GÖRƏNLƏRİ OVSUNLAYAN QAFQAZ İNCİSİ

(əvvəli ötən saylarımızda)

 

Yeni innovasiyaları tədbiq etmək baxımından səriştəli təhsil verənin formalaşması və peşəkarlığının yüksəlməsi baxımından hesabat dövrü ərzində ümumtəhsil məktəblərinin 18 nəfər pedaqoji işçisi peşəyönümlü ixtisasartırma kurslarına cəlb olunmuşlar.

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin zəngin irsinin, müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədilə Heydər Əliyev mərkəzində rayonun tam orta məktəblərinin XI sinif şagirdlərinə "Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu memarıdır" "Ümummili lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır" mövzuları üzrə Təhsil Şöbəsi tərəfindən hazırlanmış qrafik əsasında tarix dərsləri tədris olunur.

 

Səhiyyənin inkişafına qayğı diqqət artırılır

 

Rüb ərzində Rayon Mərkəzi Xəstəxanasının 120 nəfər həkim 424 nəfər orta tibb işçisi əhaliyə nümunəvi xidmət göstərmişdir.

Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən rayonda fevralın 17-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur. Dövlət başçısının bu tapşırığının yerlərdə mütəşəkkil müvəffəqiyyətlə keçirilməsini təmin etmək üçün rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradılmışdır. Eyni zamanda tibbi müayinənin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün hər bir inzibati ərazi dairəsində müvafiq komissiyalar yaradılmışdır.

Məlumat üçün bildirirəm ki, rayonda 54774 nəfər əhali vardır ki, onlardan 39616 nəfəri 18 yaşdan yuxarı olan insanlardır.

Hər bir insanın həyatı üçün önəmli olan bu məsələnin ciddiliyini vacibliyini nəzərə alaraq rayonda fəaliyyət göstərən idarə, müəssisə təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri kollektivlər tərəfindən əhali arasında geniş təbliğat işləri aparılmışdır.

Profilaktik tibbi müayinələri vaxtında başa çatdırmaq üçün şəhər poliklinikası, kənd sahə xəstəxanaları 10 kənd həkim məntəqəsində xüsusi şərait yaradılmışdır. Rayonda tibbi müayinə uğurla başa çatdırılmışdır.

 

Mədəniyyət Turizm

 

2014-cü ilin I rübü ərzində mədəniyyət müəssisələrində tarixi gün bayramların, görkəmli şəxslərin, yazışı şairlərin yubileyləri, yaradıcılıq gecələrinin keçirilməsi təmin olunmuşdur.

Rayon Mədəniyyət və Turizm şöbəsi Baki şəhərində keçirilən Novruz şənliklərində iştirak etmiş, rayonu layiqincə təmsil etmişdir. Rayon Gənclər və İdman İdarəsi 2014-cü il ərzində idarənin planına uyğun olaraq məqsədyönlü aparmış, rüb ərzində rayonun İnzibati Ərazi dairələri üzrə nümayəndəlikləri, bələdiyyələr, təhsil müəssisələri, idman təşkilatları və aidiyyatı qurumlarla əlaqələri daha da genişləndirərək rayonda bədən tərbiyəsi və idmanın kütləviliyinin artmasına, gənclərin saglam həyat tərzinə cəlb edilməsi və onların idman ustalıqlarının formalaşmasına nail olunmuşdur.

 

Əhalinin sosial müdafiəsində yeni istiqamətlər

 

Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində 2014-cü ilin birinci rübündə 146 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir. Mərkəzdə "Sosial müavinətlər haqqında" Qanuna uyğun olaraq II qrup əlilliyə görə 23 nəfərə və III qrup əlilliyə görə14 nəfərə sosial müavinət təyin olunmuşdur. Bundan başqa 3 nəfər Qarabağ müharibəsi əlilinə "Prezident təqaüdü" təyin olunmuşdur.

Mərkəzdə rüb ərzində sağlamlıq imkanları məhdud olan18 yaşadək 5 əlil şəxsə və 4 nəfər ailə başçısını itirdiyinə görə müavinət təyin olunmuşdur.

DSMF-nin Qax rayon şöbəsində 2014-cü ilin birinci rübündə məcburi dövlət sosial sığorta haqları üzrə proqnoz ümumilikdə 102,3% yerinə yetirilmişdir. Proqnoz büdcə sektoru üzrə 110,2%, qeyri büdcə sektoru üzrə isə 80,2% yerinə yetirilmişdir. Hesabat dövrü ərzində şöbə üzrə 4 hüquqi, 113 fiziki şəxs, 77 torpaq pay mülkiyyətçisi uçota götürülmüş və 01 aprel 2014-cü il tarixə şöbədə cəmi 7196 sığortaedən uçotda olmuşdur.

2014-cü ilin birinci rübündə şöbədə 99 nəfərə əmək pensiyası təyin edilmiş, uçotda olan pensiyaçıların sayı 8513 nəfər olmuşdur.

 

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2014.-13 may.-S.7.