bugünlərdə olacaq ad gününə çox gözəl hədiyyəsidi.

Məhz Sabir Arazlının kitabının işığında mən də, eləcə də "Ədalət"in kolletkivi və oxucuları da Musa Yaqubu doğum günü münasibəti ilə təbrik etməklə yanaşı, Sabir Arazlıya da yeni yaradıcılıq uğurları diləyir, "yeni kitabın mübarək olsun!" deyirik.

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2014.-9 may.-S.10.